TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   41   42   43   44   45   46   47   48   ...   91

 
 
 
 
SƏKKİZİNCİ FƏSİL 
 
FƏTƏLİ XAN ƏFŞAR HAKİMİ URMİYA 
QARABAĞA QALA ÜSTƏ GƏLMƏYİNİ VƏ 
MÜHARİBƏ EDİB BİR ZAT BARIŞMAYIB
AXIRI MƏKR VƏ HİYLƏ İLƏ İBRAHİMXƏLİL 
AĞANI ƏLƏ GÖTÜRÜB URMİYƏYƏ 
APARMAĞINI VƏ PƏNAH XANIN 
XATİMEYİ-KARINI BƏYAN EDƏR 
 
Çün Məhəmmədhəsən xan Qacarın xatimeyi-karı  və müqəddi-meyi-əhvalı 
həmin qərar ilə oldu, necə ki, fövqdə  mərqum və  bəyan olundu. Onun o 
qəziyəsindən sonra urmiyalı  Fətəli xan Əfşar ki, Nadir şahın ümdə  və namdar 
olan sərdarlarından idi, Urmiya vilayətində iddia və dəbdəbə sahibi olub bir qəlil 
müddətdə  təlaş edib, təmam Azərbaycanın torpaqlarını  zəbt etdi. Ondan əzm 
qıldı ki, bu vilayətləri öz əlinə  gətirsin. Pəs neçə  kərrə  mərhum Pənah xanın 
yanına yaxşı dil bilən mötəmid və mötəbər elçilər və kağızlar və peyğəmbər 
göndərib öz itaət və ittihadına dəvət eylədi. Çün mərhum Pənah xan şöylə 
sərdarlara itaət etməyi həqiqətdə özünə ar və xiffət bilirdi. Onun göndərdiyi 
kimsələrdən (biri ilə) çox sanballı olan kəlmələr göndərib (Fətəli xanın) təklifini 
rədd etdi. O, (Fətəli xan) dəxi qeyzə  gəlib elçiləri  şöylə  qəliz xəbərlər ilə 
gəldiyindən sonra cəmiyyəti-təmam və  ləşkəri-malakəlam Azərbaycandan və 
Urmiyadan və qeyrilərdən münəqid və mühəyya qılıb Pənah xanı dəf etmək üçün 
Şuşa qalasını təsxir etməyi çeşmdaş edib Qarabağa ilqar etdi və gəlib qalanın bir 
ağaclığında Ballıca çayı ilə Xacə Əlili çayının arasında düşüb, orada səngər tərtib 
edib ordu eylədi ki, indi onun səngərlərinin yeri və asari hənuz məlum və xalq 
arasında Fətəli xan səngəri derlər məşhurdur. Orada ordu qayırıb mühəyyayi-
cəng oldu. O tərəfdən Talış  və Çiləbördün məlikləri ki, Pənah xan ilə batinən 
ədavətləri var idi, Fətəli xanın yanına gəlib ona kömək və bələd və mütəhərrik 
oldular. Qərəz, altı ay müddəti oturub, hər neçə gündən bir dəfə  Fətəli xanın 
qoşunu ilə Pənah xanın (qoşunu) aralarında dava və müqatilə vaqe olardı. Hər bir 
kərrədə Pənah xanın qoşunu qızılbaş qoşununa faiq olurdular. 
 
  
 
 
 
 141


 
Əlqissə, bu müddətdə  Fətəli xan bir iş qayıra bilməyib günbəgün öz 
qoşununun  əhvalında isrət və  şikəst müşahidə  qılırdı. Axirül-əmr bir gün 
təmami-qoşunun nəki atlı  və piyadə var idi və  həmin Talış  və Çiləbörd 
məliklərinin dəxi özləri və təvabeləri ittifaq edib heyəti-məcmuə ilə həmləvar və 
cəmiyyəti-təmam ilə qala üstə yürüş başladılar. Gəlib çayı keçib qalanın yarım 
verstliyinədək yetişdilər. Bu tərəfdən dəxi Pənah xan rəşid və nami və karaməd 
cavanları ilə və ilatın və Xaçın və Vərəndənin yaxşı çabuk və zirək tüfəngçiləri 
ilə əzmi-müqabilə edib və bir tərəfdən dəxi ilat camaatının rəşid atlıları ilə Pənah 
xanın qardaşı uşağı və övladları və qohum-əqrəbaları hücumavər oldular. Cəngi-
əzim vaqe olub Fətəli xanın qoşununa şikəsti-fahiş yetirdilər. Oradan Fətəli xan 
məqsədinə çatmamış geri qayıdıb vəqti-müavidətdə bərk və dərin olan dərələrdə 
və möbərlərdə onları tutub öldürməyə  əl açdılar. Ta Fətəli xanın ordusundan 
kimi tutmaqdan və qırmaqdan dəstbərdar olmayıb təxminən iki minədək atlıdan 
və piyadadan o günü məqtul və dəstgir edib müraciət qıldılar. Fətəli xan xaib və 
xasir oradan peşman və  pərişan gəlib ordusunda məqam və  aram  rutdu.  Pənah 
xan dəxi kəsib və  əsirləri götürüb mənsur və müzəffər qalaya müavidət qıldı. 
Çün Fətəli xan Əfşar bu gunə kar və ətvarı mülahizə edib və qış mövsümü dəxi 
yaxınlaşmışdı, fikir və tədbirlər edib, bənayi-məkrühiylə qoyub sülh və müsalihə 
tərhini ağaz eylədi. Pəs yaxşı  əhlidil və kardan elçilər göndərib Pənah xan 
mərhuma qəliz and və  qəsəmələr və  təəhhüdlər etdi ki, bizim giriftar və  əsir 
olanlarımızı mürəxxəs etsin. Dostluq və ittihad aləmində yol getsin. Doğruluq və 
yeganəlik üçün mən də qızımı onun böyük oğlu İbrahim Xəlil ağaya əhd edərəm 
ki, həmə vəqt dostluq və qohumluq və yeganəliyimiz bərqərar olsun ki, əbədən 
bir-birimizdən ayrı  və  kənar olmayaq və  həm məşrut budur ki, İbrahim Xəlil 
ağanı dəxi buraya mənim yanıma göndərsin ki, orada şərbət və şirni içək və siğə-
nikah cari etdirək. İki-üç gün də burada qalsın, ondan qayıdıb getsin. Dəxi bu, rin 
istihnamı üçün ki, Pənah xan dürüst xatircəm olsun. 
Üç nəfər də öz yaxın olan qohum və  əqrəbalarından və namdar olan 
övladından göndərdi ki, ta İbrahim Xəlil ağa müraciət edənədək  əvəz və girov 
rəsmilə  Pənah xan saxlasın. Mərhum Pənah xan ki, bu cürə  kələmat və 
təəhhüdatı istima etdi, onun şöylə  qəliz andlarına və övlad və  əqrəbalarını 
göndərməyinə etimad edib və qız 
 
  
 142


verməyinə  dəxi  şad və xoşhal olub İbrahim Xəlil ağanı iki-üç mötəbər 
kəndxudalar ilə Fətəli xanın yanına və ordusuna rəvanə eylədi. Elə ki Fətəli xan 
eşidib qayətdə xoşdil və  fərəhnak olub, neçə  nəfər öz övladlarından  İbrahim 
Xəlil ağanın pişvazına göndərib,  İbrahim Xəlil ağanı izzət və ehtiram ilə  və 
əsbabi-eyşü inbisat ilə daxili-ordu eyləyib, sözü nəvazəndə ilə  məşğuli-eyşü 
sürur qılıb, saatın bədliyini bəhanə qılıb əyləndirdi. İki gün İbrahim Xəlil ağanı 
əsbabi-sürur ilə və izzətü hörmətlər ilə saxlayıb və hər gündə mükərrər mötəmid 
əşxaslar qalaya və  rəngarəng  şirnilər Pənah xana və evinə göndərirdi. Belə ki, 
onların qızılbaşlıq adətləridir ki, öz işlərinin səlahı üçün təarif rəsmi və zahiriləri 
çox edələr, adamı aldatmaq üçün. Qərəz ki, bu günə əməllər ilə tutulmuş əsirlərin 
və adamların dəxi xilas edib üçüncü günü oradan İbrahimxəlil ağanı və yanınca 
gedən kəndxudaları tutub məhbus var götürüb, köçüb yola düşdülər və ta Urmi 
vilayətinədək heç bir məkan və  mənzildə  təvəqqüf etməyib özlərini Urmiyyə 
qalasına yetirdilər. Pəs mərhum Pənah xan və Qarabağda olan məcmuə əkabir və 
əyan, bu müqəddimədən çox məhzun və pərişan olmaqdan bir fayda mütəsəvvar 
deyil idi. Ancaq təsi-tamam ilə oturub Fətəli xanın dəfi üçün və  oğlunun və 
adamlarının xilası üçün fikr və əndişələr və məsləhətlər və tədbirlər edirdilər ki
görələr məsləhət nə ola ki, nagah bu əsnalarda nəsimi-mürad əsib və uğur qapısı 
açılıb “bimusəddaq izə əradə Allah şeyən həyya əsbəbəhi”
1
 həqqi-təala bir səbəb 
ortaya salıb. Belə ki, pərvərdigari-aləmyan və  xəliqü-ünsü can hər hal və  hər 
zamanda vəfadar və doğru və həqq-güzar olan kimsələrə yarü müin və mehrəban 
və qəmküsardır. Xüsusən tofiq və nüsrət o kəslər üçün kamil və şamildir ki, öz 
əhd və misaqlarında sadiq və sabit olalar və  məkrü qədərü hilədən ki, ağibəti 
xəsarət və nidamətdir, pəhriz və ehtiraz qılalar. Necə ki, hükəmalar deyib: 
“Başqasına quyu qazan, özü düşər”. 
 
Beyt: 
 
Ço çahi kəndə dər rəh ke, xəlqi-ra bər əndazi,  
Nemitərsi əz-an ruzi ke, xod-ra dər miyan bini.* 
 
 
 
 
                                                 
1
 Doğrudur ki, əgər Allah bir şey (etmək) istəsə, onun səbəblərini də (qabaqcadan) hazırlayar 
(ərəbcədən tərcümə). 
* Yolda quyu qazmısan ki, xalqı (ora) salasan  
   O gündən qorxmursan ki, özünü orada görəsən (farscadan tərcümə). 
 
 
 143


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə