44
ölkələrdə olduğu kimi, sürətləndirilmiş amortizasiya norma ların dan istifadə et-
mək lazımdır.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il
26 de kabr tarixli, 827№-li Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məq-
sədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 fevral
tarixli, 29№-li qərarı ilə “Beynəlxalq Mühasibat Uçotu Stan dartlarına keçmək
məqsədi ilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazır-
lanması və tətbiqi üzrə PROQRAM təsdiq edilmişdir. 2003-cü ildə “Əsas və-
sait lərin uçotu” və “Köhnəlmənin (amortizasiyanın) uçotu” adlı beynəlxalq
stan dartların tələblərinə cavab verən normativ sənədlərin hazır lan ması və tətbiqi
işlərinin icrası Azərbaycan Respublikası Maliyyə Nazir liyinə, İqtisadi İnkişaf
Nazirliyinə və Dövlət Statistika Komitəsinə həvalə edilmişdir. Bu normativ
sənəddə əsas vəsaitlərlə təchiz olunmasını və onlardan istifadənin effektliyinin
yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edən “lizinq” əməliy yatlarının uçotu
(2004-cü ildə), quraşdırılası avadan lıqların uçotunun (2004-cü ildə) hazır lan-
ması, habelə “Mühasibat uçotu haqqında” yeni qanunda, “Uçot siyasəti haqqın-
da əsasnamə”nin yeni layihəsində əsas vəsaitlərdən istifadənin effektivliyini
təmin edən bir sıra müddəaların daxil edilməsi nəzərdə tutulur.
Əsas vəsait obyektlərinin texniki vəziyyəti, məhsul, iş və xidmətlər isteh salı
üçün yararlılıq dərəcəsi, habelə bu göstəricilərə istinad etməklə hesablanan əsas
və saitdən (fondlardan) istifadənin effektliyini xarakterizə edən göstəri cilərin on lara
amortizasiyanın (köhnəlmənin) hesablanması dərəcəsindən çox asılıdır. Bu na görə
də beynəlxalq uçot praktikasında əsas vəsaitlərdən effektiv istifadənin idarə edil-
mə sində amortizasiya məbləğ ləri nin idarə edilməsinə xüsusi qayğı ilə ya naşılır.
Mühasibat uçotu prinsiplərinə uyğun olaraq istehsal prosesində uzun müddət
iştirak edən, öz natural formasını saxlayan və tədricən köhnələn əsas vəsaitlərin
dəyərinin hazırlanan məhsulun (işin, xidmətin) üzərinə keçirmə prosesi amor-
tizasiya adlanır. Amortizasiya prosesinin əsas vəzifəsi qəbul edilən metod lara
əsaslanaraq uzunmüddətli istifadədə olan maddi aktivlərin dəyərinin ehti mal
olunan istismar dövrləri ərzində hesablanaraq xərclərə daxil etməkdən ibarətdir.
Başqa sözlə desək, bu prosesdə qiymət ləndirmə yox, bölüşdürmə funk siyası hə-
yata keçirilir.
Bu funksiyanı belə şərh etmək olar:
• birincisi, bütün uzunmüddətli istifadədə olan maddi aktivlərin məhdud is-
tismar müddəti vardır və bu müddət ərzində onların dəyəri istismarda oldu-
ğu bütün illər üzrə bölüşdürülməlidir;
• ikincisi, uçotda istifadə olunan “amortizasiya” sözü aktivlərin fi ziki köh-
nəl məsi və ya bazar qiymətinin aşağı düşməsi kimi yox, onların dəyə rinin
sə mərəli fəaliyyət vaxtı müddətində silinməsi kimi başa düşülür;
45
• üçüncüsü, amortizasiya, aktivlərin dəyərinin qiymətləndirilməsi prosesi
he sab edilmir. Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq
mühasibat uçotu registrləri maya dəyərinin təyin edilməsi prinsiplərinə uy-
ğun aparıldığından amortizasiya qiymət səviyyəsinin dəyişməsinin indika-
to ru rolunu oynaya bilmir.
Beynəlxalq praktikada amortizasiya olunan aktivlərin amortizasiya məb lə-
ğinin müəyyən edilməsi aşağıdakı şərtlərdən asılı olaraq təyin edilir:
• aktivlərin ilk dəyərindən;
• aktivlərin ləğv dəyərindən;
• amortizasiya dəyərindən;
• faydalı xidmətin nəzərdə tutulan müddətindən.
Aktivlərin əldə edilməsi, daşınması, quraşdırılması və istismara veril mə si ilə
əlaqədar xərclər onların ilkin dəyərini təşkil edir.
Faydalı xidmət vaxtının sonunda aktivlərin ləğvi ilə əlaqədar gözlənilən
xərc lər çıxıldıqdan sonra müəssisənin həmin aktivlərdən əldə edəcəyi xalis
məb ləğ – ləğv dəyəri, amortizasiya olunan aktivlərin ilkin dəyəri ilə ləğv dəyəri
arasındakı fərq isə amortizasiya dəyəri adlanır.
Əksər hallarda aktivlərin ləğv dəyəri az əhəmiyyətli olduğundan amor tiza-
siya dəyəri hesablanarkən nəzərə alınmır. Ləğv dəyərinin əhəmiyyətli olması
göz lənilən hallarda aktivlər əldə olunan andan onun hesablamada nəzərə alın-
ması tələb olunur.
Amortizasiya dəyəri, aktivlərin faydalı xidmət müddəti ərzində müxtəlif
me todların köməyi ilə hesablanaraq hər bir uçot dövrü üzrə bölüşdürülür.
Amortizasiyanın hesablanması metodlarını şərti olaraq funksional və vaxt
üzrə amortizasiya metodlarına bölmək olar. Aktivlərin xidmət vaxtının müddəti
onun istismarının təsirindən asılı olduqda, funksional amortizasiya metodu, za-
man təsirindən asılı olduqda isə vaxt üzrə amortizasiya metodu tətbiq edilir.
Amortizasiya hesablanmasının beynəlxalq praktikada tətbiq olunan aşağı da-
kı konkret metodlarını göstərmək olar:
• Bərabər ölçüdə hesablama metodu;
• Qalığın azaldılması metodu;
• Məlumatların məbləği metodu;
• Ədədlərin cəmi metodu.
Milli mühasibat uçotu praktikasında ancaq birinci metoddan istifadə edilir.
Bərabər ölçüdə hesablama metodu faydalı xidmət vaxtı müddətində sabit
amortizasiya məbləğini hesablamaqla aparılır. Yəni amortizasiya olu nan dəyər
aktivlərin istismar olunduğu müddət ərzində bərabər ölçüdə xərc lərə da xil edilir.
Bu zaman müəyyən olunan amortizasiya norması dəyişməz qalır.
Qalığın azaldılması metodu aktivlərin faydalı xidmət vaxtı müddətində
amor tizasiya hesablanan məbləğin azaldılmasını nəzərdə tutur. Başqa söz lə
46
de sək, hər bir növbəti hesabat dövründə amortizasiya dəyəri əvvəlki il üçün he-
sab lanmış amortizasiya məbləği qədər azaldıldıqdan sonra təyin olunmuş amor-
ti zasiya normasına vurmaqla (həm də 100-ə bölməklə) hesablanır. Burada qəti
müəyyən edilmiş tarifdən istifadə olu nur. Bu halda toplanmış amortizasiya
məb ləğinin aktivlərin dəyərinə bə ra bər ol ma ması nəzərə alınarsa, amortizasiyanı
qey ri-müəyyən vaxta qədər hesab lamaq lazımdır. Bu zaman sonsuzluğun qarşı-
sını almaq üçün ak tivlərin gözlənilən istismar müddətinin sonuncu ildə he sab-
lanmalı olan amor tizasiya məbləği qalıq dəyərinə bərabər götürülür. Ona görə də
bu pro sesə qalığın ikiqat amortizasiya normasında azaldılması metodu da de yi lir.
Məlumatların məbləği metodu aktivlərin mümkün məhsuldarlığı və ya
müm kün istifadəsinə uyğun amortizasiya məbləğinin hesablanmasını özün də
əks etdirir. Burada hesablanılan amortizasiya yalnız istismarın nəticə sinə uyğun
ola raq müəyyənləşdirilir, həm də burada vaxt amili heç bir rol oynamır.
Ədədlərin cəmi üzrə dəyərin silinməsi metodu, aktivlərin xidmət müd dətini
he sablama aparılan illərin cəminə bölmək və müəyyən edilən əmsalı obyektiv
də yərə vurmaqla həyata keçirirlər.
Ədədlərin cəmi metodunda istifadə olunan göstəricini tez hesablamaq üçün
aşağıdakı düsturdan istifadə edilir:
S=N´(N+1):2
Burada: S – ədədlərin cəmini;
N – nəzərdə tutulan xidmət müddətini göstərir.
Ədədlərin cəmi və qalığın azaldılması metodları sürətli amortizasiya me-
todları hesab olunur. Sürətli metodun mahiyyəti əsas vəsaitlərin istis ma rının ilk
dövrlərində hesablanmış amortizasiya məbləğinin ilk illərdə yarar lı lığı və məh-
suldarlığı sonrakı illərə nisbətən daha çox olduğundan köh nəl mə nin çox hissəsi
həmin illərdə silinir.
Real təsərrüfat fəaliyyəti ərzində amortizasiyanın hər hansı dövrdə he sab-
lanması; əsas vəsaitlərin istismar müddətinin və ləğv dəyərinin dəyiş məsi baza-
sın da amortizasiya normalarına yenidən baxılması; amortizasiyanı hesablamaq
məqsədi ilə əsas vəsait obyektlərinin qruplaşdırılması; sürətli amortizasiya me-
tod larının qəbul edilməsi indiki idarəetmə sisteminin vacib məsələləri hesab
olunur.
Əsas vəsaitlərin alınması, saxlanması, silinməsi və s. zəruri əməliyyatları
he sabat ilinin müxtəlif aylarında baş verdiyindən və həmin dövrdə amor ti za si-
yanın hesablanması lazım gəldiyindən istifadə olunan illik amortizasiya ayır ma-
ları məbləğini dövri amortizasiya əmsalına vurmaq lazımdır. Dövri amor ti za-
siya hesablanması əmsalını müəyyənləşdirmək üçün əsas vəsait lərin istis mar da
olduğu dövrü 12-yə bölmək lazımdır.
Amortizasiya normaları əsas vəsaitlərin nəzərdə tutulduğu istismar müd-
dətinə uyğun olaraq təyin edildiyindən hesabat dövrü üçün hesablanmış amor-
Dostları ilə paylaş: |