118
Ş.N.Şahbazlı
Funksional dəyər təhlili üsulu vasitəsilə məshulun
fondtutumluluğu və kapital
tutumluluğu azaldılır, istehsalda olan “zəif yer” və disporsiyalar aşkar edilir və bunların
aradan çıxarılmasına təminat verən texnika istehsala tətbiq edilir.
Sənaye sahəsində istehsal resurslarından istifadənin iqtisadi səmərəliliyinin
kompleks tədqiqi əsasında aşağıdakı nəticələrə gəlmək olar:
•
Bazar iqtisadiyyatının normal fəaliyyətinin təmin olunmasında mühüm
amillərdən biri də istehsal resurslarından səmərəli istifadə olunmasıdır.
•
İstehsal resurslarından səmərəli istifadə olunması sənaye sahəsinin əsas
hərəkətverici qüvvələrindən biridir.
•
Sənaye sahəsində mövcud olan bərabərsizlik resurslardan səmərəli istifadə
olunmasında dövlət tənzimlənməsini zəruri edir.
Ədəbiyyat
1.
T.S.Vəliyev, Ə.P.Babayev, M.X.Meybullayev. “İqtisadi nəzəriyyə”
(dərslik) Bakı, Çaşıoğlu 2001, 692 s.
2.
Paşayev T.S. “Azərbaycan tarixinin tədrisində tələbələrə iqtisadi
biliklərin verilməsi yolları” monoqrafiya, Bakı 2008
3.
T.Ə.Hüseynov. “Firmanın iqtisadiyyatı” (dərslik) Bakı 2009, 600 s.
4.
R.K.İsgəndərov. “Elmi – texniki tərəqqi:sosial iqtisadi aspektlər”
(dərslik) Bakı, Elm və Təhsil 2010, 636 s
5.
İ.M.Hüseynova. “Müəssisənin iqtisadiyyatı” (dərs vəsaiti) Bakı 2013,
304 s
6.
http://kagiz.org/istehsal-amilleri-nezeriyyesi-ve-amiller-uzre-gelirlerin-
forma.html
7.
http://unec.edu.az/application/uploads/2015/12
8.
http://www.academia.edu/4459181
THE ECONOMIC EFFICIENCY OF THE USE OF PRODUCTIVE
RESOURCES IN INDUSTRY
S.N.Shahbazli
SUMMARY
The article deals with the economic efficiency of the use of productive resources
in industry in Azerbaijan. Industry as being one of the most important areas of the
economy and material production sector is based on general and the overall
development of each country. Every society is endowed with
resources that are used to
produce the goods and services that enable it to survive and prosper. These resources,
called productive resources are often classified into four groups: natural resources,
material resources, human resources and capital resources.
120
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
SONLU AVTOMATIN KÖMƏYİLƏ MÜRƏKKƏB SİSTEMİN
MODELLƏŞDİRİLMƏSİ
A.B.Sultanova
Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti
Bakı, Azadlıq prospekti 20
e-mail: saxira@mail.ru
Açar sözləri: Kütləvi xidmət sistemləri,imitasiya modeli, Stateflow, Stateflow
Explorer,vəziyyət, keçid
Keywords: (queuing systems, simulation modeling,Stateflow, Stateflow Explorer,
state,transitions
)
Ключевые слова: (систем массового обслуживания, имитационного моделирования,
Stateflow,
Stateflow Explorer,состояния, переход)
Məqalədə kütləvi xidmət nəzəriyyəsi və sistemlərin fəaliyyət proseslərinin
formallaşdırması üçün müxtəlif proqramlara əsaslanaraq hazırlanmış riyazi modellərvə
üsullar təhlil edilmiş, kütləvi xidmət nəzəriyyəsinin modelləşdirilməsinə yeni yanaşma
təklif olunmuşdur.
Sonlu avtomatin köməyi iləmürəkkəb sistemin
informasiya emali prosesi
modelləşdirilmiş və
Stateflow proqram komponentindən istifadə edilərək simulyasiya edilmişdir.
Giriş.Modelləşdirmə-davranışı təsadüfi amillərin təsirindən asılı olan sistemlərin
effektivliyinin qiymətləndirilməsi və tədqiqatın ən güclü universal metodudur.
Modelləşdirmə metodlarının tətbiq edilmə sahələri olduqca geniş və müxtəlifdir.
Təklif olunmuş yanaşmaya əsasənmürəkkəb sistemin informasiya emali prosesi
modelləşdirilmiş, kütləvi xidmət müəssisəsinin imitasiya modeli qurulmuş və
modelləşdirmənin nəticələri alınmışdır.Alınmış
nəticələr təklif
olunmuş
yanaşmanındoğruluğunu əks etdirir.
Tədqiqatlar göstərir ki,
mövcud
modellər sistemlərin xarakterik xüsusiyyətlərini
nəzərə almaqla yanaşı müxtəlif qeyri stabil faktorların mümkün təsirlərini də nəzərə
almalıdır, məsələn, qəfil qəza, virus, ötürülən və ya emal olunan məlumatların itirilməsi,
informasiya emalına sərf olunan zamanın artması və s.
Bu baxımdan yeni üsulların işlənilməsi aktual problem olaraq qalır.Təklif olunmuş
yanaşma informasiya emalı prosesində daha rasional texniki xidmətin təşkilinə və
kanalların paylanmasına imkan verir.
Məqalədə neft emalı müəssisəsi nəzdində kütləvi xidmət sisteminin imitasiya
modeli işlənmişdir.
Tədqiq olunan problemin əhəmiyyətliliyini nəzərə alaraq məqalə neft
quyularının təmir işlərinin təşkilinin modelləşdirilməsi və rasional qərarların qəbulu üçün
daxil olan sifarişlərin vaxtında, imtinasız emal olnması üçün
imitasiya modelinin
qurulmasına həsr olunub
Məsələnin qoyuluşu:Neft şirkətlərinin işinin analizi göstərir ki, neft quyularının
əsaslı təmiri kifayət qədər vaxt , maliyyə və neft itkisinə səbəb olur. Neft-qaz çıxarma
şirkətlərinin səmərəliliyin artırılması üçün yeni üsullaın inkişaf etdirilməsi lazımdır.
Neft hasilatı müəssisəsində təmir briqadalarının işinin optimallaşdırılması üçün
külli miqdarda informasiya emal olunur. Bu informasiyaların, daxil olan sifarişlərin -
reallığa yaxın olan hadisələrin modelləşdirilməsinə elmi metodların
tətbiqi tələb
olunur.Bu da müxtəlif meyarları nəzərə almaqla mümkün idarəetmə strategiyalarını
həyata keçirməyi tələb edir.