www.kitabxana.net
– Milli Virtual Kitabxana
86
Dörd nəzarətçi və Yusifdən əlavə, qrupun digər üzvləri - Akif, Mehdi, Fazil də həyətdə idilər. Yusifin
qanı qaralmışdı. Göstə-riş verib həyətdə gəzişdikcə, onunla üzbəüz gələn nəzarətçi və məh-kumlardan
nigarançılıqla soruşurdu:
- Ə, cındır oğlu tapılmadı, hara itib görəsən?
İtən Çandriko idi. Adboya yarım saat qalmış Yusifə xəbər çatıb ki, axşam yeməyindən sonra Çandriko -
İntizam baraka gəlmə-yib. Təcili bütün korpuslara xəbər verilib axtarışa başlanmışdı. İntizamı gördüm deyən
yox idi. İstehsalat zonası, sexlər, “toçkalar” hamısı axtarıldı. İntizam elə bil qeybə çəkilmişdi. Əksər məhkum-
ların qapazaltısı olan İntizamın müəssisədən qaçması mümkün olan iş deyildi, o haradasa gizlənmişdi. Yusif
gümanı gəldiyi hər yeri yox-latdırmışdı. Birdən tapılmasa nə etsin, rəisəmi zəng etsin? Yenə bir fərli-başlı adam
olsa, dərd yarıdı. Yox, öldüsü, ya qaldısı tapılmalıdı. Quşa dönüb uçmadı ki, harda olsa bu zondadır, - Yusif
fikirləşdi.
Adboya qədər İntizamın tapılmadığını eşidən obşak da kat-yoldan beş-altı nəfər başına yığıb həyətə
çıxaraq ayrı axtarış aparırdı. Şəfi gündüzlər rast gəlmədiyi obşakı - Etimadı birinci dəfə idi yaxın-dan görürdü.
On birə on beş dəqiqə işlədi. Korpusların əksəriyyətinin qapı-ları bağlansa da, İntizam tapılmadığı üçün
adboy uzanır, həyətdə məh-kumların gəzintisi davam edirdi. Katyol uşaqlarından biri Yusifdən soruşdu:
- Yeməkxana yoxlanılıb?
- Yeməkxana axşam yeməyi qurtarandan bağlıdır.
- Əziyyətdən keçib, oranı da yoxlayaq.
Çarəsiz qalan Yusif yeməkxananı açdırıb işıqları yandırtdı. İçəri girib bir az axtarmışdılar ki, birisi
sevinclə çığırdı.
- Budemi, bişərəf gör necə xorna çəkir.
İntizam stollardan birinin altında hamıdan xəbərsiz gizlənib-miş. Gizləndiyi yerdə yuxu aparıb. Yusif
onu təpikləyib ayıltdı.
- Ə, cındır, səhərdən camaatı dəli eləmisən, burda niyə yatmı-san? Dur get yerində yat.
İntizam ayılıb Yusifi görcək oturduğu yerə sıxılıb yazıqlaşdı:
- Qadan alım, qoy yatım burda, getmirəm, barakda qoymurlar məni yatmağa, qovurlar.
- Qovacaqlar da, qovmayıb neyləsinlər, - nəzarətçi Mehman dilləndi, - aylarla çimmirsən, it iyi verirsən.
- Ə, dur rədd ol yerinə, - onu stolun altından sürüyüb çıxar-dılar, - bura yatmaq yeri deyil.
- Bu gün Cəbrayıl müəllim növbədən sonra istirahətdədi, ona görə də buna fikir verən, oxudan olmayıb,
- Mehman qımışdı.
- Olmaya üzdəniraqdı? - Şəfi maraqlandı.
- Bu bədbəxt oğlunda bəxt hanı? Petux olsaydı gün görərdi, yatdığı yerdən qovmazdılar ki, - özünə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
87
gəlmiş Yusif nəzarətçilərə tapşırıq verdi, - aparın yerinə, deyin heç kim dəyməsin.
Çandriko tapılmışdı. Axtarışda özünün iştirakından məmnun qalan obşak otağına qayıtdı. Qalan qapılar
da bağlandı. Bütün zon rahat nəfəs aldı. Növbətçinin göstərişi ilə barakların işıqları yavaş-yavaş söndürülməyə
başladı.
***
Məhkumların baraklara yığışması, gediş-gəlişin kəsilməsi ilə, həyətdə üzdəniraqların təmizlik işinə
baxan gecə növbəsinin fəaliy-yəti başlanmışdı. Ondan çox üzdəniraq zibil qutularını, həyət boyu hər qarışı, silib
süpürürdülər.
- Axşamınız xeyir, - üzdəniraqlara nəzarət edən Topuş, zabit-lərin yanından keçərkən səsləndi.
- Topuş, komandan bir saat ərzində həyəti, zibilxananı, ümumi tualeti silib süpürür, yatırırsan. Daha
gizlənib tualetlərdə qal-masınlar. Sabah rəis zonu obxod edəcək. Yerdə bir “piçok” qala ha, sonra bilirsiz də o
“piçok”u neyləyəcəyəm?
- Aydındı, cənab kapitan, baş üstə, - Topuş Yusifə sözünün dalını deməyə imkan vermədi.
Yusif korpuslara, işıqları yanan baraklara tərəf baxdıqca darıxıb əsəbiləşirdi:
- Vicdansızlar işıqlarını söndürüb yatmırlar. Gözləyirlər gərək gedib bizləyək, sonra işığı söndürsünlər.
Adboydan yarım saat keçib, hələ yatan yoxdu. Gəlin belə edək. Siz, dəstə rəisləri, öz dəstənizə baş çəkin,
qalanlar da hərə bir korpusa dəysin. Bunları özbaşına bu-raxsaq, yatan can deyillər. Tək getməyin, yanınızda
nəzarətçi aparın.
- Mənə heç kəs lazım deyil, özüm gedəcəyəm, - oper Fazil ayrılıb katyol korpusa tərəf getdi.
- Az bilmir, - rejim Mehdi Yusifə Fazilin arxasınca işarə etdi, - cavan olasan, bu qədər biləsən. Var
olsun ürəkli oğlanlar. Getdik.
Şəfi nəzarətçi Mehmanla öz dəstəsinə tərəf irəlilədi. İçəridə qapının ağzında iki nəfər deyəsən atasda -
pusquda durmuşdu. Onla-rın uzaqdan yaxınlaşdığını görəndə yuvasına girib gizlənən siçanlar kimi məhkumları
xəbərdar etmək üçün yox oldular. Bir işıq söndü.
Yusif düz deyirmiş, kimsənin yatmaq fikri yox idi. Kupelərin çoxunda çay içə-içə söhbət edirdilər.
Siqaretləri imkan tapıb söndür-sələr də, tüstü dumanı çəkilməmişdi. Gördüklərindən əsəbiləşən Şəfi özündən
asılı olmadan səsini ucaltdı:
- Camaat, yatmaq vaxtıdır, bazarı yığışdırın. Vaxtında çayınızı içib, söhbətinizi edəydiz. Deyilib bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
88
zəhrimarı çöldə çəkəsiz, tüstüsü ilə özünüzü boğmayasız. Qurtarın, işıqları söndürün.
- Ay rəis, vallah yatmaq olmur, yuxu gəlmir adamın gözünə. Onsuz da bütün günü bekarçılıqdan yatırıq,
yatmaqdan yorulmuşuq, - məhkumlardan biri mızıldadı.
- Bura pansionat deyil, sakinlərin arzusunu nəzərə alaq. Qanunla təsdiqlənmiş rejim şəraitindəsiniz.
Yuxunuz gəlmir, uzanın yerinizdə yuxunuzu gözləyin. Əgər kimi çarpayı bezdiribsə, mən ona bir müddət
“nara” təşkil edə bilərəm.
Dönüb Əziz yatan kupeyə tərəf baxdı, ora yaxınlaşarsa onlara da irad tutmaq məcburiyyətində olacağını
duyub ayaq saxladı.
- Əziz, bəri bax!
- Bəli, - Əziz yerindən ayağa durdu.
- İşıqların söndürülməsinə beş dəqiqə bəs edər?
- On dəqiqə.
- Olsun. Hamıya deyirəm, özünə hörmət qoymayanı, on dəqi-qədən sonra mən də adam saymayacağam.
- Arxayın olun rəis, söndürərik, - yerbəyerdən məhkumların səsləri eşidildi.
Çölə çıxdılar.
- Siz təzəsiz də, - Mehman heyfsləndi, - olaydı Cəbrayıl, ya Kamil “moment” idi, üç-dördünü “boğardı”.
- Nə bilim, mən hələ ki, bacarmıram. Bacarırsan, yarım saatdan sonra o biri nəzarətçini götür gəl, neçəsini
istəyirsən “boğ”.
- Üzdəniraqlara baxaq?
- İşıqlarını söndürüblər, lazım deyil. Qayıdaq həyətə.
Mehmanın təbirincə Mehdi üç-dörd nəfəri siqaretlə “yandır-mışdı”. Səhərə qədər Mehdiyə cərimələrini
ödəməli idilər. Əks halda Mehdi səhər daxili rejim qaydalarını pozduğuna görə, onları aktlaş-dırıb Rasim
müəllimə təqdim edəcəkdi. Burda məsələ lap böyüyürdü. Söhbəti bitirmək üçün müavin səviyyəsində iş görmək
lazım gəlirdi. Rasim məsləhət bilsə karsa salınmaq üçün qərarı aparardılar Əliməm-məd müəllimin qarşısına.
Əliməmməd də çox vaxt Rasim deyənlə razılaşırdı. Beləliklə, on-on beş sutka, heç nədən düşürdün karsa. Bun-ların
olmaması üçün salamatı bəri başdan Mehdini “görmək” gərək idi.
Həmişə özünü müəmmalı göstərməyə çalışan Fazil katyol korpusundan kefsiz qayıtmışdı. Şəfi işlədiyi
on gün ərzində iş yol-daşları arasında bir mənalı olmayan münasibətlər müşahidə etmişdi. Əməliyyat-rejim
işləri üzrə müavin, tərbiyə işləri üzrə müavindən üstün tutulduğu kimi, əməliyyat-rejim sahəsində işləyənlər,
bütün hallarda başqa sahələrdə çalışanlardan yüksək tutulurdu. Bu ayrı seç-kilik birincilərdə özünəməftunluq,
qalanlarda isə onlara qarşı gizli daxili ikrah yaratmışdı. Əməliyyatçıları nə vaxtsa zarafatlaşan, qaynayıb-qarışan
görməzdin. Hər zaman, hər yerdə tənha canavar kimi gəzər, hamı onlardan ehtiyat etdiyi halda, onlar bir-
birindən ehtiyatlanardılar. Ağrımayan başına dəsmal bağlamamaq üçün dəstə rəislərindən kimsənin,
Dostları ilə paylaş: |