Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

32

YUVARLAQ SӘTHLİ DETALLARI OLAN MӘMULATLARIN

SPESİFİKASİYASI VӘ ÇERTYOJUNUN OXUNMASI

Məmulatların spesifikasiyası nə deməkdir?

Texniki lüğətdə göstərilmiş təyinetməyə görə spesifikasiya hər hansı bir

məmulatın tərkibini müəyyənləşdirən cədvəl formasında yerinə yetirilən

sənəddir. Spesifikasiyanın ən sadə forması əsas yazıdır (şəkil 1, a). O, tərkib

hissələrinin materialını, onların adını və miq darını göstərir.

Bəs çertyoj necə oxunur?

Çertyoju oxumaq cismin

yas 

tı təsvirinə görə onun



həcmli formasını təsəvvür

etmək və öl 

çü 

lərini təyin



etməkdən iba rət dir. Bu işi

aşağıdakı ardıcıllıqla apar ­

maq məsləhət görülür:

1. Çertyojun əsas yazı sı ­

nı oxumaq. Ondan detalın

və onun hazırlandığı mate ri a ­

 lın adını, təsvirin miqyasını və başqa məlumatları öyrənmək olar.

2. Çertyojda detalın hansı görünüşlərinin verildiyini və onlardan hansının

baş görünüş olduğunu təyin etmək.

3. Görünüşlərin qarşılıqlı əlaqəsinə baxmaq və detalın formasını hərtərəfli

müəyyən etməyə cəhd göstərmək. Çertyojda verilmiş təsvirin təhlili bu

məsələyə kömək edir. Çertyoja görə detalın hər bir hissəsinin həndəsi

formasını təsəvvür edib onları xəyalən tam halda birləşdirirlər.

4. Çertyoj üzrə detalın və onun elementlərinin ölçülərini təyin etmək.

Detalın çertyojunun oxunmasına aid misal göstərək (əvvəlcə çertyoja aid

suallar, sonra isə onların cavabları verilmişdir).



Çertyoja aid suallar (şəkil 1)*:

1) Detal necə adlanır?

2) Onu hansı materialdan hazırlayırlar?

3) Çertyoj hansı miqyasla yerinə yetirilmişdir?

4) Çertyojda hansı görünüşlər var?

* Suallar çertyoju düzgün oxumaq qaydasına uyğun olan ardıcıllıqla tərtib olunmuşdur.



8­ci MÖVZU

Şəkil 1. Detalın çertyoju: a – spesifikasiya (əsas yazı)

Çəkdi

polad

Yoxladı

Yönəldici

a)

 Çap üçün deyil


33

5) Detalın forması hansı həndəsi cisimlərin birləşməsi ilə müəyyən olunur?

6) Detalın ümumi formasını təsvir edin.

7) Detalın qabarit ölçüləri və ayrı­ayrı hissələrinin ölçüləri nəyə bəra bərdir?



Çertyoja aid sualların cavabları (1­ci şəklə bax):

1) Detal «yönəldici» adlanır.

2) Detalı poladdan hazırlayırlar.

3) Çertyojun miqyası 1:1­dir, yəni detal natural ölçüsündə təsvir olun ­

muş dur.

4) Çertyojda iki – baş və sol görünüşlər var.

5) Detalı hissələrinə ayırıb iki görünüşünü tutuşdurmaqla onlara soldan

sağa baxaq.

Sol kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə for ­

masındadır. Deməli, o, silindrdir, çünki belə proyeksiyalar silindr üçün

səciyyəvidir.

Baş görünüşdə soldan ikinci hissə trapesiya formasındadır. Sol görünüşdə

o, iki çevrə ilə göstərilmişdir. Belə proyeksiyalar yalnız kəsik konusda ola

bilər.


Üçüncü hissə də birinci kimi baş görünüşdə düzbucaqlı, sol görünüşdə

isə çevrə kimi göstərilmişdir. Deməli, o da silindr formasındadır.

Dördüncü hissə baş görünüşdə içərisindən iki üfüqi xətt keçirilmiş

düzbucaqlı, sol görünüşdə isə altıbucaqlı formasındadır. Belə təsvirlər

altıbucaqlı prizma üçün səciyyəvidir.

Sağ kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə kimi

göstərilmişdir. Bilirik ki, belə təsvirlər silindri müəyyən edir.

Baş görünüşdəki ştrix xətlərdən və sol görünüşdəki ən kiçik diametrli

çevrəyə görə belə nəticə çıxarmaq olar ki, detalın içərisində açıq silindrik

deşik var.

6) Bütün hissələri birləşdirib cismin ümumi formasını müəyyən edirik (şəkil 2).

Bu, özlüyündə bir ox boyunca yerləş di ril miş

silindrlərin, kəsik konu 

sun və altıbucaqlı

prizmanın birləş məsindən ibarətdir. Detalın

oxu boyunca silindrik açıq dəlik keçir.

7) Detalın qabarit (ən böyük və ən

kiçik) ölçüləri belədir: uzunluğu 160 mm,

diametri 90 mm, deşiyin diametri 20 mm.

Sol kənar silindrik hissənin diametri 30

mm, uzunluğu 18 mm. Kəsik konusun hün ­

dürlüyü 20 mm, təpə bucağı 30°, böyük

otu racağının diametri 48 mm­dir.

Şəkil 2. Detalın izometrik

proyeksiyası

 Çap üçün deyil



34

Növbəti silindrik hissənin də diametri bu qədərdir. Silindrin uzunluğu 75 və

38 mm ölçüləri arasındakı fərqlə təyin olunur, yəni 37 mm­ə bərabərdir.

Detalın altıbucaqlı prizma formasında olan hissəsinin iki ölçüsü sol gö ­

rünüşdə verilmişdir: parallel üzlər arasında 65 mm, iki til arasında – 75 mm.

Bu hissənin uzunluğu göstərilməyib, onu qabarit ölçüdən (160) 75 və

45 ölçülərini çıxmaqla təyin edirlər. Әn böyük silindrin dimateri 90 mm, onun

uzunluğu 45 mm­dir. Deşiyin diametri 20 mm­dir.



Spesifikasiya, çertyojun tərkib hissələri, çertyojun oxunması,

çertyojda detalların görünüşü.

1. Spesifikasiya nə deməkdir?

2. «Çertyojun oxunması» anlayışına nə daxildir?

3. Çertyoj necə oxunur?



?

PRAKTİK İŞ

Müəllimin tapşırığı ilə 3­cü şəkildəki çertyoju oxu. Suallara cavabları

dəftərinə yaz.

Çertyojları oxumaq üçün suallar:

1) Detal necə adlanır? Onu hansı materialdan hazırlayırlar?

2) Çertyojda hansı miqyas göstərilmişdir?

3) Detalın formasını hansı təsvirlər verir?

4) Detalın formasını, yəni onu əmələ gətirən həndəsi cisimləri və onların

ölçüsünü təsvir et.

5) Detalın qabarit ölçüləri nəyə bərabərdir? 

Özünüyoxlama sualları

Şəkil 3. Detalın çertyoju

ox

Çəkdi

Yoxladı

Polad

1:1

 Çap üçün deyil



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə