Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar


Maddə 71. Dəniz bələdçisi vəsiqəsi



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

Maddə 71. Dəniz bələdçisi vəsiqəsi  
71.1. Gəmiyə gəlmiş dəniz bələdçisi gəmi kapitanına dəniz bələdçisi vəsiqəsini təqdim 
etməlidir. 
71.2. Gəmi kapitanının dəniz bələdçisi vəsiqəsi olmayan şəxsi gəmiyə dəniz bələdçisi 
qismində götürməyə hüququ yoxdur. 
Maddə 72. Dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsi və düşməsinin təmin 
edilməsi  
72.1. Gəmi kapitanı dəniz bələdçisinin gəmiyə təhlükəsiz minməsini və düşməsini təmin 
etməlidir, habelə gəminin dəniz bələdçisi ilə keçirilməsi müddətində onu ödənişsiz otaq 
və qida ilə təmin etməlidir. 
72.2. Təcrübə keçmək məqsədi ilə stajçı dəniz bələdçisini müşayiət etdikə bu Məcəllənin 
72.1-ci maddəsində müəyyən edilmiş qaydalar stajçıya da şamil edilir. 
Maddə 73. Gəmi kapitanı tərəfindən gəmi haqqında məlumatların elan edilməsi  
73.1. Gəmi kapitanı dəniz bələdçi qəbzinə daxil edilən və gəmi kapitanı tərəfindən 
imzalanan gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq 
məlumatları verir. Dəniz bələdçisi gəminin dəniz bələdçisi ilə keçirilməsi üçün zəruri 
olan digər məlumatları gəmi kapitanından tələb edə bilər. 
73.2. Bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulan məlumatların elan edilməməsinə 
və ya yanlış məlumatların elan edilməsinə görə gəmi kapitanı Azərbaycan 
Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati məsuliyyət daşıyır. 
Maddə 74. Gəmi kapitanı ilə dəniz bələdçisinin münasibətləri  
Gəminin təhlükəsiz üzməsi məqsədi ilə gəmi kapitanı dəniz bələdçisinin ağlabatan 
tövsiyələrinə əməl edir və kifayət qədər əsas olmadıqda onun işinə qarışmır. 
Maddə 75. Dəniz bələdçisinin sükançıya verdiyi göstərişlər  
Gəmi kapitanı gəminin üzməsinə və manevr etməsinə dair göstərişləri bilavasitə 
sükançıya verməyi dəniz bələdçisinə həvalə edə bilər. Bu, gəmi kapitanını belə 
göstərişlərin doğurduğu nəticələrə görə məsuliyyətdən azad etmir. 
Maddə 76. Gəmi kapitanının müvəqqəti olaraq kapitan körpüsünü tərk etməsi  
Gəminin dəniz bələdçisi ilə keçirilməsi zamanı müvəqqəti olaraq kapitan körpüsünü tərk 
etməyə məcbur olan gəmi kapitanı bu barədə dəniz bələdçisinə xəbər verməli və 
olmayacağı müddət ərzində gəminin idarə edilməsinə məsuliyyətli olan şəxsi təqdim 
etməlidir. 
Maddə 77. Gəminin dəniz bələdçisi ilə keçirilməsinin dayandırılması  


Gəminin təhlükəsiz üzməsi məqsədləri üçün zəruri olduqda dəniz bələdçisi gəminin 
təhlükəsiz üzməsinə imkan yaradan hallar mövcud olana qədər, gəminin dəniz bələdçisi 
ilə keçirilməsini dayandıra bilər. 
Maddə 78. Dəniz bələdçisinin gəmini tərk etməsi və daimi yerinə çatdırılması  
78.1. Dəniz bələdçisi gəmini lövbərə qoymadan, gəmini təhlükəsiz yerə aparmadan, 
dənizə çıxarmadan və ya digər dəniz bələdçisi ilə əvəz olunmadan gəmi kapitanından 
icazəsiz gəmini tərk edə bilməz. 
78.2. Gəmi kapitanının dəniz bələdçisini onun xidmət etdiyi rayonun hüdudlarından 
kənara aparmaq hüququ yoxdur. Əks halda gəmi kapitanı dəniz bələdçisini onun daimi 
olduğu yerə gəminin hesabına çatdırmalıdır. 
Maddə 79. Dəniz bələdçisinin və gəmi kapitanının məsuliyyəti  
79.1. Dəniz bələdçisinin gəmidə olması gəminin idarə edilməsinə görə gəmi kapitanının 
məsuliyyətini aradan qaldırmır. 
79.2. Dəniz bələdçisinin tövsiyələrinin düzgünlüyünə şübhə etmək üçün kifayət qədər 
əsas olduqda, gəminin təhlükəsiz üzməsi məqsədilə gəmi kapitanının belə dəniz 
bələdçisinin xidmətlərindən imtina etmək hüququ vardır. Gəminin dəniz bələdçisi ilə 
keçirilməsi məcburi olduğu halda gəmi kapitanı dəniz bələdçisinin başqası ilə əvəz 
edilməsini tələb etməlidir. 
79.3. Gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsində təqsirli olan dəniz 
bələdçisi dəniz bələdçisi vəsiqəsindən məhrum edilə bilər. 
Maddə 80. Gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsinə görə 
məsuliyyət  
80.1. Gəminin dəniz bələdçisi ilə keçirilməsini icra edən dəniz bələdçisinin işlədiyi 
təşkilat gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsi nəticəsində gəmiyə 
vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır. 
80.2. Gəminin dəniz bələdçisi ilə keçirilməsini icra edən dəniz bələdçisinin işlədiyi 
təşkilat gəminin dəniz bələdçisi ilə lazımi qaydada keçirilməməsi nəticəsində üçüncü 
şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır. 
Maddə 81. Dəniz bələdçi ödənişi  
Dəniz bələdçilərinin xidmətlərindən istifadə edən gəmilərdən Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məbləğdə dəniz bələdçi 
ödənişi tutulur. 
VII fəsil. Dənizdə batmış əmlak 
Maddə 82. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq dairəsi  


82.1. Bu fəsildə müəyyən edilmiş qaydalar Azərbaycan Respublikasının yurisdiksiyası 
şamil edilən sularda batmış əmlakın qaldırılmasına, uzaqlaşdırılmasına və məhv 
edilməsinə tətbiq edilir. 
82.2. Qəzaya uğramış gəmilər, onların qırıqları, avadanlığı, yükləri və digər predmetlər 
su səthində və ya altında olmasından, su dibinə çökməsindən, habelə dayaz yerə və ya 
sahilə atılmasından asılı olmayaraq, dənizdə batmış əmlaka aiddir. 
82.3. Bu fəslin qaydaları aşağıdakılara tətbiq edilmir: 
82.3.1. dənizdə batmış hərbi əmlakın qaldırılmasına, uzaqlaşdırılmasına və məhv 
edilməsinə; 
82.3.2. mədəniyyət xarakterli, arxeoloji və ya tarixi əhəmiyyətli əmlak suyun 
dibindədirsə, belə əmlakın qaldırılmasına. 
82.4. Bu Məcəllənin 20-ci fəslində müəyyənləşdirilmiş qaydalara uyğun olaraq dənizdə 
batmış əmlakın qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi xilasetmə əməliyyatı 
olduqda, bu fəsildə müəyyən edilmiş qaydalardan asılı olmayaraq, xilas edənlər üçün 
nəzərdə tutulmuş mükafatlandırma və xüsusi kompensasiya qaydaları tətbiq olunur. 
Maddə 83. Dənizdə batmış əmlakın mülkiyyətçisi  
83.1. Dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakı qaldırmaq niyyətindədirsə o, 
əmlakın batdığı gündən bir il ərzində, bu barədə ən yaxın dəniz limanının kapitanına 
məlumat verməlidir. 
83.2. Dəniz limanı kapitanı dənizdə batmış əmlakın qaldırılması barədə əmlak 
mülkiyyətçisinin ərizəsinə bir ay ərzində baxır və həmin əmlakın qaldırılması qaydasını, 
bunun üçün zəruri olan müddəti (bir ildən az olmamaq şərti ilə) müəyyən edir. 
83.3. Dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyi üçün ciddi və bilavasitə 
təhlükə və ya dəniz mühitinə əhəmiyyətli dərəcədə zərərvurma təhlükəsi yaradırsa, yaxud 
su bioloji ehtiyatlarının ovuna, limanın fəaliyyətinə və limanda işlərin aparılmasına 
(hidrotexniki və digər işlər) xeyli maneə yaradırsa, həmin əmlakın mülkiyyətçisi dəniz 
limanı kapitanının tələbi ilə və onun müəyyən etdiyi müddətdə dənizdə batmış əmlakı 
qaldırmalı və zəruri olan hallarda onu uzaqlaşdırmalı və ya məhv etməlidir. 
83.4. Dənizdə batmış əmlakın mülkiyyətçisi məlum olmadıqda, dəniz limanı kapitanı 
dənizdə batmış əmlakın qaldırılması üçün müəyyən edilmiş müddət barəsində 
informasiya bülletenində məlumat verir. Dənizdə batmış gəminin bayrağı məlum 
olduqda, dəniz limanı kapitanı 
müvafiq icra hakimiyyəti orqanına
 bu barədə bildiriş 
göndərir. 
83.5. Əgər dənizdə batmış əmlakın mülkiyyətçisi həmin əmlakın qaldırılması bərədə 
ərizə verməyibsə və ya bu Məcəllənin 83.2-ci maddəsinə uyğun olaraq təyin edilmiş 
müddətdə əmlakı qaldırmayıbsa, dənizdə batmış əmlaka mülkiyyət hüququ Azərbaycan 
Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşdirilir. 
83.6. Bu Məcəllənin 84-cü maddəsinə əsasən dənizdə batmış əmlak, əgər əmlakın 
qaldırılmasından bir ildən artıq müddət keçməyibsə, dənizdə batmış əmlakın 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə