112
R.S.Səfərəliyeva
Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını əks
etdirən
dastanlar söylənilir”. (9, 284-286).
“Xalq ruslarla qəhrəmancasına döyüşən Nəbiyə heyranlıq duyaraq onu Koroğlu
kimi masallaşdırmış, toylarda- düyünlərdə, aşıq məclislərində onun hekayəsi
söylənilmiş, şəninə ritmli nəğmələr qoşulmuşdur”.
Qaçaq Nəbi haqqında nəğmələr və rəvayətlər dastanlaşma prosesi keçirmişdir.
“Aşıq məclislərində Qaçaq Nəbi. Onun qəhrəmanlıq mübarizəsi, arvadı Həcərin və
döyüş yoldaşlarının qoçaqlığı, böyük bir məhəbbətlə vəsf edilmiş,
el şairləri,
xanəndələr Qaçaq Nəbi haqqında oynaq ritmli qəhrəmanlıq nəğmələri, dolğun
məzmunlu rəvayətlər yaratmışlar. Zaman keçdikcə bu nümunələr peşəkar ifaçıların
repertuarında yeni yaradıcılıq mərhələsi keçib dastanlaşmışdır” ( 8, 678- 679).
El qəhrəmanlarının davranışı və əxlaqi- mənəvi dəyərləri bu dastanların süjet
xəttinin əsasını təşkil edir. Qəhrəmanların davranışı mütləq toplumun önəm verdiyi
mənəvi dəyərləri ehtiva etməlidir. Namus, qeyrət, comərdlik, yaxşılıq, kişilik və s.
aşıqlar tərəfindən ən çox vəsf olunan etik dəyərlərdir.
Qaçaqlar kasiblara əl tuturlar, kimsəsizlərin imdadına çatırlar.
Koroğlu kimi,
Qaçaq Kərəm kasıbların, yoxsulların umid- nicat yeridir. Qubernator bir kəndçinin
qızını nişanlısı ola- ola zorla ələ keçirmək istəyəndə qız atasının əlləri her yerdən üzülür
və axırda Kərəmə müraciət edir.
Koroğlu qaçaqlar üçün mənəvi- əxlaqi simvoldur. Onlar davranışlarını və
əməllərini Koroğlu modeli ilə ölçürlər.
“Qaçaq Kərəm”də qaçaq İsmayıl döyüş əzmini Koroğlunun qılınc çalmağı və
vuruşmağı ilə müqayisə edir:
Vuruş meydanında mən bir balayam,
Leşi leş üstünə gərək qalayam!
Koroğlu tək indi qılınc çalayam,
Qatacam bunları daşa, vurhavur! (5,31)
İsmayıl ölüm ayağında yenə Koroğlunun adını çəkir, ondan güc aldığını
söyləyir:
Kərəm, azğın düşmənləri
Qıra- qıra gəlmişəm mən.
Koroğlu tək bu meydanda
Gürzü, qılınc çalmışam mən (10, 36).
Hazırda Qaçaq Kərəmlə bağlı yeddi dastan məlumdur: “Kərəmlə Zalı xan”
(müəllifi Qaraqoyunlu mahalımız Polad kəndindən Qul Vəli), “Qaçaq Kərəm” (müəllifi
Qıraqkəsəmənli Qəmli Hüseyn), “Kərəmxan Sərtib” (müəllifi Göyçəli Aşıq
Məhəmməd), “Kərəmin İran səfəri”, “Kərəmin Gürcüstan səfəri”, “Kərəmlə İsrafil ağa”
və s.
Dastanda “Kərəm və İsgəndər”, “İsgəndərin vəsiyyəti”, “Kərəmlə Güllünün
hekayəti”, “Kərəmin qaçaq düşməsi”, “Kərəmlə İsrafil ağa”, “Kərəmin
Qarabağa
getməsi”, “Samur görüşü”, “Kərəmin Şabran döyüşü”, “Kərəm Şahbulaqda”, “İsrafil
ağanın xəyanəti”, “Kərəmin ölümü” kimi qollar Qaçaq Kərəmin məhdud bir ərazidə
yaşayan qaçaq deyil, bütün Azərbaycanda və Dağıstanda, eləcə də Rusiyada
şöhrətlənən igid bir cəngavər olduğunu göstərir. (8, 684)
Kərəmin qaçaq düşməsinə də səbəb bu olmuş və onu xalq qəhrəmanı etmişlər.
O, əməkçi kəndlilərlə gözəl və xeyirxahlıqla davranırdı. Lakin mülkədarlarlı və
qolçomaqları təqib edir, onlardan vergi toplayıb, yoxsul kəndlilər arasında bölərdi”.
113
R.S.Səfərəliyeva
Bir toy məclisinsə Qaçaq Kərəmlə İsrafil ağanın üz- üzə gəlməsi, rəqiblərin
qarşılaşması dastanın ən maraqlı səhnələrindəndir. Burada iki qəhrəmanın
jest işarələri-
eyhamları toqquşur.
Kərəm aşığa Koroğludan oxumasını xahiş edəndə İsrafil ağanın narazılığına
səbəb olur: “Aşıq, bura “Koroğlu” yeri deyil, “Şah İsmayıl”dan danış!””- deyir.
İsrafil ağa bu replikasında metonimik üsuldan istifadə edərək, Koroğlunu xalqın
təmsilçisi kimi, Şah İsmayıl isə taxt- tacı, hakimiyyəti, var- dövləti simvolik kimi
təqdim edir.
“Qaçaq Kərəm”də Koroğlu ruhunun hakim olduğunun İslam Sadıq da qeyd edir,
hər iki dastan arasında tipoloji oxşarlıqlar olduğunu qeyd edir.
“Qaçaq Kərəm” dastanının başlanğıcında Kərəmi tək- tənha dolandığını, sonra
isə Qaçaq ismayılla qabaqlaşdığını, onunla yoldaş olduğunu görürik.
Sonra da başqa
qoçaqlar onlara qoşulurlar. Bu səhnə Koroğlunun təkliyini, onun bir gün Çənlibelin
ətəyindəki Karvan yoluna çıxdığını, burada Dəli Həsənlə rastlaşdığını, Dəli Həsənin də
Koroğluya qoşulduğunu, sonra da dəlilərin ordan- burdan axışıb Çənlibelə gəldiyini
yada salır...
Yenə “Qaçaq Kərəm” dastanında qəza naçalnikinin
Kərəmi şərə salmaq üçün
Namaz kişini ələ aldığı səhnəni oxuyanda Hasan paşanın Keçə Həmzənin əliylə
Koroğlunun Qıratını oğurladığı səhnəni xatırlamamaq mümkün deyi. Hər iki səhnədə
qəhrəmana qarşı namərdliklə tələ qurulur. Hər ikisində də qəhrəman qalib gəlir, sağ-
salamat qurtarır.
Bir gün Kərəm İrəvan tərəflərə gedir və orada Seyidəli adlı bir kişinin qonağı
olur, Çuğul xəbər verir, İrəvan xanı onun evini mühasirəyə alır. Kərəm təslim olub öz
qollarını bağlatdırır. Bu da Bolu bəyin Koroğlunun qollarını bağlatdığı səhnəyə oxşayır”
(7, 22).
Koroğlu kimi,
Kərəm də mərddir, basdığını kəsməz, arxadan vurmaz.
Qaçaq Kərəm İsrafil ağanın yaylaqda olduğunu bilib, onu öldürmək istəyir.
Qaçaq Kərəm gizlicə bəyin alacağına girib, bəyin arvadı ilə bir yerdə yatdığını görüb
məqsədindən vaz keçir, balışının altına güllələr qoyur. İsrafil ağa güllələri Kərəmin
qoyduğunu anlayır. Arvadı təəccüblə soruşur ki, nə əcəb səni öldürməyib? İsrafil ağa
ona cavab verir ki, “ülə məsələ ordadır. İgid o adama deyirəm ki, basdığını kəsməsin”
(5, 22).
Qaçaq diskursunda epik qəhrəmanın strukturunu
müəyyənləşdirən mühüm
motiv- onu atı və silahıdır. Qəhrəmanın öz atıı öyməsi türk dastançılıq ənənəsinin geniş
yayılmış motivlərindən biridir. Nəbinin Bozatı barəsində qoşulan nəğmələr bu
silsilədəndir:
Bozat səni sər tövlədə saxlaram,
Ayağına qızıl- gümüş nallaram,
Məxmərə tutaram, ipək çullaram
Bozat, məni apar uzaq ellərə,
Düşəcək tərifin bütün dillərə.
Nəbinin yolları bütün da- daşdı,
Əriklidən Nəbi bir günə aşdı,
Nəbinin bozatı ona yoldaşdı.
Bozat,
məni apar uzaq ellərə
Düşəcək tərifin bütün dillərə.
Koroğlu dastanında olduğu kimi, qaçaq dastanlarının qəhrəmanları da başına
adamlar yığışır və dəstə yaradırlar. Bu dəstələr müəyyən mənada rus folklorunda