qələyi-Şahbulaqda sükunət qılıb mütəməkkin oldular və üç-dörd ildə orada
istiqlali-təmam ilə əyləndilər. Pənah xanın avazəsi və istiqlah və şöhrəti-
cəmiyyət və tərəqqisi və calalı günbəgün iştihari-təmam bulub ətraf və əknafın
cümləsində məşhur oldu və tamam Gəncə, Şəki, Şirvan, Qaradağ, Naxçıvan və
İrəvan xəvanini rəsəl və rəsail və mürasilat və peşkəş və töhəf və sovqatlar Pənah
xana göndərib, izhari-xüsusiyyət və məvəddət və dusti və yeganəki və ülfət
qoyardılar və əksəri xəvaninin övladlarından zəval rəsmi ilə Pənah xan öz yanına
götürüb, qəleyi-Şahbulaqda saxlardı və bir parası ilə qövmlük edib və bəzilərilə
dostluq və ülfət edib və bəzilərinə zor qılıb. Qərəz ki, Məğri, Günay və Çuldur
mahallarını, ta Bərgüşad çayınadək Qaradağ hakiminin təsəllütündən və Tatif və
Sisiyan mahallarını Naxçıvan hakimindən əxz eylədi və Zəngəzur və Qapanatı
Təbriz bəylərbəyisindən intiza etdi və Tərtər çayı (sahilindəki) Uşacıq
günbəzindən yuxarı, ta Göyçə sərhədinədək ki, Kolanı məskənidir və İrəvana
tabedir, İrəvan hakimindən zəbt eylədi və Xudafərin körpüsündən, ta Gəncənin
Kürək çayınadək xəvanini-Gəncənin əlində olardı. Gəncə xəvanilərindən əlinə
keçirdi və bunlardan maəda Kəngərli dəstəsi ki, bir minbaşıya tabe idilər və
Naxçıvan elidir, Naxçıvandan gəliblər və Dəmirçi Həsənli ki, Gürcüstan Dəmirçi
Həsənlisindən gəlmədir və bir minbaşıya mütəəlliqdir və Cinni tayfası yenə bir
minbaşıya tabe idilər. Onlar da Gürcüstandan gəlmədir və Gürcüstan elidirlər.
Təmamən Pənah xanın avazeyi-hörmət və məhəbbət və riayəti səbəbinə və
yaxşılığına görə ətraf vilayətlərdən gəliblər onun yanına və məcmuinə
Qarabağda yurt və məskən və məkan və məhəlli-təiş və güzəran, yaylaq və aran
verib və izzətlər edibdir. Hamı ona müti və mənqad olublar və xidmət və
təbəiyyət edib, yanında qalıblar ki, şimdi təmamisi Qarabağ əhli cümləsinə
mülhəq olub Qarabağ hesab olunurlar. Əlqissə üç-dörd il var idi ki, Tərnəküt
qalasında sakin olmuşdular ki, Qacar Məhəmməd Həsən xan validi -Ağa
Məhəmməd xan Mazəndəran, İraq, Fars və Azərbaycan məmləkətlərində istiqlal
behəm yetirib, şöhrət və avazəsi iştihar buldu və çün həmə övqat Pənah xanın
kargüzarları və hüzurunun xəvasları və ixtiyarları hökumət fikrindən qafil
olmazdılar, fikr və tədbirlər əndişə edib Pənah xanın səlah və işarəsilə məsləhəti
bu növ gördülər ki, “çün Nadir şahın vəfatından sonra müddətlər ki, Əliqulu xan
və
135
Əmiraslan xan ilə müdara edib və rəbti-dostluq və ittihad var idi. Ola bilər ki,
Məhəmməd Həsən xan ilə şöylə süluk və rəftar məqdur olmaya və o gunə
müvafiqəti qəbul qılmaya və xəvanini-ətrafdan dəxi o qədər xatircəmliyimiz
yoxdur və batində bəzilərinin bizimlə həsəd və ədavəti çoxdur və şayəd ki, onlar
Məhəmməd Həsən xanı təhrik edələr və onunla ittifaq olub gəlib bizimlə dava və
münaziə başlayalar və Qarabağın əmval və əhşamı Qızılbaş qoşunlarının pay-
malı ola. Bizlər bu Şahbulaq qalasında oturub şöylə qəvi olan düşmənə və
xəvanini-ətrafa cavab verə bilmərik. Bilmərrə müstəsil oluruq”. Pəs əlacı vaqiə
piş əz vüqu bayəd kərd
1
babından lazımdır ki, bir yaxşı möhkəm və münasib
məkanda bir yaxşı məstəhkəm qala bina edək ki, əbədi və həmişəlik ola və
ortalıq ola ki, aran və yaylaq, hər ikisi əldə ola. Bir tərəfi güşad ola ki, yaylaqda
onların qaladan xəbərdarlığı və əlləri üzülməyə və mütləğa qəvi olan düşmənlər
onu təxir etməyə qadir olmayalar və bu məsləhəti Məlik Şahnəzər bəygilə
həmişə sədaqət və xeyirxahlıqda var idi, eylədilər. Onun məsləhəti və
rəhnümalığı və səvabdidi ilə bu Şuşa qalasının binasına müsəmməm oldular. Pəs
əvvəla neçə nəfər əhli-vüquf və kardan kamil və aqil əşxaslardan göndərdilər ki,
ətraf və cəvanibdən şöylə qala binası üçün yer tapsınlar. Pəs gedib gəzib və baxıb
həmin Şuşa qalasının yerini ki, şul vaxtda Şuşa kəndinin sakinlərinin cüzvü otlaq
və biçənək yerləri idi tapıb, gördülər ki, hər babda layiqdir. Nəhayət, içində bir
cari suyu yox idi, məgər inki iki-üç balaca çeşməsi var idi ki, şöylə cəmiyyəti-
kamil və şəhri-qabil üçün kifayət edən deyildi. Pəs səlah və məzənnə olan
yerlərdən sudan ötrü quyu bina etdilər, gördülər ki, su çıxar. Məlum əksər
məkanlarından su çıxandır. Gəlib mərhum Pənah xanı hali eylədilər və xan özü
də neçə nəfər xəvasları ilə gəlib baxıb, bu növ qabil gördülər. Bəd əz an təmirinə
ağaz edib 1170 hicridə mütabiqa səneyi məsahiyə 1753-cü ildə qalanı qayı-
rıb
2
tamam Şahbulaqda olan evlərin və əyan və əşxas məliklər və ilat
kəndxudaları və böyüklərinin və mülazimlərinin evlərini oraya gətirib və əlavə
kəndlərdən və ilatın bəzilərindən çox
1
1
Tərcüməsi: Hadisə baş verməzdən əvvəl çarə qılmaq lazımdır.
2
2
Hicri 1170-ci il miladi 1756-1757-ci ilə təsadüf edir. Şuşa qalasının tikintisi, Mirzə Adıgözəl
bəyin “Qarabağnamə”sinə şərh yazanlar qeyd edirlər ki, 1752-ci ildə başa çatmışdır. (Mirzə Adıgözəl
bəy. “Qarabağnamə”, səh.65-66).
136
evləri köçürüb gətirib qala içində onlara yurd, məqam və mənzil verib mərqub
olan şəhər və abadanlıq qayırdı. Adını Pənahabad qoyub o ism ilə pullar məskun
etdilər ki, avazası iqlimlərdə məşhur oldu. Ondan irəli heç bir əsrdə orada
abadanlıq olmamışdı. Həmin ki, qalanın altı verstliyində vaqe olan Şuşa kəndinin
otlaq yerləri idi ki, Pənah xan mərhum abad edibdir. Çün qala tamam oldu və
orada möhkəmlənib aram və qərar və tədarükat əmələ gəlməkdən bir il müddəti
keçmişdi, Məhəmməd Həsən Qacar ki, Ağa Məhəmməd şahın atası idi, İraq və
Azərbaycan sipahından cəmiyyəti-mövhur və əsakiri-naməhsur götürüb Pənah
xanın tənbehi və Şuşa qalasının təsxiri üçün Qarabağa azim oldu. Gəlib Arazı
keçib, qalanın dörd ağaclığında vaqe olan Xatun arxı mənzilində ordu əylədi və
xatirindən keçirdi ki, bəlkə Pənah xan itaətə gəlib bilamünaziə qalanı təslim edə.
Müddəti-bir ay orada oturub hay-huy etdi. Baxıb gördü ki, Pənah xan məhəlgü-
zar olmaz çəndan mənzuruna olmaz, hənuz qalaya yavuq gəlməmiş ki,
Qarabağın əhli və quldurları, ordu əhlinin at və qatır və çarpalarına küllü qarət və
zərərlər həm yetirmişdilər. Bu əsnada daldan Məhəmməd Həsən xana xəbər
yetişdi ki, Kərim xan Zənd Şiraz və Fars məmləkətlərində istiqlal bulub və
sahibi-dayə olub iddiai-səltənət ilə əsakiri-firavan cəm edib Şiraz şəhərindən İran
və Mazandaran təsxirinə müsəmməm və azim olubdur. Pəs bu əhvalata görə
Məhəmməd Həsən xan qala almağı, Gəncə və Şirvanatı müsəxxər qılmaq ki,
məqsudi-zəmiri idi, mövquf edib çox istecal ilə müraciət qılıb Mazandaran və
İraqi-Fars tərəfinə mütəvəcceh oldu. Belə ki, gedəndə təcilindən öz qalakub olan
topların dəxi Xatun arxında qoyub getmişdi ki, haman toplar ilə 1826-cı ildə
qızılbaş qoşunu gəlib, qalanı mühasirə edən zamanda imnayi-dövləti-Rusiya
onlardan istifadə edirdilər.
Əlqissə, Məhəmməd Həsən xan buradan qayıdıb, təcili-tamam ilə İraq
məmləkətinə gedib yetişənədək Kərim xan Zənd tamami-Fars və Mazandaran
vilayətlərini və İraq məmləkətindən əksərini təsərrüfə gətirib Məhəmməd Həsən
xanın müqatilə və müdafıəsinə amadə olmuşdu. Pəs Məhəmməd Həsən xan dəxi
bu tərəfdən, Azərbaycandan və sairlərdən əsakiri-şayan və ləşkəri-külli münəcid
edib Kərim xanın dəfinə əzmi tamam üə mütəvəcceh oldu və çün bəxtü dövlət və
fəthü nüsrət xudavəndi-aləmin ətiyyeyi-üzmalarından
137
Dostları ilə paylaş: |