TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   46   47   48   49   50   51   52   53   ...   91

xaric və kənar deyilik. Hərgah səlah görərsə, bizlər hamımız padşahi-mərhəmət 
məstgah imperaturi-Rusiyanı  qəbul edirik. Mərhum  İbrahim xan dəxi dübarə 
həmin xanların yazdıqları məktubları və qamu bu əhvalatı mücəddidən sərdari-
əzəm Zubov hüzuruna göndərib, məlum eylədi. 
Məxfi olmaya ki, hərçənd Gürcüstan valisinin əzəməti və  şövkəti və calalı 
sair xəvanini-Şirvan və Xoy və İrəvan və qeyri kimi deyildi. Onun ocağı qədim 
və vilayəti əriz və dövlət və neməti əzim idi. Amma bu vücudun sahibi yenə hər 
cür səlah və məsləhətdə mərhum İbrahim xanın sözündən çıxmazdı. 
Bu səbəbə ki, valiyi-Dağıstan avar hakimi mərhum Ümmə xan və sair 
Dağıstan əmirləri qohumluq cəhətinə İbrahim xana kömək və müti və münqadvar 
idilər. Çünki Ümmə xanın bacısı Bikə ağanı mərhum İbrahim xan almışdı və çox 
da mehriban qohum idilər. Əgər əhyanən bir ədavət və küdurət Gürcüstan valisi 
ilə mərhum İbrahim xanın aralarına düşsə idi, İbrahim xan işarə etsə Dağıstanın 
əhlləri və qoşunu Ümmə xanın əmrilə Gürcüstan vilayətini xarab edərdilər. Necə 
ki, 1199 (1784-85)-cu tarixdə valiyi-Gürcüstan ilə  İbrahim xanın aralarında bir 
küdurət oldu. Ümmə xan avar hakimi çox ziyad olan qoşun ilə Gürcüstan 
sahətinə hərəkət edib qalanı və sığınacağı və Gümüşxananı təsərrüt etdi və çox 
xəlayiq məqtul olub övrət və uşaqdan çox əsir apardılar və ətraf və cəvanibdən 
çox kəndləri qarət edib, çapıb, dağıtdılar. Oradan əsirlər və qənimətləri götürüb, 
apardılar Axısqa vilayətinə  və oranın paşası Süleyman paşanın yanına gedib, 
qışda orada qalıb, Rum sultanı xandkari-Rumdan çox ənam və xələtlər hasil edib, 
yazda yenə qayıdıb Gürcüstanın kənarından keçib Dağıstana gedən vaxtda 
dübarə Baxan qalasını ki, sərhəd və güzərgahda vaqe idi və qəleyi-möhkəm idi 
və orada knyazlardan Abaşidze knyaz öz əhl və  əyalı ilə sakin olurdu. Haman 
qalanı mühasirə qılıb və təsərrüfə gətirdilər və qala əhlindən çox adamlar qətlə 
yetirib, mal və dövlətlərin qarət edib, əyal və  ətfallarını  əsir edib aparmışdılar. 
Haman qızların birisini töhfə  və  hədiyyə  rəsmilə, bir para əlavə  şeylər ilə 
mərhum İbrahim xana sovqat göndərmişdilər. İbrahim xan dəxi o qızı nikah edib 
özünə almışdı ki, bir oğlu Abbasqulu ağa adlı  və bir nəfər qızı ki, Gövhər ağa 
ola,  şul Abaşidze knyazının qızıldan təvəllüd etmişlərdi. Ağaşidze knyazın o 
birisi qızını dəxi 
 
  
 156


Ümmə xan özü əqd-nikah edib, almışdı.  Əlqissə, bu səyaq işlərə görə valinin 
İbrahim xana görə ehtiyacı və ehtiyatı çox olardı və həmçinin Şirvan və Şəki və 
Gəncə və İrəvan və Xoy və Naxçıvan və Qaradağ və Talış və Təbriz və habelə 
Şahsevən və Şəqaqi xanları dəxi İbrahim xana müti var idilər ki, onun əmrindən 
və məsləhətindən təmərrüd və təxəllüf etməyə qadir deyildilər. Tiflis valisi dəxi 
həm ixlas və  həm ehtiyat yolu ilə  mərhum  İbrahim xana görə müti idi. Xülasə 
bunlar hamısı  İbrahim xanın məsləhətilə dövləti-behiyeyi-Rusiya itaətinə razı 
olub, elçilər və  ərizələr göndərdilər və  təmamisi nisbəti-dövləti-əliyyəyə görə 
müheyyayi-ixlas və itaət olmuşdular ki, bu əsnada imperaturiyyə-üzmanın vəfat 
etmək qəziyyəti vaqe olub
1
, salari-əzəm Zubov dəxi  Əbülfət xanı  və onunla 
oraya gedən Qarabağ  bəyzadələrini və  kəndxudalarını izzət və hörmət ilə  və 
pareyi-ənam və  hədiyyələr ilə mürəxxəs və  mətuf edib, özü dəxi imperator-
padşah Pavelin
2
 əmrilə dala qayıtmalı olub, əhvalı İbrahim xana məlum etmişdi. 
Özü müavidət qılıb Rusiyaya getmişdi. Bəs bu növ xəbəri və  qəziyyəni ki, 
mərhum İbrahim xan eşitdi, qayətdə məyus və məğşuş olub, hamılara yəsi külli 
ruyavər oldu. Vali İrakli xan dəxi Ağa Məhəmməd şahın hadisəsindən sonra bir 
də Tiflis şəhərinə gəlmədi və iki ildən sonra vidayi-cahan edib vəfat etdi
3
 və oğlu 
Georgi xan ki, vəliəhdi-vali idi, dualadılar, vali oldu. Amma sair qardaşları ki, 
İldun (Yulan) xan və Pirnavaz (Parnaoz) xan və Aleksandr Mirzə bu əmrə razı 
olmadılar. Çünki anaları ayrı idi
4
. Hər biri bir tərəfdən iddia və düşmənlik 
başlayıb, küdurət və ədavət binası qurdular. Pəs təzə vali Georgi xan naçar olub 
adamlar irsal edib və  məvaciblər verib, Dağıstandan özünə kömək və qoşun 
götürüb, ləzgi və gürcü qoşunları ilə  hərəkət edib, Kəsəmən qışlağından keçib, 
Aleksandr Mirzə ki, Qazax və Borçalı və Şəmsəddin mahallarına malik olmuşdu 
və valiyə ağ olub binayi-rüğyan və üsyan qılmışdı, onun üstünə azim oldu. Elə ki 
o, cəmiyyəti tamam ilə Qazax torpağına yetişdi, Aleksandr Mirzə tab və 
müqavimət gətirməyib izqrarən oradan qaçıb 
 
 
 
 
 
 
 
 
 
_______________________________ 
 
1
II Yekaterina 6 noyabr 1796-cı ildə ölmüşdür.  
2
 Rusiyanın çarı I Pavel (1754-1801) nəzərdə tutulur.  
3
II İrakli 11 yanvar 1798-ci ilde Telavda ölmüşdür. 
4
 Mirzə Adıgözəl bəy yazır ki, əksinə onlar bir anadan olmuşdur (Qarabağnamə, səh.86-87). 
 157


Qarabağa gəldi. Qarabağ vilayətində (bir) müddət qalıb, ondan Qızılbaşa getdi. 
Bəd əz an orada Qazax və Borçalı əhlinin bir para fəsad peşəli və şərarət əndişə 
olanlarına tənbeh və siyasət edib, ondan sonra şul qoşunu müqərrər etdi ki, Qars 
vilayətini çapavul etsinlər və onlar dəxi həsbül-müqərrərə görə gedib o 
nahiyələrdən pareyi-qarət və kəsblər edib, ondan qayıdıb yenə valinin hüzuruna 
gəldilər. Bəd əz an oradan müraciət edib gəlib Tiflis şəhərinə varid oldular. Çün 
Aleksandr Mirzə Gürcüstandan çıxıb Qarabağ vilayətinə fərari oldu, ondan sonra 
qalan valizadələr fərağət olub, filcümlə valiyə itaət qılıb aram oldular və 
başlarını salamat saxlamağı qənimət bildilər. 
 
ON İKİNCİ FƏSİL 
 
AĞA MƏHƏMMƏD ŞAH DÜBARƏ QARABAĞA 
QALA ÜSTƏ GƏLDİYİNİ VƏ İBRAHİM XAN 
QARABAĞDAN ÇIXIB DAĞISTANA, CAR VƏ 
BALAKƏNƏ FƏRAR QILDIĞIN VƏ AĞA 
MƏHƏMMƏD ŞAHIN ŞUŞA QALASINDA 
MƏQTUL OLDUĞUN BƏYAN EDƏR 
 
Çün qeyd oldu ki, İbrahim xan davasız və  səbəbsiz öz xahiş  və rizası ilə 
Rusiya dövlətinə ixlas və iradət bağlayıb, öz oğlunu sərdari-əzəm Zubov 
hüzuruna göndərib, dil vermişdi.  İslam və  İran padşahını  tərk edib, öz səmimi 
qəlbi ilə imperatori-əzəm itaətinə raqib olmuşdu. Əlavə ətraf xəvaninlərinə dəxi 
bais olub, Ağa Məhəmməd  şahdan rukərdan qılmışdı. Bunlar tamam Ağa 
Məhəmməd  şaha məlum olub. Onun üçün İbrahim xana görə ziyadə  qəzəbnak 
olub, ədavət və küdurət qıldı. Bu işlər səbəbinə görə İbrahim xanın qətl və dəfinə 
kəməri-hümmət bağlayıb,  əzmi tamam ilə müsəmməm oldu. Pəs buna görə 
səneyi 1210-cu ilin bahar fəsli olanda tədarükü-şayan və  əsakiri-firavan ilə 
Azərbaycan sövbinə hərəkət edib
1
, dübarə Qarabağa və Şuşa qalasına müsəxxər 
qılmağa azam oldu. Və çün müddəti-üç il olurdu ki, afati-səmavi və ərzi-Qarabağ 
vilayətinə ruavər olub, 
 
 
__________________________ 
 
1
 Bu tarix səhvdir. Ağa Məhəmməd  şah 1797-ci ilin baharında yenidən Azərbaycana hücum 
etmişdir. 
 
  
 158


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə