TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   36   37   38   39   40   41   42   43   ...   91

səlah bunu gördülər ki, hər ikisi ittifaq olub qoşun və  cəmiyyət tədarük edib
Pənah xanın dəfinə  kəməri-hümmət bağladılar. Çün o vaxtlarda Qarabağın 
xəmsəyi-əraminə mahalları Pənah xana müti olmamışdılar. Cavanşir və Otuziki 
və pareyi-ilat və dehatdan savayı qalan mahallat və vilayət itaət qılmamışdılar. 
Pəs səlah belə gördü ki, ilat içində bir münasib məqamda bir qala binası edə ki, 
hərgah  ətraf xanları onunla dava və müdafiə  məqamına gəlsələr labüdən ev və 
əyal və əqrəbalarını orada mühafizət qılsın. Bu xüsusda lazım olan böyüklər və 
xəvasları ilə  tədbir və müşavirə  və  məsləhət qıhb, onların səlah görməkləri ilə 
Bayat qalasını ki, imdi Kəbirli mahalındadır, bina qoyub və  təcil ilə bir az 
zamanla hasar çəkib və möhkəm xəndək və bazar və  məscid və hamam təmir 
edib, tamam ev və əhlü əyallarını və qövmü əqrəbalarını və böyük kəslərinin ev 
və əyallarını və əhli-mahaldan mötəbər kimsələrinin evlərini orada cəm edib və 
ətrafdan hətta Təbriz və  Ərdəbil və Qaradağ  əhllərindən  əhli-sənət olan xalq-
lardan həm götürüb orada qəsəbə  və  şəhər kimi məğam bina eylədi və  dəxi 
xəlayiq  ətraf və  cəvanibdən Pənah xanın avazeyi-hörmət və  məhəbbət və 
müraatın eşidən kimsələrdən ev və əyal və külfətlərilə gəlib onun yanında orada 
məskən ixtiyar eylədilər və Bayat qalasının binası 1162 hicridə miladi ilə 1745-ci 
tarixdə
1
 vaqe olub əncam və ixtital buldu. Elə ki Bayat qalası istehkam tapıb 
Pənah xanın işi binayi-tərəqqi və istehkam hasil etdi günbəgün cəmiyyəti və 
kisrəti və rüfəti və avazeyi-istiqlal və istiqrar və şöhrəti mütəzayid olub, bu avazə 
Şəki və  Şirvan xanlarına artıq gəran və nagüvar gəlib öz bəski, Pənah xanın 
özündən və qoşunundan və  cəmiyyətindən və adamlarından onlara zərər və 
nöqsanlar çox yetişmişdi və gələcəkdə dəxi özlərinə müxəll və yaği hesab edib, 
onun bu cür iddia və istiqlalını  və  təzayid  əhvalını  və rövnəqi-karını  xəlafi-
məsləhət və özləri üçün nöqsan və zərəri-dövlət və rəfahət bilirdilər. Bu səbəbə 
Şirvanın və  Şəkinin xanları  hər ikisi ittifaq edib öz təvabelərindən çox qoşun 
fərahəm edib cəmiyyəti-tamam ilə  Pənah xanın dəfinə  və Bayat qalasının üstə 
gəldilər və qalanın ətrafını kəsib mühasirə etməyə məşğul oldular və Pənah xan 
dəxi yaxşı, rəşid və nami olan atlılardan, öz qövmlərindən və karaməd mülazim 
və  təvabelərindən götürüb hər iki-üç gündə bir dəfə  çıxıb qaladan kənara, bir 
meydani-vəsi ki, 
 
 
 
 
 
 
                                                 
1
 
 Hicri 1162-ci il, miladi 1748-ci ilə bərabərdir.  
 
 126


 
düşmən qoşunu ilə qala arasında vaqe idi, orada tərhi-cəng salıb və dava edib
mərdanəliklər edərdi ki, tamam Şirvan və  Şəki qoşunları xaif və  hərasan 
olardılar. Bu minval ilə bir ay və ay yarım müddət mühasirə  və dava olub 
xəvanin  Şəki və  Şirvan heç bir zəfər Pənah xana və  təvabeinə  və  cəmiyyətinə 
tapa bilmədilər və  dəxi hər gün və gecə qarət və  zərəri-külli at-ulağlarına və 
qoşunlarına yetişib, axır gördülər ki, Pənah xana bir qələbə başarmayacaqlar, 
gəlməklərinə peşman və  pərişan olub, qayət bidamaq və  pərişanlıq ilə oradan 
köçüb geri qayıtdılar və çün xayib və xasir müavadət edirdilər. Yolda Hacı 
Çələbi ki, Şəki hakimi idi, bu sözü dedi: “Həqiqət Pənah xan, xan idi. Amma biz 
ki, gəlib belə qayıtdıq, onu şah qayırıb getdik” və bir də dedi ki, “Pənah xan 
şimdiyədək bir sikkəsiz gümüş idi. Amma bizim gəlib bu növ ilə qayıtmağımızla 
ona sikkə vurub getdik”. Bu sözlər əhamünnas arasında şimdiyədək zərbülməsəl 
olub qalmışdır.  Əlqissə,  Şəki və  Şirvan qoşunları dağılıb hər kəs öz mənzil və 
məkanlarına getdilər. Pənah xanın bu müqəddəmələrdən sonra avazeyi-istiqlal və 
hökuməti və rəşadət və rüfətinin sədası və şöhrəti hər yerdə ziyad olub ruzbəruz 
tərəqqi qılıb, ondan sonra Xəmseyi-əraminə mahallarını özünə müti etmək 
əzminə düşdü. 
 
DÖRDÜNCÜ FƏSİL 
 
XƏMSEYİ-ƏRAMİNƏ MAHALLARININ 
ƏSİL VƏ NƏSƏBLƏRİNİ BƏYAN EDƏR 
 
Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və 
şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar, çünki bu mahalati-məzkurə  ədəd 
heysiyyəti ilə beş olmağına görə Xəmsə deyiblər. Zira ki, ərəb dilində beş ədədə 
“Xəmsə” itlaq edirlər və  şul mahalatdan birisi Dizaq mahalıdır və  məlikləri 
Məlik Yegan idi, əsilləri Loridən gəlmədirlər və keçmişdən ixtiyar sahibi 
mötəbər məliklərdirlər. Xüsusən, mərhum Nadir şahın  əsrində  və onun səltənət 
əyyamında çox tərəqqi və təmtəraq ilə olublar və Nadir şaha Məlik Yegan çox 
şayəstə xidmətlər edib və ixlas və sədaqətlər zühura yetiribdir. Nadir şah ona çox 
iltifat və  nəvazişlər edib, həttadır ki, Məlik baba xitab edərmiş  və  şul Yeganın 
övladı çox müddəti-mütəmadi 
 
  
 127


Pənah xan ilə  ədavətlər edib, yaği oldular. Çox zamanlar cəng və münaziə 
qıldılar. Aralarında uzun zamani-təvil və naireyi-qətl və atəşi-cidal-müştəil olub, 
gahi qalib və gahi məğlub olub. Axırül-əmr Pənah xanın özünə  və övladına 
haqq-taala yarlıq edib, onlan məğlub və  mənkub qıldılar və  təsəllüti-tamam ilə 
qalib və faiq oldular. O nəsildən neçə  nəfəri məqtul edib və neçə  nəfəri dəxi 
hifzi-bədəni lazım bilib, bəsti-darüləman imanə mültəği olub nicat tapdılar. 
Əgərçi, irəli çox zəif hal və münkəsirül bal olmuşdular. Amma sonra mərhum 
Mehdiqulu xan əsri və dövləti-Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları 
tərəqqilər bulub mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən 
məhsub oldular. 
İkinci Vərəndə mahalıdır. Məlikləri Məlik  Şahnəzərgillərdir ki, onların  əsli 
dəxi Göyçə nücəbalarındandır. Oradan fərar edib gəliblər və Qarabağın Vərəndə 
mahalında məlik və hökmran olublar. Məlik  Şahnəzər Pənah xan əsrində çox 
mütəməvvil və dövlətli və varlı idi. Əvvəl keyfıyyəti bu növdür ki, Məlik 
Şahnəzərin əmisi Məlik Hüsü Vərəndə mahalında məlik idi. Məlik Şahnəzər bir 
para səbəblər cəhətinə  əmisi Məlik Hüsünü qətlə yetirdi və özü onun yerində 
məliklik məsnədində oturdu. Bu səbəbə görə tamam Xəmsə  məlikləri onun bu 
növ hərəkəti səbəbinə ona müddəi və düşmən oldular və onun dəf və  rəfini 
vəcheyi-hümmət qıldılar. Hamısı ittifaq edib, cəmiyyəti tamam ilə onun üstünə 
gəldilər. Pəs Məlik Şahnəzər dəxi Çanaxçı qəryəsində qala tərtib edib onlar ilə 
dava başladı. Məliklər qoşun ilə gəlib onu mühasirəyə saldılar. Səylər edib qalanı 
o dəfə almağı başarmadılar. Məlik  Şahnəzərin tavabeində olan kəndləri yəğma 
və qarət edib, müahidə etdilər ki, əyyami-zimistan münqəzl olub bahar fəsli 
olanda, dübarə ittifaq ilə qoşunlar fərahəm qılalar. Gəlib qəleyi-Çanaxçını alalar 
və Məlik Şahnəzərə nə ki əldən gəlir eyləyələr. Elə ki onlar müraciət qıldılar və 
hər kəs öz məqər və  məqamına varid oldular, pəs Məlik  Şahnəzər fikir və 
əndişələr edib, məsləhət vaxtı  səlahkarı belə gördü ki, Pənah xan ilə ki, o şol 
vaxtda cülusi-vilayətdə  təzə  və  şöhrəti və  tərəqqisi bülənd avazə olmuşdu, 
binayi-ülfət və itaət və rüsmü-ixlasi-müvafiqət möhkəm edə, tainki onun 
müavinəti və yarlığı ilə düşmənlərinə faiq gələ. Bu tədbiri xatirində müsəmmim 
edib tühəf və  hədayalar və layiqli sovqatlar ilə Çanaxçıdan süvar olub, Pənah 
xanın hüzuruna getdi və ona itaət etdi. Elə ki mərhum Pənah xan dəxi bu növ 
görəndə qayətdə xoşhal və fərəhnak 
 
  
 128


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə