Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

62.1.4. gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq 
şəhadətnamələri, onların verilməsinin təsdiqnamələrini, dənizçinin şəxsiyyət 
sənədini və dənizçi kitabçalarını vermək; 
62.1.5. gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə 
tələblərə əməl edilməsinə nəzarəti həyata keçirmək; 
62.1.6. dənizdə bələdçi xidmətinə və gəmilərin hərəkətini tənzimləyən xidmətlərə 
rəhbərlik və nəzarəti həyata keçirmək; 
62.1.7. dənizdə batmış əmlakın qaldırılmasına, habelə limanda inşaat, 
hidrotexniki və digər işlərin görülməsinə icazə vermək
62.1.8. dənizdə baş vermiş qəzaları qeydə almaq və müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada araşdırmaq. 
62.2. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-
intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir: 
62.2.1. gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək; 
62.2.2. gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq 
şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini 
yoxlamaq; 
62.2.3. gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının 
tələblərinə əməl olunmasına nəzarət; 
62.2.4. müvafiq gəmi jurnallarının yoxlanılması. (
1

7

Maddə 63. Gəmilərə nəzarət  
63.1. Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas göstəricilərinin gəmi sənədlərinə 
uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini və ticarət 
gəmiçiliyi sahəsində beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsini 
yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə nəzarəti müvafiq icra hakimiyyəti orqanı 
həyata keçirir. 
63.2. Gəmi sənədləri olmadıqda və ya gəminin dəniz üzgüçülüyü təhlükəsizliyinin 
tələblərinə cavab vermədiyini güman etməyə kifayət qədər əsas olduqda, habelə gəminin 
istismarı insan həyatına və ya ətraf mühitə real təhlükə yaratdığı təqdirdə, müvafiq icra 
hakimiyyəti orqanı gəmini yoxlaya bilər.
63.3. Gəminin dəniz limanından çıxması üçün icazənin verilməsinə maneə törədən 
çatışmazlıqların aradan qaldırılmasını yoxlamaq məqsədi ilə müvafiq icra hakimiyyəti 
orqanı gəminin nəzarət yoxlanmasını həyata keçirə bilər. 
63.4. Azərbaycan Respublikasının dəniz limanlarına daxil olan, xarici bayraqlar altında 
üzən gəmilərin son üç təqvim ili ərzində hesablanmış orta illik sayının ən azı iyirmi beş 
faizi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq nəzarət 
yoxlamasından keçirilməlidir. 


63.5. Gəminin təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq 
müddət keçdikdə qaz və kimyəvi maddələr daşıyan tankerlər, 12 ildən artıq müddət 
keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən artıq müddət keçdikdə sərnişin gəmiləri, 
eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində 
göstərilmiş inşa tarixindən 15 ildən artıq müddət keçdikdə neft tankerləri bu Məcəllənin 
63.4-cü maddəsində qeyd edilən əsasnamədə nəzərdə tutulmuş qaydada geniş nəzarət 
yoxlamasından keçirilməlidirlər. (
7

Maddə 64. Gəmilərin dəniz limanından çıxmasına icazənin verilməsi  
64.1. Hər bir gəmi dəniz limanından çıxmazdan əvvəl dəniz limanı kapitanının dəniz 
limanından çıxmağa icazəsini almalıdır. Dəniz limanı kapitanının aşağıdakı hallarda 
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla gəmiyə limandan çıxmağa icazə 
verməkdən imtina etmək hüququ vardır: 
64.1.1. gəmi üzgüçülüyə yararlı olmadıqda; 
64.1.2. gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin 
komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların 
həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq 
təhlükəsi yarada biləcək digər çatışmazlıqları olduqda; 
64.1.3. gəmi sənədlərinə olan tələblər pozulduqda; 
64.1.4. sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər 
səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda; 
64.1.5. müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz 
limanı kapitanının qəbul etdiyi qərarına əsasən tətbiq edilmiş sanksiyaların 
məbləğləri ödənilmədikdə; 
64.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda. 
64.2. Dəniz limanı kapitanının bu Məcəllənin 64.1-ci maddəsində nəzərdə tutulmuş 
hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranan xərcləri gəmi sahibi ödəyir. (
7

Maddə 65. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam 
qaydalarının pozulmasına görə məsuliyyət  
Dəniz üzgüçülüyü təhlükəsizliyinin və nizam-intizam qaydalarının pozulmasına görə 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının 
qanunvericiliyinə müvafiq olaraq inzibati tənbehlər tətbiq edilir. (
1

VI fəsil. Dəniz bələdçiləri 
Maddə 66. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məqsədləri  
Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz 
limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasını 
təmin etmək məqsədi ilə gəmilər dəniz bələdçiləri ilə keçirilir. 


Maddə 67. Dəniz bələdçisi  
67.1. Dəniz bələdçisi Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 
tərəfindən təsdiq olunan dəniz bələdçisi xidməti haqqında Əsasnamədə müəyyən edilmiş 
tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşıdır. 
67.2. Gəmiləri dəniz bələdçisi ilə keçirilməsinə hüququn olması haqqında sertifikat 
(şəhadətnamə) dəniz bələdçilərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. (
1

67.3. Dəniz bələdçi xidmətinə dövlət nəzarətini 
müvafiq icra hakimiyyəti orqanı
 həyata 
keçirir. 
Maddə 68. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan 
rayonlarının müəyyənləşdirilməsi  
Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarını 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyən edir və belə rayonlar dəniz limanının məcburi 
qaydaları, losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır. 
Maddə 69. Gəmilərin məcburi keçirilməsi  
69.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin məcburi rayonlarında azad edilən 
gəmilər kateqoriyasına aid olduğu və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyənləşdirilmiş qaydada gəmi kapitanına dəniz bələdçisiz üzmək hüququ verildiyi 
hallar istisna olmaqla, gəmilərin dəniz bələdçisi ilə keçirilməsini məcburi rayonlarında 
gəmi kapitanının dəniz, bələdçisiz üzmək hüququ yoxdur. 
69.2. Dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyindən azad edilən gəmilərin 
kateqoriyalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və dəniz limanının 
məcburi qərarlarında hamının nəzərinə çatdırılır. 
69.3. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir. (
1

Maddə 70. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi olmaması  
70.1. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan 
rayonlarda gəmi kapitanı zəruri hallarda gəmiyə dəniz bələdçisi götürə bilər. 
70.2. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan 
rayonlarda dəniz limanı kapitanı aşağıdakı hallarda gəmilərin məcburi olaraq dəniz 
bələdçisi ilə keçirilməsini müəyyən edə bilər: 
70.2.1. gəmi və ya onunla daşınan yük dəniz mühitinə zərər vurmaq təhlükəsini 
yaratdıqda. Belə gəmilərin kateqoriyaları dəniz limanının məcburi qaydaları, 
losiyalar və informasiya bülletenləri ilə hamının nəzərinə çatdırılır; 
70.2.2. gəmilərin gövdəsində, mexanizm və ya avadanlığında onların limanda 
təhlükəsiz üzmələrinə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi zədələr 
olduqda. Belə halda gəmi kapitanına gəminin dəniz bələdçisi ilə hərəkət etməli 
olduğu barədə bildiriş təqdim edilir. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə