TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

dikdə  qızılbaşların burada hədsiz qoşun və ordusunu gördülər. Qızılbaşların bu 
hazırlığını rus dövlətinin başçılarına yetirə bilmədilər. Ruslar Tehrana elçi 
göndərdikləri üçün hələ müharibənin başlanacağına inanmırdılar. Hər kəs öz 
yerində  və öz işində xatircəm  əyləşmişdi. Müharibəyə hazırlıq və ya onu icra 
etmək fikrində deyildilər. Elçi knyaz Menşikovu Tehranda göz dustağı edib ona 
aydın bir cavab vermirdilər. 
Xülasə, birinci sərdar  Əmir xan Mehdiqulu xanla Xoy şəhərindən hərəkət 
edərək Naxçıvana varid oldu və Araz çayının kənarında dayandı, bir-birilə 
məsləhətləşdilər ki, onlar hərgah qoyulan şərt və işarələri gözləmədən bu qoşun 
və atlılar ilə Şuşa qalasının üzərinə hücum etsələr, ehtimal ki, qala əhli darvazanı 
açmasın, Mehdiqulu xana tabe olan adamlar da onların yanına getməsin; belə 
olduqda onların işi çətinləşəcəkdir və ixtiyarlarında olan qoşun və ordunun 
vəziyyəti pərişan olub dağılacaqdır. Nəticədə belə  qərara gəldilər ki, Abbas 
Mirzəyə ərizə yazsınlar və ondan qoşun göndərilməsini və əlavə olaraq iki alay 
sərbaz və iki top verməsini xahiş etsinlər. Bu niyyətlə ki, əgər çətinlik baş 
verərsə, heç olmasa özlərini saxlaya bilsinlər. 
Abbas Mirzə cavabında yazmışdı: “Sərbaz və top sizə lazım deyil, Qarabağın 
bəyləri mənə yazıblar ki, bizim qoşunumuz Xəlifəli darvazasına yetişən kimi, 
onlar darvazanı açacaqlar və bizim dövlətimizə itaət edəcəklər. Bu barədə  də 
göstəriş verilmişdir. Siz birbaşa Naxçıvandan Sisyan dağı yolu ilə heç yerdə 
dayanmadan Şuşa qalasına gedərsiz, onlar sizə kömək etməyə hazırdılar və bizim 
qoşunumuzun köməyini gözləyirlər. Əgər siz əsgər və top götürsəniz, tez hərəkət 
edə bilərsiz. Rusların əsgərləri ilə bizim böyük və çətin müharibəmiz olacaqdır. 
Əgər sizə  sərbaz, top verilərsə, sizin üçün dava çətin olar. Bir də yazmışdı: 
“Sərdar, qarşıda böyük işlər nəzərdə tutulmuşdur. Döyüşlər qabaqdadır, 
vuruşmalıyıq, irəliləməliyik, əgər qalib olsaq, uzun illər istirahət edəcəyik, əgər 
müvəffəq olmasaq, səhrada yorulmuş  qədəmlərimiz  əziyyət, zəhmətdə olub 
məşəqqətə düçar olacağıq. 
 
F ə r d: 
 
Əgər qabağa keçsək, bu mülk bizim olar.  
Ölsək, başqasına çatar (Daraya çatar). 
 
  
 75


Allah qoysa, Allahın köməkliyi ilə, şahənşahın təmiz iqbalı ilə cümə axşamı 
Xudafərin körpüsündən keçib Cəbrayıllı bağında dayanıb, cümə günü Ağoğlana 
varid olaraq, şənbə günü isə Çanaqçıda yerləşən rus qoşunları ilə orada müharibə 
edib bir gün içərisində hər iki işi, yəni həm qalanı alarıq və həm rusların işlərini 
bitirərik,” Həmin xanlar bir neçə dəfə rusların vuruşmalarını görmüşdülər. Abbas 
Mirzədən gələn məktubun məzmunundan xəbərdar olub, sərbaz və topun 
göndərilməsindən ümidlərini kəsdilər. Onlar Yeqorskinin bir batalyon əsgər və 
topları ilə Qapanat və Zəngəzur mahalının mühafizəsindən ötrü onların yollarının 
üzərində durmalarını eşitdilər. Rus əsgərlərinin igidlikləri məşhur idi. Buna görə 
də Əmir xan sərdar və Mehdiqulu xan Abbas Mirzənin məsləhətinə zidd olaraq 
tələsmək əvəzinə, aram və səbirlə yol gedirdilər. Naxçıvandan Sisyan dağına bir 
günlük yol idi. Onlar isə bu yolu üç-dörd günə qət etdilər. Oradaca sərdar Əmir 
xana və Mehdiqulu xana xəbər gəldi ki, Bazarçayda balıq tutmağa və çimməyə 
gəlmiş  əlli nəfər rus əsgəri tutulub həbs olunmuşdur. Bu söz bir qədər sərdar 
Əmir xanı  və Mehdiqulu xanı ruhlandırdı. Qədəmləri yorucu səhrada qüvvətə 
gəlib, özlərində zirəklik hiss etdilər. Sonra dağın üstündən aşıb Bazarçay 
kənarına və Qarakilsə  kəndinə  gəlib burada dayandılar. O gecə bir nəfər 
ruslardan üz döndərib qızılbaşlarla birləşən Hacı  Ağalar bəy Qarabağlının 
yanından gəlib, rusların kənddən çıxıb harayasa naməlum bir tərəfə getdiklərini 
xəbər verdi. Bu xəbərdən qızılbaş qoşunlarının içərisinə qorxu və həyəcan düşdü. 
Qorxudan gecə qoşunun yerini dəyişdilər. O yerlərdə olan Pirsəng təpəsində sən-
gər qazıb vuruşu gözləyirdilər. Sübhə yaxın ayrı bir xəbər gəldi ki, ruslar öz 
qoşunları ilə birləşmək üçün Şuşa qalasına tərəf gedirlər. 
Sərdar Əmir xan bacısı oğlu Məhəmməd Zaman xanı vuruşmaq üçün həmin 
gecəyarısı min atlı ilə rusların ardınca göndərdi. Bu niyyətlə ki, özü sübh vaxtı 
Mehdiqulu xana yetişib birlikdə onlarla vuruşarlar. 
Məhəmməd Zaman xan şərab içməkdə adətkər idi. Dava işini kənara qoyub 
yolun kənarına endi, yaxınlıqdakı Şəhpər kəndinə adam göndərib, oranın məşhur 
şərablarından gətirilməsini əmr etdi. 
Hacı Ağalar Xudafərin körpüsü ətrafında dayanan Abbas Mirzəyə xəbər verdi 
ki, qullar ağası Qasım xan qoşundan bir dəstə tüfəngçi qulam və iki top götürüb 
Qaradağ yolu ilə gəlib Həkərə çayının 
 
  
 76


yanında ruslara çatmış, hər iki tərəfdən qoşunlar arasında  şiddətli vuruşmalar 
olmuşdur. Bir tərəfdən qızılbaşlar, digər tərəfdən Hacı Samlının kürdləri və qeyri 
türklər, eləcə  də günəşin istisi, yolların çətinliyi,  əyri-üyrülüyü ruslara mane 
olduğu üçün qalaya gələ bilmədilər və batalyonu da suya çatdıra bilməyib 
dağıldılar. Bəziləri qətl olundu və bir hissəsi də əsir düşdü, bir qismi də özünü 
meşədə cəngəllikdə və ətrafda olan xaçpərəstlərin himayəsinə arxalanaraq xilas 
edilə bildilər. 
Abbas Mirzə bu şad xəbəri eşitdikdən bir gün sonra ordunu oradaca qoyub 
Gorunruz kəndinə gəldi. Burada ölən və əsir düşən rusların başçıları ilə birlikdə 
sayı 300 nəfər idi. Əsirlərin içərisində polkovnik Nazımov və mayor Kovalenski 
də var idi. Abbas Mirzə onları Gorunruz kəndinə Hacı  Ağaların yanına qonaq 
gətirdi. 
Gorunruz kəndində  sərdar  Əmir xan və Mehdiqulu xan Abbas Mirzənin 
hüzuruna gəlib ona öz sevinclərini bildirərək təbrik etdilər.  Əmir xan Abbas 
Mirzənin dayısı idi, Mehdiqulu xana da bacısı  Ağabəyim ağa  şahın hərəmi 
olduğu üçün ona dayı deyirdilər. Abbas Mirzə bunların hər ikisinə acıqlanıb 
dedi: 
- Bu nə azğmlıqdı, bu nə tənbəllikdi ki, siz etmisiz, bu ov, bu qələbə sizin idi, 
öz laqeydliyiniz və təqsiriniz nəticəsində ov əlinizdən çıxıb, şirin çənginə keçdi. 
Əsgərlər səlamət Şuşa qalasına yetişib, öz yoldaşları ilə birləşsəydilər, bu zaman 
bütün dünya qoşun olsaydı da onların öhdəsindən gələ bilməzdi. 
Əmir xan cavabında dedi: 
- Bu, işin  əvvəli idi. Hələ  fəthdən və müvəffəqiyyətdən bir nişan yox idi. 
Buna görə də biz ehtiyat etdik ki, zəfər qoşununa yaman göz toxunmasın. Allaha 
şükür, yenə  də  qələbə  zəfər qoşununun  əlində oldu. Bundan sonra da zəfər, 
qələbə və səadət bizimlə olacaqdır. 
Bu cavabdan Abbas Mirzə qəzəblənib türkcə dedi: 
- Danışma, saldırram, o qədər vurdurram ki, ayı səsi verərsən, nə dayı-dayı. 
Əmir xan sakit olub danışmağa artıq cəsarət etmədi. Ondan sonra onların 
ixtiyarında olan qoşunları  əllərindən alıb səlahiyyətdən məhrum etdi. Əlavə 
olaraq onlara dedi: 
- Siz qocalmısız, qulluğa sadiq olmağı bilmirsiz, cavanları tərbiyələndirib iş 
başına keçirmək lazımdı ki, mənim rəyimə və tədbirimə müvafiq hərəkət etsinlər. 
 
  
 77


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə