62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq
şəhadətnamələri, onların verilməsinin təsdiqnamələrini, dənizçinin şəxsiyyət
sənədini və dənizçi kitabçalarını vermək;
62.1.5. gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə
tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək;
62.1.6. dənizdə bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə
rəhbərlik və nəzarəti həyata keçirmək;
62.1.7. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat,
hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;
62.1.8. dənizdə baş vermiş qəzaları qeydə almaq və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada araşdırmaq.
62.2. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-
intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir:
62.2.1. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək;
62.2.2. gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq
şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini
yoxlamaq;
62.2.3. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının
tələblərinə əməl olunmasına nəzarət;
62.2.4. müvafiq gəmi jurnallarının yoxlanılması. (
1
,
7
)
Maddə 63. Gəmilərə nəzarət
63.1. Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas göstəricilərinin gəmi sənədlərinə
uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini və ticarət
gəmiçiliyi sahəsində beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsini
yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.
63.2. Gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin
tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər əsas olduqda,
habelə gəminin
istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, müvafiq icra
hakimiyyəti orqanı gəmini yoxlaya bilər..
63.3. Gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən
çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi ilə
müvafiq icra hakimiyyəti
orqanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər.
63.4. Azərbaycan Respublikasının dəniz limanlarına daxil olan, xarici bayraqlar altında
üzən gəmilərin son üç təqvim ili ərzində hesablanmış orta illik sayının ən azı iyirmi beş
faizi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq nəzarət
yoxlamasından keçirilməlidir.
63.5. Gəminin təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq
müddət keçdikdə qaz və kimyəvi maddələr daşıyan tankerlər, 12 ildən artıq müddət
keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən artıq müddət keçdikdə sərnişin gəmiləri,
eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində
göstərilmiş inşa tarixindən 15 ildən artıq müddət keçdikdə neft tankerləri bu Məcəllənin
63.4-cü maddəsində qeyd edilən əsasnamədə nəzərdə tutulmuş qaydada geniş nəzarət
yoxlamasından keçirilməlidirlər. (
7
)
Maddə 64. Gəmilərin dəniz limanından çıxmasına icazənin verilməsi
64.1. Hər bir gəmi dəniz limanından çıxmazdan əvvəl dəniz limanı kapitanının dəniz
limanından çıxmağa icazəsini almalıdır. Dəniz limanı kapitanının aşağıdakı hallarda
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla gəmiyə limandan çıxmağa icazə
verməkdən imtina etmək hüququ vardır:
64.1.1. gəmi üzgüçülüyə yararlı olmadıqda;
64.1.2. gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin
komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların
həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq
təhlükəsi yarada biləcək digər çatışmazlıqları olduqda;
64.1.3. gəmi sənədlərinə olan tələblər pozulduqda;
64.1.4. sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük,
sərhəd və digər
səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;
64.1.5. müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz
limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq edilmiş sanksiyaların
məbləğləri ödənilmədikdə;
64.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda.
64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş
hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranan xərcləri gəmi sahibi ödəyir. (
7
)
Maddə 65. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam
qaydalarının pozulmasına görə məsuliyyət
Dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq
inzibati tənbehlər tətbiq edilir. (
1
)
VI fəsil. Dəniz bələdçiləri
Maddə 66. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məqsədləri
Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz
limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasını
təmin etmək məqsədi ilə gəmilər dəniz bələdçiləri ilə keçirilir.
Maddə 67. Dəniz bələdçisi
67.1. Dəniz bələdçisi Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq olunan dəniz bələdçisi xidməti haqqında Əsasnamədə müəyyən edilmiş
tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşıdır.
67.2. Gəmiləri dəniz bələdçisi ilə keçirilməsinə hüququn olması haqqında sertifikat
(şəhadətnamə) dəniz bələdçilərinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. (
1
)
67.3. Dəniz bələdçi
xidmətinə dövlət nəzarətini
müvafiq icra hakimiyyəti orqanı
həyata
keçirir.
Maddə 68. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan
rayonlarının müəyyənləşdirilməsi
Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarını
müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir və belə rayonlar dəniz limanının məcburi
qaydaları, losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır.
Maddə 69. Gəmilərin məcburi keçirilməsi
69.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin məcburi rayonlarında azad edilən
gəmilər kateqoriyasına aid olduğu və ya
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş qaydada gəmi kapitanına dəniz bələdçisiz üzmək hüququ verildiyi
hallar
istisna olmaqla, gəmilərin dəniz bələdçisi ilə keçirilməsini məcburi rayonlarında
gəmi kapitanının dəniz, bələdçisiz üzmək hüququ yoxdur.
69.2. Dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyindən azad edilən gəmilərin
kateqoriyalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və dəniz limanının
məcburi qərarlarında hamının nəzərinə çatdırılır.
69.3. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsi qaydasını
müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir. (
1
)
Maddə 70. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi olmaması
70.1. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan
rayonlarda gəmi kapitanı zəruri hallarda gəmiyə dəniz bələdçisi götürə bilər.
70.2. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan
rayonlarda dəniz limanı kapitanı aşağıdakı hallarda gəmilərin məcburi olaraq dəniz
bələdçisi ilə keçirilməsini müəyyən edə bilər:
70.2.1. gəmi və ya onunla daşınan yük dəniz mühitinə zərər vurmaq təhlükəsini
yaratdıqda. Belə gəmilərin kateqoriyaları dəniz limanının məcburi qaydaları,
losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır;
70.2.2.
gəmilərin gövdəsində, mexanizm və ya avadanlığında onların limanda
təhlükəsiz üzmələrinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi zədələr
olduqda. Belə halda gəmi kapitanına gəminin dəniz bələdçisi ilə hərəkət etməli
olduğu barədə bildiriş təqdim edilir.