The world bank


  Ödəniş xidmətləri göstərən digər təşkilatlar



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix17.09.2018
ölçüsü1 Mb.
#69024
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

2.2.2  Ödəniş xidmətləri göstərən digər təşkilatlar  

 

2.2.2.1 AzərPoçt 

 

Azərpoçt Rabitə  və informasiya Texnologiyaları Nazirliyi tərəfindən idarə edilən dövlət 



müəssisəsidir. Onun ölkə üzrə 1,200 şöbəsi var. Azərpoçtun bir çox şöbələri poçt və ödəniş 

xidmətləri göstərir; təxminən 100 şöbə isə  məhdud xidmətlər göstərən “bir nəfərlik” 

agentliklərdir.  

 

Hazırda Azərpoçt  ənənəvi poçt xidmətləri və bağlama çatdırılmasından başqa  əlavə 



xidmətlər də təklif edir ki, bunlara da aşağıdakılar daxildir:  

 

•  Daxili və beynəlxalq pul köçürmələri: “Money Gram” məhsulu təqdim edildikdən 



sonra son 18 ayda ödəmələr və pul köçürmələrinin həm həcmi, həm də  dəyəri 

əhəmiyyətli dərəcədə artmışdır. Pul köçürmələri üçün, Azərpoçt fiber optik xəttlərin, 

yerüstü rabitə  xəttlərinin, maşınlar və insanların rabitə avadanlıqlarının 

kombinasiyasını  tətbiq edərək öz bazarında poçt və maliyyə xidmətlərini sürətlə, 

təhlükəsiz və vaxtında yerinə yetirir.    

• Azərpoçt Aztelekom şirkətinin, elektrik, qaz, su və digər kommunal şirkətlərin 

istifadəçilərindən aylıq olaraq ənənəvi billinq və ödənişlərin qəbulu ilə bağlı xidmətlər 

təmin edir. Bu xidmətlər belə ödənişlərin dəstəklənməsi üçün qarşılıqlı  əlaqəyə 

ehtiyac olmayan rayonlarda göstərilmir.   

•  Müavinətlər, Sosial ödəmələr və hökumət orqanları üçün digər ödəmələr. Azərpoçt 

həmçinin Pensiya Fondu tərəfindən müəyyənləşdirilmiş şəxslərə aylıq müavinətlərin, 

sosial müdafiə ödəmələrinin və digər ödəmələrin çatdırılmasını  təmin edir.  Bu 

həmçinin digər müəssisələr üçün yol polisi tərəfindən yazılan cərimələrin və / və ya 

vergi ödəmələrinin toplanması kimi xidmətlər təmin edir.  

 

2.2.2.2 AzərKard 

 

Azərikard sistemi ölkənin  ən böyük prosessinq mərkəzi olub, Azərbaycanda və xaricdə 29 



banka xidmət edir. Bu Azərbaycan Beynəlxalq Bankının qız müəssisəsi olan Azəricard ltd. 

tərəfindən idarə edilir və Visa, MasterCard və American Express tərəfindən tam şəkildə 

sertifikatlaşdırılıb.  Şirkət kartların hazırlanması  və kodlaşdırılması ilə  əlaqəli, həmçinin kart 

ödəmə əməliyyatları üçün səlahiyyətvermə və kliring mərkəzi kimi xidmətlər təklif edir. Uyğun 

kart təşkilatı vasitəsilə, müxbir hesablarla beynəlxalq əməliyyatlar üçün hesablaşmalara nail 

olunmuşdur.  Daxili əməliyyatlar üçün hesablaşmalar Milli Bank vasitəsilə həyata keçirilir.  

 

Azərikardın  şəbəkəsi təxminən 867 bankomatdan və 1,140 EFTPOS terminaldan 



ibarətdir. Son üç il ərzində Azərikard bankomat və internet bankçılığı vasitəsilə 

kommunal ödənişlərin toplanması ilə bağlı bir neçə layihə ortaya qoymuşdur. Həmçinin 

icra üçün hazır olan mobil telefon bankçılığı ilə əlaqəli bir layihə də var. 

 

 Son olaraq, Azərikard  2004 – cü ildə müavinətçilər üçün 400,000 – dən çox kart hazırlayıb.   



 

2.2.2.3 Millikart 

 

Millikart ölkədəki ikinci prosessinq mərkəzi olub, 2004 – cü ilin sonunda Milli Bank 



tərəfindən yaradılmışdır. Mərkəz 2005 – ci ilin mart ayından fəaliyyət göstərməyə 

başlamışdır. Hazırda onun kiçik şəbəkəsinə 50 bankomat və 9 üzv bank daxildir. 

 

 

2.3 M



ALIYYƏ 

İ

NSTITUTLARININ 

R

OLU

:

 

Q

IYMƏTLI KAĞIZLAR 

 

 

2.3.1 Qiymətli kağızlar bazarının iştirakçıları 

  22



Qanunda qiymətli kağızlar bazarı daxilində  aşağıdakı yeddi fərqli professional rol təsbit 

edilib:  

 

•  Emitentlər: Emitentlər özəl və dövlət sektoru korporasiyaları, hökumətlər və ya qiymətli 



kağızların təklifinin satılması üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 

qeydiyyat tələblərinə cavab verən özəl şirkətlər ola bilər.  

 

•  Brokerlər – Dilerlər: Qanuna görə yalnız broker – dilerlər Bakı Fond Birjasında iştirak edə 



bilərlər. Hazırda QKK tərəfindən lisenziyalaşdırılan 12 belə şirkət mövcuddur. Kommersiya 

bankları broker – diler kimi fəaliyyət göstərə bilməzlər. Broker – dilerlər öz müştəriləri 

adından nümayəndə kimi fəaliyyət göstərə  və qiymətli kağızlar depozitarisində qiymətli 

kağız saxlaya bilməzlər. Onun görə  də, Milli Depozitari Mərkəzinin (MDM) hesablar 

sistemində son benefisiarın müəyyən edildiyi yalnız bir səviyyə var. Hazırda ayrı-ayrı 

şəxslərə məxsus 97,000 və firmalara məxsus 281– dən artıq qiymətli kağızlar hesabı var.     



 

•  Depositarilər: Azərbaycanda üç lisenziyalı qiymətli kağızlar depozitarisi var. Bunların ən 

böyüyü QKDK – yə məxsus olan mənfəət məqsədi olmayan MDM – dir. MDM həmçinin 

Azərbaycanda olan iki rəsmi qiymətli kağızlar qeydiyyatı orqanından biridir. Bir istisna ilə 

MDM özəl sector tərəfindən buraxılan bütün qiymətli kağızları saxlayır. Hər bir maraqlı 

investor hesab aça bilər. Bununla belə, baxmayaraq ki, fond birjasındakı  əməliyyatlar 

brokerlər vasitəsilə  həyata keçirilməlidirlər, MDM həm son alıcı, həm də satıcıdan 

ticarətin icra edilməli olması ilə bağlı yazılı təsdiq qəbul etməyənə qədər heç bir qiymətli 

kağız köçürməsini həyata keçirmir. Bakı Fond Birjası (BFB) xəzinə vekselləri və Milli 

Bankın banknotları üçün mərkəzi depozitari kimi çıxış edir. Depozitari BFB – nın ayrıca 

bir filialı deyil, onun ayrılmaz hissəsidir. Ona görə  də, Mərkəzi Qiymətli Kağızlar 

Depozitarisinin fəaliyyəti üçün qərar verilməsi BFB – nın eyni sahiblik quruluşuna 

əsaslanır. BFB – nın ümumilikdə 18 səhmdarı var və  səhmlər onlar arasında bərabər 

bölüşdürülüb.  Əsas payçılar böyük yerli banklar, broker şirkətləri və  İstanbul Fond 

Birjasıdır. Sistemdə  iştirak kriteriyası kimi, prinsipcə  hər bir şəxs və firma burada onun 

adından hesab açılmasını  tələb edə bilər. Praktikada, xəzinə vekselləri və Milli Bankın 

banknotları üçün bazar demek olar ki, ekskluziv olaraq maliyyə institutları üçün topdan 

satış bazarıdır. Üçüncü lisenziyalı depozitari isə hazırda yalnız Azərbaycan Beynəlxalq 

Bankının bir filialının buraxdığı qiymətli kağızları saxlayan özəl institutdur. Bununla 

əlaqəli demək yerinə düşər ki, 20 – dən az səhmdarı olan korporasiyalara öz qiymətli 

kağızlarının depozitarisi funksiyasını yerinə yetirməyə icazə verilir. Qiymətli kağızların 

depozitariləri Azərbaycanda özünü tənzimləyən təşkilatlarda nəzərdə tutulub. QKDK-si 

Depozitari fəaliyyətlərini lisenziyalaşdırır və onlara nəzarət edilir.  

 

•  Qeydiyyat orqanları: QKDK-si qiymətli kağızların birinci dərəcəli qeydiyyat orqanıdır. 

MDM-ı 20 – dən artıq səhmdarı olan bütün səhmdar şirkətlərin qeydiyyatını saxlayır.  

 

Hərracların iştirakçıları o şirkətlər və  şəxslərdilər ki, onların broker və / və ya diler kimi 



fəaliyyət göstərməyə lisenziyaları var və onlar fond birjasının üzvləridirlər. Onlar sifarişlərini 

élan etməlidirlər və işlərini fond birjasının qaydalarına uyğun qurmalıdırlar. 

 

Yalnız səlahiyyətli ticarətçilər fond birjasındakı  hərracda öz adlarından və ya öz şirkətləri 



adından sifariş verə və müqavilə bağlaya bilərlər. Səlahiyyətli ticarətçilər fond birjasının üzvü 

olmalıdırlar və QKDK – nin lisenziyasına sahib olmalıdırlar. 

 

2.3.2 Birjalar 

 

2.3.2.1 Bakı Fond Birjası (BFB) 



 

  23



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə