The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
89 
 
əməliyyatçılardan hansı iləsə aşkar dostluq edəni yox idi. Əməliyyatçının yanında çox duran adama - istər zabit 
olsun, istərsə məhkum, yaxşı münasibət bəslənmirdi. 
Hamıdan gec Akif müəllim qayıtmışdı. Həyətdə dayananlara az qalmış Şəfi narahatlıqla onun qarşısını 
kəsdi. 
- Nə baş verib, Akif müəllim? Xeyli ləngidiniz. 
- Allah lənət eyləsin bu “çort”lara. Əclafları yatırmaq olur ki, güc-bəlayla işıqları söndürtmüşəm. 
-  Akif  müəllim,  -  Şəfi  ona  marağını  gizlədə  bilmədi,  -  mənə  başa  sal  görüm,  çortlar  nə  olan  şeydi, 
kimlərə çort deyirlər? 
-  Çort  üzdəniraqlara  oxşar  olanlara  deyirlər.  Beləsindən  istə-nilən  hərəkəti  gözləmək  olar.  Çortdan 
üzdəniraqlığa yarım addım məsafə qalır. Mənim dəstəmdə bu sayaq on-on beş məhkum var. Dü-şüblər bir yerə, 
o gün olmur baş-beynimi aparmasınlar. Çox üzüboz, siyafur adamlardı. 
Şəfinin  yadına  Cəbrayılın  ayaması  düşdü.  Yəqin  onu  bu  sa-yaq  adamlarla  eyniləşdirib,  “çort” 
deyirmişlər.  Guya  qalanları  lap  mələk  imiş,  ondakı  xasiyyətlərdən  əksər  işçilərdə  vardı.  Fərq  bura-sındadı  ki, 
Cəbrayıl hamıda paxıllıq yaradan fəal, haqqından keçməyən və maskasız idi. 
-  Akif  müəllim,  saat  yarım  ötdü.  Qalan  saatları  da  bir  yerdə  keçirəcəyik?  Yoxsa  Rasim  müəllimin 
tapşırdığı kimi növbə ilə qalıb istirahət edəcəyik? Kim bölüşdürəcək? Qrupun böyüyü kimdir? 
-  Böyük  adətən  əməliyyatçı  olur.  Mənimçün  fərqi  yoxdur.  Kim  nə  vaxt  istəyir  istirahət  etsin,  onsuz  da 
yatmıram. 
- Siz Fazildən qat-qat təcrübəli, yaşlı olan halda niyə o, böyük hesab olunur? 
-  Müəssisədəki  təhlükəsizliyə  və  sabitliyə  daha  çox  cavabdeh  olduqları  üçün  yuxarıdan  bu  cür  qayda 
qoyulub. Fazil təzədi, cavan-dı, təcrübəsizdi, o biri əməliyyatçılara belə demək olmaz. Xəlil, Qaçay, Orxan isə 
köhnə işçilərdi. Hər vəziyyətdən baş açmağı baca-rırlar. 
Nəzarətçilər üç məhkumu barakdan çıxarıb Yusifin yanına gətirmişdilər. 
- Yenə nə qələt eləyiblər, - Yusif nəzarətçi Sahibdən soruşdu. 
- Biri yataqda siqaret çəkirdi, o birilər də yatmaq əvəzinə, dəhlizdə oturub söhbət edirlər. Deyirəm, niyə 
yatmırsan, qayıdıb deyir, get işinlə məşğul ol. 
- Eybi yox, yaz adlarını götür, səhər aydınlaşdırarıq. 
Məhkumlardan etiraz etmək istəyən oldu. Yusif imkan ver-mədi: 
- Gedin. Gedin, ağlınızı başınıza yığıb yıxılın yerinizə. Valla-hi, elə etməyin, indi salım sizi karsa. 
Yusifin səsinin dəyişdiyini görən mühkumlar dinməyib yer-lərinə qayıtdılar. 
Fazil  korpuslardan  birinin  açarını  alıb,  yenidən  təkbaşına  obxoda  getdi.  Şəfi  ətrafdakıların  eşitməməsi 
üçün astadan Mehman-dan soruşdu: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
90 
 
- Bu niyə tək obxoda gedir? 
-  İstəyir  ki,  kiminlə  nə  söhbətləşsə,  yanında  şahid  olmasın.  Heç  kimə  nə  etibar  edir,  nə  də  bölüşmək 
istəmir. 
- Ağlabatandır, - Şəfi heyrət edərək başını yırğaladı. 
Uzaqdan həyətdəki ayaqyolu tərəfdə iki qaraltı göründü. Şəfi təəccübləndi: gecənin yarısı ayaqyolunda 
kimdi görəsən? Yusif onla-rı görcək söyüşsüz keçinmədi: 
           -Ey, “g...r”, nə sürtüşürsüz orda? Ə, bunların dünya qulaqlarına deyil, ibnələri qalxdımı, gündüz olsun, gecə 
olsun,  öz  işlərindədir.  Sahib,  -  nəzarətçini  çağırdı,  -  get  o  petuxları  qov  ordan  gedib  yerlərinə  cəhənnəm 
olsunlar… 
 
*** 
 
Saat  ikiyə  işləmişdi.  Hər  tərəfdə  sakitlik  hökm  sürürdü.  Müəs-sisəni  əhatə  edən  şəhər  də  sakitləşmişdi. 
Arabir,  gündüzlər  səsi  eşidil-məyən,  uzaqdan  keçən  yük  qatarının  taqqıltısı  gəlirdi.  Hava  elə  bil,  bir  az 
təmizlənmiş,  yüngüllük,  xoşluq  yaranmışdı.  Bütün  günü  qaynar  qazana  oxşayan  müəssisə  səsini  içinə  qısıb 
dincəlirdi. 
Yusif katyoldan gətirilən termosdan çay içib özünə gəlmişdi, yadına nəsə düşdü: 
-  Cənab  leytenant,  -  o,  həyətdəki  skamyada  oturub  Akiflə  söhbət  edən  Şəfini  çağırdı,  -  sizin  vaxtınızdı, 
nəzarət iz zolağına getmək lazım-dır. 
Şəfi ayağa durub yaxına gəldi: 
- Mən hazır. 
- Hikmət, - vaxtadakı nəzarətçini səslədi, - “keespe”nin qapı-sını aç, Şəfi müəllim getsin. 
Sonra Şəfiyə xatırlatdı: 
- Müəllim, oxumuş adamsan, özün bilirsən. Şumlanmış ərazi-yə diqqətlə baxırsan, iz olsa xəbər edirsən. 
- Aydındır, cənab kapitan! 
- Sənə yaxşı yol! 
Hikmət  müəssisənin  qapısı  tərəfindən  divarın  kənarı  boyu  uzanan  nəzarət  iz  zolağına  olan  girişin 
qapısını  açdı.  Zolaq  narın  qum  kimi  şumlanmışdı.  Təzə  dırmıq  çəkildiyindən  izləri  aydın  görünürdü.  Hər  on 
metrdən yanan iri lampalar, divar boyu sıra ilə düzülüb zolağı tam işıqlandırırdı. Bir birindən uzaq məsafələrdə 
qırmızı lampalar da gözə dəyirdi. Yağış dəyməməsi üçün, lampaların qəribə formalı me-tal papaqları vardı. 
O,  iyirmi-otuz  addım  yerimişdi,  bağırtıya  bənzər  qışqırıq  səsi  gəldi.  Şəfi  addımını  saxlayıb  hər  tərəfə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
91 
 
göz gəzdirdi. Hardan idi bu qışqırıq? Olmaya irəlidəki vışkadan gəldi bu səs? Həyəcanlandı, nə etsin? Kim var 
idi ki, nəsə soruşsun. Dayanmaq olmazdı. Addım-lamağa davam etdi. 
On addımdan sonra qışqırtı bir də təkrarlandı. Şəfi bu dəfə başa düşdü ki, qışqıran vışkadakı əsgərdi. O, 
“kimdir gələn?” demək istəyirdi. Şəfini gülmək tutdu: “Zalım oğlunun nə əcaib səsi varmış.” Adi səslə cavab 
verdi: 
- Mənəm, növbətçi zabit. 
Şəfi müxtəlif ölçülü papaqları olan lampaların işıqları altında iz zolağına nəzər yetirərək gecənin müdhiş 
sakitliyində addımladıq-ca, qəribə hisslər keçirirdi. İndi onun xətri istədiyi, sevdiyi adamların hamısı yatmışdı. 
Atası,  anası,  qardaşı,  dostları,  bir  də  son  vaxtlar  ürəyinə  xal  salan  qonşu  qızı  da,  güman  ki,  şirin  yuxudaydı. 
Kimsə onu düşünmürdü. Ancaq, o, oyaq idi. Sakitliyin, ədalətin keşiyini çə-kirdi… 
Həyətdə Yusif onu gülə-gülə qarşıladı: 
-  Uşaqlar  kənardan  baxıblar,  sən  ki,  o,  bağırtıdan  qorxmayıb  getməkdə  davam  etmisən,  sənə  zaval 
yoxdur.  Zabit  var  birinci  dəfə  qorxudan  ürəyi  gedib,  adını  çəkmirəm  inciyər  məndən,  -  oturanlara  tərəf  göz 
vurub qımışdı. 
- O, zalım uşağına neçə  dəfə deyilib ki, qışqıranda adam kimi qışqır, - Fazil söhbətə qarışdı, - ombasına 
güllə dəyən ayı kimi bağırır. 
Bu  zaman  gecə  yoxlaması  məqsədilə  baraklarda  yatan  məh-kumları  sayıb  qayıdan  nəzarətçilər, 
yanlarında balaca boylu məhkum, həyətdə oturan zabitlərə yaxınlaşdılar. 
- Say düz gəldi? - Yusif gələnlərdən soruşdu. 
- Yuxarı korpusda biri artıq çıxır. 
- Düz saymamısız, gedin bir də sayın. Məhkumu niyə gətir-misiniz? 
- Biz baraka girəndə başqasının çarpayısının altında gördük. 
Mehdi dözmədi: 
- Baho, üzdənirağımız az idi, biri də artdı. Ay bala, sənin baş-qasının çarpayısının altında nə işin var? 
-  Siqaret  çəkmək  üçün  alışqan  axtarırdım.  Əlimdən  düşdü  qonşu  çarpayının  altına,  istədim  tapam, 
nadzorlar içəri girib məni tut-dular, - məhkum həyacandan əsə-əsə danışırdı, - vallah başqa fikrim yox idi. 
- Daha, günahın yoxdu niyə əsirsən? Əsmə. Gedək mənim otağıma, aydınlaşdırarıq, - Fazil onu qabağına 
qatıb otağına apardı. 
Yusif istehza ilə Mehdinin qulağına pıçıldadı: 
-“Şikarını” apardı. 
Yarım saat sonra Fazil bayaqkı məhkumla geri qaytıdı: 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə