TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   42   43   44   45   46   47   48   49   ...   91

 
Əz qəzeyi-rəbbani bu hallarda Kərim xan Zənd ki, İraq və Fars 
məmləkətlərində sahibi-daiyyə olmuşdu və istiqlal və istedad bulmuşdu, Fətəli 
xan ilə  bənayi-cəng və pürxaş qoyub öz qardaşı  İskəndər xanı  İraq və Fars 
qoşunu ilə Fətəli xanın rəf və dəfı üçün Azərbaycan sövbinə göndərdi. Fətəli xan 
dəxi bu xəbəri eşidib Azərbaycan və Urmiyyədən  əsakir və  cəmiyyət fərahəm 
edin İskəndər xan hənuz səmti-Azərbaycana gəlməmiş qoşun ilə onun müqabi-
linə əzm eylədi. Pəs həvaliyi-İsfahanda təlağiyi-fəriğin vaqe olub, İskəndər xan 
orada qətlə yetişdi. Kərim xanın qoşunu münhəzim olub fərari düşdü. Bəd əz an 
Fətəli xan mənsur və müzəffər  İraq məmləkətindən bir para məkanlar həm 
təsərrüfə gətirib, oradan öz vilayətinə qayıtdı. Elə ki bu hadisə vaqe oldu, dəxi 
Kərim xan qayətdə qeyznak olub fars vilayətlərindən əzim olan qoşun cəm edib 
Fətəli xanın intiqamı üçün kəməri-himmət bağlayıb  şiddəti-tamam və 
Azərbaycan sövbinə azim oldu və hənuz-Azərbaycana gəlib yetişməmiş yoldan 
bir yaxşı mötəmid kimsəni mərhum Pənah xanın yanına göndərib,  şəraiti-
məhəbbət və  məvəddat və yeganəliklər təqdimindən sonra yazmışdı ki, “Çün 
Fətəli xan Əfşar qəddar və bədkirdir, bizim ilə nəinki düşmən, bəlkə qanlıdır və 
sizin ilə  dəxi o növ əyyaranə  hərəkətlər ki, heç kimsədən çıxmaz idi, əmələ 
gətirib yalan and içmək və əhd və iqrar edib sındırmaq və oğlunu məkrü qədərü 
hiylə ilə öz yanına aparıb götürüb qaçmaq ilə onu qürbətdə  məhbus və sizi 
pərişan və  məyus etmək işlərini tamam sizin həqqinizdə  əmələ  gətiribdir. Pəs 
lazımdır ki, nə  qədər qüdrət və qüvvət və himmətin vardır, bizim ilə saziş  və 
yarlıq etməkdən müzayiqə etməyəsən ki, həm o bədkarın mükafati-əməlinə görə 
intiqam və qisas və  həm sənin oğlunu və adamlarını  həbsdən xilas etmək 
müyəssər və məmul ola”. Çün Pənah xan bu növ vəsiləni həqqi-təaladan xahan 
və cuyan idi, bu günə hekayəti eyni-bəşarət və  qənimət və  səadət bilib haman 
dəm arastə olan qoşun Qarabağın adlı  və  rəşid olan atlılarından fərahəm qılıb 
sürəti-tamam ilə  Kərim xanın yanına gedib, özü oradan Azərbaycana yetişincə 
onun ordusuna mülhəq oldu. Kərim xan dəxi onun mülaqatı ilə qayətdə şad və 
xoşhal olub, necə ki, lazımdır, hörmət və izzət və ehtiram və ziyafətlər edib. 
Bəd  əz an hər ikisi müttəfiq olub Fətəli xanın dəfinə Urmiya vilayətinə 
mütəvəcceh oldular. Fətəli xan dəxi öz ziri-hökmündə olan vüayətlərdən qoşun 
cəm edib, tamam olan cəmiyyət ilə onlarla 
 
  
 144


müqabil gəlib, hər iki canibdən tərhi-cəng başlanıb, davayi-əzim vaqe oldu. 
Axırül-əmr, Fətəli xan məğlubiyyətə düçar olub və Urmiya qalasına fərar qıldı və 
oraya sığındı. Bir az müddətdə  təngnayi-mühasirədə qalıb, axır itaət etməkdən 
qeyri çarə görməyib və  Kərim xan tərəfindən dəxi ümidnəvidlər hasil edib, 
qaladan çıxıb Kərim xanın yanına gəldi və qalayi-Urmiyanı  təslim edib itaət 
qıldı. Kərim xan dəxi özünə Vəkil şahi-İran ləqəb qoymuşdu. Bu səbəbə ki, çün 
hənuz  İran mülkündə padşahi müstəqil yox idi. Deyirdi ki, ta padşahi-təzə  və 
layiq xücur və cülus edənə kimi mən İranda Vəkili-şahi-İranəm. O səbəbə görə 
Kərim xan Zəndə Vəkil derlərdi. Əlqissə, İbrahim Xəlil ağa ki, Urmidə məhbus 
var idi, Kərim xan hüzuruna gətirdib, ona at və qılınc və xələt verib və Qarabağ 
vilayəti üçün xanlıq və hökumət fərmanı verib ezazi-tamam ilə əyaləti-Qarabağa 
mənsub edib, Rəvanə eylədi. Pənah xandan dəxi lütfü mehribanlıq ilə xahiş-
mənd oldu ki, bir neçə vaxt gərək mənim yanımda olasan ki, sənin ialət və 
sədaqətinə  əvəz və  təlafi edəm. Onu hər hal ilə razı edib, öz hüzurunda Şiraz 
vilayətinə apardı. Fətəli xan Əfşan həm öz yanınca ittifaq aparırdı. Qərəz, yol 
gedirdilər.  İsfahan həvaləsinə güzar düşüb, haman məkana yetişdilər ki, Fətəli 
xan ilə İskəndər xan müharibə qılmışdılar və orada Kərim xanın qardaşı İskəndər 
xan qətlə yetişmişdi. Kərim xanın validəsi o yolda hərçənd ki, pərakəndə xatir 
olub Kərim xana çox israr etdi ki, bu Fətəli xanı  gərək  İskəndər xana mülhəq 
edəsən və vücudunu bizim nəzərimizdən məlum qılasan. Amma Kərim xan öz 
əhd və iqrarını sındırmayıb və o sözlərə riza və mültəfit olmazdı. 
Əlhasil, vəqti ki, gəlib haman o mənzilə yetişdilər və o məqama düşdülər. 
Kərim xan Fətəli xandan sual eylədi ki: “Bu məkanı tanımırsan ki, haradır, ya 
yox?” Fətəli xan əhvalını bal etməyib cavab verdi ki: “Bəli, bu haman məkandır 
ki,  İskəndər xanın afitabi-ömrü məğribi-fənayə yetdi və burada məqtul olub 
aləmi-üqbayə getdi”. Elə ki Kərim xan Fətəli xandan bu cür cavabi-nasavabi 
eşidəndə, bir növ təğyiri-hal və mükəddər əhval oldu ki, yaxın idi ki, qəlbi çak və 
qeyzü qüssədən həlak ola. Dəxi (Kərim xan) bu münasibətsiz cavaba tab 
gətirməyib, dərhal orada Fətəli xanı qətlə yetirib, aləmi axirətdə qardaşı İskəndər 
xana qovuşdurdu. Ondan bir neçə gün yol gedib ta ki, Pənah xanın ittifaqı ilə 
Şiraz şəhərinə varid oldular və orada daxili-şəhr və imarət olandan sonra eyşü-
işrətə və ləzzəti 
 
  
 145


söhbətə  məşğul oldular və  İbrahim Xəlil xan dəxi Urmiya məhbəsindən xilas 
olub və  Kərim xanın fərmanı ilə hökumətə  mənsub olub, gəlib daxili-Qarabağ 
oldu. Burada gəlib xanlıq taxtında  əyləşib, təməkkün buldu və tamam əhaliyi-
Qarabağ  və bir para əlavə vilayətlər  İbrahim xana dəxi müti və münqad olub 
beduni-itaəti-əhdi hökmüranlıq qılıb kəlami-istiqlal ilə hökumət qıldı
1

Pəs mərhum Pənah xan az müddət  Şiraz  şəhərində ki, Kərim xanın 
darüssəltənəsi idi, söhbət və işrət ilə onun yanında qaldı. Bundan sonra qəzayi-
rəbbani varid olub, əcəl yetişib  Şirazda həqq-təalanın rəhmətinə vasil oldu və 
oradan onun nəşini kəmali-ehtiramla götürüb Qarabağa, öz halal və zərxərid olan 
mülkü Ağdam torpağında mədfun etdilər (Rəhmətullah  əleyhi)
2
. Ondan pareyi-
vəqaye və işlər ki, üz verib məlumdur ki, Nadir şah vəfat edəndən sonra on iki il 
müddətində Pənah xan Qarabağ vilayətində hökumət edib, sahibi-kar və ixtiyar 
olubdur. Öz əyyami-əhdində günbəgün tərəqqi və  bəxt və nüsrət hər tərəfdən 
Pənah xana ruyi avər olub və məmləkəti-Azərbaycanın çox vilayətlərinə hökmü 
nüfuz edib ona itaət edərdilər. 
 
DOQQUZUNCU FƏSİL 
 
İBRAHİM XAN MƏRHUMUN HÖKUMƏTİ VƏ 
ƏYYAMİ-HÖKUMƏTİNDƏ SADİR OLAN 
HEKAYƏTİN BƏYANIDIR 
 
Çün Pənah xan həqq-təalanın  əmrini yetirib vəfat etdi, fərzəndi-ərşədi 
İbrahim Xəlil xan hökumətdə müstəqillən mütəşəkkin olub tarixi islamiyyə 1174 
sənədən 1221 (1760-1806) tarixə kimi Qarabağ vilayətində hökumət edib İran və 
Rum padişahlarının heç birinin ziri-hökmündə olmayıb və heç kimsəyə itaət 
qılmayıb biduni-itaət və inqiyad əhədi-hakimi-sahibi ixtiyar olub, istiqlali-təmam 
ilə 
 
 
 
 
 
 
 
 
 
________________________________ 
1
Burada əlyazmadan (B-518) iki vərəq (30ab-31ab) düşmüşdür. Bu çatışmayan hissəni biz başqa 
nüsxədən (şifr M-195; 61b, 62ab, 63a vərəqlərində) transliterasiya etmişik. 
2
Əslində isə Kərim xan Zənd Pənah xanın günü-gündən artan hörmət və qüdrətindən qorxub, onu 
hiylə ilə Şiraza gətirib Qarabağa buraxmamışdır. Pənah xan 1760-cı ildə Şirazda vəfat etmişdir. 
 
 146


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə