Ticarət Gəmiçiliyi Məcəlləsi
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən
münasibətlər
1.1. Bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və
məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir.
1.2. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan
Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir.
1.3. Ticarət gəmiçiliyindən yaranan və bu Məcəllə ilə tənzimlənməyən
və ya tam
tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan Respublikasının mülki
qanunvericiliyinin müddəaları tətbiq edilir.
Maddə 2. Ticarət gəmiçiliyi Məcəlləsində əsas anlayışlar
2.1. Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı
fəaliyyət növləri nəzərdə tutulur:
2.1.1. yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin
daşınması;
2.1.2. su bioloji ehtiyatlarının ovu:
2.1.3. gəmilərin dəniz bələdçisi ilə keçirilməsi;
2.1.4. dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı;
2.1.5. yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları;
2.1.6. dənizdə batmış əmlakın qaldırılması;
2.1.7. dəniz mühitinin qorunması və saxlanması;
2.1.8. digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə.
2.2. Gəmi — özühərəkətedən və ya özühərəkətetməyən, ticarət
gəmiçiliyi məqsədləri
üçün istifadə olunan üzən qurğu.
2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni
əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz adından istismar edən şəxs.
2.4. Dəniz limanı — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi
məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklər ilə
əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən
digər xidmətlərin
göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi.
2.5. Liman hakimiyyət orqanları —
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən onların
üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər səlahiyyətləri həyata keçirən dəniz
limanlarının müvafiq orqanları.
2.6. Gəminin tutumu — gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun
olaraq gəminin müəyyən edilən ümumi tutumu.
2.7. Hesablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi
borcalmanın xüsusi hüququ vahidi.
2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma
və dəniz yedəkləməsi.
2.9. Bayraq nəzarəti — Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində qeydiyyata
alınmış və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin
yoxlanılması və sertifikatlaşdırılması, eləcə də təhlükəsizliyə və ətraf mühitin
mühafizəsinə dair sənədlərin onlara verilməsi sahəsində dövlət nəzarəti.
2.10. Liman nəzarəti — Azərbaycan Respublikasının limanlarına daxil olan və ya
limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının
beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti. (
7
)
Maddə 3. Bu Məcəllədə müəyyən edilmiş qaydaların tətbiq dairəsi
3.1. Bu Məcəllənin qaydaları aşağıdakılara şamil edilir:
3.1.1. dəniz gəmilərinə — onların həm dəniz yolları, həm də daxili su yolları ilə
hərəkət etdiyi zaman, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilədə və ya qanunda başqa hal müəyyən olunmamışdırsa;
3.1.2. daxili sularda üzən gəmilərə, habelə "çay-dəniz" tipli gəmilərinə — xarici
dəniz limanlarına daxil olmaqla yük, sərnişin və onların baqajının daşınmasını
dəniz yolları, habelə daxili su yolları
ilə icra etdikdə, xilasetmə əməliyyatını
həyata keçirdikdə və dəniz gəmisi ilə toqquşduqda.
3.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar, birbaşa bu Məcəllədə nəzərdə tutulan
hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi gəmilərə və dövlət
mülkiyyətində
olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət
xidməti üçün istifadə edilən gəmilərə, habelə dövlət mülkiyyətində olan qeyri-
kommersiya yüklərinə şamil edilmir.
Maddə 4. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi
4.1. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
4.2. Bu Məcəlləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq,
müvafiq icra hakimiyyəti orqanı
öz səlahiyyəti hüdudlarında
ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən
normativ hüquqi aktlar qəbul
edir.
4.3. Dəniz yollarının naviqasiya-hidroqrafik təminatını
müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.
Maddə 5. Ticarət gəmiçiliyinə dövlət nəzarəti
5.1. Azərbaycan Respublikasında ticarət gəmiçiliyinə dövlət nəzarətini
müvafiq icra
hakimiyyəti orqanı
həyata keçirir.
5.2.
Müvafiq icra hakimiyyəti orqanı
dövlət nəzarətini aşağıdakı istiqamətlərdə həyata
keçirir:
5.2.1. ticarət gəmiçiliyinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və ticarət gəmiçiliyi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə riayət olunmasına;
5.2.2. gəmilərin təhlükəsiz hərəkətinin idarəetmə sisteminə;
5.2.3. dəniz yollarının və dəniz yollarında qurulmuş
texniki naviqasiya
vasitələrinin vəziyyətinə;
5.2.4. gəmilərin dövlət qeydiyyatına və gəmilərə olan hüquqlara;
5.2.5. dəniz bələdçi xidmətinə və dəniz limanlarında gəmilərin hərəkətini
idarəetmə sisteminə;
5.2.6. xilasetmə xidmətinə və onun digər xilasetmə xidmətləri ilə qarşılıqlı
fəaliyyətinə;
5.2.7. dəniz mühitinin mühafizəsinə.
Maddə 5-1. Ticarət gəmiçiliyi sahəsində lisenziyalaşdırma
5-1.1. Ticarət gəmiçiliyi sahəsində aşağıdakı fəaliyyət növləri xüsusi razılıq (lisenziya)
əsasında həyata keçirilir:
5-1.1.1. su nəqliyyatı ilə yük daşınması;
5-1.1.2. su nəqliyyatı ilə sərnişin daşınması. (
7
)
Maddə 6. Hesablaşma vahidi
6.1. Bu Məcəllənin 132, 148, 253.1, 262.1 və 280-ci maddələrində göstərilən məbləğlərin
manatla ifadə olunma borcalmanın xüsusi hüququ vahidində manatın
dəyərinə müvafiq
olaraq aşağıdakı müddəalar nəzərə alınmaqla həyata keçirilir:
6.1.1. bu Məcəllənin 132 və 148-ci maddələrində göstərilən məbləğlərin —
məhkəmə və ya münsiflər məhkəməsi qərarının çıxarıldığı və ya tərəflərin
razılaşması əsasında təyin edilmiş tarixə;