Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

Maddə 108. Yükə aid sənədlər  
Yükgöndərən liman, gömrük, sanitar və digər inzibati qaydalara müvafiq olaraq yük 
barədə tələb olunan bütün sənədləri vaxtında daşıyıcıya verməlidir və belə sənədlərin 
vaxtında verilməməsi, düzgün olmaması və ya tam tərtib edilməməsi nəticəsində vurulan 
zərərə görə daşıyıcı qarşısında məsuliyyət daşıyır. 
Maddə 109. Konosamentin verilməsi  
109.1. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğunu, yükün daşıyıcı tərəfindən 
qəbul edilməsini və vurulmasını təsdiqləyən və müqabilində daşıyıcının yükü təhvil 
vermək öhdəliyini üzərinə götürdüyü sənəd konosamentdir. 
109.2. Konosament yük daşınma üçün qəbul edildikdən sonra verilir. 
109.3. Yükgöndərən daşıyıcıya konosamentə daxil etmək üçün təqdim etdiyi 
məlumatların düzgünlüyünə təminat verir və belə məlumatların düzgün olmaması 
nəticəsində daşıyıcıya vurulmuş zərərə görə məsuliyyət daşıyır. 
109.4. Daşıyıcının zərərin əvəzinin ödənilməsinə olan hüququ dənizlə yük daşınması 
müqaviləsi üzrə daşıyıcının yükgöndərən olmayan hər hansı bir üçüncü şəxs qarşısında 
məsuliyyətini aradan qaldırmır. 
Maddə 110. Konosamentin əvəzinə digər sənədin verilməsi  
Konosamentin əvəzinə dəniz qaiməsi və ya yükün daşınma üçün qəbul edilməsini 
təsdiqləyən digər sənəd verilə bilər. Daşıyıcı konosamenti olmayan yükün daşınma üçün 
qəbul edilməsini təsdiqləyən digər sənəd verdikdə, belə sənəd dənizlə yük daşınması 
müqaviləsinin bağlanmasının və yükün həmin sənəddə göstərildiyi kimi daşıyıcı 
tərəfindən qəbulunun sübutudur. 
Maddə 111. Konosamentin məzmunu  
111.1. Konosamentə aşağıdakı məlumatlar daxil edilməlidir: 
111.1.1. daşıyıcının adı; 
111.1.2. dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq yükvurma limanının 
adı və yükün daşınmaq üçün qəbul edildiyi tarix; 
111.1.3. yükgöndərənin adı və olduğu yer
111.1.4. dənizlə yük daşınması müqaviləsinə əsasən təyinat limanının adı; 
111.1.5. yükalanın adı, əgər yükgöndərən tərəfindən göstərilibsə; 
111.1.6. yükün adı, yükün identifikasiyası üçün lazım olan əsas markalar, 
müvafiq hallarda yükün təhlükəli xarakterinə və ya xüsusi xassələrinə dair 
göstəriş, yerlərin və ya predmetlərin sayı, yükün çəkisi və ya digər üsulla qeyd 
edilmiş miqdarı. Bu halda bütün məlumatlar yükgöndərənin təqdim etdiyi kimi 
qeyd edilir; 


111.1.7. yükün və onun qablaşdırılmasının xarici vəziyyəti; 
111.1.8. yükalan tərəfindən ödəniləcək fraxtın məbləği və ya fraxtın onun 
tərəfindən ödənilməsinə dair digər göstəriş
111.1.9. konosamentin verildiyi yer və tarix; 
111.1.10. konosamentin əsl nüsxələrinin sayı, əgər onların sayı birdən artıqdırsa; 
111.1.11. daşıyıcının və ya onun adından hərəkət edən şəxsin imzası. 
111.2. Tərəflərin razılaşması ilə konosamentə digər məlumatlar və qeyd-şərtlər əlavə 
edilə bilər. 
111.3. Gəmi kapitanı tərəfindən imzalanmış konosament daşıyıcının adından imzalanmış 
hesab edilir. 
Maddə 112. Konosamentdə qeyd-şərtlər. Konosamentin sübutedici qüvvəsi  
112.1. Konosamentdə yükün adına, onun əsas markalarına, yerlərin və ya predmetlərin 
sayına, çəkisinə və ya miqdarına dair məlumatların faktik qəbul edilmiş yükə uyğun 
olmaması barədə daşıyıcının və ya onun adından konosament verən digər şəxsin kifayət 
qədər əsasları olduqda, daşıyıcı və ya onun adından konosament verən digər şəxs 
konosamentə həmin uyğunsuzluq barədə, uyğunsuzluqların və ya məlumatların 
yoxlanılması üçün ağlabatan imkanın olmadığına konkret göstərişlə, qeyd-şərt etməlidir. 
112.2. Daşıyıcı və ya onun adından konosament verən digər şəxs konosamentdə yükün 
xarici vəziyyətini göstərmədikdə hesab edilir ki, konosamentdə yükün yaxşı xarici 
vəziyyəti göstərilib. 
112.3. Bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq barəsində qeyd-şərt edilmiş 
məlumatlar istisna olmaqla, başqa hal sübuta yetirilmədikdə, konosament yükün daşınma 
üçün daşıyıcı tərəfindən konosamentdə təsvir edildiyi kimi qəbul edilməsinin sübutudur. 
Konosament, konosamentdə göstərilmiş yükün təsvirinə əsasən vicdanla hərəkət edən 
üçüncü şəxsə verildikdə, daşıyıcı tərəfindən əks halın sübuta yetirilməsinə yol verilmir. 
Maddə 113. Konosamentin növləri  
113.1. Konosament müəyyən bir yükalanın adına (adlı konosament), yükgöndərənin və 
ya yükalanın göstərişinə (orderli konosament) və ya təqdim edənə (adsız konosament) 
verilə bilər. orderli konosamentdə onun yükgöndərənin və ya yükalanın göstərişinə 
verilməsi qeyd olunmadıqda, konosament yükgöndərənin göstərişinə verilmiş hesab 
edilir. 
113.2. Konosament aşağıdakı qaydaların gözlənilməsi ilə başqasına verilir: 
113.2.1. adlı konosament adlı verilmə qeydi üzrə və ya tələbin güzəşti üçün 
müəyyən edilmiş qaydalara müvafiq olaraq digər formada başqasına verilə bilər; 
113.2.2. orderli konosament adlı və ya blank verilmə qeydi üzrə başqasına verilə 
bilər; 


113.2.3. təqdim edənə (adsız) konosament sadə təqdim edilmə yolu ilə başqasına 
verilə bilər. 
Maddə 114. Konosamentin əsl nüsxələrinin çoxluğu  
Yükgöndərənin arzusu ilə ona konosamentin bir neçə əsl nüsxəsi verilə bilər. Belə halda 
konosamentin hər bir əsl nüsxəsində konosamentin mövcud olan əsl nüsxələrinin sayı 
göstərilir. Konosamentin birinci təqdim edilmiş əsl nüsxəsinə əsasən yük verildikdən 
sonra onun qalan əsl nüsxələri öz qüvvəsini itirir. 
Maddə 115. Yük üzərində sərəncam vermək hüququ  
115.1. Yük yükalana verilənə kimi, habelə belə hüquq yükalana və ya üçüncü şəxsə 
verilənə kimi yükgöndərənin yük üzərində sərəncam vermək hüququ vardır. Yük 
üzərində sərəncam vermək hüququ yükalana və ya üçüncü şəxsə verildikdə yükgöndərən 
bu barədə daşıyıcını məlumatlandırmalıdır. 
115.2. Yükgöndərənin, ona verilmiş konosamentin bütün əsl nüsxələrinin təqdim 
olunması və ya bu Məcəllənin 119.2-119.5 və 120-ci maddələrində müəyyən edilmiş 
qaydaları gözləməklə müvafiq təminat verməsi şərti ilə, gəmi səfərəçıxma yerindən yola 
düşənə kimi yükün qaytarılmasını, aralıq limanında yükün verilməsini və ya daşıma 
sənədində göstərilməyən yükalana verilməsini tələb etmək hüququ vardır. 
Maddə 116. Daşıyıcının yükə münasibətdə vəzifələri  
116.1. Daşıyıcı yükü daşınma üçün qəbul etdiyi andan onun verilməsi anına kimi yükü 
lazımi qaydada və səylə yükləməli, yerləşdirməli, daşımalı, ona qayğı göstərməli və 
boşaltmalıdır. 
116.2. Əgər daşınma üçün qəbul edilmiş yük öz xüsusiyyətlərinə görə xüsusi rəftar tələb 
edirsə və bu barədə dənizlə yük daşınması müqaviləsində və yük yerlərində göstəriş 
varsa, daşıyıcı yükə belə göstərişlərə uyğun olaraq qayğı göstərməlidir. 
116.3. Tərəflərin bu Məcəllənin 116.1-ci maddəsinə zidd olan razılaşmaları 
əhəmiyyətsizdir. 
Maddə 117. Təhlükəli yük  
117.1. Əgər tezalışan, partlayıcı və ya təbiətinə görə təhlükəli olan yük düzgün olmayan 
ad altında təhvil verilmişdirsə və yük qəbul ediləndə daşıyıcı xarici baxış yolu ilə onun 
xüsusiyyətlərinə əmin ola bilməzdisə, belə yük istənilən vaxt daşıyıcı tərəfindən şəraitdən 
asılı olaraq boşaldıla, zərərsizləşdirilə və ya məhv edilə bilər. Bu halda yükgöndərənə 
vurulan zərərin əvəzi ödənilmir. 
117.2. Yükgöndərən bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yükün gəmiyə 
yüklənməsi nəticəsində daşıyıcıya və ya üçüncü şəxslərə vurulan zərərə görə məsuliyyət 
daşıyır. Belə yükün daşınmasına görə fraxt qaytarılmır. Fraxt yükün göndərilməsi zamanı 
ödənilməmişdirsə, daşıyıcının onu tam həcmdə almaq hüququ vardır. 
117.3. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən yük daşıyıcının xəbəri və razılığı 
əsasında gəmiyə yükləndikdən sonra gəmiyə, gəmidə olan digər yükə və ya insanlara 
təhlükə yaradarsa, şəraitdən asılı olaraq daşıyıcının belə yükü gəmidən boşaltmaq, 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə