Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   27   28   29   30   31   32   33   34   35

Maddə 304. Dəniz protesti  
304.1. Gəmi üzərkən və ya dayanarkən gəmi sahibinə əmlak tələblərinin irəli sürülməsi 
üçün əsas ola bilən hadisə baş verdikdə, gəmi kapitanı sübutların təmin edilməsi məqsədi 
ilə dəniz protesti haqqında bəyanat verməlidir. 
304.2. Dəniz protestinin məqsədi hadisənin baş verdiyi şərait və yaranma səbəbləri 
barədə, o cümlədən vurulan zərər və zərərin qarşısını almaq və ya azaltmaq üçün 
görülmüş tədbirlər barədə mümkün qədər tam məlumat verməkdir. 
Maddə 305. Dəniz protesti haqqında bəyanat  
305.0. Dəniz protesti haqqında bəyanat: 
305.0.1. Azərbaycan Respublikasının limanlarında - notariusa; 
305.0.2. xarici limanlarda — Azərbaycan Respublikasının konsulluq idarəsinin 
vəzifəli şəxsinə və ya xarici dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
bu dövlətin səlahiyyətli vəzifəli şəxsinə verilir. 
Maddə 306. Dəniz protesti haqqında bəyanatın verilmə müddəti  
Hadisə limanda baş verdikdə, dəniz protesti haqqında bəyanat hadisənin baş verdiyi 
andan başlayaraq 24 saat ərzində verilir. Hadisə gəmi səfərdə olduğu zaman baş 
verdikdə, dəniz protesti haqqında bəyanat gəminin və ya kapitanın gəldiyi ilk limanda 24 
saat ərzində verilməlidir. 
Maddə 307. Dəniz protesti haqqında bəyanatın gecikdirilmə ilə verilməsi  
307.1. Əgər hadisə səfər zamanı baş veribsə, hadisədən sonra birinci limana girişlə 
əlaqədar xeyli vaxt və vəsait itirilməsinin qarşısını almaq üçün dəniz protesti haqqında 
bəyanat gəminin və ya kapitanın hadisədən sonra gəldiyi birinci liman olmayan limanda 
verilə bilər. 
307.2. Əgər dəniz protestini bu Məcəllənin 306-cı maddəsində müəyyən edilmiş 
müddətdə bəyan etmək mümkün olmazsa, bunun səbəbləri dəniz protesti haqqında 
bəyanatda göstərilməlidir. 
Maddə 308. Yükə vurulan zərərə münasibətdə dəniz protestinin bəyan edilməsi  
Baş vermiş hadisə nəticəsində gəmidəki yükə zərərin vurulduğunu güman etmək üçün 
əsas olduqda, dəniz protesti haqqında bəyanat yük anbarları açılanadək verilməlidir. 
Dəniz protesti haqqında bəyanat verilənədək gəmidən yükün boşaldılması yalnız son 
dərəcə zərurət olduqda həyata keçirilə bilər. 
Maddə 309. Sübutlar  
309.1. Dəniz protesti haqqında bəyanatda ifadə edilmiş halları təsdiqləmək üçün gəmi 
kapitanı bəyanat ilə eyni zamanda, yaxud özünün və ya gəminin limana gəldiyi və ya 
hadisənin, əgər hadisə limanda olmuşdursa, baş verdiyi andan başlayaraq yeddi gündən 
artıq olmayan müddət ərzində gəmi jurnalını və gəmi kapitanı tərəfindən təsdiq edilmiş 


gəmi jurnalından çıxarışı tanış olmaq üçün notariusa və ya Azərbaycan Respublikasının 
konsulluq idarəsinin vəzifəli şəxsinə, yaxud xarici dövlətin səlahiyyətli vəzifəli şəxsinə 
təqdim etməlidir. 
309.2. Gəmi jurnalı məhv olduqda dəniz protesti haqqında bəyanatda gəmi jurnalının 
məhv olduğu şərait və səbəblər göstərilməlidir. 
Maddə 310. Dəniz protesti haqqında aktın tərtib olunması  
Notarius və ya Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsi gəmi 
kapitanının bəyanatı, gəmi jurnalındakı qeydlər, gəmi kapitanı və zərurət olduqda gəmi 
heyətinin digər üzvləri ilə aparılan sorğu əsasında dəniz protesti haqqında akt tərtib edir 
və onu imzası və gerbli möhürlə təsdiq edir. 
Maddə 311. Xarici dövlətlərin konsulluq idarələri tərəfindən dəniz protesti 
haqqında aktın tərtib olunması  
Xarici gəmilərin kapitanlarından dəniz protesti haqqında bəyanatın qəbulu və dəniz 
protesti haqqında aktların tərtibi xarici dövlətlərin Azərbaycan Respublikasındakı 
konsulluq idarələri tərəfindən qarşılıqlıq əsasında həyata keçirilə bilər. 
XXV fəsil. Pretenziyalar, iddialar və iddia müddəti 
Maddə 312. Dənizlə yük daşınması iştirakçılarının məsuliyyəti üçün əsas ola bilən 
halların təsdiqlənməsi  
312.1. Yük daşıyanların, göndərənlərin, alanların və sərnişinlərin məsuliyyəti üçün əsas 
ola bilən hallar kommersiya aktları və ya ümumi formalı aktlarla təsdiqlənir. Xarici 
limanlarda bu hallar həmin limanlarda mövcud olan qaydalara müvafiq olaraq təsdiqlənir. 
312.2. Kommersiya aktı aşağıdakıların təsdiqlənməsi üçün tərtib olunur: 
312.2.1. həqiqi yükün və ya baqajın adı, kütləsi və ya yerlərinin sayı ilə daşınma 
sənədində göstərilənlər arasında uyğunsuzluğun; 
312.2.2. yükün və ya baqajın zədələnməsinin; 
312.2.3. sənədsiz yükün və ya baqajın, habelə yüksüz və ya baqajsız sənədin 
aşkar edilməsinin; 
312.2.4. oğurlanmış yükün və ya baqajın daşıyıcıya qaytarılmasının. 
312.3. Aktların forması və tərtib edilmə qaydası, habelə aktların tərtib edilməsini tələb 
etməyən halların təsdiqlənmə qaydası bu Məcəllənin 3.2-ci maddəsinə uyğun qəbul 
edilən qaydalara müvafiq olaraq müəyyənləşdirilir. 
Maddə 313. Daşıyıcıya pretenziyanın verilməsi  
313.1. Yükün kabotajda daşınması ilə əlaqədar daşıyıcıya iddia verilənədək ona mütləq 
əvvəlcədən pretenziya verilməlidir. 


313.2. Pretenziyalar yükün daşınmasını həyata keçirən daşıyıcıya və əgər daşıma icra 
olunmamışdırsa, dənizlə yük daşınması müqaviləsinə müvafiq olaraq bu daşımanı icra 
etməli olan daşıyıcıya verilir. 
313.3. Yükün qarışıq daşınması hallarından irəli gələn pretenziyalar yükü axırıncı 
məntəqəyə çatdıran daşıyıcıya verilir. 
Maddə 314. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi  
314.1. Pretenziya və iddia vermək hüququnun, yükgöndərən tərəfindən yükalana və ya 
əksinə, habelə yükalan və ya yükgöndərən tərəfindən ekspeditora yaxud sığortaçıya 
verilmə halları istisna olmaqla, digər şəxslərə verilməsinə yol verilmir. 
314.2. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi konosamentdə və ya 
digər daşınma sənədində müvafiq qeydin olması ilə təsdiqlənir. 
Maddə 315. Pretenziyanın verilmə qaydası  
315.1. Pretenziya yazılı şəkildə verilir. Yükün itirilməsi və ya zədələnməsi barədə 
pretenziyaya daşınma sənədlərindən başqa, pretenziyanı vermək üçün hüququ, habelə 
göndərilən yükün miqdarını və dəyərini təsdiqləyən sənədlər əlavə olunmalıdır. Daşınma 
sənədlərinin əsli təqdim olunur. 
315.2. Pretenziyaya bu Məcəllənin 315.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə 
olunmadıqda, daşıyıcının pretenziyanı aldıqdan sonra iki həftə müddətində onu 
baxılmadan geri qaytarmaq hüququ vardır. Daşıyıcı göstərilən müddət ərzində müvafiq 
qaydada tərtib edilməmiş pretenziyanı geri qaytarmadıqda, pretenziya baxılmaq üçün 
qəbul olunmuş hesab edilir. 
Maddə 316. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın verilmə 
müddəti  
Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziya daşıyıcıya iddia müddəti 
ərzində verilə bilər. 
Maddə 317. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın baxılma 
müddəti  
317.1. Daşıyıcı dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyaya bir ay 
müddətində baxır və bu müddət ərzində pretenziya verənə pretenziyanın etiraf və ya rədd 
edilməsi barədə yazılı məlumat verir. 
317.2. İddia müddətinin axımı dənizlə yük daşınması müqaviləsindən yaranan 
pretenziyanın daşıcıya verilən gündən etibarən pretenziyaya cavab alınanadək və ya 
cavab üçün müəyyən edilmiş müddət qurtaranadək dayandırılır. 
Maddə 318. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üzrə iddia 
müddəti  
318.1. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üçün iddia müddəti bir 
ildir. 


318.2. Göstərilən müddət aşağıdakı qaydada hesablanır: 
318.2.1. yükün itirilməsinə görə zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə 
— yükün verilməli olduğu gündən otuz gün keçəndən sonra, qarışıq daşımada isə 
— yükün daşınmaya qəbul edildiyi gündən dörd ay keçəndən sonra; 
318.2.2. yükün zədələnməsi, çatdırılmasının gecikdirilməsinə görə zərərin 
əvəzinin ödənilməsinə və artıq ödənmiş daşınma haqqının qaytarılmasına yaxud 
əskik ödənilmiş daşınma haqqının tutulmasına dair tələblər üzrə — yükün 
verildiyi gündən, yük verilmədikdə isə — yükün verilməli olduğu gündən; . 
318.2.3. gəminin verilməməsinə və ya gecikdirilmə ilə verilməsinə görə zərərin 
əvəzinin ödənilməsinə, gəminin boşdayanması üçün haqqa və yükün vaxtından 
əvvəl yüklənməsinə və ya boşaldılmasına görə mükafata dair tələblər üzrə — 
yükün daşınması başladığı və ya başlanmalı olduğu aydan sonrakı ay qurtardıqda; 
318.2.4. bütün digər hallara dair tələblər üzrə — tələbin irəli sürülməsinə əsas 
olan hadisə baş verdiyi gündən. 
Maddə 319. Digər tələblər üzrə iddia müddəti  
319.1. Beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsindən, dəniz 
sığorta müqaviləsindən, habelə gəmilərin toqquşmasından və xilasetmə əməliyyatlarının 
həyata keçirilməsindən doğuran tələblər üzrə iddia müddəti iki ildir. Bu müddət aşağıdakı 
qaydada hesablanır: 
319.1.1. beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsinə 
dair tələblər üzrə: 
319.1.1.1. sərnişinin sağlamlığı pozulduqda — sərnişin sahilə çıxdığı 
gündən; 
319.1.1.2. daşınma zamanı sərnişin öldükdə — sərnişinin sahilə çıxmalı 
olduğu gündən; 
319.1.1.3. daşınma zamanı sağlamlığının pozulması nəticəsində sərnişin 
sahilə çıxdıqdan sonra öldükdə — sərnişinin öldüyü gündən, o şərtlə ki, 
sərnişinin sahilə çıxdığı gündən üç ildən çox olan müddət keçməsin; 
319.1.1.4. sərnişinin baqajı itirildikdə və ya zədələndikdə — tarixlərdən 
hansı birinin gec gəlməsindən asılı olaraq — baqajın düşürüldüyü və ya 
düşürülməli olduğu gündən; 
319.1.2. dəniz sığorta müqaviləsindən doğuran tələblər üzrə — iddiaya hüququn 
yarandığı gündən; 
319.1.3. gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsinə dair 
tələblər üzrə — gəmilərin toqquşduğu gündən; 
319.1.4. xilasetmə əməliyyatlarından doğuran tələblər üzrə — xilasetmə 
əməliyyatları başa çatdığı gündən. 


319.2. Yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz agentliyi 
müqaviləsindən, taym-çarterdən, berbout-çarterdən və ümumi qəzadan doğuran tələblərə 
iddia müddəti bir ildir. Bu müddət aşağıdakı qaydada hesablanır: 
319.2.1. yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz 
agentliyi müqaviləsindən, taym-çarterdən və berbout-çarterdən doğuran tələblər 
üzrə — iddia hüququ yarandığı gündən; 
319.2.2. ümumi qəzadan doğuran tələblər üzrə — dispaşın tərtib edildiyi gündən. 
319.3. Bu Məcəllənin 248-ci maddəsində nəzərdə tutulmuş reqress tələbləri üzrə iddia 
müddəti bir ildir. Bu müddət müvafiq məbləğin ödənilməsi günündən hesablanır. 
Maddə 320. Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli 
maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair 
tələblər üzrə iddia müddəti  
Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması 
nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar, zərərçəkənin belə zərərin 
vurulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində ödənilir. Lakin, 
gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair 
iddialar çirkləndirməyə səbəb olmuş hadisənin baş verdiyi gündən altı il keçəndən sonra, 
dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin 
ödənilməsinə dair iddialar isə — belə zərərə səbəb olmuş hadisənin baş verdiyi gündən 
on il keçəndən sonra verilə bilməz. 
Maddə 321. ümumi müddətlərin tətbiq edilməsi  
Əgər Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə 
tutulmayıbsa, bu Məcəllədə iddia müddəti müəyyən edilməyən tələblər üçün Azərbaycan 
Respublikasının mülki qanunvericiliyində müəyyənləşdirilmiş ümumi iddia müddətləri 
tətbiq edilir. 
Maddə 322. ümumi qəza halında iddia müddətinin axımının dayandırılması  
Tələbin məbləğinin hesablanması ümumi qəza üzrə hesablaşmalardan asılı olduğu halda, 
iddia müddətinin axımı ümumi qəzanın mövcudluğu haqqında dispaşerin qərar qəbul 
etdiyi gündən maraqlı tərəfin dispaşı aldığı günə kimi dayandırılır. 
Maddə 323. Özgəsinin pul vəsaitlərindən istifadəyə görə faizlər  
323.1. Bu Məcəllədə nəzərdə tutulmuş münasibətlərdən doğuran tələblər ödənildikdə, 
ödənilən məbləğə kreditorun yaşadığı yerdə, kreditor hüquqi şəxs olduqda isə onun 
olduğu yerdə mövcud olan bank faiz dərəcəsi əlavə edilir. 
323.2. Faizlər müvafiq məbləğin ödənilməsinə dair yazılı tələbin verildiyi gündən 
məbləğin ödənildiyi günə kimi hesablanır. 
323.3. Bu Məcəllənin 323.1 və 323.2-ci maddələrində müəyyən edilmiş qaydalar ümumi 
qəzanın bölüşdürülməsi qaydasında zərərin əvəzinin ödənilməsinə dair tələblərə şamil 
edilmir. 


XXVI fəsil. Tətbiq edilən hüquq 
Maddə 324. Tətbiq edilən hüququn müəyyənləşdirilməsi  
324.1. Xarici vətəndaşların və ya xarici hüquqi şəxslərin iştirakı ilə, o cümlədən mülki 
hüquq obyekti Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, ticarət 
gəmiçiliyindən yaranan münasibətlərə tətbiq edilən qanun Azərbaycan Respublikasının 
beynəlxalq müqavilələrinə, bu Məcəlləyə, digər qanunlara və Azərbaycan 
Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətlərinə müvafiq olaraq müəyyənləşdirilir. 
324.2. Bu Məcəllə ilə nəzərdə tutulmuş müqavilənin tərəfləri müqavilə bağlayarkən və ya 
sonradan razılaşma əsasında həmin müqavilə üzrə onların hüquq və vəzifələrinə tətbiq 
edilən qanunu seçə bilərlər. Belə razılaşma olmadıqda, bu Məcəllənin qaydaları tətbiq 
edilir; belə razılaşmanın mövcudluğu sərnişinin həyatına və ya sağlamlığına zərərin 
vurulmasına, yükün və baqajın itirilməsinə və ya zədələnməsinə yaxud onların 
gecikdirilmə ilə çatdırılmasına görə bu Məcəlləyə müvafiq olaraq məsuliyyətinin aradan 
qaldırılmasına və ya azaldılmasına səbəb olmur. 
Maddə 325. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları  
325.1. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları, habelə belə hüquqların əldə 
edilməsi, verilməsi və ya itirilməsi gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə 
müəyyənləşdirilir. 
325.2. Digər dövlətin bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmiyə olan 
əşya hüquqlarına gəminin bilavasitə bayrağın dəyişdirilməsindən əvvəl qeydə alındığı 
dövlətin qanunu tətbiq edilir. 
325.3. Əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, 
inşa edilməkdə olan gəmiyə hüquqlar gəminin inşa üçün qəbul edildiyi və ya inşa edildiyi 
dövlətin qanunu ilə müəyyənləşdirilir. 
Maddə 326. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti  
326.1. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti və gəminin istismarı ilə bağlı olan gəmi 
heyəti üzvlərinin arasında yaranan münasibətlər gəminin bayrağı altında üzdüyü 
dövlətinin qanunu ilə müəyyənləşdirilir. 
326.2. Gəmi sahibinin və xarici vətəndaş olan gəmi heyəti üzvlərinin münasibətlərini 
tənzimləyən müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəmi sahibi və gəmi heyəti 
üzvləri arasında olan münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə 
tənzimlənir. Gəmi sahibi və gəmi heyəti üzvlərinin tətbiq edilən qanunun əmək 
müqaviləsini seçmələri gəmi heyəti üzvlərinin əmək şəraitinin pisləşməsinə səbəb 
olmamalıdır. 
Maddə 327. Batmış əmlaka hüquqlar  
327.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində 
batmış əmlaka hüquqlar Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilir. 


327.2. Açıq dənizdə batmış gəmilərə, onların yükünə və digər əmlakına gəminin bayrağı 
altında üzdüyü dövlətinin qanunu tətbiq edilir. 
Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan 
münasibətlər  
328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, dəniz 
agentliyi müqaviləsindən, dəniz sığorta müqaviləsindən, dəniz vasitəçiliyi 
müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə 
tərəflərlə nəzərdə tutulmuş dövlətin, dənizlə sərnişin daşınması müqaviləsindən yaranan 
münasibətlər isə — sərnişinin biletində göstərilən dövlətin qanunu ilə tənzimlənir. 
328.2. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların 
müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət 
və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir: 
328.2.1. dənizlə yük daşınması müqaviləsində — daşıyıcının; 
328.2.2. dəniz agentliyi müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi 
sahibinin; 
328.2.3. yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin; 
328.2.4. dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin; 
328.2.5. dəniz sığorta müqaviləsində — sığortaçının. 
Maddə 329. ümumi qəza  
329.1. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, ümumi qəzadan 
doğuran münasibətlər ümumi qəzaya səbəb olan hadisədən sonra gəmi səfərini başa 
çatdırdığı limanın dövlətinin qanunu ilə tənzimlənir. ümumi qəza nəticəsində mənafeləri 
toxunulan bütün şəxslər bir dövlətə mənsubdurlarsa, həmin dövlətin qanunu tətbiq edilir. 
329.2. Əgər ümumi qəza Azərbaycan Respublikasında bölüşdürülürsə, onun qaydası bu 
Məcəllənin 16-cı fəslində müəyyən edilmiş qaydalara müvafiq olaraq tənzimlənir. 
Maddə 330. Gəmilərin toqquşmasından yaranan münasibətlər  
330.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində 
gəmilərin toqquşmasından yaranan münasibətlər Azərbaycan Respublikasının qanunu ilə 
tənzimlənir. 
330.2. Gəmilər açıq dənizdə toqquşduqda və mübahisəyə Azərbaycan Respublikasında 
baxıldıqda bu Məcəllənin 17-ci fəslində müəyyən edilmiş qaydalar tətbiq edilir. 
330.3. Bir dövlətin bayrağı altında üzən gəmilərin toqquşmasından yaranan 
münasibətlərə, gəmilərin toqquşduğu yerdən asılı olmayaraq, həmin dövlətin qanunu 
tətbiq edilir. 


Maddə 331. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərdən yaranan 
münasibətlər  
331.0. Gəmilərdən neftlə çirkləndirmədən zərər vurulduqda, bu Məcəllənin 18-ci fəslində 
müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir: 
331.0.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsində gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərə; 
331.0.2. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq 
və ya azaltmaq üçün ehtiyat tədbirlərinə. 
Maddə 332. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan 
zərərdən yaranan münasibətlər  
332.0. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı zərər vurulduqda, bu 
Məcəllənin 19-cu fəslində müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir: 
332.0.1. Azərbaycan Respublikasının ərazisində vurulan hər hansı bir zərərə
332.0.2. Azərbaycan Respublikasının ərazisində ətraf mühitin çirkləndirilməsi 
nəticəsində vurulan zərərə; 
332.0.3. Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda ətraf mühitin 
çirkləndirilməsi nəticəsində vurulan zərərdən fərqli olan zərərə, əgər belə zərər 
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmidə daşınan 
təhlükəli və zərərli maddələrlə vurulubsa; 
332.0.4. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq 
və ya azaltmaq üçün ehtiyat tədbirlərinə. 
Maddə 333. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlər  
333.1. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlərə tətbiq 
ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda, xilasetmə əməliyyatının 
aparıldığı dövlətin qanunu tətbiq edilir. 
333.2. Xilas edən və xilas edilən gəmilər bir dövlətin bayrağı altında üzdükdə, xilasetmə 
əməliyyatının aparıldığı yerdən asılı olmayaraq, həmin dövlətin qanunu tətbiq edilir. 
Maddə 334. Gəmi sahibinin məsuliyyətinin hüdudları  
Gəmi sahibinin məsuliyyətinin hüdudları gəmi bayrağı dövlətinin qanunu ilə 
müəyyənləşdirilir. 
Maddə 335. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri  
Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilədə 
müəyyənləşdirilən normalar bu Məcəllədə nəzərdə tutulan normalardan fərqlənərsə, onda 
beynəlxalq müqavilənin normaları tətbiq edilir. 


Azərbaycan Respublikasının Prezidenti 
Heydər ƏLİYEV 
Bakı şəhəri, 22 iyun 2001-ci il 
№ 146-IIQ 
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 
2001-ci il, № 7, maddə 444) («VneshExpertService»). 
 
Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin  
Siyahısı
 
1. 19 dekabr 2006-ci il tarixli 
203-IIIQD
 nömrəli qanun - «Azərbaycan» qəzeti, 30 
dekabr 2006-cı il, № 294. 
2. 1 may 2007-ci il tarixli 
324-IIIQD
 nömrəli qanun - «Azərbaycan» qəzeti, 25 may 
2007-ci il, № 113. 
3. 17 aprel 2007-ci il tarixli 
320-IIIQD
 nömrəli qanun - «Azərbaycan» qəzeti, 24 iyun 
2007-ci il, № 137. 
4. 16 iyun 2007-ci il tarixli, 
389-IIIQD
 nömrəli qanun - «Azərbaycan» qəzeti, 21 avqust 
2007-ci il, № 185. 
5. 20 oktyabr 2009-cu il tarixli, 
890-IIIQD
 nömrəli qanun - «Azərbaycan» qəzeti, 24 
dekabr 2009-cu il, № 286. 
6. 1 fevral 2010-cu il tarixli, 
951-IIIQD
 nömrəli qanun - «Respublika» qəzeti, 18 mart 
2010-cu il, № 60. 
7. 29 may 2012-ci il tarixli, 
371-IVQD
 nömrəli qanun - «Respublika» qəzeti, 10 iyul 
2012-ci il, № 150. 
8. 15 fevral 2013-cü il tarixli, 
559-IVQD
 nömrəli qanun - «Respublika» qəzeti, 12 mart 
2013-cü il, № 55. 
 
© VneshExpertService 

Document Outline

  • i1
  • i2
  • i3
  • i4
  • i5
  • i6
  • i7
  • i8

Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə