Həmçinin 2004 – cü il geniş miqyaslı korporativ alətlərin buraxılmasının başlanğıc ili oldu.
Belə ki, bank institutları borc qiymətli kağızlarının buraxılışına başladılar ki, bu da çox
keçmədən populyarlaşdı. Hazırda korporativ borc alətlərinin bazar dəyəri 60 milyard
manatdan artıqdır.
Son illərdə həmçinin İPO – ların miqdarında da özəl sektor tərəfindən artım olmuşdur.
Bunun nəticəsi olaraq qiymətli kağızlar bazarda özəl korporativ sektorun payı artdı.
Hazırda özəl korporativ sektor bazarda olan qiymətli kağızların dəyərinin 40 faizinə, dövlət
isə qalan 60 faizinə sahibdir.
Belə görünür ki, qiymətli kağızlar bazarının yaxşı fəaliyyət göstərməsi üçün lazım olan
əsas elementlər artıq mövcuddur. Gözlənilir ki, qiymətli kağızlar bazarı xarici kapital
axınını ölkəyə cəlb edəcək olan əsas mühərriklərdən birinə çevriləcəkdir. Azərbaycanın
Bakı – Tbilisi – Ceyhan boru xətti, Bakı – Tbilisi – Ərzurum qaz xətti, Şimal cənub xətti,
Böyük İpək Yolunun bərpası, Cənun Qafqaz neft kəmərinin tikintisi kimi regional meqa
layihələri icra etdikcə bunun əhəmiyyəti daha da artacaq.
1.5 Ö
DƏNIŞ SISTEMLƏRINDƏ ƏSAS MEYYLƏR
Azərbaycanda ödəniş sistemləri böyük miqdarda ödənişlər üçün kredit köçürmələri və əsasən
kredit köçürmələri və pərakəndə əməliyyatlar üçün nağd pulun istifadəsi ilə xarakterizə edilir.
İndiyədək nə banklararası, nə də bankdaxili səviyyədə çeklər və birbaşa debetlər kimi debet
ödəniş alətləri geniş istifadə edilmir. Yeni manat ölkədə olan yeganə hüquqi ödəniş vasitəsidir.
Qanuna görə rezidentlər tərəfindən Azərbaycanda həyata keçirilən bütün ödənişlər yeni
manatla olmalıdır.
Azərbaycanda iki əsas ödəmə sistemi mövcuddur: Böyük və yüksək prioritetli ödənişlər üçün
Azərbaycan Banklararası Ödəniş Sistemi (AZİPS) və Az miqdarda olan ödənişlər üçün Xırda
ödənişlərin hesablaşma Klirinq Sistemi (XÖHKS). Hər ikisi Milli Bank tərəfindən idarə edilir və
yalnız yeni manatla həyata keçirilir.
AZİPS real vaxt hesablaşma sistemi (RTGS) olub iştirakçıların Milli Bankda olan hesabları
arasında vəsaitlərin elektron köçürülməsini həyata keçirir. Bu ödəniş sistemində 43 iştirakçı var.
Əgər ödəməni həyata keçirmək üçün lazımi qədər vəsait varsa AZİPS real vaxt əsasında yeni
manatla hesablaşmanı təmin edir. Əgər lazımi qədər vəsait yoxdursa o zaman əməliyyat
avtomatik olaraq gözləmə növbəsinə göndərilir və orada ödəmə üçün lazım olan miqdarda
vəsait daxil olana qədər gözləyir. Milli Bank qeyri - likvidliyi qənaətbəxş olan iştirakçıları günlük
və gecəlik (overnayt) pulsuz güzəştli kreditlərlə təmin edir. Bu proses avtomatlaşdırılmadığına
görə iştirakçılar kreditin ayrılması üçün Bazar əməliyyatları departamenti ilə əlaqə
saxlamalıdırlar. İştirakçılara gün ərzində ehtiyat tələblərindən istifadə etməyə icazə verilir.
Ehtiyat tələbi hazırda bankın həm yerli, həm də xarici valyutada 1 il və ya az müddətli
öhdəliklərinin 10 faizi həcmindədir. 2005 – ci ildə AZİPS sistemində ümumilikdə 14,7 milyard
ABŞ dolları həcmində 316,061 ödəniş həyata keçirilmişdir.
Paket prosesinqi XÖHKS – ün əsas tərəfidir. Ödənişlər eyni gündə iki sessiya müddətində saat
9:15 dən 13:35 - ə qədər və 13:35 – dən 15:05 - ə qədər həyata keçirilir. Əgər XÖHKS alt
hesabında lazımi qədər vəsait varsa paket hesablaşması ümumi əsasda aparılır. Bu məqsədlə,
iştirakçılar ilk olaraq AZİPS – dən vəsait köçürməklə özlərinin XÖHKS hesablarına vəsait
yerləşdirməlidirlər. Əgər lazımi qədər vəsait yoxdursa o zaman əməliyyat avtomatik olaraq
gözləmə növbəsinə göndərilir və orada ödəmə üçün lazım olan miqdarda vəsait daxil olana
qədər gözləyir. Günün sonunda bu növbə ləğv edilir və XÖHKS alt hesabında qalan vəsait
15
geriyə əsas AZİPS hesabına köçürülür. 2005 – ci ildə XÖHKS vasitəsilə 1,319 milyon ABŞ
dolları dəyərində 754,490 ödəmə həyata keçirilib.
Digər nağdsız ödəniş alətlərinə gəldikdə isə ödəniş kartı yavaş yavaş inkişaf etməkdədir ki,
bu da özünü xüsusən son illərdə biruzə verir. Dövriyyədə olan kartların əksəriyyəti (85 faiz)
debet kartlarıdır və bunlar da bankomatlardan pul çıxarmaq üçün istifadə edilməkdədir. Çox
az miqdarda isə POS terminallarda əməliyyatlar aparılır. Ölkədə əsas iki ödəniş kartı
operatorları var: Beynəlxalq banka məxsus olan və indiyədək bazarda əsas hissəni tutan
Azərikard və Milli Bankın sponsoru olduğu Millikart.
Hazırda SWIFT – ə 40 kommersiya bankı qoşulub. Köçürmələr, xüsusən də beynəlxalq
ödənişlər Azərbaycan üçün çox önəmlidir. Bu əsasən Rusiyadan pul göndərilən şəxslər üçün
vacibdir. Çünki bu ödəmələrin ÜDM – da öz payları var.
Azərbaycanda banklar kiçik əhali mərkəzlərinə xidmət göstərmir. Buna görə də əsas
şəhərlərdən kənarda maliyyə xidmətlərinə çıxış geniş yayılmayıb.
Azərbaycanda belə
ərazilərdə bəzi əsas maliyyə xidmətləri Bakıdan kənarda 1,200 – dən çox şöbəsi olan Azərpoçt
tərəfindən göstərilir. Pərakəndə ödəniş sahəsində uyğun iştirakçıya çevrilməsi üçün hökumət
Azərpoçtun infrastrukturunu modernləşdirmək, onu lazımi vasitələrlə təmin etmək üçün yeni bir
layihə həyata keçirməyə başlayıb. .
Milli Bank Azərbaycanda 2005 – 2007 – ci illərdə Milli Ödəniş Sisteminin inkişaf etdirilməsi
üçün Dövlət Proqramı hazırlayıb, Nazirlər Kabinetinə təqdim edib. Proqram, prezidentin 9
dekabr 2004 – cü il tarixli sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının prinsipial hədəfləri
bunlardır: i) Hər bir sahədə, geniş əhali kütləsi və bütün biznes müəssisələri tərəfindən
elektron ödəniş sistemlərinin geniş istifadəsinin təmin edilməsi; ii) inzibati sərhədləri nəzərə
almadan ölkə daxilində bütün ölkəni əhatə edən vahid electron ödəniş sahəsinin
yaradılması; iii) Hüquqi müəssisələrin və fərdlərin maliyyə xidmətlərinə çıxışının və bank
sisteminin biznes müəssisələrinə və digər təsərrüfatlara çıxışının artırılması və inkişaf
etdirilməsi; iv) Dövriyyədəki nağd vəsaitin nağdsız vəsaitlə əvəz edilməsi və belə resursların
bank sistemi daxilində toplanması ilə onların ölkənin iqtisadiyyatının inkişafına investisiya
kimi qoyulması üçün mühitin yaradılması..
Kommunal ödənişlər (elektrik, qaz, su, telefon və s.) kimi vergi və gömrük ödəmələrinin də
ödəniş sistemlərinin milli infrastrukturuna daxil edilməsi ilə bağlı texnoloji inteqrasıya üçün bir
layihə var. Bu layihədə informasiyaya çıxış imkanı verən və bütün kommunal ödəmələrin
bütün kommersiya banklarından, Azərpoçtdan, bankomatlardan və internet vasitəsilə
ödənilməsini mümkün edən vahid verilənlər bazasının yaradılması nəzərdə tutulur.
Hesablaşma XÖHKS – də həyata keçiriləcək.
Nəzarət funksiyasının inkişaf etdirilməsi də Milli Bank üçün qısamüddətli prioritetdir.
Milli Bank və beynəlxalq ekspertlər qrupu ödəniş sistemlərinin
öyrənilməsini yenicə
başa çatdırmışlar və hazırda Milli Bankda yeni nəzarət formalarının həyata keçirilməsi
üzərində işləyirlər.
1.6 Qİ
YMƏTLI KAĞIZLAR ÜZRƏ KLIRINQ VƏ HESABLAŞMA SISTEMLƏRINDƏ ƏSAS MEYYLƏR
Qİymətli kağızlar bazarı özünün ilkin mərhələsindədir. Ən uyğun alətlər Maliyyə Nazirliyi
tərəfindən buraxılan xəzinə vekselləri və Milli Bankın notlarıdır. Buna baxmayaraq xəzinə
veksellərinin əksəriyyəti Maliyyə Nazirliyi tərəfindən ödənilib və yaxın gələcəkdə yalnız bəzi
buraxılışlar gözlənilir. QKDK – si qiymətli kağızlar bazarının tənzimləyicisidir.
16