və məğadiri-kübralarındandır. Neçə nəfər adam Məhəmməd Həsən xanın öz
xəvas və məhrəmlərindən xəyanət fikrinə düşüb Məhəmməd Həsən xanı qətlə
yetirdilər və başını kəsib ənam və mənsəb təmənnası üçün Kərim xanın hüzuruna
apardılar. Əz anca ki, nəcib və böyük kəslərə görə şöylə böyük və əzim
sərdarlarının təəssübü şöylə məzmum və şəni işlərdə sərdarlara yetişir. Kərim
xan Məhəmməd Həsən xanın qatillərini tutub lazımeyi-siyasəti-kamil
edib ənam
və mərhəmətdən məhrum eylədi ki, qeyrilər üçün ibrəti-nazirin olub, bundan
sonra heç kimsə dəxi öz vəli ünnemətlərinə ağ olub, bir də şöylə şeni olan əfala
mürtəkib olmasınlar, bir şəxsin nəməkpərvəri olub, nəfsü həva və iblisi-bihəya
əğvasilə ona fikri-xəyanət qılmasınlar.
YEDDİNCİ FƏSİL
GÜRCÜSTAN VALİSİ İRAKLİ XAN MƏRHUM
PƏNAH XANI VƏ QARADAĞLI KAZIM XAN VƏ
NAXÇIVANLI HEYDƏRQULU XANI VƏ GƏNCƏLİ
ŞAHVERDİ XANI DƏSTGİR ETMƏYİN VƏ ŞƏKİ
HAKİMİ HACI ÇƏLƏBİ ONLARI XİLAS EDİB
QORA YETMƏYİN BƏYAN EDƏR
Çün Qacar Məhəmmədhəsən xan Ağa Məhəmməd şahın atası Qarabağa qala
üstə gəlib hənuz bir mətləb hasil etməyib, qayıdıb Kərimxan Vəkilə müqabil
getdi və bu tərəflərdən müavidət edib İran canibinə müraciət etdi. Haman ildə
Pənah xan və qarabağlı Kazım xan və gəncəli Şahverdi xan və naxçıvanlı
Heydərqulu xan bir yerdə cəm olub, məclis və məhfil arastə qıldılar və
məsləhətlər edib buna səlah bildilər ki, dedilər: “Hacı Çələbi tamam Şəki və
Şirvanda hakim məbsütülyəd və sahibi-ixtiyari-müvəbid olub, heç
bizlərə iltifat
etməyir və təriqi-müvafıqətə iqdam edib, mürafıqəti-birlə yol getməyir. Gərəkdir
ki, ittifaq ilə ona bir tədbir və tənbeh edəlim ki, min bəd guşmali bəliq ola. Pəs
bu cürə mühavirə edib məknun zəmir-
138
lərini mürasilə məzmunu ilə valiyi-Gürcüstan İrakli xana hali etdilər. Çünki Hacı
Çələbidən o da sədəmələr çox görmüşdü. Onu dəxi bu əmrə talib və Hacı
Çələbinin guşmalına rağib bilirdilər. Elə ki rnəcbur vali onlardan bu mənzur və
məknun olan əhvali istima etdi. 0 dəxi bu mənzurda özünü onlar ilə həmdəm və
həmqədəm olmaqlığını izhar edib əşar etdi ki, əcəb səlah edibsiniz, əlbəttə çox
təcil ilə bu canibə hərəkət edəsiniz ki, fürsət fövt olmuya,
pəs məzkur xanlar
təhiyyə və tədarük mühəyya edib cəmiyyət ilə rəiyyəti-əzimət əfraştə edib yola
düşdülər və gedib Gəncə şəhərindən yuxarı Qızıl qaya adlanan məhəldə düşüb,
orada xeymə və xərgah qübbəsini övci-səmaya qaldırıb, valinin gəlməyinə intizar
çəkdilər. Nagah vali dəxi gəlib o mənzilə varid oldu və yetişən kimi xanların
dördün də tutub dəstgir və müqəyyəd və əsir eylədi. Əzqəza, haman dəmdə bir
nəfər Şahverdi xanın nökərlərindən oradan bir iti qaçan ata süvar olub, qaçdı
xəbərə. O vaxtda Hacı Çələbi dəxi bu mətalibatı eşidib, ictima əsakiri-Şirvanat
üçün hökmlər yazıb, özü dəxi cəmiyyəti-şayan və istedadi fırəvan ilə Mingəçevir
məbərində rəhli-iqamət sahb və müntəziri müqabilə əylənmişdi və hər canibə
nəzzarə edirdi. Bu əsnada baxıb gördü ki, Kürün bu tərəfindən bir nəfər atlı
peyda olub, sürəti-təmamilə müqabilə gəlib varid oldu. Hacı Çələbi gəmi ilə onu
Kürdən keçirməyə əmr eylədi. Öylə ki, keçib Hacının
hüzuruna gəldi, fılfövr ərz
eylədi ki, “Qoca baba, vali xanları tutdu”. Hacı Çələbi cavab verdi: “Qoca baban
onları inşallah xilas edər”, deyib haman vaxtda üzünü öz müqərriban həzrətinə
və ərkani-dövlətinə tutub dedi: “Yaran nə deyirsiniz? Bu işdə tədbir və məsləhət
necə eylə-məkdir?” Bu müşavirədən qərəzi onların mafiz-zəmirlərin bilmək imiş.
Pəs ümərayi-Şəki və Şirvan əmirləri dedilər ki, bəli biz də bir məsləhət edək
görək səlahi-vəqt nə təqazə edir. Hacı onlara buyurdu ki, “Hər nə ki səlah və
məsləhət edirsiniz, edin. Amma gərəkdir ki, Kür keçidi içində olsun”. Onlar ki,
bu kələmatı Hacıdan istima etdilər dəxi müşavirə və məsləhət məqamında
gəlməyi bərhəm edib Hacının
hüzuruna gəlib, cəm və amadə oldular. Hacı
Çələbi dedi: “Bəs nə üçün məsləhət və müşavirə məqamına getmədiniz və təm-
hid və tədbir məclisini fərahəm etmədiniz?” Onlar ərz etdilər ki, bizlər tutiya və
təmhid məcalisini onun üçün bina edərdik ki, Kürü keçmək içində olmasın.
Çünki siz buyurursunuz, gərək Kür keçidi
139
içində ola. Dəxi nə məsləhətiniz var buyurun, qoşun atlansın gedək. Hacı
Çələbinin o sözü zərbi-məsəl olub şimdiyədək xalq arasında məzkurül-lisandır.
Pəs Hacı Çələbi buyurdu, qoşunu təcili-tamam ilə Kürdən keçirib valinin dalınca
azim oldular və köçbəkeç
ilqar edib, Gəncə torpağına yetişəndə vali xəbərdar
olub bu əhvalı ki, istima etdi. Qayətdə hərəsan və xofnak oldular. Zira ki, keçən
əsrlərdə Hacı Çələbinin qoşunundan zərb-dəst görmüşdülər. Naçar əzmi-
müqabilə edib Şeyx Nizami əleyhürrəhmənin məqbərəsinin yanında təlaqiyi-
fəstin vaqe olub dava etdilər
1
. Az müddətdə gürciyyə şikəsi-fahiş tapıb, vali dəxi
ordugahı olan Qızü Qaya səmtinə qayıtmaq məqduru olmayıb, fərarı ixtiyar edib,
təmamən xeymə və xərgahları və xanlar dəxi xeymələr də hamı mayəriflərilə
cabəca Qızıl Qayada qalmışdılar. Vali qaçıb getmişdi və Hacı Çələbi Sınıqdan üç
ağac yuxarıyadək dallarınca ilqar edib və Tiflisin beş ağaclığına yetişib və qaçan
gürcüyyə qoşunlarının qabaqlarını Şəmkurdə və Şəmsəddində kəsib, çox
adamların tələf etmişdilər. Hacı Çələbi Baydar torpağında səngər qayırıb, öz oğlu
Ağakişi bəyi Tiflisdən bəri olan müsəlmanlara hakim və hökmran qıldı və ondan
xanları dəxi xilas edib öz vətənlərinə mərsul və rəvanə qüdı və özü dəxi oradan
müraciət edib Şirvana gəldi və Ağakişi bəy şul nəvahidə üç il hakimlik eylədi.
Axır ki, valiyi-Gürcüstan Çərkəs və Başıaçıqdan
2
çox
qoşunlar götürüb Ağakişi
bəyi dəf etməyə azim oldu və Ağakişi bəy bu xəbəri ki, eşitdi tabi-müqavimət
etməyib, oradan fərar etdi və valinin qoşunları dalınca ilqar edib öncə gedənlər
Tovuz çayında ona yetişib bir qədər müqatilə və dava edəndən sonra Ağakişi
bəyin neçə nəfər adamı dəstgir olmuşdu və özü səhi və salim Şəkiyə gəlib çıx-
mışdı. Pəs valinin qoşunu oradan, ta Xudafərin körpüsünədək gedib vəqti-
müraciətdə Qarabağdan və Gəncədən çox qarət və çapavul və qəsb eyləyib
aparmışdılar.
1
Müharibə Nizami Gəncəvinin məqbərəsinin yanında 1752-ci ildə olmuşdur.
2
İmeretiya (Gürcüstan) nəzərdə tutulur.
140