114
R.S.Səfərəliyeva
“drujina” anlayışına uyğun gəlir. Dəstə üzvlərini ortaq
mənəvi dəyərlər və məqsəd
birləşdirir. Dəstə üzvi qəhrəmanın köməkçisi kimi çıxış edir.
Qaçaq Nəbinin və Qaçaq Kərəmin dəstə üzvləri özlərini Koroğlu dəlilərinə
bənzədirlər.
Ədəbiyyat
1.
Hacıyeva M. Ədəbi mülahizəlr. Bakı:Azərnəşr, 2007, 240 s.
2.
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992
3.
Rüstəmzadə R. El qəhrəmanları xalq ədəbiyyatında. Bakı. 1984
4.
Сидорова Е.Н. Исторические песни // Русское народное творчество.- М. :
Высшая школа, 1966
5.
Yeddi dastan. Bakı: Azərnəşr, 1989
6.
Abbasov İ. Yeni dastanlar // Azərbaycan dastanları. 5 cilddə. V c. (tərtib edəno Ə.
Axundov). Bakı: Elm, 1972
7.
Sadıq İ. Azərbaycan “Koroğlu” eposu. I kitab. Bakı: Elm və təhsil. 2015. 248 s
8.
Nəbiyev A. Qaçaq dastanları // Azərbaycan ədəbiyyat tarixi. I cild. s. 675- 686
9.
Nərimanoğlu H. Azərbaycan xalqının ən çox sevdiyi vəsf,
fəxr etdiyi qəhrəmanlar
Qaçaq Nəbi, Qocaq Həcər // Behcət B. Qaçaq Nəbinin tarixi. Bakı: “Çıraq”, 2011, s.
284- 292
10.
Koroğlu nəvələri (toplayan R. Rüstəmzadə). Bakı, 1967
QACHAQ AS A HERO OF NEW AGE
R.S.Safaraliyeva
SUMMARY
Rebel legends of the XIX century Azerbaijan play a great role in native epos. The
legends about “Gachag Nabi” , “Gachag Karam” , “Gachag Tanrıverdi” are widespread
legends in Azerbaijani narrative literature. The heroes of these legends are not only
moral leaders, they are also the
real historic persons
ГАЧАК ТИП ГЕРОЯ НОВОГО ВРЕМЕНИ
Р.С.Сафаралиева
РЕЗЮМЕ
Гачакские сказания ХIX века сыграли большую роль в формировании
народного эпоса. “Гачак Наби”, “Гачак Керем”, “Гачак Танрыверди” популярные
сказания азербайджанского народа. Они не только эпические герои, но и реальные
исторические личности.
115
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2016 - № 45
SƏNAYEDƏ İSTEHSAL RESURSLARINDAN
İSTIFADƏNİN İQTİSADİ SƏMƏRƏLİLİYİ
Ş.N.Şahbazlı
Azərbaycan Texniki Universiteti
Bakı, Hüseyn Cavid prospekti 25
e-mail: samirtmt@mail.ru
Açar sözlər: sənaye, istehsal resursları,
iqtisadi effektivlik
Key words: industry, productive resources, economic efficiency
Ключевые слова: промышленность, производственные ресурсы, экономическая
эффективность
Sənaye iqtisadiyyatın mürəkkəb sahəsi kimi cəmiyyətin müxtəlif tərəflərinin
inkişafını tələb edir və bu inkişaf səviyyəsindən asılı olaraq da onun rəqabət qabiliyyəti
formalaşır. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının milli
iqtisadiyyatının yüksəldilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilk
növbədə sənaye sahəsində istehsal resurslarından səmərəli
və məqsədəuyğun istifadə
edilməsindən, həmçinin həmin sahə üzrə qanunlara, normativ aktlara riayət
olumasından, istehsal resurslarının uçotunu apararkən qəbul edilmiş milli və beynəlxalq
standartların tətbiq edilməsindən asılıdır. İqtisadi kateqoriya olan
resurslar müəssisənin
iqtisadi marağının məzmunu və istiqamətinə uyğun olaraq onun potensiallarının
mənimsənilməsi inkişafı ilə əlaqədar olan iqtisadi münasibətlərdə özünü göstərir.
İstehsal resursları anlayışı ilə yanaşı iqtisadi nəzəriyyədə istehsal amilləri anlayışı
da işlədilir. Belə isə onların fərqi nədədir?
İstehsal resursları istehsala cəlb oluna bilən təbii və sosial qüvvələrdir. Bu halda
istehsal amilləri istehsal prosesinə artıq real surətdə cəlb olunan resursları ifadə edən
iqtisadi kateqoriyadır.
Beləliklə, istehsal resursları anlayışı istehsal amilləri anlayışından daha genişdir.
Başqa sözlə istehsal amilləri törəmə resurslardır. Resurslardan fərqli olaraq, istehsal
amilləri yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. Ona görə də istehsal həmişə onun
amillərinin qarşılıqlı fəaliyyət birliyidir [6].
İqtisadi mahiyyətinə görə resurslar – maddiləşmiş əmək xərcləri üzrə və canlı
əmək xərcləri üzrə ola bilər. Birinci qrup resurslara maddi xərclərin azaldılması və əsas
fondların aşınma xərclərinin azaldılması üzrə olan resurslar daxildir. İkinci qrup
resurslara isə əmək xərclərinin azaldılması üzrə olan resurslar daxildir.
Maddi xərclərin azaldılması üzrə olan resurslar öz növbəsində xammalların və
materialların, yanacaq və enerjinin, vahid məhsula bilavasitə çəkilən
xərclərin
azaldılması istiqamətində olurlar.
Daxili resursların təyinatı və funksiyasına görə resurslar məhsulun maya dəyərinin
aşağı salınması, istehsal həcminin artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi
üzrə ola bilər [4, s.13].
İstehsal resursları - əmtəələr, xidmətlər və başqa dəyərlərin yaradılması
prosesində istifadə oluna bilən təbii, sosial və mənəvi qüvvələrin məcmusudur. İstehsal
resurslarının iqtisadi nəzəriyyədə dörd qrupa bölgüsü qəbul edilmişdir [1, s.285]:
•
Təbii resurslar - istehsala tətbiq etmək üçün yararlı olan
potensial təbii
qüvvələrdir. Bunlar isə “tükənən və tükənməyən”, başqa sözlə “bərpa olunan və bərpa
olunmayan” resurslar şəklində özünü göstərir. Təbii resursların zənginliyi, onların
•