The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə39/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
97 
 
vaxtının  qurtarması  ilə  sayları-nın  azalması,  həm  də  qaranlığın  düşməsi  ilə  əlaqədar  gizli  və  pis  niyyətlərin 
gerçəkləşməsi asanlaşırdı. Nəşə çəkənlərin, iynə  vuranla-rın, qumar oynayanların fəallığı artırdı. Belə işlərdən 
gündüzlər də olurdu, amma son dərəcə ehtiyatla. Çünki gündüzlər bu riskli iş sayı-lırdı, “yanma” ehtimalı çox 
idi.  Tutuldunmu,  gərək  yerindəcə  məsə-ləni  çürüdəsən.  Çürütməsən,  söhbət  böyüdüsə,  xərci  də  böyüyəcək. 
Yox, verə bilməsən, sutkalarla karsda yatmalı olacaqsan. Belə vəziyyət iki-üç dəfə təkrarlanarsa, altı ay təkadamlıq 
kamerada saxlanacaqsan. Bunlardan nəticə çıxarmayıb, cəriməni ödəmədən öz bildiyini etsən, üç ilə qədər müddətə 
krıtıya - həbsxanaya göndəriləcəksən. 
Gündüz,  ya  gecə  olmasından  əlavə  həmin  an  zonda  hansı  za-bitin,  növbətçinin,  əməliyyatçının,  yaxud 
nəzarətçinin  olub-olmaması  da  əhəmiyyət  daşıyırdı.  Paqonlulardan  sərt,  tərs,  amansız  olanlarına  ürəklərində 
nifrət  etsələr də, görəndə  hörmət  göstərir,  çəkinir, ehti-yatlanırdılar. Bir  az  ürəyi  yuxa,  insaflılarına qarşı  kini, 
acığı  olmasa  da,  özlərinə  sərf  edəndə  yaxşı  adam  hesab  etdiklərinə  saymazyana  baxırdılar.  “Qılınc müsəlman” 
nahaqdan  deyilməmişdi.  Yaxşını  “lox”  hesab  edən,  Allahın  yolunu  azmış  belə  bədbəxtləri  Şəfi  müəllimin  dediyi 
sayaq  şəxsiyyət  hesab  etmək  gülünc  görsənirdi.  Dinsizi  qabağın-dan,  yalnız  imansız  yedirə  bilər.  Hamı  belə 
düşünürdü. 
Tələbkar paqonlulardan bir neçəsinin işdə və ya növbədə olmadığını biləndə, ürəklənib gizlin bir yerdə 
məclis  qurardılar.  Şus-turyaklardan  iki-üç  nəfər  atasda  durar,  təhlükə  yaranarsa,  nə  etmək  lazım  gələcəyini 
qabaqcadan  müəyyənləşdirərdilər.  Narkomanlara  elə  çox  vaxt  gərək  olmurdu.  Malın  hazırlanmasına,  cana 
çəkilməsinə  yarım saat bəs edərdi. Vaxt aparan qumar olurdu, ona görə də əksə-rən qumar məclisləri gecələr 
təşkil olunurdu. 
Əziz  əvvəlki  cəza  yerində  də  bu  cür  adamların  əməllərini  mü-şahidə  etmişdi.  O  zaman  da  ürəyinə 
gəlirdi,  indiki  cəza  dövründə  də  şübhələri  artmışdı:  elə  bil  bu  işləri  gözəgörünməz  gizli  bir  əl  idarə  edirdi! 
Narkotikanı  zonda  satan  onu  hardan  əldə  edirdi?  Zonda  nar-kotika  əkib-becərən  yox  idi  ki.  Deməli,  bunun 
mənbəyi  çöl  idi,  çöl-dən  gəlirdi.  Əliməmməd  müəllimdən  sonra  qarşısı  alınmağına  bax-mayaraq,  hər  gün 
olmasa  da,  həftə  ərzində  bir  neçə  hallı  müşahidə  etmək  olurdu.  İki  yolu  vardı:  biri  görüş  vasitəsilə,  digəri 
paqonun gizli adamı ilə. Əməliyyatçıların “yandırdıqları” əsasən görüşdə tutula bilməyib zona keçirilənlər idi. 
Özləri  xəbəri  olanlarının  səsi  çıxmırdı,  cəriməsi  alınıb  məsələ  bitirdi.  Tabaq  həmişəki  kimi  kasıbın  başında 
çatlayırdı. 
Qumar məsələsində də vəziyyət təxmini elə bu cür idi. Xırda məbləğlər böyük səs-küyə səbəb olsa da, 
böyük  məbləğlər  səs-küysüz  yoluna  qoyulurdu.  Düz  deyirlərmiş,  ciddi  rejim  özgə  aləmdir.  Burda  hər  növ 
cinayətkar - adi toyuq oğrusundan tutmuş, nə zamansa manyaklıq edib, indi özlərini mələk kimi aparan vəhşilər, 
dəstə ilə talançılıqla məşğul olmuş quldurlar, dəfələrlə müxtəlif cinayət işlədə-rək ömrünü zonda keçirənlər, bir sözlə 
nə qədər istəsən anasının əmcə-yini kəsən vardı. 
Həyatda  heç  kim  həbs  olunmaqdan  sığortalanmayıb.  Ömrün  hər  bir  ağlagəlməz  anında,  özün  də 
bilmədən cinayətkar ola bilərsən. Necə deyərlər, kişinin başına iş gələr. Həm də deyirlər, ulaq palçığa bir dəfə 
batar.  Amma,  taledənmi,  qismətdənmi,  ya  da  yiyəsizlikdən  özün  istəməyə-istəməyə  bəzən  ikinci  dəfə  də 
batırırlar. Belələri mü-əssisədə az da olsa vardı. Əksəriyyəti isə sanki, gözün zonda açmış, böyümüşdü. Özlərini 
ata  evindəki  kimi  hiss  edirdilər.  Əziz  bu  sayaq  məhkumları  tanıyanda  heyrətə  gəlirdi.  Birinci  korpusda  yatan 
Elxan  beş  dəfə  məhkum  olunmuşdu.  On  altı  yaşından  uşaq  koloniyasından  üzü  bəri  müxtəlif  zonları  gəzən 
Elxan  iyirmi ilə  yaxın həbsdə idi. Məhkumluqları arasında  üst-üstə il  yarım  azadlıqda qalmışdı. Çöldə ən çox 
dözdüyü altı ay olmuşdu. Yaşı qırxı haqlayan Elxanı azad-lıqda gözləyən kimsəsi yox idi. Ata-anası ölmüşdü. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
98 
 
Bacı-qardaş,  qohum-əqraba  -  hamı  ondan  üz  döndərmişdi.  Sevdiyi  qadını  da  yox  idi.  Bu  yaşadək  subay 
qalmışdı. Bundan sonra qızmı tapıb evlənəcək-di? Kim ona gələrdi? Elxanın heç evi də yox idi. Hər dəfə çölə 
buraxılanda  ən  adi  fəhlə  işini  də  tapa  bilmirdi.  Bu  qədər  türmədə  yatan  adama  kim  iş  etibar  edərdi?  Odur  ki, 
azadlıqda özünü gərəksiz hiss edən Elxan ona olan münasibətə dözməyib, vərdiş etdiyi həyat üçün darıxıb, yenə 
zona  qayıtmışdı.  Azadlıq  onun  gözündə  prob-lemlər  burulğanıydı.  Havadan  savayı  hər  addımını,  yediyi  hər 
tikənin xərcini ödəməliydi. Hələ altı il də belə qayğısız yaşayacağına görə, ürəyində arxayınlıq yaransa da, son 
illər  daha  çox  fikirləşdiyi  tənha-lığı  ona  rahatlıq  vermirdi.  İtirdiklərinin  əvəzinə  beşinci  “xodka”sı,  iyirmi  il 
yatmağı ilə öyünüb qürrələnirdi. 
Zonda yüzlərlə Elxan kimisi vardı. Hökumət görəsən niyə onlara havayı çörək verib saxlayırdı? - hərdən 
fikirləşirdi  Əziz.  Öm-rünün  son  gününə  qədər  də  zonda  saxlasan  Elxan  islah  olan  deyildi.  Qolundan  tutub 
çıxarsan da, çöldə qalmamaq üçün kiməsə pislik edib   yenə zona qayıdacaqdı. 
Onu  həbsxana  islah  etməmişdi,  əksinə  cəmiyyətin  dəyərsiz  can-lısına,  tör-töküntüsünə  çevirmişdi. 
Belələrindən qurtulmağın ən asan yolu geniş və dərin xəndək idi... 
Əzizin aləmində ciddi rejim şəraitində olan zon həyatın dibinə, bulanıq sulardan yığılıb qalan çöküntüyə, su 
durulmayana  qədər  yuyula  bilməyən  çirkaba  bənzəyirdi.  Atasına,  anasına  zərrə  qədər  xeyir  vermə-yən,  Allahını 
tanımayan  cinayətkarlarla  işləmək,  onları  ram  etmək  hər  oğulun  işi  deyildi.  Bəzən  özlərini  belə  idarə  etməkdə 
çətinlik çəkən cinayət aləmi, Əliməmmədin bacarığına ehtiramla yanaşırdı. 
İltifatdan sonra  Əziz dost  tapmağa çətinlik çəkirdi. Çörək kəsdiyi xlebniklərin heç birinə ürək sözünü 
etibar  edə  bilmirdi.  Çün-ki,  məhkumluq  təcrübəsindən  görmüşdü  ki,  bu  qarındaşların  əksəriy-yətinin  çörəyi 
dizinin üstündə olur. Hamısı ilk növbədə qarnını və özünü düşünür. Bütün münasibətlər - dostluq, yoldaşlıq öz 
xeyri  na-minə  qurulur.  Lazım  gələrsə  çörək  kəsdiyi  adamı  satmağa  hazır  olan  belə  adamlar  boğazlarından 
yuxarı  olmayan  niyyətlərinə  çatmaq  üçün,  katyolun  və  əməliyyatçıların  əlaltısına  da  çevrilməkdən  usan-
mırdılar. 
İnsan  xislətinin  eybəcərlikləri  azadlıqda  olduğundan  da  çox,  barmaqlıqlar  arasında  özünü  açıq-aydın 
biruzə  verirdi.  Burada  da  adamlar  varlı-kasıba,  burjuylara  və  lütlərə  bölünmüşdü.  Pulun  qüdrə-ti  bütün  daxili 
rejim  nizamnamələrindən,  cinayət  dünyasının  qaydala-rından  yüksəkdə  dururdu.  İstər  azadlıq  olsun,  istər 
həbsxana,  fərqi  yoxdu.  Kasıb  hər  yanda  kasıbdır.  Varlı  ilə  hüquqları  kağız  üstə  bəra-bər  olsa  da,  imkanları, 
onlara göstərilən münasibət eyni deyildi. 
Burjuylar  əsasən,  azadlıqda  böyük  vəzifələr  tutub  dövlət  malını  talayanlar,  ticarətdə  işləyənlər, 
dələduzluğu  özlərinə  peşə  edənlər  idi.  Onların  lap  böyükləri  özlərini  müstəqil  aparır,  heç  nəyə  qarışmır,  hətta 
ümumi  barakdan  aralı,  haqqını  ödədikləri  ayrı  otaqlarda  ev  şəraiti  yaradıb  yaşayırdılar.  Nisbətən  xırdalar  isə 
həbsdə də adətlərindən əl çəkməyib müxtəlif üsullarla pul əldə etməyin yollarını arayırdılar. İstehsalatda qızğın iş 
gedəndə briqadir, naryadçik işləyən bu əllamə-lərin bəziləri, indi bekarçılıqdan altdan-altdan haram gəlir yığmağa 
girişmişdilər. Kimisi özünü “kazino sahibi” sayıb qumarın fəaliyyətinə pul qoyurdu. Bir neçəsi isə borca pul verib 
sələm  yığırdı.  Bəzisi  də  iki-üç  lütü  işçi  kimi  özünə  cəlb  edib,  müəssisənin  lareki  bağlanandan  sonra  çöldən 
gətirtdiyi  siqaretin  larekdən  də  baha  qiymətə  alverini  etdirirdi.  Təbii  ki,  onlardan  hər  birinin  əndazədən  çıxma 
təhlükəsinin qarşısını operçast Əhməd qabaqcadan alırdı. 
Əzizin yaxından tanıdığı burjuylardan biri Taleh, müəssisəyə gələn gündən rəis tərəfindən korpusların 
birində  tək  otaqla  təmin  olunmuşdu.  Heç  şusturyakını  da  yanında  saxlamırdı.  Şusturyak  xoşu-na  gəlməyəndə, 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə