116
Ş.N.Şahbazlı
keyfiyyəti
və quruluşu, optimal uzlaşdırılması və istehsala cəlb edilməsi imkanları
əhəmiyyətli şəkildə iqtisadi artımın dinamikasını müəyyən edir.
•
Maddi resurslar - insanın yaratdığı, yəni istehsalın nəticəsi olan istehsal
vasitələridir.
•
Əmək resursları – Əmək resursları üç parametrə: sosial
- demoqrafik, peşə -
ixtisas və mədəni - təhsil əlamətlərinə görə qiymətləndirilir.
•
Maliyyə resursları - istehsalın təşkili üçün cəmiyyətin ayıra biləcəyi pul
vəsaitləridir.
Sənaye sahəsində resurslardan istifadənin iqtisadi səmərəliliyi
dedikdə təsərrüfat
fəaliyyətinin nəticəsinin sərf edilən resurslarla müqayisəsi başa düşülür. İqtisadi
səmərəlilik özünə səmərəliliyin texniki – iqtisadi və sosial – iqtisadi aspektlərini daxil
edir. Resurslardan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi iqtisadi artım
imkanlarının genişləndirilməsinə və əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına
zəruri şərait yaradır.
İctimai formasiyalar daxilində istehsalın inkişafı və genişlənməsi ilə əlaqədar
insanların təbiətə olan təsiri artmışdır ki, bu da müxtəlif təbii resursların təsərrüfat
mübadiləsinə verilməsini genişləndirmişdir. Təbii resursların istifadəsində və bununla
əlaqədar istehsalın, xüsusilə yeraltı sərvətlərə əsaslanan sənayenin inkişafı və
yerləşməsində, istərsə də təbiətdə bioloji aləmin inkişafının və təkrar istehsalın
nizama
salınmasında insanların iştirakı, onların antropogen təsiri nəzərə alınmalıdır.
Əmək resurslarından istifadənin iqtisadi səmərəliliyi müxtəlif göstəricilər
vasitəsilə müəyyən edilir [2, s.26]:
1.
Əmək məhsuldarlığı göstəriciləri:
-
hər nəfər işçiyə və ad/saata görə ümumi məhsul, man;
-
hər nəfər işçiyə və hər ad/saata görə ayrı-ayrı sahələr üzrə məhsul istehsalı
(natural və müqayisəli dəyər ifadəsində);
-
ayrı - ayrı sahələr üzrə 1 sen. məhsul istehsalına əmək sərfi, ad/saat.
2.
Əmək resurslarından istifadə səviyyəsi:
-
məşğulluq səviyyəsi (işləyənlərin iş qüvvəsinə faizlə nisbəti);
-
iş vaxtından istifadə əmsalı (faktiki iş vaxtının mümkün olan iş vaxtına nisbəti).
3.
Kənd təsərrüfatının işçi qüvvəsi ilə təmin olunma səviyyəsi:
-
hər hektar torpaq sahəsinə düşən işçilərin sayı, nəfər;
-
hər nəfər işçiyə düşən torpaq sahəsi;
-
il ərzində hər nəfər işçiyə görə əmək sərfi;
-
faktiki əmək resursları ilə onlara olan tələbat arasındakı fərq.
4.
Mövsümlük səviyyəsi aşağıdakı kimi müəyyən olunur:
-
əməkdən istifadənin mövsümlük əmsalı (ay ərzində əmək
sərfinin təhlil olunan
ayın porta aylıq əmək sərfinə nisbəti);
-
mövsümlük miqyası (maksimum əmək sərfi ilə minimum əmək sərfi arasındakı
nisbət).
5.
İşçi qüvvəsinin sayı və hərəkəti:
-
işçilərin orta illik sayı (365 gün üçün nəzərdə tutulur);
-
işçi qüvvəsinin işə qəbul olunma dövriyyəsi əmsalı (il ərzində işə cəlb
olunanların işçilərin orta illik sayına nisbəti);
-
işdən getmə dövriyyəsi əmsalı (il ərzində işdən çıxanların işçilərin orta illik
sayına nisbəti).
Əmək resurslarından istifadə səmərəliliyinin yüksəldilməsinin mühüm istiqaməti
ixtisaslı kadrlar hazırlığı sistemini təkmilləşdirməkdən ibarətdir. İstehsalın və əməyin
təşkilində aparıcı mövqe tutacaq həmin kadrlar müasir iş üsullarını dərindən
mənimsəməli, intensiv texnologiyaların tətbiqində, dərk edilən
risk və qeyri-standart
117
Ş.N.Şahbazlı
situasiyalar şəraitində əsaslandırılmış qərarlar qəbul etməli, eyni zamanda çevik manevr
etmək qabiliyyətinə malik olmalıdır [3, s.139].
Maliyyə resursları – müəssisələrin, təşkilatların və dövlətin sərəncamında olan,
maliyyə-kredit sistemi qarşısında öhdəliklərin yerinə yetirilməsi,
işçilərin maddi
stimullaşdırılması, geniş təkrar istehsal xərclərinin həyata keçirilməsi üçün nəzərdə
tutulmuş pul gəlirləri və yığımlarıdır.Maliyyə resurslarının təşkilinin əsas prinsipləri
aşağıdakılardır:
•
Maliyyə resurslarının tərkibi və strukturası;
•
Maliyyə resurslarının yaradılması mənbələrinin təşkili;
•
Müəssisənin maliyyə resurslarına tələbatının müəyyənləşdirilməsi;
•
Maliyyə resurslarının onların təyinatına uyğun olaraq məqsədli istifadəsi;
•
Maliyyə resurslarının qorunması.
Professor D.S.Molyakovun fikrincə dövriyyə vəsaitlərinə investisiyalaşdırılan
maliyyə resurslarının istifadə olunmasının səmərəlilik dərəcəsi aşağıdakı göstəricilərin
köməyi ilə qiymətləndirilə bilər [7]:
1.
Gün olaraq dövriyyə sürəti və dövriyyə sürəti əmsalı;
2.
Dövriyyə vəsaitlərinə qoyulan hər bir manata düşən buraxılan
ümumi və
ya əmtəəlik mal (yükləmə əmsalı);
3.
Rentabellik;
4.
Xüsusi vəsaitlərin mühafizəsi (mühafizə əmsalı).
Sənaye sahəsində resurslardan istifadənin iqtisadi səmərəliliyi dedikdə təsərrüfat
fəaliyyətinin nəticəsinin sərf edilən resurslarla müqayisəsi başa düşülür. İqtisadi
səmərəlilik özünə səmərəliliyin texniki – iqtisadi və sosial – iqtisadi aspektlərini daxil
edir. Resurslardan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi iqtisadi artım
imkanlarının genişləndirilməsinə və əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına
zəruri şərait yaradır [8].
Resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsində, sivil sənaye resurs
bazarının təşəkkülündə həlledici
istiqamətlərdən biri, bəlkə də birincisi innovasiyaların
stimullaşdırılması, innovasiyalı inkişaf potensialının reallaşdırılmasıdır. Resurslardan
səmərəli istifadənin innovasiyalı istiqaməti intensiv texnologiyaların, mütərəqqi
təsərrüfatçılıq formalarının, resursqoruyucu üsulların geniş tətbiqini nəzərdə tutur.
Resursqoruma müasir sənaye sahəsinin magistral inkişaf xətti olmaqla sənaye
məhsulunun istehsaldan son istehlakçıya qədərki yürüşünün bütün mərhələlərində
innovasiyalı yanaşma sayəsində mümkündür.
Müəssisələr bir – birindən nə qədər fərqlənsələr də onların istehsal resurslarının
aşkar edilməsi üsulları eyni ola bilir. İstehsal resurslarının
aşkar edilməsində mütərəqqi
orta səviyyə üsulundan geniş istifadə olunur [4, s.32]. Bu üsulun köməyi ilə istehsal
həcminin artırılması, xammal və material xərclərinin azaldılması, yanacaq və enerji
xərclərinin azaldılması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə olan resursların
aşkar edilməsi mümkündür. Bu ondan irəli gəlir ki, müəssisənin varlığının və
fəaliyyətinin əsasını onun təsərrüfat hesablı gəliri təşkil edir.
İstehsal resurslarından səmərəli istifadə etmək və onların aşkar edilməsi üsullarını
bilmək hazırki bazar iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət kəsb edir. Bu üsullardan
biri də funksional dəyər təhlili üsuludur. Bu üsul xüsusilə maddi
resurslardan istifadənin
qənaətcilliyini təcrübi surətdə həyata keçirilməsinin təmin edilməsi üçün daha yararlıdır.
Funksional dəyər təhlili üsulu hər bir əmək məhsulunun iqtisadiyyatını öyrənməyə
və həmin məhsulun hazırlanması üçün lazım olan ictimai zəruri xərclərin və istehlak
dəyərinə təsir edən amillərin öyrənilməsinə xidmət edir.