bir neçə atlını rus gözətçisi hesab edərək rus qoşununun gəldiyini xəbər
veribmişlər. Buna görə də ordu içinə bir vəlvələ düşmüşdü. Abbas Mirzə oradan
sərdarın ordusuna və ya adamlarına rast gəlmək ehtimalı ilə yenə Naxçıvana
tərəf gəldi. O zaman sərdar Paskeviç knyaz Eristovu ordu başçısı təyin etdiyini
və Naxçıvandan keçib Təbriz üzərinə hücuma keçəcəyini eşitdi. Həmin generalın
rəşadəti və qızılbaşların arasında şöhrəti var idi. Abbas Mirzənin ayağı daha yer
tutmayıb olduqca sürətlə Arazdan keçib tələsik Xoy tərəfə getdi. Evoğlu
həvalisində ordunu yenidən nizama salıb durdu.
SƏRDARABAD VƏ İRƏVANIN FƏTHİ
Paskeviç İrəvana gedib iri topları Sərdarabad üzərinə çəkdi. Haman il
sentyabrda qalanı topa tutdu, tezliklə qalanı öz ixtiyarına gətirdi.
Hədsiz-hesabsız azuqə, ehtiyat və başqa sursatları əlinə keçirdi. Oradan
haman il oktyabrın onunda İrəvan qalası üzərinə yürüş etdi.
Neçə gün bu qayda ilə topları güllə ilə doldurub, şəhərin şimal tərəfindəki
divarını alt-üst etdi. Şəhər əhli nə qədər səy, nə qədər hümmət etdisə də fayda
vermədi. Nəhayət, ruslar şəhəri güc ilə tutdular. Həsən xan və başqa əmirləri əsir
və həbs etdilər.
Oranın işini qaydaya salandan sonra müharibə və vuruşma məqsədilə Xoy
tərəfə, Abbas Mirzənin üzərinə hücum etmək qərarına gəldi.
KNYAZ ERİSTOVUN TƏBRİZ ÜZƏRİNƏ
GETMƏSİ
Abbas Mirzə Təbrizlə Xoy arasındakı Evoğluda olduğu zaman sərdarın
əmrilə knyaz Eristovun Abbasabad həvalisindən keçib Mərənd yolu ilə Təbrizə
gedəcəyini eşitdi.
Belə deyilirdi ki, knyaz Təbrizə getməzdən əvvəl Mərənd tərəfində Bəhri-
Zənd adı ilə məşhur olan bənddə dayanacaqdır. Şahzadə gözətçi sifətilə Mərəndə
gəlib gördü ki, knyaz bir neçə gözətçi
105
qoyub, Təbrizə tərəf getmişdir. Yenə də Evoğluya qayıtdı. Səs düşmüşdü ki,
sərdar (Paskeviç) Sərdarabad və İrəvanın işini bitirib Xoya gəlir. Axşamçağı
Araz tərəfdən bir toz qalxdı.
Qızılbaş qoşunu qorxuya düşüb, bunu Arazı keçib onların üzərinə hücum
edən sərdar qoşunu hesab edərək, yüklərini bağlayıb Xoy şəhərinə tərəf qaçmağa
üz qoydular. Ondan sonra məlum oldu ki, tozu çaya su içməyə gələn qoyun
sürüsü qoparmışdır. Abbas Mirzə bu işdən çox təəssüf etdi və dedi: “Qoyunun
qopardığı tozdan qaçan bir qoşunla rus müharibəsinə getmək ağlasığışmaz bir
işdir”.
Ş e i r (sətri tərcümə):
Ey ərəb, qorxuram sən Kəbəyə yetişə bilməyəsən.
Bu yol ki, sən gedirsən, bu Türküstan yoludur.
Və bir də dedi: “Mən şahlar arasında ən bədbəxtiyəm, hər bir şahın özünün
tayı və babı olmuş, ona ya qalib gəlmiş və ya qaçıb xilas olmuş. Amma mənim
düşmənim mənə tay deyildir. Rus kimi sayda güclü bir dövlətdir, mən nə edə
bilərəm, nə ona güc gələr, nə də qaçıb qurtara bilərəm”.
Odur ki, ruslardan qabaq Təbrizə çatıb onlarla sülh etmək məqsədilə oradan
köçüb Təbrizə yola düşdü.
Şahzadə Abbas Mirzə Təbrizin bir milliyinə yetişən kimi xəbər gəldi ki,
knyaz Eristov sərdar Paskeviçin əmrinə görə mərəndli Nəzərəli xanın
oğlanlarının bələdçiliyi ilə Təbrizə daxil olmuşdur.
Bu məsələnin şərhi belədir:
Knyaz Eristov sərdar Paskeviçin əmri ilə qoşun götürüb, Arazdan keçərək
Təbrizə getməli olur. Öz ixtiyarında olan qoşunu Arazdan keçirib Mərəndə gəlir.
Mərəndli Nəzərəli xanın oğlanları Abbas Mirzə onların atalarını boğduqdan
sonra ondan uzaqlaşmışdılar. Onlar həmişə knyazın yanına gəlib ona öz itaət,
qulluq və sədaqətini bildirmək üçün fürsət axtarırdılar. Vaxtdan istifadə edən
knyaz onları ümid elədi ki, bir neçə gündən sonra Təbrizə gedəcəklər. Nəzərəli
xanın oğlanlarının bələdçiliyi ilə on dəstə Mərəndi keçib Təbrizə getdi. Rus
qoşunu Təbriz həvalisinə yetişən kimi, Təbriz əmirləri darvazaları açıb əyan-
əşrəflə bəylərbəyi Fətəli xan və müctəhid Mir
106
Fəttah darvazaların açarını götürüb itaət simvolu olan duz-çörəklə knyazı
qarşılamaq üçün şəhərin kənarına gəldilər. Knyazın qarşısına çıxmazdan əvvəl
darvazalardan top atdılar. Knyaz davanın başlandığını zənn etdi. Sonra bunun
salam atəşi olduğunu başa saldılar. Hamı knyazın hüzuruna gəlib onu ehtiram və
izzətlə şəhərə apardılar. Abbas Mirzə ürəksıxıcı hadisəni eşitdikdən sonra o gecə
qızılbaş əmirləri və xanları ilə iclas və məsləhət etdi: “Bundan sonra gedib atama
və qardaşıma dəxil düşmək, onların vilayətlərinə göz dikmək mənə ölümdən
betərdir. Rus imperatoruna boyun əymək daha yaxşıdır, o, böyük və rəhmli
padşahdır. Onun ixtiyarında mənim kimi şahlar və şahzadələr çoxdur, əlbəttə,
məni də bir oğul, bir general kimi hesab edər, bir parça çörək verər ki, asudəliklə
öz həyatımı keçirim”.
Beş yüz nəfər xan və xanzadəni götürüb rus imperatorunun yanına getməyi
məsləhət gördü. Bu məsləhəti və öz fikrini haman gecə öz xəzinədarı Biçin xanla
qoşunları ilə Mərənddə dayanan Paskeviçə məlum etdi. Sərdar cavabında yazdı:
“Mən bir neçə günə Təbrizə daxil olana kimi bu məsələ qalsın. Təbrizdə sizinlə
görüşüb işi həll edərəm”. Abbas Mirzəyə bu bərk toxundu və bundan xəcalət
çəkdi. Özünə tabe olan qoşunu və adamların bir hissəsini dağıtdı. Bir az qoşun
saxlayıb Səlmas yolu ilə Marağa yaxınlığındakı Dehqarqana gəldi. Paskeviç
Təbrizə daxil oldu, şəhərin işlərini nizama salmağa başladı, hakimlərdən hər kəsi
öz vəziyyəti və bacarığına görə rütbəyə çatacağını ümidvar etdi. Bir neçə
generalları yaxın şəhərləri tutmağa göndərdi. General-mayor Laptev Urmiyanı
zəbt etdi. General-mayor Pankratyev Marağanı aldı. General-adyutant Suxomilin
Ərdəbili tutdu. Bundan sonra Abbas Mirzə ilə əlaqə başladı.
Paskeviç Abbas Mirzə ilə Marağanın Dehqarqanında görüşdü. Cənab sərdar
ona hörmət və izzət göstərdi. Bir an belə ondan heç bir hörməti əsirgəmədi.
Onlar bir müddət söhbət etdilər, aralarında sülh və dostluq yarandı, təminat və
xəsarət barəsində danışıldı. Əvvəlcə, Fətəli şah razı olmadı, vaxtı uzatmaq istədi.
Bir neçə müddətdən sonra sərdar Təbrizə gəldi. Abbas Mirzə də öz məmləkətinə
getdi. Əmirlər arasında dostluq və birlik möhkəm oldu. Sərdar yaxşı bilirdi ki, bu
fəsadları, işlərin çətinliyini, münaqişələri sülh yolu ilə imperatordan başqa heç
kəs həll edə bilməz. Buna görə ikinci dəfə vuruşa
107
Dostları ilə paylaş: |