www.kitabxana.net
– Milli Virtual Kitabxana
78
- Zon olsun, nəyinsə üstü açılmamış olsun, ola bilməz. Yəqin oğlanlara qurd ürəyini yedirənlər var. Elə
belə öz axarına heç nə olmur. Heç üstü açılan olmayıb?
- Olub. Adamından asılıdır. Nəzarətçi İlkini tanıyırsan? Bir dəfə araq gətiribmiş, gec bildilər. Əhməd
müəllim ha çalışsa da, sübut edə bilmədi. Amma, dəstə rəisi Dahini, yuxarıda adamı var idi, başqa zona
göndərdilər.
- Axmaq işdir, özünü qumara qoymağa bərabərdir. Qumar məsələsi nətərdi? Dəstədə qumar gedir?
- Bizdə qumar yoxdu ki. Qumar gedir yuxarı korpuslarda, necə lazımdı. Əhməd müəllim özü bilir,
vaxtlı-vaxtında qumarbazla-rın da, sələmyığanların da “qanını” alır.
- Bax, mən təzə işə başlamışam, nabələdəm, öyrənmək ayıb deyil, mənə başa sal görüm katyolun sizə nə
xeyri var, nə iş görür?
- Xeyrini xeyrinigörənlər bilir. Şəxsən mənə fərqi yoxdur. Katyol, obşak var, yoxsa yox. Hərcmərclik
olanda, yeri görünürdü, ehtiyac vardı. Əliməmməd olandan sonra neynirəm obşakı. Nə dər-dim-sərim var,
ürəyim nə vaxt istədi, gedib danışıram, yoluna qo-yuram. O kişi mənim obşakımdı. Onunla olan yaxşı
münasibətimə görə, hamı məndən çəkinir. Söz çıxarıblar ki, mən rəisin “suka”-sıyam. Olum da, nə olsun, burda
pis nə var ki? Zonda bir paqonlu, ya bir məhkum göstər ki, rəisi lazım gələndə “priznavat” eləməsin, ona xəbər
çatdırmasın. Obşak özü iki gündən bir rəisin otağında olur, heç ona söz deyən yoxdu. Məncə katyol məsələsi
müəyyən adamların dolanması üçün olan işdir. O günü görüşə çıxmışam, görürəm bizim baraka baxan Əzizin
pulyığanı başımın üstünü kəsib ki, “proqon” verməlisən. Dedim ə, get işinin dalınca, pulum-filanım yoxdu. Get
kimə də istəyirsən deynə, mən katyola pul vermirəm. Özlərinə pul yığırlar. Bir şizo üçün papiros alırlar, bir də
düşəndə bir yetimə nəsə alıb verirlər, gözə kül üfürmək üçün, vəssalam. Ora verməkdənsə, pulumu dəstə
rəisimə, ya da başqa paqona verərəm ki, işim onlardan keçir. Katyoldan nə işim keçir?
- Sən oğru dünyasının cəzalarından qorxmursan?
- Mən bu katyolu oğru dünyası saymıram. Necə oğru dünya-sıdı ki, rüşvət alıb petuxa “opravdaniya” -
bəraət verib mujik elan edirlər. Həmişə görmüşdük paqon rüşvət alar, bunlar da başlayıb pa-qonun yolu ilə
getməyə. Belə getsə rüşvətlə lotu adı da almaq olacaq.
- Əziz haradadır? Ümumiyyətlə necə adamdır?
- Səhər barakdan çıxandı. Belə də, nə ətdir, nə balıq.
- Yaxşı. Qapının ağzında deyəsən
dayanan var, gör kimdi?
- Bayaq nərd oynayanların biridi. Deyəsən çıxmağımı gözlə-yir. Rəis, sizdən bir xahişim var, sən
Allahın, mənə kömək elə.
- Nə olub, nə lazımdı?
- Mümkünsə axşam telefonla evimizə zəng eləyərsən, deynə gələn dəfə görüşə gələndə əmanəti
gətirsinlər, özləri başa düşəcəklər.
- Bəyəm özün zəng edə bilmirsən? Gör neçə kabinetdə tele-fon var?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
79
- Nöş edə bilmirəm, keçəl halva yeyər, puluna minnət. Əlim aşağıdı, həm də ki, xeyrimi özgəyə niyə
verim, Allah qoysa görüşə çıxanda hörmətinizdən çıxaram.
O, telefon nömrəsi yazılmış kiçik kağız parçasını Şəfinin qarşısına qoydu.
- Onda bir şərtlə. Kimsə bilməsin.
Bilsəm ki,
kiməsə söhbət etmisən, özündən küs, - Şəfi kağızı götürdü.
- Yox, yox nə danışırsız, söhbət ola bilməz. Çox sağ ol. Allah köməyin olsun. Məni başqaları ilə eyni
tutma, beş barmağın
beşi də bir olmur,
necəliyimi özün görəcəksən, inşallah, sağ ol.
Elçin otaqdan çıxmışdı, barakda nərd oynayanlardan yaşlısı içəri girdi.
- Rəis, icazə olar?
- Gəl.
- Rəis, Cəbrayıl müəllimin fikri gedib öz dəstəsinə, elə bilir hər yerdə qumar oynayırlar. Vallah-billah,
elə-belə, vaxtımızı öldür-mək üçün oynayırıq.
- Sənin adın nə oldu?
- Zahid.
- Zahid, gəl belə danışaq, sən dedin mən də inandım. Söhbəti-mizi sənin adına yazılan dəftərə qeyd
edəcəyəm. Əgər, nə vaxtsa, nərddən qumar məqsədi ilə istifadə etdiyini eşidəm-biləm, sənə bir daha
inanmayacağam. Razılaşdıq?
- Mən razı, çox sağ olun, - o yerində narahat-narahat qurca-landı. Əlini stolun üstündəki dəftərlərdən
birinin ətrafına gəzdirib mızıldandı:
- Rəis heç yaxşı olmadı. Siz Allah bağışlayın, təzə işə başla-mısınız, imkan olmadı babat hörmət edək.
- Heç nə lazım deyil, get, yaxşı yol.
Zahid başını aşağı salıb otaqdan çıxdı. Şəfi yadda ikən Zahi-din adına olan dəftəri tapıb, dediklərini
qeyd etmək istədi. Dəftərləri axtarıb, götür qoy edərkən, stolun üstündəki dəftərlərin altından çı-xan onluğu
görəndə təəccübdən dondu. Bu pulu kim qoymuşdu bu-ra? Bəlkə onu yoxlayırlar? Ola bilməz. Axı burda kim
pul almır? Ək-sinə bəziləri pul qopartmaq bacarığı ilə açıqdan-açığa qürrələnirlər. Olsa-olsa Zahidin işidir.
Gərək ki, o, əlini stolun üstündə gəzdirib mızıldandı. Şəfi yerindən qalxıb fikirli-fikirli gəzindi. “Yoxsa onu
çağırıb pulunu qaytarım!? Necə alınar?” Yenidən qayıdıb yerində əy-ləşdi. “Yox, hamı ona gülər, elə
məhkumlar da. Harda görsənib pul versinlər, götürməyəsən, ağılasığan deyil. Belə etsə qara qarğalar içində ağ
qarğa kimi görsənər. Heç ağ qarğa olur ki? Ona gülmək nədi, məsxərəyə qoyarlar. Deyərlər belə təmiz oğlansan
daha çiyninə paqon niyə taxıb yer “zanit” etmisən, get müəllim işlə...”
Hanı o vaxtlar? O əvvəllər, idi müəllim özünə ar bilib rüşvət almırdı. İndi dolanışığın ucbatından
müəllim də pul umur. “Hə, demək bu onluq mənim ilk rüşvətimdi, yəni siftəmdi”, - onluğu götü-rüb mənalı-
mənalı baxdı.
Yox, bu rüşvət deyildi, - ürəyində başqa səs dilləndi. O, heç kimdən heç nə tələb etməmişdi. Sadəcə, kimsə