TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   38   39   40   41   42   43   44   45   ...   91

 
olub zəhmətlər və əsrətlər çəkdilər. Ancaq şul müddətdə Pənah xanın üstünə hər 
kimsə ki, qeyri vilayətlərin xanlarından düşmənliyə gəlsə idi, onun yanında olub 
və ona gəlib bələdlik qılıb, Pənah xan ilə dava edərdilər. Aqibətül-əmr heç bir 
zad Pənah xana və  İbrahim xana başarmayıb müzməhil oldular və  Pənah xana 
həqq-taala nüsrət verdi. Hamı mahalati-Xəmsə  və ilati-Qarabağ küllən itaət və 
inqiyad qıldılar. 
BEŞİNCİ FƏSİL 
 
ADİL ŞAHDAN PƏNAH XANA FƏRMAN 
SADİR OLMAĞIN VƏ ONU QARABAĞDA 
XAN VƏ HAKİM QILMAĞIN BƏYAN EDƏR 
 
Çün-səneyi 1160 - hicridə, yəni miladi - 1743-cü ildə Nadir şahı Xorasanda 
qətlə yetirdilər
1
  Bəd  əz an onun (Nadirin) qardaşı  Zəhirəddövlə  İbrahim xanın 
oğlu Əliqulu xan Adil şah müləqqəb edib Nadir şahın yerində şahlıq məsnədində 
əyləşdi və onun tərəfindən  Əmiraslan xan sərdarlıq  əmrinə  mənsub olub 
Azərbaycana gəlib Təbriz şəhərində oturub hökmranlıq qıldı. 
Elə ki həmin Əmiraslan sərdari-Qarabağ sahəsində Pənah xanın bu cür ixtiyar 
və istiqlal avazəsini eşitdi. Mirzə Adıgözəl bəyin rəvayətinə görə  sərdar 
Təbrizdən özü Pənahəli bəyi görmək üçün Qarabağa gəlib və burada mülaqat 
hasil olandan sonra axşamı  Pənahəli bəyə sultanlıq və sabahı xanlıq verib və 
ondan sonra (şaha) yazıb və Adil şahdan təsdiq fərmanı  gəlib. Amma Mirzə 
Camal bəy yazır ki, Əmiraslan sərdar, çün Qarabağda Pənah xanın avazəsini 
eşidib öz yanında at və qılınc və xələt Pənah xana göndərib və onu Adil şahın 
itaətinə  tərğib və  dəvət edib. Mərhum Pənah xan dəxi bu tərəfdən  Əmiraslan 
sərdarın göndərdiyi adamların adına görə yaxşı hörmət və lazımi ziyafət gətirib 
və bəd neçə nəfər nami və mötəbər olan ilat
 
 
 
 
 
 
 
 
 
                                                 
1
 Hicri 1160-cı il miladi 1747-ci ilə Nadir şahın Xorasan yaxınlığındakı Xabuşan yaylağında, 
iyun ayında öldürülməsi ilə müqabildir. Burada göstərilən 1743-cü il səhvdir. 
 
 
 132


kəndxudalarından dəxi onlara qoşub töhaf və  hədaya və yaxşı  sədaqətamiz 
cavablar ilə  sərdari-məzburun hüzuruna göndərib, dövləti Adil şaha izhari-itaət 
və inqiyad etdi. Çünki hənuz o vaxt deyil idi ki, o tövr sahibi-şövkət sərdar ilə 
dava və müqatilə  məqamına gələ. Tamam ətraf xanları batinən onunla düşmən 
var idilər və Qarabağın  əksəri həm Pənah xana dürüst itaət qılmamışdılar və 
hənuz müti olmamışdılar. Ona görə Adil şaha və Əmiraslan sərdara görə itaət və 
rəftari-süluki məsluk edərdi. Pəs Əmiraslan xan sərdar dəxi Pənah xanın o tövr 
itaət kəlamatını və xülus və iradatını və o növ göndərdiyi kəndxudalarını görüb, 
qayətdə xoşhal olub və  məzidi iqbal bilib, Adil şaha görə bu əmri xədəmati-
cəlilədən məshub edib pəs bu keyfıyyəti  ərizə ilə Adil şah hüzuruna yazıb 
pişnəhad etdi. Ona görə 1160 səneyi-islamiyyedə mütabiqi səneyi-məsihiyyə 
1744 Adil şahdan xanlıq
1
 və Qarabağın hökumət və fərmani sadir olub. Pareyi-
girənmayə xələt və ənam və mürəssə becəvahir qdınc və qızıl irasbablı at Pənah 
xana gəlib, sərdar Əmiraslan xan dəxi əlavə özü də sovqat və hədiyyələr məzid 
edib. O vəqtdə ki, Pənah xan Bayat qalasında məskən ixtiyar etmişdi, orada gəlib 
vüsul oldu və haman kəndxudalar ki, Pənah xan tərəfindən  Əmiraslan sərdarın 
yanına getmişdilər, onlar dəxi xələt və ənam və hörmət ilə gəlib yetişdilər. İbtida 
o oldu ki, oradan Pənah xana xanlıq ismi qoyulub və Qarabağa hakimlik əmrinə 
mənsub oldu. Yövmən-yövmən tərəqqilər qıldı  və  İran məmalikinin ixtilalında 
tamam Qarabağa və qeyri-para ölkəyə istiqlal buldu. Ondan sonra bir az müddət 
çəkdi ki, Adil şahı Nadir şahın nəvadəsi Şahrux Mirzə qətlə yetirib təxti səltənətə 
əyləşdi və o hallarda Əmiraslan xan dəxi Qarabağ hakimi Kazım xanı  dəstgir 
edib məğlub etdi. Bir çox qəlil zamanda Şahrux şahı dəxi məqtul etdilər. Növbət 
hökuməti-səltənəti-Zənd Kərim xan Vəkilə yetişdi. O dəxi vilayətlərə istiqlal və 
aram edənədək, müddəti-mütəmadi  İraq və fars və Xorasan və Azərbaycan və 
hamı  İran məmalikində  hərci-mərc və  məqşumluq olub xudsərlik və  pərişanlıq 
əmələ  gəldi. Dəxi o zamanlarda Pənah xan əzmi-hümmət bağlayıb cəhdü səy 
edirdi ki, Gəncə və İrəvan və Naxçıvan və Qaradağ və Ərdəbil vilayətlərini 
 
 
 
  
  
                                                 
1
 
Hicri 1160-cı il miladi 1747-ci ildir. Mirzə Camala görə  Pənah xana xan adı verilməsi və 
Qarabağ hakimliyi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman hicri 1161-ci il miladi 1748-
ci ildə verilmişdir (Mirzə Camal. Qarabağ tarixi, səh.18). 
 
 
 133


təsərrüfünə gətirsin. Bir az zamanda dəxi onların bəzilərini zor ilə və bəzilərini 
qövmlük ilə  və  bəzilərini rəsəl və  rəsail ilə müti edib, Ərdəbildə  məxsusən 
Dərgahqulu bəy Sarıcalını hakim qoydu və  Gəncə xanzadələrindən hansını ki, 
xahiş etsə idi tikərdi və hansını istəsə  çıxarardı. Dəxi neçə  nəfər o vilayətlərin 
xanzadələrindən götürüb öz yanında zaval rəsmi ilə saxlayardı  və  hər diyarda 
avazəsi və şöhrəti müntəşir olmuşdu. 
 
ALTINCI FƏSİL 
 
PƏNAH XANIN TƏRNƏKÜT QALASINI VƏ 
ŞUŞA QALASINI TƏMİR ETMƏYİ VƏ 
BƏZİ İLAT-MAHALATINA İTAƏT EDİB, 
XİDMƏTİNƏ GETMƏYİN VƏ PAREYİ 
VƏQAYEYİ BƏYAN EDƏR 
 
Çün mərhum Pənah xan 1162-ci il hicridə
1
 Bayat qalasını təmir edib
2
, dörd-
beş il orada sakin olmuşdular. Baxıb gördülər ki, aran zəmindir, həmişə orada 
oturub dolanmaq mütəəssir olur. Yay fəsli olanda ilat əhli dağlara gedib, uzaq 
olurlar. Zərurət olanda onlara əl yetişmir. Ona görə  məsləhət bilib Tərnəküt 
qalasını ki, indi Şahbulaq adlanır, bina eylədilər. Pəs böyük çeşmə başında bir 
bala tülənnək üstündə  məzənnə edib, yaxşı mühəndis, peşə adamları ilə bir 
böyük hasari-vəsi tərh edib uca yerdə qala tikib bazar və hamam və çarsu və 
məscid təmir etdirib və tamam ilat böyüklərinin sükunəti üçün evlər bina etdirib. 
1175-ci il hicridə
3
 öz evini və tamam mülazim və  məxsuslarının evlərini və 
mahal böyüklərinin evlərini cəm qılıb 
 
 
 
 
 
                                                 
1
 
1
Miladi tarixi ilə 1749-cu il. Mirzə Camala görə Bayat qalası 1161 (1748)-ci ildə tikilmişdir 
(Mirzə Camal. Qarabağ tarixi, səh.15). Mirzə Adıgözəl bəy də qalanın 1161/1748-ci ildə tikildiyini, 
səngər, sığnaq və qərargah saldırıldığını bildirir (Mirzə Adıgözəl bəy. Qarabağnamə, səh.56). 
 
2
 
Burada və aşağıda təmir sözü tikmək, inşa etmək mənasında işlədilir. 
 
3
 Hicri 1175-ci il miladi 1761/1762-ci ilə uyğundur. Fikrimizcə, bu tarix səhvdir. Mirzə 
Adıgözəl bəy və Mirzə Camal tikinti işlərinin 1165/1751-1752-ci ildə sona çatdığını yazırlar (Mirzə 
Adıgözəl bəy. Qarabağnamə, səh.58; Mirzə Camal. Qarabağ tarixi, səh.17). 
 
 134


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə