Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

146.3. Faktiki daşıyıcının üzərinə bu fəsildə müəyyən edilmiş qaydalarda nəzərdə 
tutulmayan öhdəliklərin qoyulması və ya bu fəsildə verilmiş hüquqlardan imtinası 
haqqında hər hansı bir saziş faktiki daşıyıcı üçün, yalnız onun özü buna yazılı razılıq 
verdikdə, qüvvədə olur. 
146.4. Daşıyıcı və faktiki daşıyıcı məsuliyyət daşıyırlarsa, onların məsuliyyəti birlikdə 
qəbul olunur. 
146.5. Bu fəsildə müəyyən edilmiş qaydalar daşıyıcının və faktiki daşıyıcının bir-birinə 
reqress hüququna toxunmur. 
Maddə 147. Qiymətli əşyaların itirilməsi və ya zədələnməsi  
Daşıyıcı pulun, qiymətli kağızların, qiymətli metalların, qiymətli daşların və onlardan 
hazırlanmış məmulatların, incəsənət əsərlərinin və digər qiymətli əşyaların itirilməsinə 
və ya zədələnməsinə görə, əgər belə qiymətli əşyalar onların salamat saxlanılmasına 
razılıq verən daşıyıcıya saxlanmaq üçün təhvil verilməyibsə, cavabdeh deyil. Saxlamaya 
təhvil verilmiş qiymətli əşyalara görə daşıyıcı bu Məcəllənin 148.4-cü maddəsində 
nəzərdə tutulmuş həddən yuxarı olmayan məsuliyyət daşıyır. (
3
)  
Maddə 148. Daşıyıcının məsuliyyətinin həddi  
148.1. Sərnişinin həyatına və ya sağlamlığına vurulan zərərə görə daşıyıcının bütünlükdə 
daşımaya münasibətdə məsuliyyəti 175 min hesablaşma vahidindən artıq olmamalıdır. 
148.2. Kayut baqajının itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının bütünlükdə 
daşımaya münasibətdə məsuliyyəti bir sərnişin üçün 1,8 min hesablaşma vahidindən artıq 
olmamalıdır. 
148.3. Avtomobilin, o cümlədən onda və ya onun üstündə daşınan baqajın itirilməsinə və 
ya zədələnməsinə görə daşıyıcının bütünlükdə daşınmaya münasibətdə məsuliyyəti bir 
avtomobil üçün 10 min hesablaşma vahidindən artıq olmamalıdır. 
148.4. Bu Məcəllənin 148.2 və 148.3-cü maddələrində göstərilən baqajdan fərqli olan 
baqajın itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının bütünlükdə daşımaya 
münasibətdə məsuliyyəti bir sərnişin üçün 2,7 min hesablaşma vahidindən artıq 
olmamılıdır. 
148.5. Daşıyıcı və sərnişin, avtomobilin zədələnməsi halında 300 hesablaşma vahidindən 
artıq olmayan və digər baqajın itirilməsi və ya zədələnməsi halında bir sərnişin üçün 135 
hesablaşma vahidindən artıq olmayan franşiza çıxılmaqla, məsuliyyətin daşıyıcının 
üzərinə qoyulması barədə saziş bağlaya bilərlər. Bu halda göstərilən məbləğlər 
avtomobilin yaxud digər baqajın itirilməsi və ya zədələnməsi nəticəsində sərnişinə 
vurulmuş zərərin məbləğindən çıxılır. 
148.6. Zərərin əvəzinin ödənilməsi məbləğinə hesablanan faizlər və məhkəmə xərcləri bu 
Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin hədlərinə daxil 
edilmir. 
Maddə 149. Məsuliyyət həddinin tətbiq edilməsi  


149.1. Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq vurulmuş zərərin əvəzinin 
ödənilməsi tələbi daşıyıcının və ya faktiki daşıyıcının işçisinə və ya agentinə qarşı irəli 
sürüldükdə, işçi və ya agent, əgər öz vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət 
etdiyini sübuta yetirə bilsə, daşıyıcıya və faktiki daşıyıcıya şamil edilən məsuliyyətin 
məhdudlaşdırılması haqqında qaydalardan istifadə edə bilər. 
149.2. Bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət hədləri 
bir sərnişinin ölümü və ya bir sərnişinin sağlamlığına zərər vurulmasından, yaxud onun 
baqajının itirilməsi və ya zədələnməsindən irəli gələn bütün tələblər üzrə ödəniləsi olan 
məbləğlərin cəminə tətbiq edilir. 
149.3. Faktiki daşıyıcı tərəfindən sərnişinin daşınmasına münasibətdə daşıyıcının, faktiki 
daşıyıcının, habelə onların öz vəzifələri (səlahiyyətləri) hüdudlarında hərəkət edən 
işçilərinin və ya agentlərinin ödəməli olduqları məbləğlərin cəmi bu fəsildə müəyyən 
edilmiş qaydalara müvafiq olaraq, daşıyıcının və ya faktiki daşıyıcının ödəməli olduqları 
məbləğin yuxarı həddindən çox ola bilməz. bu halda göstərilən şəxslərin heç biri ona 
tətbiq edilən məsuliyyət həddindən artıq məsuliyyət daşımamalıdır. 
Maddə 150. Məsuliyyətin məhdudlaşdırılması hüququnun itirilməsi  
Daşıyıcı, faktiki daşıyıcı, onların işçisi və ya agenti, əgər sərnişinə zərərin qəsdən və ya 
ehtiyatsızlıq nəticəsində törətdikləri hərəkətlər və ya hərəkətsizlik səbəbindən vurulduğu 
sübuta yetirilərsə, bu Məcəllənin 148.1-148.5-ci maddələrində nəzərdə tutulmuş 
məsuliyyətin məhdudlaşdırılması hüququnu itirir. 
Maddə 151. Baqaj itirildikdə və ya zədələndikdə bildiriş  
151.1. Aşağıda göstərilən hallarda sərnişin daşıyıcıya və ya onun agentinə yazılı bildiriş 
verməlidir: 
151.1.1. kayut baqajının zədələnməsi aşkar göründükdə — sərnişin gəmidən 
düşməzdən əvvəl və ya düşdüyü anda; 
151.1.2. digər baqajın zədələnməsi aşkar göründükdə — baqaj verilməzdən əvvəl 
və ya verildiyi anda; 
151.1.3. baqajın itirilməsi və ya zədələnməsi aşkar görünmədikdə — sərnişinin 
gəmidən düşdüyü gündən və ya baqajın verildiyi gündən, yaxud baqajın təhvil 
verilməli olduğu andan etibarən 15 gün ərzində. 
151.2. Baqaj alınan anda onun vəziyyəti daşıyıcı ilə birlikdə müayinə edildikdə və ya 
yoxlandıqda yazılı bildirişin verilməsi tələb olunmur. 
151.3. Sərnişin bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulmuş tələbi yerinə 
yetirmədikdə hesab olunur ki, əks hal sübuta yetirilməyibsə, sərnişin baqajını 
zədələnməmiş alıb. 
X fəsil. Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsi (taym-
çarter) 


Maddə 152. Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsinin (taym-çarterin) 
anlayışı  
Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsinə (taym-çarter) görə gəmi sahibi 
şərtləşdirilmiş haqq (fraxt) müqabilində fraxtedənə ticarət gəmiçiliyinin məqsədləri üçün 
gəmini və gəmi heyəti üzvlərinin xidmətlərini müəyyən müddətə istifadəyə verməyi 
öhdəsinə götürür. Taym-çarter yazılı formada bağlanmalıdır. 
Maddə 153. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq 
edilir. 
Maddə 154. Taym-çarterin məzmunu  
Taym-çarterdə tərəflərin adı, gəminin adı, onun texniki və istismar xarakteristikaları 
(yükgötürmə qabiliyyəti, tutumu, sürəti və s.), üzmə rayonu, fraxtedilmənin məqsədi, 
gəminin verilməsi və qaytarılması yeri və tarixi, fraxtın məbləği və ödənilmə qaydası, 
taym-çarterin qüvvədəolma müddəti göstərilməlidir. 
Maddə 155. Gəmini müəyyən müddətə fraxtetmə müqaviləsi (subtaym-çarter)  
155.1. Taym-çarterdə başqa hal nəzərdə tutulmadıqda, fraxtedən taym-çarterlə ona 
verilmiş hüquqlar hüdudunda öz adından taym-çarterin qüvvədə olduğu bütün müddətə 
və ya həmin müddətin bir hissəsinə gəminin fraxta verilməsi haqqında üçüncü şəxslər ilə 
müqavilə bağlaya bilər (subtaym-çarter). Subtaym-çarterin bağlanması fraxtedəni gəmi 
sahibi ilə bağladığı taym-çarterin icrasından azad etmir. 
155.2. Subtaym-çarterə bu fəsildə müəyyən edilmiş qaydalar tətbiq edilir. 
Maddə 156. Gəminin dəniz üzgüçülüyünə yararlı vəziyyətə gətiriləsi  
156.1. Gəmi sahibi fraxtedənə gəmini verənə kimi onu dəniz üzgüçülüyü üçün yararlı 
vəziyyətə gətirməlidir, yəni fraxtedilmənin taym-çarterdə nəzərdə tutulmuş məqsədləri 
üçün gəmini (onun gövdəsini, mühərrikini və avadanlığını) yararlı vəziyyətə gətirilməsini 
təmin etməyə, gəmi heyəti ilə komplektləşdirməyə və lazımi qaydada təchiz etməyə 
borcludur. 
156.2. Gəmi sahibi gəmiyə lazımi qayğı göstərilərkən gəminin dəniz üzgüçülüyünə 
yararsız vəziyyətinin aşkar edilə bilməyən qüsurlardan irəli gəldiyini sübuta yetirə bilsə 
(zahirən görünməyən qüsurlar), məsuliyyət daşımır. 
156.3. Gəmi sahibi taym-çarterin qüvvədə olduğu müddətdə gəmini dəniz üzgüçülüyünə 
yararlı vəziyyətdə saxlamağa, gəminin və öz məsuliyyətinin sığortalanması, habelə gəmi 
heyəti üzvlərinin saxlanılma xərclərini ödəməyə borcludur. 
Maddə 157. Gəminin kommersiya istismarı və onun qaytarılması üzrə fraxtedənin 
vəzifələri  
157.1. Fraxtedən gəmidən və gəmi heyəti üzvlərinin xidmətlərindən taym-çarterdə 
müəyyən edilmiş məqsədlərə və şərtlərə müvafiq olaraq istifadə etməyə borcludur. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə