Xorasan hakimi Sultan Məhəmməd Xarəzmşahın ittilai və izni ilə beş yüz nəfər
tüccadi Türküstani Çingiz xanın tabelərindən olalar, Xorasan diyarında qətlə
yetirib çox əmval və əcnas və nəfanelərini qarət və təsərrüf etdilər. Bu səbəbə
Çingiz xan əzim qeyznak olub, bihədd olan qoşun çəkib İran məmalikinə
mütəvəcceh oldu. Dəxi hər tərəfdən əsakiri-naməhsur İran hüduduna məmur və
müqərrər özü dəxi Muğan və Mazandaran səmtindən hərəkət eləyib əsgəri-
məmaliki-İrana qalib oldu və qətli-am eylədi. Yazıblar ki, məcmui İranı
müsəxxər qılıb, bir növ qətlü-am eylədi ki, heç bir təvarixdə belə iş
görülməmişdi. Həmin ildə adı çəkilən Beyləğan şəhərini dəxi şöylə qətlü-am və
şəhər və arxını viran və yer ilə yeksan etdi. 711-ci ildə yenə Turana müraciət
qılıb müddəti-iyirmi beş il tamam məmalikə padşahlıq edib axır ki, 724-cü
tarixdə Ramazan ayında dari-qüruri-fənanı vida edib vəfat etdi
1
.
Beyt:
Bəli, belədir rəsmü-ayini-dəhr
Nə lütfu olur paydar, və nə qəhr.
Əlqissə, çox müddətlər Qarabağın Beyləğan şəhəri və o nəhri-əzim xaraba
qaldı. Tainki Teymur padşahi-Qurqani ki, məmaliki-Türküstandan Rum
məmləkətinə ləşkər çəkib və Rum məmalikinin sultanı İldırım Bəyazid ilə cəng
və davalar eylədi və sultani-Ruma qalib olub
2
oradan müraciət edən zamanda bu
sərzəmin cənibindən qayıdıb gəlib bu vilayətlərə. Güzarı Muğan və Beyləğan
şəhərinə düşüb bir neçə müddət Arazbar səmtində əylənib təfərrür və tamaşa
edərkən o məkan qayətdə xoşuna gəlib, dübarə onun abad olmağına əmr eylədi
və dəxi ətraf və cəvanibdən rüaya və xalqları cəm etdirib, yenə Beyləğan şəhərini
abad qılıb və haman arxı təmir edib suyun o şəhərə cari eylədi və ondan bir
müddət abad olub. Pəs Səfəviyyə padşahları əsrlərinə yavuq, İran əsgərləri Rum
və Gürcüstan
________________________
1
Bu tarixlər də səhvdir. Çingiz xan 724/1328-1329-cu ildə deyil, 624/1227-ci ildə vəfat etmişdir.
Görünür bu səhvlər müəllifin yox, əsərin üzü köçürülərkən buraxılmışdır.
2
Teymur 1402-ci ilin 28 iyulunda Ankara yanındakı döyüşdə İldırım Bayazidin (1389-1402)
osmanlı qoşunlarını məğlubiyyətə uğratdı.
117
və Şirvanat tərəfinə gəlib-getməkdən və tərəddüd etməkdən yenə oralar xarab
olub, sakinləri dağılıb pərakəndə oldular; ondan ta indiyədək o şəhər və nəhr
bərbad və viranə olub, hənuz qalıbdır. Fil həqiqətə o arx çox böyük və əzim
arxdır və çox mənfəətli və mədaxilli arxdır. Əgər təmir oluna, onun altında hər
qəsmi ziraat və məhsulat əmələ gələndir. Bağ və əbrişəm, çəltik, taxıl, pambıq,
bostan, maş, küncüt və hər növ məhsul yaxşı əmələ gəlir. Əgər bir çetvert buğda
ziraət olunsa otuz çetvert
1
, bəlkə ziyadə əmələ gəlir və cəmin-əqsami-məhsulat
və hübubat orada olandır. Xüsusən darı və çəltik ki, təxminən əgər bir çetvert
əksələr olur ki, bəlkə əlli çetvert ya ziyadə əmələ gələ və ziraət olunmağı dəxi
asandır ki, iki öküz ilə yaxşı əkmək olur, əgər bu arx yaxşı təmir olub yaxşı
nizam və zabitə ilə ola, əlbəttə ki, əqəllən altı, yeddi min ev dəxi ziyadə orada
rifahallıq ilə və fəraqəti-tamam ilə güzəran və təiş edə bilərlər ki, kəndlər salıb və
bağ və ziraət qaytarıb ənva və əksam mədaxillər hasil edib nəfbərdar olarlar və
vüsət ilə güzəran qılalar. Dəxi bu Govur arxı məşhur və məzkur olandan əlavə
yenə neçə arxlar vardır ki, Arazdan Beyləğan şəhərinə və səhrasına qədim
zamanlarda çıxarıblar ki, hər bir arxın üstündə yaxşı böyük kəndlər abad olub
mərğub güzəran edə bilərlər ki, hər birisi yüz, iki yüz ev ola. Qəllədən və
çəltikdən və bağdan və ipəkdən və pambıqdan və sair ənva mədaxilatdan gəlirlər
hasil edib, çox yaxşı kamil vüsət ilə məişət və güzəran edərlər. Əgərçi şəhri-
Beyləğan təxminən dörd-beş yüz ildən ziyadə olur ki, xarab olubdur, amma o
qeyri kiçik arxlardan mərğumeyi-Pənah xanın və İbrahim xanın əvail
hökumətlərində abad olanı var idi ki, xanlar həm nəfbərdar olardılar. Haman
kiçik arxların adları bu təfsil ilədir: Kürək arxı, Meymənə arxı, Luvar arxı,
Gəmiçi arxı, Sarı arx, Ayaz arxı, Xan arxı, Taşqay arxı.
________________
1
Bir çetvert 250 puda bərabərdir. Bu hissəni Xəzani Mirzə Camaldan istifadə edərək yazmışdır.
Müqayisə üçün bax: Mirzə Camal Qarabaği, Qarabağ tarixi, səh.12.
118
İKİNCİ FƏSİL
ƏSARİ-SABİQDƏ QARABAĞ VİLAYƏTİNİN
ADƏTİN VƏ QAYDALARIN VƏ TƏBƏƏLİYİN
BƏYAN EDƏR
Cənnətməkan Səfəviyyə padşahlarının əsrlərində xəvanini-Gəncənin əsilləri
Qacariyyədir və məşhur Ziyadoğluna aid edirlər idi. Həmə vəqt onlar şahani-
Səfəviyyənin müxlis dövlətxahları və xeyir-xahları və safül-əqidə dərgahları var
idilər və daim o dudman rüfət bünyanə xülumi-tam ilə xidmətgüzar və
sədaqətşüar olduqları səbəbinə əksəri-övqat onların əhdlərində bəylərbəyi sahibi-
kar və sərdari-külli-ixtiyar həm olardılar. Belə ki, Sınıq körpü yuxarı Sürüdaş
Gürcüstan ilə və puli-Xudafərin və Araz çayı Azərbaycan
1
ilə onların sərhədləri
olub və həmişə Gəncədə sakin və hakim olublar. Və bəzi zaman Azərbaycana
dəxi hökumət ediblər. Çün 1148-ci ildə Nadir şah özünün səltənətinə cülus edib
məmaliki-İrana padişah oldu
2
. Əvvəl səhrayi-vəsi ül-fəzayi-Muğanda qışlaq və
binayi çadır və otaq qoyub tamami-məmləkəti-İranın üməra və üləmasın və əyan
və əkabir və ərkani-dövlətin o məkanə cəm edib onlara dedi ki, əyyühənnas
Sizlərə vazeh və rövşəndirlər ki, məmaliki-İranı hər tərəfdən əcnəbi və biganələr
əl tapıb qarət və viran və tarü mar etmişdilər. Həqq-təala tofiqi ilə təmami-
təvayifı biganələrdən xilas etdim və səy ehtimam edib təsərrüfə getdim, şimdi
həm həzrəti şah Təhmasibi-Səfəvi hazır və məlum və həm oğlu Abbas Mirzə
əgərçi tifli çahar salədir, yenə mövcud və mənzur hansı birisin layiq və məsləhət
bilirsiniz təhti-səltənətdə mütəməkkin edin. Mən özüm də sizinlə ittifaqi-kəmər
xidmətlərin miyançecanə üstüvar edib, xülusi-təmam ilə xidmətgüzar və cansipar
olaq. Pəs əhaliyi İran hamı əyan və əkabir təmamən müttəfıq ülləfz və lisan bu
kəlamatı təqrir və bəyan etdilər: “Çün bizim can və malımızı və namus əyalımızı
müxaliflər çəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyid və məhbus
və biəmir ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki,
________________________
1
Cənubi Azərbaycan nəzərdə tutulur.
2
Miladi tarixi ilə 1736-cı ildə Muğan qurultayında Nadir özünü İranın şahı elan etdi.
119
Dostları ilə paylaş: |