The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə29/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
70 
 
- Hə. Demişdiniz yerimə namizəd göstərim, tapmışam, - İlti-fat qapıdan içəri girib nabələdcəsinə baxan 
Əzizi göstərdi. 
- Elə isə, bizi tanış et. 
İltifat dönüb Əzizə nə etməli olduğunu gözünün işarəsi ilə anlatdı. Əziz yaxınlaşıb özünü təqdim edərək 
Etimadla əllə görüşdü, o biri üç nəfərə tərəf isə başını tərpətdi. 
-  Haqqında  danışdığın  oğlan  budur?  -  Bayaqdan  etinasız  bax-dıqları  Əziz  indi  hamının  diqqət 
mərkəzində idi, - mən adam tanıya-nam, pis oğlana oxşamır. Bir halda ki, sən məsləhət görürsən, layiq olmasına 
şübhə etmirəm, - Etimad yenidən oyununa davam etdi. 
- Mənim uzağı üç günüm qalıb, elə sabahdan fəaliyyətə başla-sın? 
- Fərq eyləməz, başlasın. Gedənədək nə lazımdı başa sal. 
- Baş üstə, sağ olun. 
Onlar sağollaşıb dəhlizə çıxdılar. İltifat fərəhlə əlini Əzizin kürəyinə şappıldatdı: 
- İrəli, korpusnoy! 
- Xeyr, yarımkorpusnoy. Korpusun yarısı üzdəniraqlarındı, - Əziz gülümsündü. 
- Boş şeydir. Dünya onsuz da üzdəniraqlarındır... 
 
*** 
 
Əziz  İltifatın  korpusnoy  işinə  dair  məsləhətlərindən  əsas  iki  nəticə  çıxardı:  korpusa  böyüklük,  sahiblik 
etmək,  katyolun  göstərişlə-rini  yerinə  yetirmək  və  “proqon”un  yığılması.  “Proqon”  -  məhkumla-rın  töycüyə 
bənzər məcburi mükələfiyyəti idi. Məhkum görüşdən qa-yıdan kimi, korpusnoyun pul yığanı başının üstünü alıb 
beşliyi  tələb  edirdi.  Katyol  adına  yığılan  pullardan  korpusnoydan  başlamış,  obşaka  qədər  hamısı  faydalanırdı. 
Cərimə təcridxanasına düşənlərə, imkansız-lara qrev ayrılırdı. Əlavə “proqon”lar hesabına ildə bir dəfə ümumi tə-
mir  aparılırdı.  Rəisə  də  görüm-baxım  olunurdu.  “Proqon”dan  yayın-maq  istəyənlər  gözümçıxdıya  salınıb 
cəzalandırılırdılar. 
Azad olunmasına bir gün qalmış İltifatın qanı qaralmışdı. 
- Nə olub, nə baş verib? - Əziz narahatlıqla soruşdu. 
İltifat gizlədib danışmaq istəmədisə də, Əzizin ondan əl çək-məyəcəyini başa düşdü: 
- Rəisin hərəkəti qanımı qaraldıb. Atama da, mənə də demişdi  ki,  hər şey  mənlikdir, heç kimə, heç nə 
vermə,  özüm  görəcəyəm.  İndi  dəstə  rəisi  də,  həkim  də  şirinlik  istəyir.  Deyirlər  rəis  yalan  deyir,  heç  nə 
verməyib. Gözlədim bəlkə evdən gələrlər, verərəm. Evdən də gə-lib çıxan yoxdur. Qorxuram gəlməyələr, mən 
üzüqara qalam. 
- Bəlkə səni aldadırlar, rəisdən soruşmusan? 
- Dedim rəisə, həkim, dəstə rəisi məndən şirinlik istəyirlər? Qayıtdı ki, qələt eləyirlər. Birtəhər başından 
eylə  getsinlər  işlərinin  dalınca.  Sən  Allah  elə  iş  olar?  Fikri  gedib  özünə,  beş-on  manatdan  ötrü,  mən  heç  vaxt 
özümü kiminsə nəzərində alçaq tutmaram. Bax elə ona görə qanım qaralıb, fikirləşə-fikirləşə qalmışam. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
71 
 
- Bəs, nə etmək istəyirsən? 
Hər ikisi susub düşündü. Əzizin ağlına nə gəldisə ərklə əlini onun çiyninə vurdu: 
- Fikir eləmə, at mənim boynuma, mənlikdi. Mən edərəm onların hörmətini. 
- Necə atım, başa düşmədim. 
- Burda başa düşülməyən bir şey yoxdu. Aparırsan məni həki-min də, dəstə rəisinin də yanına, olunacaq 
hörməti mən götürürəm boynuma. 
- Yox, belə düzgün deyil. Özüm ola-ola səni niyə əziyyətə salmalıyam? 
- Bax elə indi gedək həkimin yanına, oradan da qayıdıb dəstə rəisini taparıq. Tərpən, - Əziz dostcasına 
İltifatı itələdi. 
Sançast  deyilən  tibb  məntəqəsi  yaşayış  zonasının  giriş  tərəfin-də  yerləşən  birmərtəbəli  dar,  uzun 
dördbucaqlı binaydı. Binaya daxil olanda birinci otaq həkimin idi. Mayor rütbəli Malik həkimin üzün-dən daim 
zəhrimar  tökülürdü.  Onun  insan  həkimindənsə,  mal  həki-minə  daha  çox  bənzəri  vardı.  Yekəpər  bədəni  ilə 
yanlarını basa-basa gəzəndə əyripəncə ayıya da oxşayırdı. Hər məhkumun hünəri deyildi, ondan pulsuz dərman 
ala bilsin. Çoxusu onun zəhrimar yağan sifətini görəndə, nəsə istəməkdənsə ağrıya dözməyi daha üstün tuturdu. 
Ma-likin yalnız pul görəndə sifəti yumşalır, yayılırdı. Pulla hansı xəs-təlikdən desən, nə qədər istəsən işdən azad 
olunarsan, sançastda ya-tarsan, hələ mərkəzi xəstəxanaya da göndərilərsən. Qısası Malik hə-kimin əlindən hər iş 
gəlirdi.  Pulun  olmasa  hətta  göz  görə-görə  əriyib  çöpə  dönüb  ölə  də  bilərsən.  İltifata  olan  minnəti  onun 
məhkəməyə sağlamlıq haqqında arayış təqdim etdiyinə görəydi. Onları görəndə İltifatın nəsə gətirdiyini güman 
edib sifəti azacıq yayıldı. 
- Gəl çıx da, gözümün kökü saraldı gözləməkdən. Sənə ha-laldı. 
İltifat dinmədi. Əziz onun sıxılmasına imkan vermədi: 
- Malik müəlliim, düz deyirsiz, ona halaldı. Amma, xahiş edi-rəm onun borcunu beş-on günlüyə  mənə 
“perevod” edəsiniz. 
Malikin rəngi tutqunlaşdı. 
- Elə niyə? 
-  Bilirsiz,  danışsam  uzun  məsələdi.  Mən  sizə  yüz  faiz  söz  verirəm  ki,  ayın  axırınacan  borclu 
qalmayacağam. 
-  Yaxşı,  bax  ha,  İltifat  gedir,  ancaq  sənin  məndən  işin  hələ  çox  keçəcək,  -  Malik  xəbərdaredici  tonda 
səsləndi. 
- Arxayın olun. 
Onlar həkimin yanından çıxıb dəstə rəisi Kamilin otağına gəl-dilər. Məhkəməyə xasiyyətnaməni Kamil 
yazmışdı. Otağa daxil olub görüşəndən sonra, Əziz sözə başladı: 
- Kamil müəllim, mənim sizə borcum var idi, elə deyilmi? 
- Bəli, elədir. Gətirmisən? 
- O borcun üstünə bir borc da gəlin. İltifat çıxanadək yanına gələn olmasa, şirinliyini mən verəcəm. 
- Beləsinə deyirlər, özünə umac ova bilmir, başqasına əriştə kəsir. Aydan çoxdu məni ümid etmisən, öz 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
72 
 
borcunu verə bilmirsən, hələ başqası üçün də saqqal tərpədirsən. 
- Kamil müəllim, nə deyim, Allah qoysa özün görəcəksən. Mən yalançı oğlan deyiləm. 
- Nə olar, eybi yox, bu dəfə konkret vaxt de. 
- Gələn ayın birinci həftəsi. 
-  Olsun,  -  o  qarşısındakı  dəftəri  vərəqlədi,  -  bax  sənin  dəftə-rində  bu  gün  tərbiyəvi  mövzuda  söhbətin 
aparıldığını qeyd edirəm. Nəticəni sən gələndə yazacağam. Sənə isə yaxşı yol, - İltifatla sağol-laşdı. 
Otaqdan çıxan İltifat Əzizi qınadı: 
- Sən nə edirsən? İkisinə də yaxın vaxta söz verdin, birdən çatdıra bilməzsən ha... 
-  Narahat  olma,  ürəyimə  damıb,  yanıma  gələcəklər.  Hər  şey  qaydasında  olacaq,  -  Əziz  onu 
sakitləşdirməyə çalışdı. 
- Heç yaxşı olmadı, bədbisab oğlu məni aldatdı, heç nədən problem yaratdı. 
- Qurtardıq da, qan qaraltmağa dəyməz, gedək oturaq həmişə-ki yerimizdə. Söhbət edək. Sabah istəsəm 
də səni tapa bilməyəcə-yəm. 
- İstəyirsən qalım? 
-  Qalmağın  lazım  deyil,  elə  bacarıqlısan  məni  də  apar,  -  Əziz  gülə-gülə  İltifatın  zarafatına  zarafatla 
cavab verdi. 
Tut ağacının altındakı skamya onları gözləyirdi. 
 
*** 
 
O  gecə  saat  ikiyədək  İltifatın  gözünə  yuxu  getmədi.  Barak-dakı  gecə  lampasının  işığında  dostlarını 
başına yığıb çay içə söhbət etdi. Səkkiz ildən artıq həsrətlə gözlədiyi günün sevincindən, həyaca-nından yuxusu 
qaçmışdı.  Hər  saat  barakları  gəzib  nəzarət  edən  növ-bətçi  və  nəzarətçilər  səs-küy  salmamaq  şərti  ilə  onların 
oyaq qalma-larına İltifatın xətrinə göz yumdular. 
Səhəri  gün  günorta  İltifat  hamı  ilə  vidalaşdı.  Əziz  nəzarət-çilərin  növbə  otağı  -  vaxtaya  qədər  onu 
ötürdü.  Ayrılanda  gözləri  doldu.  Bu  zaman  müəssisənin  daxili  radiosu  ilə  görüşə  dəvət  edilən  məhkumların 
adları oxunurdu. Birdən İltifat əli ilə radioya işarə edə-rək soruşdu: 
- Eşitdin? Sənin də adını çəkdi, Əzizzadə Əziz. Yanına gələn var. 
- Ola bilməz. Mən fikir vermədim. Doğru deyirsən? 
- İnanmırsan, beş dəqiqə sonra bir də təkrar edəcək. Arxayın ol, Allah səni heç vaxt darda qoymayacaq. 
Sağlıq olsun, çöldə görü-şərik. Sağ ol. Allah qapını açsın. 
İltifat onu qucaqlayıb, öpüb ayrıldı. Əziz o, qapıdan çıxana-dək arxasınca baxa bilmədi. Kövrəlməsini 
hiss etdirməmək üçün ba-xışlarını hamıdan gizlədərək dönüb zonun həyətinə qayıtdı. 
Həyətin ortasına çatmışdı, radiodan görüşə çağrılan məhkum-ların adları yenidən təkrarlandı. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə