The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə31/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
75 
 
- İlk görüşə çıxmısan, əlivi cibivə sal. 
- Əbülfəz, vallah özün gördün, dayıoğlu əliboş gəlmişdi. 
-  Mən  pulu  deyirəm,  başqa  şey  istəmirəm,  -  deyəsən  Samir  pulu  cibinə  qoyanda  görmüşdülər,  əyilib 
Əzizin qulağına pıçıldadı, - nə imkanın çatır, qulpundan çıxanı mənə, bir də o dəhlizin yuxarı tərəfində oturan 
operi  görürsən,  ona,  -  nabələdlikdən  görüşə  girəndən  o  başda  oturub  hər  şeyə  göz  qoyan  əməliyyatçı  Orxanı 
görməmişdi, - ağlın başında ikən hörmət elə, yoxsa səni elə “şmon” eylərik, baxa-baxa qalarsan. 
Əziz əlini cibinə salıb bir onluq, bir beşlik çıxardı. Yaxşı ki, qabaqcadan pulu ciblərinə paylamışdı. Pulun 
az olduğunu görən Əbül-fəz beşliklə kifayətləndi, onluğu əməliyyatçı üçün götürdü. 
- Özüm çatdıraram, sənə yaxşı yol. Allah eləsin tez-tez görüşə çıxasan. 
Yolda bütün günü ora-bura qaçan növbətçi köməkçi ilə rast-laşdı: 
- Deyəsən, görüşdən gəlirsən? 
Əziz dinmədən bir onluq verdi. Vaxtanın girəcəyində nəzarət-çi Mehman gülərüzlə onu gözləyirdi. Bir 
beşlik  də  nəzarətçiyə  verdi.  Müəssisəyə  daxil  olan  gün  baş  əməliyyatçıya  hörmət  edəcəyini  vəd  etmişdi. 
Yubanmadan ona da şirinlik çatdırdı. 
Hələ onun xoş münasibəti olan nə qədər nəzarətçi, zabit, məhkum dostları vardı. Onların hər biri görüşə 
çıxmasını  bilsələr  on-dan  nəsə  umacaqdılar.  Bütün  münasibətlərin  əksəriyyətinin  davam-lılığı  verimdən  asılı 
idi. Verməsən, istər paqon olsun, istər məhkum inciyəcək, öz aralarında hələ “krısa” adı da qoyacaqdılar. Əzizi 
fikir  götürdü,  gərək  hamını  birtəhər  yola  verə.  Ən  vacibi  dəstə  rəisi  və  hə-kimə  söz  verdiyi  borclarıydı.  Ona 
görə  də  yaşayış  zonasına  girən  ki-mi  tez  dəstə  rəisi  ilə  həkimi  tapıb  onları  razı  saldı.  Üstündə  çox  pul 
qalmamışdı. Qalanını da “xlebnik”lərinə - çörək dostlarına sərf edə-cəkdi, özünə bir şey qalmayacaqdı. 
Axşama  qədər  tanıdığı  məhkumlardan  borc  üçün  onun  üstünə  gələnlər  çox  oldu.  Əzizdən  pulun 
qalmamasını  eşidəndə  burunlarını  sallayıb  uzaqlaşdılar.  İltifat  söhbətlərində  ona  tapşırmışdı  ki,  ağlın  ümumi 
rejimə getməsin, burda “stroqı”də heç kimə inanma, heç kimə borc vermə. Ən çox hörmət etdiyin adama da o 
miqdarda ver ki, qay-tara bilməsə, heyfslənməyəsən. 
Həmin gün imkan tapmadı ki, sakit guşəyə çəkilib rahat-rahat bacısının məktubunu təkrar oxusun. 
Sabahı  gün  səhər  yoxlamasından az keçmiş  hamıdan əvvəl  tut ağacının altındakı  yeri  tutdu. Dünəndən 
qatlayıb cibinə qoyduğu məktubu çıxarıb yenidən oxumağa başladı. Evləri, anası, atası gözlə-rinin önünə gəlir, 
ürəyi  darıxırdı.  Niyə  onun  taleyi  belə  oldu?  Ömrü-nün  qazanc  gətirən,  ata-anaya  qulluq  etməli  vaxtı,  günü 
həbsdə  keç-di.  Nə  idi  günahı?  Zinyəti  sevməsimi?  Kaş  kor  olaydı,  əzəl  gündən  Zinyəti  görüb  sevməyəydi. 
Əksinə,  sevgi  onu  kor  etdi,  Zinyətin  bəd-bəxtliyinə,  ailəsinin  dağılmasına  səbəb  oldu.  Şeytan  onları  Allahın 
qoyduğu yoldan çıxardı. İndi ayrılıqda hərə öz əzabını çəkirdi... 
Əziz yarım saatadək xəyala dalıb, tək-tənha oturmuşdu. Ona kənardan göz qoyan kupe  yoldaşı Sərdar 
gülümsəyərək yaxınlaşdı: 
-  Qardaş,  sən  birinci  görüşdən  başlamısan  havalanmağa,  öz-özünə  danışırsan.  Bu  hesabla  “srok”uvun 
axırına olan-qalan ağlıvı da itirərsən. 
Əziz dinmədi, bəlkə də Sərdar haqlı idi. O, Əzizin yanında əyləşdi. 
- Dünən axşam yoxlamasında gözlərini zilləyib bizə baxan təzə dəstə rəisi yadındadı? 
- Hə, nə olub ki? 
- Onu bu gün bizə dəstə rəisi təyin ediblər. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
76 
 
- Bəs Kamil? 
- Kamil  çoxdan altıncı  dəstəyə  baxır. Bizim  dəstənin  yiyəsi  olmadığından ona həvalə  etmişdilər. Zona 
təzə gələn dəstə rəislərini biz yetişdiririk, sonra yola salırıq o birilərinə. 
- Təzə, görən, necə adamdır? 
-  Pis  adama  oxşamır.  Hələ  nə  bilmək  olar,  suyun  lal  axanı,  adamın  yerə  baxanı.  Bir  az  var  üçüncü 
dəstənin rəisi Cəbrayılla bara-kı gəzdilər, səni soruşdular. Yəqin səni görmək istəyir. 
- Nə olar, istəyir, gedib görüşərəm. Problem yoxdur. 
-  Gəl  gedək,  əvvəl  kupedə  çay  içək.  Gün  yarı  olmayıb,  axşa-ma  da  xeyli  qalıb.  Əliməmməd  də  hava 
qaralmamış heç bir işçini çölə buraxan deyil, tələsmə, görüşərsən. 
Sərdarın söhbətindən özünə gələn Əziz, çay içməyə etiraz etmədi, ona qoşulub baraka qayıtdı. Barakda 
sakitlik idi. Hava gü-nəşli olduğundan içəridə kimsə qalmamışdı. Təkcə barakın təmizli-yinə baxan üzdəniraq, 
qapının yaxınlığında qoyulmuş çarpayısının altında saxladığı qara pişiyi qucağında tutub tumarlayırdı… 
 
 
 
 

 
Cəbrayılın öncə görməsi düz çıxdı. Şəfi otağına daxil olub, yerini rahatlayıb stolun üstündəki dəftərləri 
gözdən keçirmək istəyir-di ki, yarıaçıq qapıdan səs gəldi: 
- Rəis gəlmək olar? 
- Gəlin. 
İçəri çox da cavan olmayan orta boylu məhkum daxil oldu: 
- Vaxtınız xeyir olsun, xoş gəlmisiz. 
- Sağ olun, xoş gününüz olsun. 
-  Gəldim  təzə  rəisimizlə  tanış  olum.  Zarafat  deyil,  siz  mənim  bu  zonda  doqquzuncu  dəstə  rəisimsiz. 
Doqquz da ki, uğurlu rəqəmdir. 
- Adın nədir? 
- Elçin. 
- Bəs maddən? 
- Dələduzluq. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
77 
 
- Aydındır. Elçin neçə ildir yatırsan? 
- Dörd il yarım. 
- Dörd il yarımda səkkiz dəstə rəisi? 
-  Bizim  dəstədə  ən  çoxu  bir  il  işləyən  olub,  qalanı  beş-altı  ay  işləyib,  böyüyüb.  Birisi  üç  ay  işlədi, 
böyüyüb baş idarəyə getdi. Gö-rək Allah qoysa sizin rəisliyiniz nə qədər çəkəcək? 
- Nə qədər müddətin qalıb? 
- İldən az. 
- Güman edirəm səni burdan mən evə yola salaram. Əyləş. 
Elçin oturmağa çoxdan hazır imiş, söz Şəfinin ağzından çıxan kimi stulun üstünə çökdü. 
- Şəfi müəllim, yəqin burdan əvvəl zonda işləmisiz? 
- Xeyr. Ali məktəbi təzə bitirmişəm. 
- Onda mən sizi hardasa görmüşəm. Sifətiniz mənə elə tanış gəlir. Heç Göy bazara yolunuz düşüb? 
- Olub. 
- Mənim orda “lavkam” vardı. Bəlkə də orda görmüşəm. 
- Ola bilər. Bunun elə bir əhəmiyyəti yoxdur. Söhbət eylə, “srok” necə keçir? 
- Belə də, pis deyil. Şikayətim yoxdur. Dövlətimiz, kommu-nist partiyamız bizimçün hər şərait yaradıb. 
- Partiya ilə qurtarmadıq? 
- Kim qurtarsa da, mən qurtarmamışam, məni partiya böyü-düb. 
Şəfi gülümsündü: 
- Elə danışdın ki, intervyü verən sayaq. Evdən gələn var? 
- Şükür Allaha, ev olmasa qırılarıq. 
- Yəni zonun ümidinə yaşamaq olmaz? 
- Niyə, hər şey var. Təki pulun olsun. Larekdə ikiqat qiymətə nə istəsən satılır. Yeməkxanadan, pulunu 
ver,  gündə  ət,  yağ,  düyü  al,  aş  bişir.  Hamamçını  gör,  hər  gün  tək  nömrədə  “bezoçered”  çim.  Yax-şı  pulun 
olandan sonra lap nəşə, araq da tapmaq olar. 
- Nətər axı?! 
-  Düzdür,  Əliməmməd  müəllim  zona  gələndən  sonra  nəşə,  araq  məsələsi  çətinləşib.  Lazım  gəlsə  qurd 
ürəyi yeyib, içəri gətirə bilən oğlanlar var. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə