The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə33/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
80 
 
ona  hörmətini  pulla  nə-zərə  çarpdırmışdı.  Hörmət  sözünün  məna  baxımından  rəngdən-rəngə  düşdüyünü 
düşünəndə əti çimçəşdi. Əli ilə qulağının ucunu çəkib “əstəğfürullah” dedi. 
-  Gəlmək  olar?  -  yarıaçıq  qapıdan  xəstəhal  səs  eşidildi.  Şəfi  əlindəki  onluğu  dolablardan  birinə  atıb, 
stolun üstündə səliqə-sahman yaratdı. 
- Gəl, gəl... 
Cavan,  arıqlıqdan  sümükləri  görsənən  məhkum  içəri  iki  addım  atıb  dayandı.  Üz-gözündən  xəstəlikdən 
əzab çəkdiyi hiss olunurdu, yeriməyə halı yox idi. 
- Rəis, vallah xəstəyəm, ona görə uzanmışdım, halım yoxdu gəzim aylanım. 
- Hə, barakda yatan sən idin? Nə olub axı, haran ağrıyır? 
- Halsızam, başım ağrıyır, qızdırmam olur. 
- Soyuqlamısan? 
- Yayın istisində nə soyuqlama. Deyəsən “tuba” yoluxmuşam. 
-  “Tuba”  yoluxmusan,  onda  nə  gözləyirsən?  Yatmaqla  sağal-maq  olar?  Müalicənə  başla,  gözləyirsən 
yoldaşların da yoluxsun? 
- Ay rəis, siz elə danışırsız ki, guya heç nədən xəbəriniz yox-dur. Müalicəni kim etsin, hansı pulla? Malik 
həkimdən xəbəriniz var? Sançastın rəisini, mayoru deyirəm, heç adicə qarınağrısı dərmanını havayı vermir, qaldı 
ki, müalicə. Hamı deyir get həkimin yanına, həkim də deyir, ver pulumu müalicə edim, pulun yoxdur öl, daha 
da cinayətkarın sayı azalar. Gözləyir, gözləyir, ölənə yaxın göndərir xəstəxanaya ki, burda ölsə başı ağrıyar, qoy 
gedib xəstəxanada ölsün. 
- Çöldən kömək edə bilməzlər? 
- Kimim var? Anamdı, bacı-qardaşdı, özlərini ancaq dolandı-rırlar. 
- Sən ölsən, işləri yüngülləşəcək? 
- Ola bilsin. Uzağı qırx gündü, sonra istər-istəməz unudulur-san. 
- Yox, belə olmaz. Sənin adın nə oldu? 
- Məmmədov Rafiq. 
- Rafiq, sən hələlik get yerinə uzan, axşamadək, özüm həkim-lə sənin barəndə söhbət edərəm. 
- Nə deyirəm, Allah kömək olsun sizə. 
Rafiq  çölə  çıxmışdı  ki,  bu  gün  növbədə  olan  müəssisə  rəisinin  növbətçi  köməkçisi  ucaboy,  pəhləvan 
gövdəli kapitan Yusif səs-küy-lə özünü otağa atdı. 
- Mübarəkdi, cənab rəis, kabinetin, dəstən. Hə, necədi işlər, siftə etmisən? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
81 
 
- Yaxşıdı, sağ ol, gəl əyləş. 
- İçməli çayın var? 
- Bilirsən, termos var,  çay, qənd də evdən gətirmişəm. Amma,  hələ  heç  kəsi  yaxşı  tanımıram,  bilmirəm 
kimə etibar edim, ürəyim istəyəndə hazırlasın. 
- Belə elə də, hələlik sən məhkumları tanıyanadək, dəstənin korpusnoyu ki var, məncə adı Əzizdir, ona 
tapşır,  dnevalnı  işini  bir  nəfərə  həvalə  etsin.  Evdən  də  heç  nə  gətirmə.  Ölməzlər  ki,  bir  dəstə  rəisinin  çayını, 
yeməyini verməyə. Sonra tanıdıqca baxarsan, xoşun gəlməz dəyişərsən. Dnevalnı mütləq lazımdı. 
- Düz deyirsən, bu gün həll edərəm. 
- Bilirsən həm də mən niyə gəlmişəm? Gəldim xəbərdar edim. Səni bu gün növbəyə yazıblar, sutkanı bir 
yerdə “voyevat” edəcəyik. 
- Mənim vəzifəm nə olacaq? 
-  Sən  mənə  kömək  etmək  üçün  yaradılan  qrupdasan.  İki  dəstə  rəisi,  bir  rejim,  bir  oper.  Nahar,  axşam 
yeməyi,  səhər  yeməyi  zamanı  mütləq  yeməkxanada,  səhər-axşam  yoxlamalarında  isə  meydanda  iştirak  edirsən, 
gecəni bizimlə oyaq keçirməli, bir də gecə iki dəfə nəzarət-iz zolağını  yoxlamalı olacaqsan. Deyəsən heç növbədə 
olmamısan? 
- Bəli, - onu maraqla dinləyən Şəfi başını tərpətdi. 
-  Qəti  vecinə  alma,  imkan  vermərəm  sənə  nəsə  çətinlik  olsun.  Nahara  beş-on  dəqiqə  qalıb,  dur  elə 
indidən yavaş-yavaş yeməkxa-naya tərəf gedək. 
- Lap yaxşı, onsuz da oturmaqdan yoruldum, gedək. 
Onlar qapıdan bayıra çıxanda Yusif üzbəüz gəldiyi idmançı görkəmli məhkumla görüşdü. 
- Şəfi müəllim, Əziz dediyim oğlan budu. Hə, gülürsən, işin düzəlib deyəsən, dünən görüşdə olmusan. 
Elə bilirsən xəbərim yox-du? 
-  Vallah,  Yusif  müəllim,  üzüqaraçılıqdı,  görüş  deyəndə  ki,  dayıoğlu  ayaqüstü  gəlmişdi.  Allah  qoysa 
evdən yaxınlarda gələcək-lər. Hamınızın hörmətini edəcəyəm. 
- Yaxşı görək də. Həmişə qabaqcadan belə deyirsiz, vaxtı çatan-da yüz bəhanə tapırsız. 
- Şəfi müəllim, xoş gəlmisiz. Mən sizinlə görüşmək üçün gəl-mişdim, - Əziz əl uzadıb Şəfi ilə görüşdü. 
- Əcəb tez gəlmisən. Səhər obxodunda səni soraq edənəm, gəlib naharda çıxmısan. 
-  Şəfi  müəllim,  gec  xəbər  tutdum,  sonra  da  qapınızın  ağzında  iki-üç  nəfərin  növbə  gözlədiyini  görüb 
tələsmədim. 
-  Yaxşı  eləmisən,  elə  indi  də  tələsmə.  Nahar  fasiləsi  qurtaran-da  gələrsən.  Bu  minvalla  axşama  gəlib 
çıxarsan. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
82 
 
- Yox, siz deyən qədər sərfəsiz deyiləm, nahar qurtaran kimi gələcəyəm. 
Əziz dönüb baraka tərəf, onlar isə həyətin o başındakı yemək-xanaya sarı yol aldılar. 
 
*** 
Yeməkxanada  həyat  eyni  qaydada  hər  gün  təkrarlanırdı.  Bəzi  günlər  xörəklərin  çeşidi  dəyişsə  də,  tamı 
dəyişməyən  kimi,  iştirak  edən  zabit  və  nəzarətçilərin  də  bir-birini  əvəz  etməsi,  kiminsə  olub,  kiminsə  olmaması, 
nəzərə çarpan diqqət yaratmırdı. 
Yeməkxana  boşalandan  sonra  bu  axşamkı  növbə  qrupunda  olan  rejim  sahəsi  üzrə  müvəkkil  mayor 
Mehdi, əməliyyatçı leytenant Fazil və Şəfi axırda həyətə çıxıb qapını bağlatdırdılar. 
-  Gedin  naharınızı  edin,  -  naharın  sonuna  yaxın  yox  olub,  indi  haradansa  peyda  olan  rəisin  növbətçi 
köməkçisi Yusifin canıyanan-lığına hər üçü gülümsündü. 
- Xətrin əziz olsun, - deyə hərə öz otağına yollandı. 
Əziz Şəfini otağının qarşısında gözləyirdi. Şəfi otağına girib Əzizi dəvət etdi: 
- Gəl, əyləş. 
“Deyilənlər doğrudur, deyəsən bu rəis pis adama oxşamır”, - Əziz düşünərək stula əyləşdi. 
- Hə, Əziz Əzizzadə, əvvəl sən danış maddəni, cinayətini, müd-dətini, etdiyin hünəri, mən qulaq asım. Sonra 
mən danışacağam, sən eşidərsən. Başla. 
Əziz zona girəndən bəri özü haqqında dəfələrlə danışdıqlarını yenidən Şəfiyə nağıl etdi. Şəfi onu səbrlə 
dinləyib dedi: 
-  Əziz,  belə  başa  düşdüm  sənin  cəza  müddətin  təzə  başlayıb.  Mən  də  xidmətə  təzə  başlamışam.  Sənin 
korpusa böyüklüyünə heç şübhəsiz katyol razılıq verib. Məni də müəssisəyə nazir göndərib, səkkizinci dəstəni 
də  Əliməmməd  verib.  Bizim  hər  ikimizin  bir  ümdə  qayğımız,  vəzifəmiz  var:  aid  olduğumuz  yerdə  rəisimizin 
tələbləri  səviyyəsində,  qayda  qanunu,  sakitliyi  gözləmək,  haqqı  nahaqqa  ver-məmək.  İstehsalatda  iş  zəiflədiyi 
üçün  barak  bütün  günü  bekar  məh-kumla  dolu  olur.  Rəis  ilk  növbədə  dəstə  rəisindən  gün  ərzində  korpusun 
sakitliyinə,  səliqə  sahmanına  nəzarəti  tələb  edir.  Qalan  məsələlər  bir  tərəfə,  bu  məsələdə  mənə  yardımçı  oldun, 
adıma  söz  gəlməməyə  çalışdın,  demək  biz  yola  gedəcəyik.  Kimsə  sənə  mane  olacaqsa,  mənə  göstər,  ağlı  başına 
gəlməsi üçün karserə salmağa bəhanə taparam. Yox məni saymadın, öz bildiyini etdin, səninlə yola getməyə-cəyəm. 
Elə fikirləşmə hədələyirəm, düzünü deyirəm. Bir kəlmə rəisə deyəcəyəm ki, bu adam mənə mane olur. O, sözümün 
doğruluğunu  yoxlayandan  sonra  katyol-obşak  bilən  deyil.  Ya  işin  alınacaq  əlindən,  ya  da  dəstəni  dəyiş-dirəcək. 
Yəni, rəisin qoyduğu tələb qanundur. Yaxşısı bir-birimizi incitmədən onu yerinə yetirməkdir. Mənimçün hörmət 
ilk növbədə sənin, məhkumların, zabitlərin - hamının mənə olan səmimi münasibətidir. Düzdür, mən fikir verirəm, 
burda əksər zabit və nəzarətçilərə görə hörmət yalnız pul kimi başa düşülür. Səhərdən axşamadək hardansa, müxtəlif 
yolla,  fəndlə  pul  qoparmağı  fikirləşirlər.  Pulu  kim  istəməz,  mən  də  istəyirəm.  Amma,  boğazdan  kəsməklə,  tələ 
qurmaqla yox, ürəklə veriləni. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə