TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   45   46   47   48   49   50   51   52   ...   91

laəlac olub, ehtiyatən qayıdıb. Övrəti Dede Valini
1
 Tuşetiyə ki, bir nıöhkəm 
məhəl idi, göndərib və özü haman az adam ilə Tiflisdə qaldı. Elə ki Ağa 
Məhəmməd  şah köç bir köç gəlib Soğanlığa yetişdi, orada gecə  mənzil edib, 
sübhü  şəhərə yürüş binası qoydu. Vali dəxi haman qəlil cəmiyyəti ilə müqabil 
gəlib cəbbəxana və toplar ilə davaya başladı. Çünki o qədər Seyli-əzimə bu az 
adam tab gətirmək məqdur deyildi. Axır dörd tərəfdən ləşkər şəhəri əhatə edib, 
nikini-ənguştər kimi araya aldılar. Vali sarsılıb, dəxi imarətinə daxil olmaq 
fürsəti də bulmayıb, bir nəfər atlı  və bir nəfər qatırçı ilə Hallavar körpüsündən 
keçib fərar edən və heç yerdə davam etməyib, Qara-qalxan dağlarına getdi. 
Süpahi-Qızılbaş  şəhri-Tiflisə daxil olub, Darüssüruru (Tiflisi) matəmsəra 
etdilər
2
. Belə ki, hər simbər bir divpeykörə düçar və  hər mahru bir sitəmkərə 
giriftar oldu. Qərəz ki, az müddətdə çox sitəmlər etdilər və şəhəri yandırıb, qarət 
və  qənayimi-kəsir və  hədsiz olan kəsb və  əsir götürüb, getdilər. Elə ki oradan 
müavidət edib Kürün kənarı ilə Cavad kəndinin həvalisindən Arazı ubur edib 
Muğanın geniş  səhrasında düşüb bənayi-qışlaq eylədilər ki, qışı orada qışlayıb, 
yazda yenə dübarə Qarabağa, qala üstə gələlər. Onlar bu əzmdə ikən, vali İrakli 
xan dəxi Tiflisdən qaçıb gedib Tuşetdə öz övlad və yaxınlarını cəm edir və onlar 
ilə  məsləhət və  məşvərətlər qılır. Axır təmhid bu məqama müncər olur ki, vali 
deyir: “Bundan soma mənim ömrüm keçibdir. Dəxi ru görməzəm ki, bu halımda 
Ağa Məhəmməd  şaha xidmətgüzar olub itaət qılam. Ancaq səlah budur ki, öz 
övladımın birisini sizin ilə  Ağa Məhəmməd  şahın hüzuruna göndərəm və 
aramızda saziş  və birlik olmaq üçün zaval verəm və özüm fərağət ilə oturam”. 
Bu günə məsaleh və müahid əzmində idilər ki, bu əsnada xəbər gətirdilər ki, Ağa 
Məhəmməd şah bu sayaq ilə qarət və əsir və kəsb və sitəmlər etdi və şəhəri dəxi 
yandırdı və xarab edib, qayıdıb getdi. Elə ki vali macəra və əhvalı bu növ eşidib 
və görəndə  dəxi bu tədbir və  məsləhətləri bərhəm edib, götürüb oradan bir 
Rusiya dövlətinə  ərizeyi-ixlasi-fərizə  və böyük imperatur həzrətlərinə
3
 yazıb, 
mədəd və kömək təmənnası qıldı. Ağa Məhəmməd şahın zülm və cəfaların dəxi 
dərc edib, ianət 
 
 
 
 
 
 
 
 
 
__________________ 
1
Dede Vali (Dede Valo) II İraklinin arvadı Dariya Georgiyevnadır. 
2
Ağa Məhəmməd şah Qacar qoşunu Tiflisə 12 sentyabr 1795-ci ildə girmişdir. 
3
Rusiya çarı II Yekaterina (1762-1796) nəzərdə tutulur. 
 153


və imdad mültəmis oldu. Vəqti ki, ərizeyi-imperaturiyyə-üzma Yekaterina 
astani-mədilət bünyaninə yetişdi, padşah Yekaterina aciznəvazlıq məqamına 
gəlib  əmr eylədi ki, general anşef qraf Valerian Zubov
1
 qoşun ilə Gürcüstana 
gəlsin. Zubov ləşkər və  əsasi-tamam və  tədarükati-şayəstə  və malakəlam ilə 
vilayəti-Gürcüstana, valinin kömək və imdadı üçün Rusiyətdən azim olub köç bir 
köç gəlməyə məşğul oldu. Ağa Məhəmməd şah dəxi o qışı Muğanda qışlaq edib 
əyləndi ki, bahar fəsli olanda yenə Qarabağa qala üstə  gələr. Amma haman ili 
Şiraz və Kirman vilayətlərində  şüriş  və inqilab əmələ  gəlib, Ağa Məhəmməd 
şaha xəbər yetişdi ki, Lütfəli xan Zənd ki, o da bir rəşid və səxavətli və səbahətli 
nami cavan idi, Kirman vilayətində sahibi-daiyyə  və istibdad olub və  Ağa 
Məhəmməd şaha yağı olmaq binası başlayıbdır. Pəs bu əxbari-vəhşətəfpayə görə 
Ağa Məhəmməd şah o yazı Qarabağa gəlməyi mövquf salıb, yolunu İraq və Fars 
və Kirman canabinə çevirib, o vilayətləri islah etmək və Lütfəli xana müqabil 
getmək binasını ilzəm və müqəddəm bildi. Çün o ildə Ağa Məhəmməd şah Fars 
və Kirmana mütəvəcceh olub, bu nahiyələrdən uzaq və kənara getdi. Haman ilin 
bahar fəslində  mərhum  İbrahim xan Gürcüstan valisi İrakli xana dəxi təklif 
eyləyib və Dağıstandan dəxi ləzgi qoşunundan kömək götürüb, gedib şəhri-
Gəncəni mühasirə eylədilər. Bu səbəbə görə ki, Tiflis şəhərinin xarabaçılığına 
Cavad xan gəncəli bais olmuşdu. Pəs bir az müddətdə Cavad xan dəxi rəyə gəlib, 
mərhum  İbrahim xana itaət eylədi və öz oğlunu və bacısını  həm  İbrahim xana 
zaval verib, əhdi  şərti-müvekkid və  şərt və möhkəm qıldı ki, bir dəxi  əbədən 
mərhum İbrahim xanın itaət və məhəbbətindən birun və kənara olmaya. Haman 
davada dəxi Çiləbörd məliki, fitnə-fəsadçı olan, şər işlərlə  məşğul olan Məlik 
Məcnun öldürüldü. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
_________________________________ 
 
1
Qraf Valerian Zubov 1796-cı ildə Azərbaycana gələn rus qoşunlarının başçısı idi.  
 154


ON BİRİNCİ FƏSİL 
 
ƏVVƏLİNCİ SƏRDARİ-RUSİYA GENERAL 
ANŞEF QRAF ZUBOVUN GƏLMƏSİ VƏ 
İBRAHİM XAN OĞLU ƏBÜLFƏT XANI 
GÖNDƏRİB, ONU GÖRÜB RUSİYA 
DÖVLƏTİNƏ İTAƏT İZHAR QILMAĞINI 
BƏYAN EDİR 
 
İslamiyyə tarixi 1208 (1793)-ci ildə idi ki, Ağa Məhəmməd şah hənuz Fars 
və Xorasan sahətlərində idi ki, Gürcüstan valisi İrakli xanın ərizəsinə və həsbüt-
təmənnasına görə imperaturiyyə üzma Yekaterina əmr eyləyib sərdari-əzəm 
anşef qraf Zubov zəfərli  əsgərləri ilə  əzm eyləyib və  gəlib səmti-Dərbəndə  və 
qəleyi-Dərbəndi müsəxxər qılıb ölkayi-Salyana və həvaliyi-şəhri-Şamaxıya varid 
olub, orada ordu eyləmişdilər
1
.  İbrahim xan eşidən kimi, öz oğlu  Əbülfət xanı 
Qarabağ  bəyzadələrindən neçə  nəfəri ilə yaxşı sovqat və töhfə  və  hədiyyələrlə 
göndərib öz səmimi-qəlbi və rzayi-xatiri və xahişilə Rusiya dövlətinə dil verib, 
izhari-itaət eylədi və həm bir ərizeyi-ixlas və iradəti-farizeyi-imperaturiyyə-üzma 
Yekaterina hüzuruna yazıb mərsul etdi. Çün onlar oraya yetişdilər, sərdari-əzəm 
dəxi o ki var, lazimeyi-hörmət və  təzim idi, Əbülfət xanın və Qarabağ 
bəyzadələrinin haqqında əmələ gətirib və İbrahim xanın ərizəsini dəxi mötəmid 
mərsuləsi ilə öz eşikağasına qoşub, Dərbənd və  Kızlar yolundan imperaturiyyə 
hüzuruna göndərib və  İbrahim xana dəxi yaxşı, qiymətli hədiyyə  və töhfələr 
(verib), bir nəfər knyazın mürafiqətilə mərsul edib qayət məhəbbət və nəvazişlər 
ilə impera-turiyyə üzmanın  əbədi olan mərhəmət və inayətlərinə ümidvar eylə-
mişdi və bir yaxşı  əsayi-mürəssə becəvahir dəxi Molla Pənah Vaqif təxəllüsə 
göndərmişdi. Elə ki ətraf xanlar xəbərdar oldular ki, İbrahim xan öz oğlunu 
sərdari-əzəm hüzuruna göndərib, onların hamısı ki, Mir Mustafa xan Talış  və 
Mustafa xan Şirvani və Cavad xan Gəncəli olalar, hətta xəvanini-İrəvan və 
Naxçıvan və Xoy və Qaradağ  təmamən mərhum  İbrahim xan xidmətinə elçilər 
və namələr göndərmişdilər ki, bizlər hamı  İbrahim xanın  əmrindən və 
məsləhətindən 
 
 
 
 
                                                 
1
 
V.Zubov Azərbaycana 1796-cı ilin yayında gəlmişdir.
 
 
 
 155


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə