TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   43   44   45   46   47   48   49   50   ...   91

hökmranlıq eləyibdir. Öz əsrində onun hökmü Qarabağdan  əlavə  Şirvan,  Şəki, 
Gəncə,  İrəvan, Xoy, Naxçıvan, Qaradağ, Təbriz,  Ərdəbil, Marağa və  hətta 
Qaplanguhadək ki, İraq ilə Azərbaycanın sərhədidir, cari və nafiz olubdur. 
Tamam bu vilayətlərin hakimlərinin ədl və kəsi mərhum İbrahim xanın əmr və 
hökmü ilə olubdur. Dağıstanın Avar vilayətinin valisi ki, şul vaxtda Nusal 
(xanın) oğlu Ümma xan
1
 idi, onun ilə dəxi qüvvətlik edib və Ümmə xanın bacısı 
Bikə  ağanı  əqd və nikah edib almışdı. Çox yaxşı,  şirin qohum idilər. Hər bir 
vəqtə ki, zərur və dərgah olurdu. Dağıstan vilayətindən ləzgi qoşununu cəm edib 
Ümmə xanın və sair sərkərdələrinin ittifaqı ilə Qarabağa gətirib, hər yerdə ki, 
qoşun göndərmək lazım olanda öz övlad və əqrəbalarından dəxi sərkərdə töküb 
Qarabağ qoşunu ilə müttəfiq göndərib, düşmənlik edənlərə  tənbeh və guşmal 
edəndi, özünə müti və münqad qılırdı. Belə ki, Dağıstan qoşunu ilə Qarabağı 
alıb, Kürdəşt ki, xəvani-Qaradağın məhəlli-qərar və aramgahları idi, xərab və 
zirü zəbər edib. Hənuz asar və  cəlina aliha, səfilha dər və divarında bağidir və 
oranın sakinləri fərar edib sair mahallarda pərakəndə olmuşlar və Kürdəşt xanı 
Mustafa xanı  ələ keçirib və  əsir edib, Qarabağa gətirmişlər. Həmçinin sair 
vilayətlərin xəvaninlərinin bəziləri ilə qohumluq edib və  bəzilərinə zor edib, 
özünə müti və münqad etmiş idi. Belə ki, Xoy və  Şahsevən və Dağıstan və 
Qaradağ və Gəncə xanları ilə qohumluq etmişdi və sairlərilə dəxi həm qohum və 
qərabət və xah zor və qüvvət. Qərəz, hər günə səbəb ilə hamısı mərhum İbrahim 
xana canü dil ilə itaət qəbul edib, müti olmuşdular. Hətta ki, Təbriz və Qaradağ 
vilayətlərindən bəzi mahalları öz adı-sanı və etimadı olan sərkərdələrinə ənam və 
mərhəmət rəsmilə vagüzar edib, mənsub edərdi ki, nəfbərdar olurdular. Fil 
həqiqət İbrahim xan mərhumun adında hərçənd ki, padşahlıq ismi yox idi, amma 
dövlət və calalı  İran padşahları kimi qayət təsəllüt və rüfət ilə istiqlası var idi. 
Məzkur vilayətlərin xəvaninlərinin övlad və yaxınları  həmişə zaval rəsmi ilə 
Şuşa qalasında onun hüzurunda sakin olardılar və fərmayişatına itaət qılardılar. 
Bu səyaq-qərar ilə mərhum İbrahim xanın hökuməti və ixtiyarı və əsas xanlığı və 
iqtidan ziyadə olan əzimət və istiqlal ilə bulub, kəmali-ehtişam və ixtiyar ilə 
rəyasət və hökumət qıldı. 
 
 
 
 
__________________ 
1
 Nusal xan - avar xanı olmuş, 1744-cü ildə ölmüşdür. Oğlu Ümmə xan (Ömər) 1774-1801-ci 
illərdə avar xanı olmuşdur. 
 
  
 147


ONUNCU FƏSİL 
 
AĞA MƏHƏMMƏD ŞAHIN İRANDA 
CULUS ETMƏYİN VƏ QALA ÜSTƏ 
QARABAĞA GƏLİB, BİNEYİ-MƏRAM 
QAYIDIB GETMƏYİNİ VƏ 
PAREYİ-VƏQAYEYİ BƏYAN EDİR 
 
Tarix səneyi - 1206 olanda Kərim xan Zənd vəfat etdi
1

Vəkili-İran Kərim xan Zənd vəfat edib, Ağa Məhəmməd  şah ki, Qacar 
Məhəmmədhəsən xanın oğlu idi, şul vaxtlarda Şiraz  şəhərində zaval rəsmilə 
olurdu. Elə ki Kərim xan Zənd vəfat etdi, Ağa Məhəmməd xan oradan çıxıb 
padşahlıq iddiasına düşüb, bir neçə il səy və guşiş edib, ta ki, İraq və Fars 
məmləkətlərinə  təsəllüt tapıb və Tehran şəhərini özünə darüssəltənə qayırıb 
müstəqil oldu
2
. Dəxi tarixi-islamiyyə  səneyi 1280 sənədə olanda məmləkəti-
Azərbaycana varid olub və tam Azərbaycanın cənub tərəflərini taki, Arpa çayına-
dək ələ keçirib
3
 ondan sonra Arazın bu tərəflərini ki, İrəvan və Talış və Şirvanat 
və Gürcüstan və Qarabağ  və qeyri zəbt etmək niyyətinə düşdü.  Əvvəl dəxi 
İbrahim xana xələt və şəmşir və qızıl əsbablı at göndərib öz itaətinə dəvət eylədi 
və İbrahim xan tərəfindən dəxi zəbani-itaət izharı və təarüfat küftarı əmələ gəlib 
bir neçə müddət elçiliyi tərəfeyi gəlib-getməkdə oldu. O cümlədən mərhum 
İbrahim xan öz əmuzadəsi Əbdüssəməd bəyi Mirzə Vəli Baharlı ilə ki, o da bir 
kardan və  şirinzəban adam idi, zaval rəsmilə  Ağa Məhəmməd  şahın yanına 
göndərib və şah dəxi orada onları kəmali-hörmət ilə hüzurunda saxlayırdı. Bir az 
müddət bu minval ilə keçib, ondan sonra bir para düşvar təkalif və hökmlər 
İbrahim xana eylədi. Xan baxıb gördü ki, ondan buyi-ülfət məşami-təmənnayi 
gəlmir. Dəxi onun təkliflərini qəbul etməyib və hökmlərinə məhəl qoymadı. Bu 
səbəbə miyanlarına ədavət və küdurət düşüb, aralarında bərhəmzədəlik oldu. 
 
 
 
 
 
______________- 
1
Kərim xan Zənd 1779-cu ildə ölmüşdür. Yuxanda 1206 hicri - 1791 miladi ili səhv olaraq 
göstərilmişdir. 
2
Ağa Məhəmməd xan Qacar (1779-1797-ci illərdə) İranda hökmdarlıq etmişdir. 
3
Mətndəl 280 hicri (1863 miladi ili) səhv getmişdir. Ağa Məhəmməd  şah Azərbaycanın cənub 
hissələrini 1791-ci ildə özünə tabe etmişdir. 
 
  
 148


Pəs 1208 səneyi-islamiyyədə (1793)1 Ağa Məhəmməd  şah  əsakiri-əzim və 
cəmiyyəti-kəsir ilə Gəncə və İrəvan və Tiflis və Qarabağ və Şirvan vilayətlərini 
təsxir əzmilə Azərbaycan sövbinə hərəkət edib, əvvəla Şahsevən Əliqulu xanı ki, 
onun ümdə sərkərdəsi idi, bir para xəvanin ilə İrəvan üstünə məmur edib və özü 
dəxi İraq və Fars və Xorasan və Azərbaycan məmləkətlərinin tamam ləşkəri ilə 
Qarabağa və Şuşa qalasını təsxir etmək üçün azim oldu və gəlib Arazı keçib Şuşa 
qalasının on iki verstliyində Qaraxan mənzilində düşüb ordunu əylədi. Ol 
vaxtlarda, çünki Tiflis valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış 
hakimi Mir Mustafa xan mərhum İbrahim xan ilə and içib həmqəsəm olmuşdular 
ki, heç vaxt Ağa Məhəmməd  şahın itaətini qəbul etməyib bir-birilə  hər halda 
müttəhid və müttəfiq olalar və bir-birinə  məqdur olduqca mədəd və kömək 
edələr. Bu səbəbə Qarabağın ilat və tərakimə xalqının bir paraların Tiflis səmtinə 
və bir parasın Şirvan tərəfinə ki, Şirvanatda Mustafa xanı İbrahim xan mənsub 
etmişdi, o səmtlərə göndərib və baqi ilat xalqının ki, əksəri dəftərdə və siyahidə 
qoşun cümləsindən idilər, Qarabağın dağlarında və qalanın içində sükunət verib, 
çox olan atlı və piyada Qarabağın ilət və dehatından və mahallarından cəm edib 
və külli olan tədarüklər ilə və böyük və kiçik toplar ilə müstəidiqital və amadeyi-
cəng olub qaladarlıq əsbabına məşğul oldular. Ağa Məhəmməd şah müddəti-otuz 
üç gün qalanın həvaləsində əylənib və Çiləbörd mahalının mələyi Məlik Məcnun 
dəxi, keçən övqatda İbrahim xandan rugərdan olub və Qarabağdan fərar edib, 
gedib Gəncə vilayətində gəncəli Cavad xanın yanında olurdu. Cavad xan Gəncə-
dən onu da özü ilə götürüb, gəlib Qarabağdan Ağa Məhəmməd şahın hüzurunda 
ona müttəfiq oldular. Şah dəxi bu müddətdə o qədər əsakiri-əzim və cəmiyyəti-
kəsir ilə qadir olmadılar ki, qaladan altı verst kənar olan Şuşa çayının o 
tərəfindən qala tərəfinə keçə bilələr. Atlı  və piyada, Qarabağın sərkərdələri və 
qoşunu, ilat və dihat xalqları  və Dizaq və  Vərəndə  və Xaçın mahallarının 
məlikləri və əlilləri dərələrdə və meşələrdə və güzərgahlarda qızılbaş qoşununa 
hücumlar edib, hər gün onlara külli zərərlər yetirib və  qənimətlər gətirərlərdi. 
Mərhum Mirzə Camal yazır ki, o vaxtda mən özüm xan hüzurunda 
 
 
 
 
 
 
 
__________ 
 
1
 Ağa Məhəmməd Qacar 1795-ci ildə Şuşa üzərinə hücum etmişdir. 
 
 149


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə