TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   44   45   46   47   48   49   50   51   ...   91

var idim və hər gündə vaqe olan əhvalatı və vəqayeyi bilirdim. Şul vaxt Qarabağ 
əhli müsəlman və erməni küllü-qoşun və cəmiyyət xan hüzurunda var idi. Ağa 
Məhəmməd şah bir gün mərhum İbrahim xanı qorxutmaq və bikamal hesab edib 
sataşmaq üçün bu fərdi münasibi-məqam bilib, divani-qəsaidi - Seyid 
Məhəmməd Şərar
1
 təxəllüsdən intixab edib İbrahim xana yazdı: 
 
Beyt: 
Ze məncənəqi-fələk səngi-fıtnə mibarəd,  
To əblahanə gerefti miyani-şişə qərar.  
(Fələk mancanağından fitnə daşlan yağır,  
Sən axmaqcasına şüşədə qərar tapıbsan). 
 
Bu kağız mərhum xana yetişən kimi, verdi öz nədim hüzuru və vəziri-müşir 
məmləkəti olan Axund Molla Pənah Vaqif təxəllüsə. Mütaliə edib haman dəmdə 
bu beyti o məktubun dalısına yazıb geri qaytardı. 
 
Beyt: 
 
Gər nigahbani mən an əst ke, mən midanəm,  
Şişə ra dər bəğəli səng nigəh midarəd.  
(Məni saxlayan mən tamdığımdırsa,  
Şüşəni daşın qoynunda salamat saxlar). 
 
Vəqti ki, Ağa Məhəmməd şah bu kəlamatı görəndə son dərəcə qəzəbnak olub 
haman səat əmr eylədi ki, ildırım kimi olan əjdaha ağızlı toplara od qoydular və 
qala canibanə atdılar ki, o sədəmələrdən neçə evlərin divarı dağıldı. Amma hər 
nə qədər hay-küy və qırr-vırr oldusa, hərkiz mərhum xan xaif və hərəsan olmayıb 
nəzərə almazdı. 
Əlqissə, otuz üç gün müddəti ki, Ağa Məhəmməd  şah orada ordu edib 
əyləndi. Hər gün və gecə Qarabağın müsəlman xalqının atlı və piyadəsi fövc və 
dəstə-dəstə meşələrdə və Araz kənarından qala 
 
 
 
 
 
 
 
 
________________________ 
 
1
 Şirazlı şair Seyid Məhəmməd Ürfi nəzərdə tutulur.  
 150


kənarınadək yollarda orduya gələn azuqə karvanını və ota və ələfə çıxan qoşun 
əhlini tutub öldürüb, at və ulaqlarını qarət və özlərindən bəzilərini əsir və dəstgir 
edib xan hüzuruna gətirirlərdi.  Şul vaxtda qalada azuqə  və  tədarük və top və 
tüfəng və barıt və qeyri hədsiz idi. Hətta Qarabağın quldurları gecələr Ağa 
Məhəmməd şahın ordusuna girib xanların və sərkərdələrin çadırlarını qarət edib 
götürərdilər. Dəvə və at və qatır o qədər götürərdilər ki, yaxşı at on manata və 
dəvə altı manata və qatır dörd manata alınmazdı. Ağa Məhəmməd  şahın 
qoşununa, at və ulaqlarına külli zərərlər olub və çox qoşun adamları qətlə yetişib, 
o cümlədən hərçəndi ki, ordunun ətrafını yaxşı möhkəm bürclər tərtib etmək ilə 
xeyli müstəhkəm etmişdilər ki, məbadə Qarabağın qoşunu gecələr  şəbixun 
gətirələr. Ba vücud bu yenə  əramineyi-mahali-Vərəndə piyadaları ki, Məlik 
Şahnəzərin böyük oğlu Məlik Cəmşid onlara yüzbaşı idi və xan hüzurunda olar-
dılar və həmişə ata-babadan onlar Pənah xana və İbrahim xana sədaqəti-tamam 
ilə sədaqət göstəriblər. Hətta ki, Məlik Şahnəzər öz qızı Hurzad xanımı İbrahim 
xana övrət verib, kəbin etmişdi. Ba vücudinki erməni məzhəbində olmazdı. 
Əlqissə, haman Malik Cəmşid yaxşı yüzbaşılar ilə bir gecə Vərəndə piyadəsini 
götürüb  Şuşa çayının  ətrafında olan səngəri və bir möhkəm bürcü ki, Ağa 
Məhəmməd şahın və xassə fövcünün tüfəngçiləri mühafizət edirlərdi, dağıdıb və 
zor ilə  qələbə edib, içində olan mühafizət edənləri ki, altmış  nəfərdən ziyad 
imişlər, təmamən qətlə yetirib, başlarını  və iki-üç nəfər dəxi diri adamlarını 
haman gecə sübhə yavuq mərhum İbrahim xanın hüzuruna gətirdilər. Xan dəxi 
şul Vərəndə piyadələrinə külli ənam verdi. Bu növ ilə qarabağlılar gecə  və 
gündüz aram və asayişi qızılbaş qoşununa haram edirdilər və bu 33 gün 
müddətdə üç-dörd dəfə şah külli olan qoşunu qala üstə məmur etdi. Bir dəfə özü 
dəxi  əzim olan cəmiyyət ilə  Şuşa çayından qala tərəfinə keçib, qala üstə yürüş 
gətirmək üçün səy və  təlaş etdilər. Amma bu tərəfdən çevik olan piyadalar və 
qoçaq olan səvarələr və rəşid və nami olan sərkərdələr müqabilə gedib, mərdanə 
davalar edib, mane oldular və qala almağa qoymayıb, basıb geri qaytardılar. 
Əlqissə, Ağa Məhəmməd şah baxdı ki, qala müsəxxər etmək mütəzzur olmur. 
Çiləbörd mahalının məliki, Məlik Məcnun və  Gəncə hakimi Cavad xan ki, 
sabiqən məzgur oldu, gəlib şahın hüzurunda 
 
  
 
 
 
 
 
 151


idilər. Onlar hər ikisi şaha dəlil oldular. Şah çoxlu məğlubiyyət və pərişanlıq ilə 
səmti-qaladan köçüb, qaladan beş  ağac kənar olan Qara təpə  mənzilində ki, 
Ağdam səmtində vaqedir, ordu eylədi. Həqiqət özünü mühasirədən xilas eylədi 
və bir ay müddəti dəxi şul mənzildə olub qoşunu at və ulağı rahat və aram tapıb, 
bəd  əz an Gürcüstan təsxirinə azim oldular. Mərhum  İbrahim xan şah hərəkət 
edəndən irəli bu xəbəri valiyi-Gürcüstan İrakli xana məlum eyləmişdi ki, Ağa 
Məhəmməd  şah qalanı tutmaqdan aciz olub, qoşununa və at-ulaqlarına külli 
zərərlər yetişib. İndi məsləhət görüb ki, bu zərər və məğlubiyyətini o səmtlərdən 
dürüst etsin. Pəs o tərəfə yönəldi ki, o yerləri qarət və  zəbt etsin. Gərəkdir ki, 
bunun zəbt və fəsad şərrini dəf etməklik tədarükünə məşğul və hazır olasınız. 
Pəs Ağa Məhəmməd şah hər yerdə Cavad xan gəncəlinin və Məlik Məcnun 
məliki-Çiləbördün bələd və pişrövliyi ilə Tiflisə tərəf yönəldi. Elə ki İrakli xan 
vali bu xəbəri istima etdi, tədarük əzmində olub, Başıaçıq valisi Süleyman xana
1
 
ki, öz nəvadəsi idi və sair övlad və yaxınlarına ki, Gürcüstanı qismət eyləmişdi, 
tamamına  əhvalatı  məlum edib, istimdad qıldı  və kömək istədi. Çünki vali özü 
qocalıb kuhənsal olmuşdu və sinni və yaşı yetmişdən keçmişdi. Amma bunun ilə 
yenə düşmənin dəfində  və  cəngü davada çalışqan və  cəhd edirdi. Amma o ki 
oğlanları  və övladı var idi, bir-birlərilə aralarında  ədavət və  ləcacət və küdurət 
vaqe olmuşdu. O səbəbə heç birisi kömək qılmayıb, valinin sözünə və hökmünə 
mültəfit olmayıb gəlmədilər, səvayi Süleyman xan ki, dörd min qoşun cəm edib 
vali hüzuruna köməyə göndərmişdi. Hərçənd ki, qalan övladına vali təkid və 
təkrar ilə hökmlər və kağızlar və sifarişlər etdisə, heç birisi baxmayıb, köməyə və 
davaya gəlmədilər və valinin əmrinə qulaq asmadılar. Ancaq ləhu və ləəb zənanə 
ilə kisvəti-mərdanəlikdən ari olub, eyş-nuşə məşğul olurlar. Axır vali naçar olub, 
haman dörd min adam ilə Ağa Məhəmməd şahın müqabilinə əzm edib və gəlib 
Qazax və Borçalı mahalının İncə çayı (kənarında) düşdü və camaatı Qazaxdan və 
qeyri ilatdan həm bir qədər səvarə  və atlı qoşun tədarük edib, oradan yenidən 
hökmlər və təkidlər övladına yazıb, kömək təklif və təkrar etdi və hərçi gözlədi 
ki, kömək gəlmədi. Ağa Məhəmməd  şah dəxi gəlib Gəncəyə yetişdi və daxili-
Gəncə oldu. Bali labüd və 
 
 
 
 
 
 
 
 
 
 
___________________________ 

İmeretiya valisi Solomon nəzərdə tutulur

 152


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə