The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə38/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
95 
 
- Leytenant Osmanlı, işlər necə gedir? İlk növbən necə keçdi? 
- Minnətdaram, cənab mayor. Pis deyil, alınır, yavaş-yavaş. 
- Demək günü-gündən işə alışırsan. Sənədlərdən hansını baş-lamısan? 
- Planları tuturam, bir qədər dəftərlərdə qeydlər aparmışam. 
- Lap yaxşı. Eşitdin, rəisin sözünü? Bir gün qəfildən hamının sənədləşmə işini yoxlayacaq. Xırda-xırda 
işlərini sahmana sal, hazır-la. 
- Baş üstə, cənab mayor. 
- Növbədən çıxmısan, get istirahət eylə, qalan işləri sabah müzakirə edərik. 
Şəfi müəssisədən çıxıb çöldə tək Mehdini gördü: 
- Sən niyə axıra qalmısan? 
- Bəhram müəllim ləngitdi. 
- Məni də ləngitdilər. Deyəsən sənlə mən qalmışıq, tək piyada getməyə həvəsim yoxdu, gedək bir yerdə 
dayanacağa. O birilər maşı-na minib, tez aradan çıxıblar. 
- Mənə elə gəlir ki, əməliyyatla rejim yola getmir. Səhv deyi-rəmsə, niyə Fazil bir az gözləyib öz maşını 
ilə səni də aparmır? 
-  Bəs  onda,  həmkarın  Akif  səni  niyə  gözləməyib,  minib  maşınına  gedib?  Məsələ  heç  də  kimin  kim 
olmağında deyil, adam olmağındadır. Bəlkə də belə yaxşıdır. Əziyyətin də, minnətin də özü-nə qalır. 
Şəfini yalnız tez evə çatıb dincəlmək, özünü rahat və azad hiss etmək düşündürürdü... 
Hər dəfə evə yorğun qayıdanda onu qapıda qarşılayan anası dözməyib halına yanırdı: 
- Can bala, atan da sənə iş tapdı. Gül təki cavanlığını puç edirsən türmədə… 
- Ay ana, əziyyətsiz, rahat iş hardadı? Neynək, hər işin öz çətinliyi var. 
Keçmiş hərbiçi olmuş, təqaüdə çıxan atası da söz düşəndə arvadını məzəmmətləyirdi: 
- Ay arvad, nöş danışırsan, əsl kişi çətin işdə bərkiyər. Qız deyil ki, narahat olasan… 
Anası isə çox zaman onun başını tumarlayıb əzizləməklə, elə bil yorğunluğunu almaq istəyirdi: 
- Ana qurban, boynuna almasan da, sənin kimi qəlbi yumşaq adamın cinayətkarlarla ünsüyyətinin heç də 
asan olmadığını bili-rəm… 
Anasını  qayğılandıran  həmçinin,  Şəfinin  son  vaxtlar  qaradin-məz  olması  idi.  Ağzından  artıq  söz 
çıxarmağından  qorxan  adamlar  sa-yaq  o,  əksər  vaxtlar  susur,  daha  əvvəllər  olduğu  kimi  danışıb  gülməyə  həvəs 
göstərmirdi.  Şəfinin  özünü  belə  aparmasına  səbəb,  şübhəsiz  cəzaçəkmə  müəssisəsindəki  mühitlə  bağlıydı.  Orada 
istənilən  yersiz  hərəkət,  lazımsız  danışılan  söz  təsirsiz  ötmürdü.  İstər  məhkumlar,  istərsə  də  əməkdaşlar  həmin 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
96 
 
hərəkəti və yaxud sözü göydəcə tutur, ya ani göz qırpımında gərəkli yerinə çatdırır, ya da lağlağı, şəbədə mövzusuna 
çevirirdilər. Bir də ayılıb görürdün arxana qoşulan “vedrənin” danqıltısı aləmi başına götürüb. Odur ki, ən yaxşısı 
özünü ağıllı, təmkinli idarə etmək idi. 
Bəzən də dost hesab etdiyin həmkarın səni zarafatyana elə bir  “çamura” salırdı ki, günlərlə ləkəsindən 
təmizlənə  bilmirdin.  Güman  ki,  buna  görə  də,  Əliməmməd  içəridəki  natəmizlikdən  əməkdaşlara  zon-da 
bulaşmaması üçün ağ köynək geyinməyi icazə vermirdi. 
 
VI 
 
İltifat  gedən  gündən  vaxt  Əziz  üçün  daş  kimi  ağırlaşmışdı.  Gün  can  çəkə-çəkə  keçirdi.  Neçə  vaxt  idi 
istehsalat dayanmışdı, işə düşəcəyinə ümid də yox idi. İşsizlikdən, bekarçılıqdan adam üzülür-dü. Hərə gününü 
birtəhər yola verirdi. 
Səhərlər  uzun-uzadı  çalınan  zəngin  harayı  müəssisəni  yuxu-dan  ayıldırdı.  Yeməkxanada  işləyənlər  və 
idman  etmək  istəyənlər  hamıdan  tez  baraklardan  təmiz  havaya  çıxırdılar.  Həyətə  çıxıb  sinələ-rinin  bəlğəmini 
təmizləyən  məhkumların  səngiməyən  öskürək  səsləri  yarıyuxulu  müəssisəni  sanki  silkələyirdi.  Saat  yeddidə 
yeməkxana  açılırdı.  Acından  halı  olmayanlar  mədəsini  aldatmaq  xatirinə  olsa  da,  özlərini  tələm-tələsik 
yeməkxanaya çatdırırdılar. Tumboçkasında ye-məyə nəyisə olanlar çörək payını alıb yerlərinə qayıdırdı. 
Saat  yarım  sonra  səhər  yoxlaması  başlanırdı.  Sançastdan,  obşakdan  və  rəisin  özü  icazə  verdiyi  bir-neçə 
burjuydan  savayı,  ən  son  şikəst  və  əlilinə  qədər  hamısı  yoxlamada  iştirak  edirdi.  Üzürsüz  səbəbə  yoxlamadan 
yayınanları, yuxudan vaxtında ayılmayıb gecikənləri rəh-bərliyin cəzası gözləyirdi. 
Min  nəfərə  yaxın  adamın  yoxlanması  uzağı  on  beş  dəqiqə  çəkirdi.  Dalısıyca  səhər  obxoduna  hazırlıq 
başlayırdı. İşləyənlər işlədiyi yerdə, barakda qalanlar yaşadıqları kupenin səliqə-sahmanına fikir verirdilər. Kupe və 
toçkaları əsasən şusturyaklar silib-süpürürdülər. Dəhlizdən başlamış, bütün ayaqyolularınadək ümumi sayılan hər 
yerin  təmizliyi,  sil-süpür  işinə  təhkim  olunmuş  üzdəniraqlar  arasında  bölünmüşdü.  Dəstə  rəisləri,  əməliyyat-
rejim  müvəkkilləri,  sex  rəisləri  tərəfindən  obxod  istirahət  günlərindən  başqa  hər  gün  olunurdu.  Rəhbərlik  isə 
həftədə  bir dəfə  obxoda  çıxıb  istehsalat sahəsindən baş-layıb, sançastı, toçkaları,  nəhayət korpusları  az qala  qarış-
qarış gəzib yoxlayırdı. Xüsusilə, rəis iştirak edəndə, rəisin töhmətini eşitməmək üçün hamı əl-ayağa düşürdü. 
               Nahara  qədər  bekarçılıqdan  darıxanlar  özlərini  verirdilər  kluba  -  televizora  baxmağa.  Nahar  vaxtı 
yeməkxanaya gedən səhərkindən iki dəfə çox olardı. Ərzağı olub yeməkxanaya getməyi özlərinə sığışdır-mayanlar 
üçün korpuslarda xörək bişirməyə otaq ayırmışdılar. Saat ikidən beşin yarısınadək işsiz məhkumlar arasında asudə 
vaxtda sanki xaos yaranırdı. Kimi kluba - televizora baxmağa gedir, bir dəstə həyətdə topla oynayır, kimi də barakda 
çarpayısında uzanıb mürgüləyir, hərə öz bildiyi qaydada vaxtını keçirirdi. 
Yarım saat əvvəldən zəngin səsi hamını axşam yoxlamasına hazırlayrıdı. Saat beşdə müəssisənin nizamı 
təzədən  öz  yerinə  qayı-dırdı.  Nə  vaxt  rəisin  məhkumlara  çatdırası  sözü  vardısa  axşam  yoxla-ması  başlananda 
gur səsi ilə hamının diqqətini özünə cəlb edərdi. 
Axşam  yeməyindən  yuxu  vaxtınadək  qalan  asudə  vaxt  daxil  olmaqla  bütün  gecə  boyu,  zabitlərin  iş 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə