TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   50   51   52   53   54   55   56   57   ...   91

idi və xalq hamı onu sayardılar və heç kimsə ona etinasızlığa olmağa cürət 
etməzdilər. Elə ki Qarabağ əhli mərhum Ağanı görcək hamısı fövc-fövc gəldilər, 
Ağanın xidmətinə baş endirdilər və  bəziləri  əlini öpdülər. Hamı  Məhəmməd 
bəyin yanında olanlar gəldilər. Hərçənd Məhəmməd bəy  əvvəl dəfə bir qədər 
xofnak oldu, amma axır Məhəmmədhəsən ağa ona xatircəmlik verib. O da gəlib 
Ağanın əlindən öpdü və üzr istədi və Ağa dəxi onu hər babda xatircəm edib çox 
məhəbbətlər etdi və hətta o qədər mehriban oldu ki, qızını da ona verməyə xahişi 
oldu. Bir az müddət müvafıq olub bir-biriylə mehriban oldular. Sonra bir neçə 
nəfər  şər adamlardan Məhəmməd bəyin yanında var idilər ki, onun istiqlal və 
hökumət xəyalında olduqları vaxtda bir para fəsad işlərə bais və mürtəkib 
olmuşdular. Məhəmmədhəsən ağa onlara Məhəmməd bəyin öz gözünün 
qabağında tənbeh və siyasət olmağa əmr eylədi. Mehdiqulu xan da ki, qala içində 
idi. Elə ki eşitdi qardaşı  Məhəmmədhəsən ağa qoşun ilə  gəlib qalanın 
bərabərindən keçibdir. Haman dəm də Məhəmməd bəyin mənsub etdiyi adamları 
ki, öz əmizadələri idilər, tutdurub məhbus eləmişdi. Pəs mərhum 
Məhəmmədhəsən ağa Qarabağın ilat camaatına xatircəmlik və asayiş verib, hamı 
mahallara hökmlər yazdı ki, məcmui-xəlayiq asudə və rahat olub öz iş-güclərinə 
və kəsbü güzəranlarına məşğul olsunlar. Pəs ondan sonra mərhum İbrahim xan 
dəxi gəlib Qarabağ torpağına yetişib öz məğərri-hökumətində  qərar tutdu və 
Qarabağın ilat və dehatı və əksər camaatı aclıqdan və qəhətlikdən pərişan və pis 
vəziyyətdə olub Gəncə  və  İrəvan və  Şirvan və Gürcüstan vilayətlərinə dağılıb, 
hətta Rum vilayətinə dəxi dağılıb mal və dövlətləri təmamən qarət gedib, ziyadə 
əfsurdəlik olmuşdu və ətrafının zülmkar xəvaninləri dəxi, əgərçi zahirdə itaət və 
məvəd-dətilafi edirdilər. Amma batinən hamı öz səlahlarını güdüb və öz 
nəflərinə talib idilər. O cümlədən  şirvanlı Mustafa xan vəqti ki, İbrahim xan 
Balakəndə idi, şəkili Məhəmmədhəsən xan ki, Səlim xanın böyük qardaşı idi və 
Səlim xan hakimi-Şəki ki, İbrahim xanın damadı idi və o da xanın ittifaqı ilə 
Dağıstana getmişdi. Mustafa xan Məhəmmədhəsən xanı təhrik edib, gətirib özü 
də ona kömək və yardım qılıb,  Şəki vilayətində hökumət  əmrində qoydu. Ba 
vücudi ki, haman Məhəmmədhəsən xanın gözləri dəxi kor idi. Mustafa xan o 
qədər də razı deyildi ki, Səlim xan Şəkidə hakim olsun. Çünki Səlim 
 
  
 168


xan İbrahim xanın damadı idi və bir-birinə müttəfiq idilər. O gəlib Şəkidə yenə 
hökumət edəndə  və Qarabağ  və  Şəki birləşib müvafiq olanda ona zərərləri 
yetişirdi və onda Mustafa xan acizlik və itaətindən qeyri onlara başqa yol ilə 
üstünlük edə bilməzdi. Pəs buna görə  Məhəmmədhəsən xan ilə razılıq edib, 
Səlim xan Dağıstandan gəlməmiş onu Şəkidə hökmran elədi ki, məbada Səlim 
xan gəlib yenə  Şəkidə hökumətə  əyləşə. Onu bidəxil etmək mətləbi idi və 
Məhəmməd bəy də  Məhəmmədhəsən ağa ona xatircəmlik verdikdən sonra 
asudəxatir olub, o da sair xəvanin övladları kimi mərhum Pənah xan övladı  və 
silsüəsinin içində mütləğa can qorxusu xatirinə gələn deyildi. Saymaz və rəşid və 
hünərmənd igid idi və həm o övqat saymazlıq məğrurluğu və xəzinə  və dövlət 
havası və əlavə bir para şərir adamlar ki, xan Qarabağdan çıxıb və yenə vilayətə 
gələnədək bihesab işlər tutmuşlardı, onların təhrik etməkləri bais olub ki, xəzinə-
dən çoxusunu Qarabağın dağlarında və daşlarında gizləyib və bir qədərin dəxi 
özü ilə aparıb Kürün kənarında olub, xana səmt gəlmədi. Pəs Məhəmmədhəsən 
xan  şəkili ki, gözləri kor idi və Mustafa xan şirvanlı ilə müttəfiq var idi və 
qədimdən İbrahim xan ilə ədavəti küllüləri var idi, onun ilə dostluq binası qoyub 
Məhəmmədhəsən xan Məhəmməd bəyi aldadır. Adam göndərib Məhəmməd 
bəyə  təhrik edir ki, gəlsin buraya, Şəki vilayətində  əyləşsin. Mən özüm bir 
naibina və kor kişi varam və  qızımı da ona verib özümə onu oğul edirəm və 
burada  Şirvan hakimi Mustafa xanın bir para hərəkatı  və  nərəva təklif və 
təhəkkümatı  məni cana yetirib, təngə  gəlmişəm, gəlsin  Şəkidə hökumət etsin. 
Çünki qədimdən Məhəmməd bəy Mustafa xanın atası  Ağası xanı  və qardaşı 
Əhməd bəyi və əlahiddə qardaşını öldürmüşdü. Bu səbəbə ki, Məhəmməd bəyin 
atası Mehrəli bəyi ki, İbrahim xanın qardaşı idi, Şirvan vilayətində Mustafa 
xanın atası  Ağası xanın adamları öldürmüş idilər. Ona görə  Məhəmmədhəsən 
xan Mustafa xanın təhrik və fitvası ilə  Məhəmməd bəyə  fərib verdi ki, bəlkə 
oraya gedə. Mustafa xan orada onu ələ  gətirib öldürə. Bu mənzur ilə 
Məhəmmədhəsən xan çox and və  qəsəmlər ilə  mərhum Məhəmməd bəyi 
inandırıb öz yanına aparmışdı  və haman günü ki, oraya yetişib, haman dəmdə 
onu tutub və hər nə ki, əlində və yanında dövlət və cavahir və qızıl-gümüş və sair 
nəqdü cins var idi hamısını alıb sahib və mütəsərrif olub və dəsti 
 
  
 169


Mustafa xana xəbər eyləmişdi və Mustafa xan dəxi təcili tamam ilə  gəlib 
Məhəmməd bəyi məhbus və bağlı alıb, orada qətlə yetirmişdi: 
 
Bəli ruzgar əst anke gəh izzət dəhəd və gəh xar darəd,  
Çərxi-bazigər əz in baziçeha besyar darəd...
1
 
Əlhasil, Ağa Məhəmməd  şahın düşmənçiliyi və Qarabağa gəlməyi Qarabağ 
vilayətini xarab və viran etdi və xalq tamam mütəfərriq olub dağıldılar. Bir 
yandan dəxi taun azarı  şiddət elədi və aclıq və  qəhətlik  əmələ  gəldi. Vilayət 
ziyadə qüsur və  məğşuşluq hasil etdi və dağılanı dağıldı  və qalanlarına dəxi 
Mustafa xan hakimi-Şirvan və Məhəmmədhəsən xan hakimi-Şəki və Cavad xan 
hakimi-Gəncə çox zərərlər və qarətlər yetirdilər. O həm bir xarabalığa bais oldu 
və  ətraf dəxi hər canibdən günə-günə cürətə  və  ədavətə başladılar. Qarabağın 
vilayəti və  İbrahim xanın  əsas və calal və  işi və istiqlal və hökuməti bir qədər 
kəsrü nöqsan hasil elədi. Pəs bu əsnalarda Fətəli şahın əhvalı yetişdi ki, İranda 
şah olubdur və İbrahim xana elçisi gəldi. 
 
ON DÖRDÜNCÜ FƏSİL 
 
İRANDA FƏTƏLİ ŞAHIN ŞAH OLMAĞINI VƏ 
İBRAHİM XAN İLƏ MACƏRASINI BƏYAN EDƏR 
 
Belə ki, Fətəli  şaha Baba xan sərdar derlər idi, Ağa Məhəmməd  şahın 
tərəfındən Fars məmləkətində və Şirazda vali idi
2
. Elə ki şahın Qarabağda Şuşa 
qalasında məqtul olmaq xəbərin eşitdi, oradan təcili-tamam ilə ilqar edib Tehran 
şəhərinə gəldi və oradan xəzinəyə və əsbabi-padşahlığa malik və mütəsərrif olub 
məsnədi-şahlıqda mütəməkkin olub, övrəngi-səltənətdə cülus qılıb, kəmali-
istiqrar və istiqlal ilə əyləşdi. Bu tərəfdən Sadıx xan Şəqaqi ki, Şuşa qalasından 
fərar edib getmişdi, o da Azərbaycanda vilayəti sahibsiz görüb, başına külli 

 
 
 
 
                                                 
1
 
Bəli, dünya belədir ki, gah izzətli olur, gah tikanlı, Adam oynadan dünya, belə oyunlardan çox 
edir. 
 
2
 Fətəli şah (1797-1834) Ağa Məhəmməd şahın bacısı oğlu idi. Şah Fətəli xanı özünün sələfi 
adlandırmışdı
 
 170


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə