TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   37   38   39   40   41   42   43   44   ...   91

olub,  şöylə böyük sahibi-hörmət və sahibi-dövlət  şəxsin itaətini özünə  səadəti-
əhval və amədi-iqbal bilib, ziyad olan izzət və hörmət və  nəvazişlər eylədi və 
günbəgün dəxi hörmət və ehtiramın mütəzayid edib, heç bir mütalibatın 
müzayiğə etməz idi. Əlqissə, Məlik Şahnəzər ki, çox danəndə və sahibi-tədbir və 
huşmənd və zirək adam idi. Bu tədbir ilə müddəilərinə qalib oldu. Dəxi ondan 
sonra Xəmsə  məlikləri ona səmt getmədilər və müzahim və mütəərriz olmağa 
cürət etmədilər.  Əlhəqq, Məlik  Şahnəzər həmişə  oğlu Məlik Cəmşid ilə  Pənah 
xana və İbrahim xana sədaqətlər göstəriblər və onların yanında mənzuri-nəzəri-
atifət olublar və heç vaxt xanlara bir ədavət və  xəyanət etməyiblər. Hətta ki, 
Məlik  Şahnəzərin bir qızı Hurizad xanım  İbrahim xanın kəbinli zövcəsi olub, 
aralarında ülfət və sədaqət birlə qürabət həm hasil olmuşdu. 
Üçüncü Xaçın mahalıdır. 
Qədimdən məlikləri Məlik Həsən Cəlalyan övladı olub və o nəsil aradan 
gedəndən sonra bir müstəqil məlik olmayıb və  hər vaxtda bir kimsəni məlik 
ediblər. Ta Pənah xan əsrinədək və  şul  əsrdə Xaçın mahalında məlik Ulubab 
nəvadəsi ixtiyar idi. Çün Pənah xan əzm-cəzm eylədi ki, əhaliyi-mahali-Xaçını 
öz itaətinə gətirsin. Əvvəl onlara təklif edib, dəvət eylədi. Elə ki gördü rahatlıq 
ilə icabət və itaət qəbul etməzlər və ta quşmali-bəliq olmayınca rəftar ilə yol get-
məzlər, ondan sonra süvarilər cəm edib onların qətlü qarətinə  əl açdı.  Əhaliyi-
mahali Xaçın övzai bu növ mülahizə edib, Ballı qaya müsəmma olan məkanı ki, 
bir möhkəm və qayətdə müstəhkəm məqam idi, özlərinə məlaz və mömən edib 
və  səngəri möhkəm qayırıb orada sığınaq eylədilər. Və yaxşı çabun olan 
tüfəngçilərdən iki minə yaxın cəm edib mühəyyai-cədal və müdafiə oldular. Pəs 
Pənah xan mərhum pareyi-rəşid və nami olan atlı  və piyadələrdən götürüb 
onların səngərlərin qəl və bərhəm və maddeyi-fəsadların dəf və dərhəm etməyi 
lazım və əhəmm büib haman səngərlərinə yürüşə başladı, dəxi üç gün və üç gecə 
müavidət qılmayıb, atəşi-peykar və naireyi-cəngü cüdal tərəfeyndən təskin 
bulmayıb, mərdanə  səy və guşişlər etdilər. Üçüncü günü həməlati-dəmiranə ilə 
onları səngərdən çıxarıb sındırdılar və basıb dağıdıb çox adamların məqtul, övrət 
və uşaqların küllən əsir və dəstgir, əmval və əsbablarını hamı tarac və kəsib edib, 
kamil olan qətlü qarət zühura yetirdilər. Bədəz an mənsur və müzəffər oradan 
aşağa gəlib dəxi sair camaatlar üçün 
 
  
 129


ibrətün-nazirin olmaqdan ötrü Xaçın çayının başında  şol məqtul olanların 
başlarından bir kəllə-minar qayırıb, üç yüzdən ziyadə baş o minarədə  kəsb 
eylədilər. Elə ki bu müqəddimə vaqe oldu və mərhum Pənah xandan şöylə növ 
rəşadət və siyasət zühura gəldi ki, o tövr səb və möhkəm məkanda və  şöylə 
düşvar dağın qülleyi-kuhda vaqe olan möhkəm səngərdə iki mindən ziyadə 
çabun tüfəngçini və  sığınaqlarını dağıdıb, qətlü qarət edib şöylə  kəllə-minarə 
tikdilər. Pəs tamami-xəlayiqi-ətraf xaif və hərasan olub məcmu ətrafın əhliləri və 
Xəmsə mahalının qalanları qorxuya düşüb, tamami Pənah xanı sayardılar. Dəxi 
əhaliyi-mahali-Xaçm Pənah xana müti olub, bir dəxi tüğyan və üsyan təriqinə 
getmədilər və ondan sonra bir də təmərrüd və müxalifət xəyalı etmədilər. Bəd əz 
an Xızınstanlı  məlik Mirzəcanı
1
 onlara malik mənsub etdi ki, sonra onun oğlu 
məlik Allahverdi və ondan nəvadəsi məlik Qəhrəman məliklik camından sərməst 
oldular. 
Dördüncü Talış mahalıdır.  Əyyami sabiqdə  məlikləri var idi, Şirvandan 
gəlmə. Amma onlar münqəriz olub sonra məlik Usubgillər cülus etmişdilər. 
Gülüstan qalasını  məlik Usub təhdi-təsərrüfə  gətirib orada sükunət ixtiyar 
qılmışdılar ki, haman məlik Usubun orada ixtiyar və məlik olduğu illərdə Pənah 
xan cülus edib, onlar ilə davaları başladı  və axırda məlik Usub tənha  əhdə 
eyləməyib Çiləbörd məliki Məlik Hatəm ilə  həmdəstan və müttəfiq oldu və 
Pənah xan ilə cəng və davalar qıldılar. Dörd ilə müddəti çalışdılar və hərçi səy və 
guşiş etdilər, axır bir zat başarmayıb fərar qıldılar. Mülk və mahallarına Pənah 
xan mütəsərrif və malik oldu. Onlar müzməhil və münqəriz oldular. Necə ki 
zeyldə müxtəsər mərqum olacaqdır. 
Beşinci Xəmsə mahallarından Çiləbörd mahalıdır. Məlikləri məlik 
Allahqulugillərdir ki, onlar da əlhəqq qədimi-ocaq və sahibi-təmtəraq imişlər. 
Əsilləri Mağavizdən gəlmədir. Gəlib Çarmıx qalasını ki, Tərtər çayının arasında 
vaqedir, özlərinə  məlaz və  məskən qayırıb maliki bilistiqlal olublar və çox 
şöhrətlər qılıblar. Belə ki, Nadir şah ilə Osmanlı dövlətinin sərəsgəri Abdulla 
paşa Köprülü oğlu dava və müharibə etdilər. O davalarda Məlik Allahqulu çox 
rəşadətlər göstərib və xidmətlər zühura yetirib. O səbəbə Nadir ona sultanlıq 
verib,
 
 
 
 
 
 
                                                 
1
 
1
 Mirzə Adıgözəl bəydə onun adı  Məlik Mirzə xan kimi verilmişdir. Bax: Qarabağnamə
səh.60. 
 
 130


 
xələt və ənam və mənsəb sahibi eyləmişdi və şul Allahqulu sultan məliki mahali-
Çiləbörd, Pənah xanın təzə əvvəl cülusunda ki, Ağdamda olurmuş, xanı görməyə 
gedib və o halda Heydərqulu xan-hakimi-Naxçıvan dəxi Pənah xana mehman 
gəlmiş imiş. Orada mülaqat hasil olub, bu Allahqulu sultanı ki, Heydərqulu xan 
Naxçıvani bu calal və təmtəraq ilə görüb Pənah xana xatirnişan edib işarə qıldı 
ki, bu tövr sultan bu təşəxxüs və hişmət və dimağ ilə  sənə itaət etməz və iki 
sahibi-iddia və sahibi-calal bir şəhərdə yola getməz. Səlah budur ki, bu dəfə bunu 
buradan getməyə qoymayasan ki, sonra öhdəsindən gəlmək müşkül olur. Və bir 
də bunu belə dama salmaq çətin hüsul qılır. Pəs Pənah xan Heydərqulu xanın bu 
səlahdidini eyni-səvab bilib haman vaxt Allahqulu sultanı orada qətlə yetirdi və 
maneyi-vücudunu aralıqdan götürdü. Və dəxi ondan qardaşı Məlik Hatəm onun 
məsnədi-məlikliyinə malik olub, Talış məliki Məlik Usub necə ki, fövqdə işarə 
olundu, ittifaq edib öz əmisini dəxi həla-kətə yetirib, Məlik Usub ilə həmdastan 
və həmraz olub, Pənah xan ilə nəğmeyi-müxalifəti saz etdilər və Çarmıx qalasını 
ki, bir möhkəm qala idi, özlərinə mömən və  məskən edib, ədavət və nifaq 
rəyətini  əfraştə qaldırdılar və müddəti dörd il təpuri-müharibələri  əfsurdə 
olmayıb, atəşi-müharibələri müştəil var idi. Hər qədər ki, Pənah xan onlara təklif 
və  tədbir etdisə, itaətə  gəlmədilər və  kərrat ilə qoşun yığıb onların üstünə - 
Çarmıx qalasına yürüş edib həmləavər oldusa, qalanın möhkəmliyi səbəbinə ala 
bilmədilər. Axırül-əmr onları  təngnayi-mühasirədə  təngə  gətirmək və cana 
yetirməyi məsləhət bilib hər nə ki, dağdan aşağa məhsul və ziraətləri var idi, 
qarət və pamali-mərakib eylədilər və güzəran və məişətlərini kəsib can və cəzana 
yetirdilər. Hər nə qədər, o iki mahalın məlikləri ki, çox sahibi-dövlət və sahibi-
cəmiyyət idilər səy və cəhd edib cəng və rəzmlər sözü məğatla və davalar ağaz 
etdilərsə, axır aciz olub Pənah xanın qoşununun və adamlarının əlindən və qətlü 
qarət qorxusundan vaxtında ziraət və maaşgüzarlıq bilməyib, gördülər ki, asayiş 
və dolanmaq qeyri-mümkün və mütəzzir oldu və diriliyi onlara təng və haram 
qaldı. Əksər zamanlarda möhkəm dağlarda və dişvar dərələrdə olub və sərgərdan 
qalıb, axır hər iki məliklər ev və  əmlaklarını, bağ  və  məzrəəcatların tamam 
cabəca qoyub, külfətlərini götürüb fərar və  cılayivətən ixtiyar etdilər və  Gəncə 
vilayətinə gedib Şəmkir mahalında bir para dağlarda övqat keçirdilər və yeddi il 
müddəti dəxi orada 
  
 
 
 
 
 
 
 131


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə