Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

qaldırılmasına sərf edilən və bununla bağlı aparılan digər xərclərin ödənilməsi şərti ilə 
qaldırılmış əmlakın mülkiyyətçisi tərəfindən geri tələb edilə bilər. 
Maddə 84. Dənizdə batmış əmlakın liman hakimiyyət orqanları tərəfindən 
qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi  
84.1. Liman hakimiyyət orqanları aşağıdakı hallarda dənizdə batmış əmlakı qaldıra və 
zərurət yarandıqda isə uzaqlaşdıra və ya məhv edə bilər: 
84.1.1. dənizdə batmış əmlakın mülkiyyətçisi müəyyənləşdirilmədikdə və ya o, 
dənizdə batmış əmlakı qaldırmayıb, uzaqlaşdırmayıb və ya məhv etmədikdə onda 
dənizdə batmış əmlakın mülkiyyətçisi bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə 
tutulmuş hərəkətləri həyata keçirməlidir; 
84.1.2. dənizdə batmış əmlak dəniz üzgüçülüyü təhlükəsizliyinə və ya dəniz 
mühitinə xeyli zərərin vurulmasına bilavasitə təhlükə yaratdıqda, su bioloji 
ehtiyatlarının ovuna, hidrotexniki və digər işlərin aparılmasına maneə yaratdıqda; 
84.1.3. kifayət qədər əsas olduqda dənizdə batmış əmlakın mülkiyyətçisinə həmin 
əmlakı öz vasitələri və ya müvafiq təşkilatların vasitələri ilə qaldırmağa, 
uzaqlaşdırmağa və ya məhv etməyə icazə verilmədikdə. 
84.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dənizdə batmış 
əmlakın qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi belə əmlakın məlum olan 
mülkiyyətçisinin hesabına həyata keçirilir. 
Maddə 85. Liman hakimiyyət orqanlarının çəkdiyi xərclərin əvəzinin ödənilməsi  
Dənizdə batmış əmlakın bu Məcəllənin 84.1-ci maddəsinə müvafiq olaraq qaldırılması, 
uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı liman hakimiyyət orqanlarının çəkdiyi 
xərclərinin əvəzinin ödənilməsinə dair tələbin həmin əmlaka yönəldilməsi Azərbaycan 
Respublikasının mülki qanunvericiliyinə əsasən həyata keçirilir. 
Maddə 86. Dənizdə batmış əmlakın təsadüfi qaldırılması  
Dənizdə batmış əmlakın təsadüfi qaldırılmasından əmələ gələn hüquq münasibətləri 
Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir. 
VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi 
Maddə 87. Dənizlə yük daşınması müqaviləsinin tərifi  
87.1. Dənizlə yük daşınması müqaviləsi daşıyıcının, yükgöndərənin ona verdiyi və ya 
verəcəyi yükü təyinat limanına daşımağı və yükün alınmasına vəkil edilən şəxsə (bundan 
sonra - yükalan) verməyi, yükgöndərən və ya fraxtedən isə daşımanın dəyərini (fraxtı) 
ödəməyi öhdəsinə götürməsi barəsində istənilən müqavilədir. 
87.2. Dənizlə yük daşınması müqaviləsinin mövcudluğu və məzmunu çarter, konosament 
və ya digər yazılı sübutlarla təsdiq edilir. 
87.3. Dənizlə yük daşınması müqaviləsi bağlana bilər: 


87.3.1. dənizlə yük daşınması üçün bütün gəminin, onun bir hissəsinin və ya 
müəyyən gəmi yerlərinin verilməsi şərti ilə (çarter); 
87.3.2. belə şərt olmadan. 
87.4. Daşıyıcı dənizlə yük daşınması müqaviləsini yükgöndərənlə və ya fraxtedənlə və ya 
onun adından belə müqaviləni bağlamış olan şəxsdir. Faktiki daşıyıcı - daşıyıcının yükün 
daşınmasını və ya daşımanın bir hissəsini həyata keçirməyi həvalə etdiyi hər hansı bir 
şəxsdir, o cümlədən daşımanın belə həyata keçirilməsinin həvalə edildiyi hər hansı bir 
digər şəxsdir. 
87.5. Fraxtedən bu Məcəllənin 87.3.1-ci maddəsində göstərilən dənizlə yük daşınması 
müqaviləsini bağlamış şəxsdir. 
87.6. Yükgöndərən bu Məcəllənin 87.3.2-ci maddəsində göstərilən dənizlə yük daşınması 
müqaviləsini bağlayan, habelə daşıyıcıya yükü öz adından təhvil verən istənilən şəxsdir. 
87.7. Tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmadıqda, bu fəsildə 
müəyyənləşdirilmiş qaydalar tətbiq edilir. Bu fəsildə birbaşa göstərilmiş hallarda 
tərəflərin razılaşması bu fəsildə müəyyənləşdirilmiş qaydalara uyğun olmadıqda 
əhəmiyyətsizdir. 
Maddə 88. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə  
88.1. Dənizlə yükün müntəzəm daşımaları həyata keçirildikdə, daşıyıcı və yük sahibi 
dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə bağlaya bilərlər. 
Dənizlə yüklərin daşınması haqqında uzunmüddətli müqavilə bağlandıqda, yükün 
konkret partiyalarının daşınması belə müqavilə əsasında bağlanmış dənizlə yük daşınması 
müqaviləsinə əsasən həyata keçirilir. 
88.2. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilədə yükün 
daşınmasının razılaşdırılmış şərtləri, əgər tərəflər başqası barədə razılığa gəlməyibsə, 
dənizlə yük daşınması müqaviləsinə daxil olunmuş hesab edilir. 
88.3. Dənizlə yük daşınması müqaviləsinin şərtləri dənizlə yüklərin daşınmasının təşkili 
haqqında uzunmüddətli müqavilənin şərtlərinə zidd olduqda, dənizlə yük daşınması 
müqaviləsinin şərtləri tətbiq edilir. 
88.4. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilənin 
konosamentə daxil edilməmiş şərtləri, əgər üçüncü şəxs fraxtedən deyilsə, onun üçün 
məcburi xarakter daşımır. 
Maddə 89. Yüklərin daşınma üçün qəbulunun müvəqqəti dayandırılması və ya 
məhdudlaşdırılması  
89.1. Hərəkətdə fasilənin yaranmasına səbəb olan təbii fəlakət, qəzaya uğrama və ya qəza 
hallarında, habelə karantin elan edildikdə, liman hakimiyyət orqanlarının sərəncamı ilə 
dərhal 
müvafiq icra hakimiyyəti orqanı
 məlumatlandırılmaqla, yüklərin qəbulu 
müvəqqəti dayandırıla və ya məhdudlaşdırıla bilər. 
89.2. Yüklərin qəbulunun müvəqqəti dayandırılmasının və ya məhdudlaşdırılmasının 
müddətlərini 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyən edir. Yüklərin qəbulunun 


müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması barədə liman hakimiyyət orqanları 
yükgöndərənləri və digər maraqlı şəxsləri dərhal xəbərdar edir. 
Maddə 90. Çarterin (reys çarterinin) məzmunu  
Çarterə (reys çarterinə) tərəflərin və gəminin adı, yükün növü və çeşidi barəsində 
məlumat, fraxtın məbləği, yükvurma yerinin adı, gəminin göndərildiyi yerin və ya təyinat 
yerinin adı daxil edilməlidir. Tərəflərin razılaşması əsasında çarterə digər şərtlər və qeyd-
şərtlər daxil edilə bilər. Çarter daşıyıcı və fraxtedən və ya onların nümayəndələri 
tərəfindən imzalanır. 
Maddə 91. Çarterin və konosamentin qarşılıqlı əlaqəsi  
Daşıyıcı və dənizlə yük daşınması müqaviləsinin tərəfi olmayan yükalan arasında 
münasibətlər konosament ilə müəyyənləşdirilir. Konosamentdə yükalana istinad 
edildikdə, onun üçün çarterin şərtləri məcburidir. 
Maddə 92. Çarter üzrə hüququn güzəşt edilməsi  
92.1. Çarter üzrə yük daşınanda fraxtedənin daşıyıcının razılığı ilə, dənizlə yük daşınması 
müqaviləsinə dair hüquqlarını üçüncü şəxslərə güzəşt etmək hüququ vardır. 
92.2. Fraxtedən, habelə onun hüquqlarının güzəşt edildiyi üçüncü şəxs dənizlə yük 
daşınması müqaviləsinin yerinə yetirilməsinə görə daşıyıcı qarşısında birgə məsuliyyət 
daşıyırlar. 
Maddə 93. Gəminin səfərə hazırlanması  
93.1. Daşıyıcı gəmini səfərə çıxmaq üçün yararlı vəziyyətdə verməyə - onun dəniz 
üzgüçülüyünə texniki yararlığını təmin etməyə, gəmini lazımi qaydada təchiz etməyə, 
gəmi heyəti ilə komplektləşdirməyə, habelə anbarları və gəmidə yüklərin daşınması üçün 
nəzərdə tutulan digər yerləri yükün lazımi qəbulunu, daşınmasını və saxlanılmasını təmin 
edən vəziyyətə gətirməyə borcludur. 
93.2. Gəminin səfərə yararsız vəziyyətinin, lazımi qayğı göstərilməsinə baxmayaraq 
zahirən görünməyən qüsurlardan irəli gəldiyi sübut olunarsa, daşıyıcı gəminin səfərə 
yararsız vəziyyətinə görə məsuliyyət daşımır. 
Maddə 94. Gəminin dəyişdirilməsi  
Əgər yük müəyyən gəmidə daşınmalıdırsa, yükün digər gəmiyə vurulması, yükvurma 
əməliyyatı başlandıqdan sonra yaranan texniki zərurət nəticəsində yükün yenidən 
vurulması halları istisna olmaqla, yalnız fraxtedənin və ya yükgöndərənin razılığı 
əsasında həyata keçirilə bilər. 
Maddə 95. Yükvurma limanı və yeri  
95.1. Daşıyıcı gəmini çarterdə göstərilmiş və ya çarterin şərtlərinə uyğun olaraq 
fraxtedənin göstərdiyi dəniz limanına verməlidir. Fraxtedən təhlükəsiz yükvurma 
limanını göstərməyə borcludur. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə