Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   2   3   4   5   6   7   8   9   ...   35

6.1.2. bu Məcəllənin 253.1 və 262.1-ci maddələrində göstərilən məbləğlərin — 
məsuliyyətin məhdudlaşdırılması fondunun yaranma tarixinə
6.1.3. bu Məcəllənin 280-ci maddəsində göstərilən məbləğlərin — məsuliyyətin 
məhdudlaşdırılması fondunun yaranması, ödəmənin həyata keçirilməsi və ya 
ödəməyə eyni qiymətli təminatın verilməsi tarixinə. 
6.2. Borcalmanın xüsusi hüququ vahidində manatın dəyəri beynəlxalq maliyyə 
qurumlarının müvafiq tarixə öz əməliyyat və hesablaşmaları üçün dəyərin müəyyən 
edilməsi metoduna uyğun hesablanır. 
Maddə 6-1. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət 
rüsumu 
6-1.1. Dənizçilik sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət 
rüsumu ödənilir: 
6-1.1.1. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında 
Şəhadətnamənin verilməsi
6-1.1.2. berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq 
gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında 
müvəqqəti Şəhadətnamənin verilməsi; 
6-1.1.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq 
gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi; 
6-1.1.4. heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi; 
6-1.1.5. neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin 
verilməsi; 
6-1.1.6. gəmi Reyestrindən çıxarışın verilməsi; 
6-1.1.7. gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq 
Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 
6-1.1.8. gəminin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin 
tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 
6-1.1.9. limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi 
haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında 
Şəhadətnamənin verilməsi; 
6-1.1.10. dənizçilik şirkətinin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq 
Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi; 
6-1.1.11. gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi 
diplomların) və təsdiqnamələrin verilməsi; 
6-1.1.12. gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi; 


6-1.1.13. dənizçinin Qeyd Kitabçasının verilməsi; 
6-1.1.14. dənizçinin şəxsiyyət sənədinin verilməsi
6-1.1.15. kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi; 
6-1.1.16. mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması; 
6-1.1.17. mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması; 
6-1.1.18. kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi; 
6-1.1.19. kiçik həcmli gəmilərə gəmi reyestrindən çıxarış verilməsi; 
6-1.1.20. kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi. 
6.1.1.21. bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki 
məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın 
verilməsi. (
5

7

8

II fəsil. Gəmi 
Maddə 7. Gəmi üzərində mülkiyyət  
7.1. Gəmi üzərində mülkiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə 
tutulan bütün mülkiyyət formalarında olur. 
7.2. Gəminin mülkiyyətçisi gəmiyə münasibətdə Azərbaycan Respublikasının 
qanunvericiliyinə zidd olmayan və digər şəxslərin hüquqlarını və qanunla qorunan 
mənafelərini pozmayan istənilən hərəkətləri həyata keçirə, o cümlədən gəmini digər 
şəxslərin mülkiyyətinə özgəninkiləşdirə, mülkiyyətçi qalaraq gəmiyə sahiblik, istifadə və 
onun üzərində sərəncam hüquqlarını onlara verə bilər, habelə gəminin ipotekasını 
müəyyənləşdirə və digər üsullarla sərəncam vermək hüququna malikdir. 
Maddə 8. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ  
8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ Azərbaycan 
Respublikasının hüquqi və fiziki şəxslərinin, Azərbaycan Respublikasının dövlət və 
bələdiyyə mülkiyyətində olan gəmilərə verilir. 
8.2. 
Müvafiq icra hakimiyyəti orqanının
 qərarı əsasında xarici dövlətin gəmi reyestrində 
qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz gəminin fraxtedilmə müqaviləsinə) əsasən 
Azərbaycan fraxtedəninin istifadəsina və sahibliyinə verilmiş gəmilərə Azərbaycan 
Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ aşağıdakı hallarda 
verilə bilər: 
8.2.1. berbout-çarter üzrə gəmini fraxtedən bu Məcəllənin 8.1-ci maddəsində 
göstərilən tələblərə cavab verdikdə; 
8.2.2. gəmi mülkiyyətçisi gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı 
altına keçirilməsi barədə yazılı razılıq verdikdə; 


8.2.3. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq 
müəyyənləşdirilmiş və qeydə alınmış gəminin ipotekasının və ya həmin xarakterli 
yüklü edilmənin girovsaxlayanı gəminin Azərbaycan Respublikasının Dövlət 
bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə; 
8.2.4. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyi gəmiyə xarici dövlətin 
bayrağı altında üzmək hüququnun verilməsini qadağan etmədikdə; 
8.2.5. gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ 
verilən anda gəminin xarici dövlətin bayrağı altında üzmək hüququ dayandırılıbsa 
və ya dayandırılacaqsa. 
8.3. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ berbout-
çarterin qüvvədəolma hüdudunda iki ildən artıq olmayan müddətə, sonradan onun hər iki 
ildən bir uzadılması hüququ ilə verilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün 
berbout-çarterin qüvvədəolma müddəti bir ildən az olmamalıdır. 
8.4. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun 
verilməsi barədə qərarın qüvvədən düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə 
qaydasında həyata keçirilir. 
Maddə 9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun 
yaranması  
9.1. Gəmi bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan 
Respublikasının gəmi reyestrlərinin birində qeydiyyata alındığı andan Azərbaycan 
Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu əldə edir. 
9.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəmi Azərbaycan 
Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan Azərbaycan Respublikasının 
konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən ona belə hüququn verilməsini təsdiq edən müvəqqəti şəhadətnamənin verildiyi 
andan istifadə edir. (
1
)  
9.3. Müvəqqəti şəhadətnamə Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində 
gəmi qeydiyyata alındığı vaxta qədər, lakin altı aydan çox olmamaq şərti ilə qüvvədə 
qalır. 
Maddə 10. Gəminin milliliyi  
10.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan istifadə 
edən gəmi Azərbaycan Respublikasının milli mənsubiyyətinə məxsusdur. 
10.2. Azərbaycan Respublikasının milli mənsubiyyətinə malik olan gəmi Azərbaycan 
Respublikasının Dövlət bayrağını daşımalıdır. 
Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun 
itirilməsi  
11.0. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu 
aşağıdakı hallarda itirir: 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə