Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

53
he sablanır və təhlil olunur. E
p.a
 əmsalı xalis pul axınının (XPA) mənfi  pul axı-
nına (M
ə
PA) nisbəti ilə hesablanır.
E
p.a
 = XPA / M
ə
PA
Bu göstəricilərin sırası digər xüsusi göstəricilərlə davam etdirilə bilər:
• Sərbəst pul qalığının qısamüddətli maliyyə qoyuluşunda istifadə olun ma-
sının rentabellilik əmsalı (əldə olunan faiz gəlirlərinin qısamüddətli ma liy-
yə qoyuluşlarına nisbəti);
• Uzunmüddətli maliyyə qoyuluşlarında yığılan investisiya resurslarının ren-
tabellilik əmsalı (divident və ya faiz şəklində əldə olunmuş gəlirin uzun-
müddətli maliyyə qoyuluşlarına nisbəti və s.).
Beləliklə, biz təhlili aparılan müəssisənin hansı mülkiyyətə malik olduğun-
dan xəbərdarıq. Biz eləcə  də müəssisə  fəaliyyətinin nəticələrinin və maliyyə 
vəziy yətində daha çox əhəmiyyətli olan müəssisə aktivlərinin tərkib və keyfi y-
yə tinin  təhlil etdik. 


54
V MÖVZU
MÜƏSSİSƏNİN İŞÇİ QÜVVƏSİNİN TƏHLİLİ
§16. Müəssisənin işçi qüvvəsinin təhlili
Müəssisənin kifayət qədər əmək resursları ilə təmin olunması iş vaxtı itki lə-
rinin azaldılması və əmək məhsuldarlığının yüksəldilməsi, məhsul istehsalının 
çoxaldılması, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və istehsalın effekt li-
yinin yüksəldilməsi problemlərinin həllində ən vacib məsələlərdəndir.
Əmək resurslar – əhalinin əmək qabiliyyətli hissəsi olub, fi ziki və əqli əməyə 
malikdir, maddi nemət hazırlamaq və xidmət göstərmək qabiliyyəti vardır. 
Əmək resurslarının tərkibinə yaşından asılı olmayaraq ictimai təsərrüfat sfera-
sında və fərdi əmək fəaliyyəti ilə məşğul olan bütün əmək qabiliyyətli əhali da-
xil dir.  Əmək resursları ictimai istehsalatda iştirakına görə 2 hissəyə ayrılır. 
1. Fəal (fəaliyyətdə olan);
2. Passiv (potensial).
Beləliklə, əmək resursları həqiqi və potensial işçilərdən ibarətdir.
Azərbaycanda əmək resurslarına aiddir:
a) işləməyən və I və II qrup müharibə və əmək əlilləri və əmək qabiliyyəti 
yaşında işləməyən şəxslər, güzəştli şərtlərlə qocalığına görə pensiyaçılar istisna 
ol maqla,  əmək qabiliyyəti yaşında əhali;
b) xalq təsərrüfatında məşğul olan əmək qabiliyyəti yaşından az və çox olan 
əhali.
Əmək qabiliyyətli əhali özünün psixoloji əlamətlərinə görə əmək fəa liy yə-
tində iştirak edən, əsas etibarilə əmək qabiliyyəti yaşında olan şəxslərin cəmidir. 
Əmək resurslarının kəmiyyəti rəsmi müəyyən edilmiş yaş sərhədindən asılıdır. 
Yaş sərhədləri mövcud qanunvericiliklə müəyyən edilir. 
Azərbaycanda əmək qabiliyyəti yaşında hesab edilir: kişilər 16-62 (daxil ol-
maq la),  qadınlar 16-57 (daxil olmaqla).
Praktikada ümumi və peşəkar  əmək qabiliyyətini fərqləndirilər. Ümumi 
əmək qabiliyyəti insanda fi ziki, psixoloji, yaş amillərinin mövcudluğunu nəzər-
də tutaraq onun əmək qabiliyyətini müəyyənləşdirir və xüsusi hazırlıq zəruri li-
yini tələb etmir. Peşəkar əmək qabiliyyəti xüsusi öyrənmə vaxtında əldə edilən 
konkret növə aid əmək qabiliyyətdir.
Bazar rəqabəti şəraitində daxili və xarici bazarlara yüksək keyfi yyətli isteh-
lakçıların tələbinə uyğun çeşidlərdə, ucuz və mənfəətli, daha tez reallaşdırılan 
məhsul istehsalı iş yerlərinin yüksək ixtisaslı fəhlə kadrları ilə təmin olunmasını, 
iş vaxtından tam istifadəni tələb edir. İş yerlərinin ixtisaslı  fəhlə kadrları ilə 


55
tə min  olunması  və  iş vaxtı itkilərinin azaldılması istehsalın mənfəətliyinin 
yüksəl dilməsində həlledici rol oynayır.
Müəssisənin əmək resursları ilə təmin olunması və onlardan istifadənin təh-
lili qarşısında duran əsas vəzifələr aşağıdakılardır: 
1. Bütövlükdə müəssisə üzrə işçilərin faktiki sayının plana uyğun olması;
2. Mövcud əmək resurslarının strukturu və dinamikasını təyin etmək;
3. İş vaxtından istifadəni və iş vaxtı itkilərinin istehsalın həcminə təsirini tə-
yin etmək.
Müəssisənin əmək resursları ilə təmin edilməsini, peşələr və kateqoriyalar 
üz rə işçilərin faktiki miqdarını plan tələbatı ilə müqayisə edirlər. Buna görə təh-
lil zamanı əmək resurslarının strukturu öyrənilir. Müəssisənin işçi qüvvəsi ilə 
təmin olunmasının və o cümlədən işçilərin tərkibi və dinamikasının qiymət lən-
dirilməsində istifadə olunan göstəricilərdən biri də işçi heyətinin quruluşu hesab 
olunur. İşçi heyətinin quruluşu ayrı-ayrı qrupdan olan işçilərin sayının cəmi iş-
çi lərin sayına bölməklə müəyyən edilən xüsusi çəki göstəricisi ilə xarakterizə 
edilir.
Müəssisənin hesabat dövrü üçün tikinti istehsal heyətinin istər plan, istərsə 
də hesabat üzrə məhsul istehsalı həcminin dəyişməsi öz növbəsində işçi sayına 
tələbatın dəyişməsinə də təsir göstərir. Bu baxımdan müəssisənin işçi qüvvəsinə 
olan tələbatının ödənilməsi səviyyəsini düzgün müəyyən etmək üçün məhsul 
buraxılışının həcmi də  nəzərə alınmalıdır. Məhsul buraxılışının həcmi nəzərə 
alın maqla  işçi qüvvəsinə olan tələbatı müəyyən etmək üçün hesabat dövründə 
planda nəzərdə tutulmuş işçilərin sayını məhsul istehsalı planının yerinə ye ti-
rilməsi faizinə vurduqdan sonra əldə etdiyimiz nəticəni müəssisədə  həqiqətdə 
mövcud olan fəhlələrin sayı ilə müqayisə etmək lazımdır. Fəhlələrin hesabat 
döv ründəki faktiki sayının plandan kənarlaşması müəssisənin fəhlə qüvvəsi ilə 
təmin olunması səviyyəsini və ya müəssisənin fəhlələrlə tələbatdan artıq və ya 
kəsirlə  təmin edilməsi səviyyəsini göstərir. Bu qayda ilə aparılan hesablama 
müəs sisənin fəhlə qüvvəsi ilə təmin olunmasının mütləq və ya nisbi kənar laş-
masını da müəyyənləşdirməyə imkan verir.
Elmi-texniki tərəqqinin sürətləndiyi müasir şəraitdə tikinti müəssisələrində 
əmək məhsuldarlığının yüksəldilməsinə, iş vaxtından səmərəli istifadə olun ma-
sına və ümumiyyətlə, işçi qüvvəsindən istifadənin səmərəliliyinin yüksəl dil mə-
sinə təsir göstərən amillərdən biri də fəhlələrin ixtisas səviyyəsi hesab olunur. 
Tikinti-istehsal heyətinin tərkibini təhlil edərkən onların peşələr, təhsil səviy-
yəsi, iş stajı, cins üzrə qruplaşdırılması mühüm əhəmiyyət kəsb edir. Məsələn, 
mühəndis-texniki işçilərin tərkibi təhsil səviyyəsi üzrə təhlil edildikdə ali, na ta-
mam ali və orta texniki təhsili olan mütəxəssislər ayrıca göstərilir.
Müəssisənin ixtisaslı kadrlarla təmin olunmasının öyrənilməsində orta tarif 
dərəcəsi göstəricisindən geniş istifadə olunur. O, müvafi q dərəcələr üzrə fəhlə lə rin 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə