Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   27   28   29   30   31   32   33   34   35

291.2. Vətəndaşların həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə 
dair tələbin, habelə dəniz sığorta müqaviləsinə əsasən gəmi mülkiyyətçisinə çatacaq 
sığorta ödənişinə dair tələbin gəmiyə dəniz girovu hüququ olan şəxsə güzəşt edilməsinə 
və ya keçməsinə yol verilmir. 
Maddə 292. Gəmini və ya inşa edilməkdə olan gəmini saxlamaq hüququ  
292.1. Gəminin inşa edilməsindən, habelə onun təmir edilməsindən yaranan tələbləri 
təmin etmək üçün gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının, gəmi onların 
sahibliyində olduğu dövr ərzində, gəmini saxlamaq hüququ vardır. 
292.2. Gəmi və ya inşa edilməkdə olan gəmi gəmiqayırma və ya gəmi təmiri 
təşkilatlarının sahibliyindən çıxandan sonra bu Məcəllənin 292.1-ci maddəsində nəzərdə 
tutulmuş gəmini saxlamaq hüququ, gəmiyə həbs qoyulması halı istisna olmaqla, itir. 
292.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması halında 
gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının gəminin satışından əldə edilmiş məbləğ 
hesabına öz tələblərinin ödənilməsinə hüququ vardır. 
Maddə 293. Gəminin və inşa edilməkdə olan gəminin ipoteka ilə yüklü edilməsi  
293.1. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası pul öhdəliyinin təmin 
edilməsi məqsədi ilə gəmi və ya inşa edilməkdə olan gəmi mülkiyyətçisinin (ipoteka 
verən) və kreditorun (ipoteka saxlayan) müqavilələri ilə müəyyən edilir. 
293.2. Gəmiyə təsərrüfat idarəetmə hüququ olan şəxs gəmi və ya inşa edilməkdə olan 
gəmi mülkiyyətçisinin razılığı əsasında ipoteka verən ola bilər. 
293.3. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir və gəminin qeydiyyata 
alındığı reyestrdə qeydə alınmalıdır. 
Maddə 294. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasının predmeti  
294.1. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəminin ipotekası gəminin həmin 
gəmi mülkiyyətçisinə məxsus olan ləvazimatlarına, habelə gəminin məhv olması və 
zədələnməsinə görə məsuliyyət şərtləri ilə bağlanmış dəniz sığorta müqaviləsi üzrə 
çatacaq sığorta ödənişinə də şamil edilir. Gəminin ipotekası fraxta şamil edilmir. 
294.2. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, inşa edilməkdə olan gəminin 
ipotekası gəminin inşası üçün nəzərdə tutulmuş, gəmiqayırma təşkilatının ərazisində olan 
və aydın şəkildə markalanmış və eyniləşdirilmiş material və avadanlığa, habelə inşa 
edilməkdə olan gəminin məhv olması və zədələnməsinə görə məsuliyyət şərtləri əsasında 
bağlanmış dəniz sığorta müqaviləsi üzrə çatacaq sığorta ödənişinə də şamil edilir. 
Maddə 295. İpoteka saxlayanların tələblərinin ödənilməsi növbəliyi  
Əgər bir neçə ipoteka saxlayan varsa, ipoteka ilə yüklü edilmiş gəminin və ya inşa 
edilməkdə olan gəminin satışından əldə edilmiş xalis gəlirdən ipoteka saxlayanların 
tələbləri onların hüquqlarının qeydiyyat tarixinə uyğun olaraq növbə ilə ödənilir. Daha 
əvvəl qeydiyyata alınmış ipoteka sonradan qeydiyyata alınmış ipotekaya qarşı 
ödənilməkdə üstünlüyə malikdir. Eyni gündə qeydiyyata alınmış ipotekalar eyni qüvvəyə 
malikdir. 


Maddə 296. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasının 
əsasları  
İpoteka verən borcun ödənilməsi vəzifəsini yerinə yetirmədikdə, ipoteka ilə yüklü edilmiş 
gəmi və ya inşa edilməkdə olan gəmi üzərinə həbs qoyulmuş gəminin və ya inşa 
edilməkdə olan gəminin olduğu yer üzrə məhkəmənin qərarı əsasında satıla bilər. 
Maddə 297. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması 
haqqında bildiriş  
297.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması üçün məhkəmə bu 
barədə aşağıdakılara bildiriş göndərməlidir: 
297.1.1. gəmini qeydiyyata alan orqana və ya inşa edilməkdə olan gəmiyə 
mülkiyyət hüququnu qeydiyyata alan orqana
297.1.2. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və 
təqdim edənə müəyyənləşdirilməmiş ipotekalarının ipoteka saxlayanlarına; 
297.1.3. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və 
təqdim edənə müəyyənləşdirilmiş ipotekalarının ipoteka saxlayanlarına, habelə bu 
Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə gəminin dəniz 
girovunu saxlayanlarına, əgər onlar öz tələbləri barədə məhkəməni 
məlumatlandırıblarsa; 
297.1.4. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış 
mülkiyyətçisinə; 
297.1.5. bayrağı altında gəmiyə müvəqqəti üzməyə icazə vermiş dövlətin gəmini 
qeydiyyata almış orqanına. 
297.2. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasını tələb edən şəxs 
məhkəməyə gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış ipotekasının 
ipoteka saxlayanlarının adlarını və ünvanlarını əlavə etməklə müvafiq gəmi və ya inşa 
edilməkdə olan gəmi reyestrlərindən çıxarış təqdim etməlidir. 
297.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı haqqında bildiriş 
məcburi satışa otuz gündən az qalmamış göndərilir və özündə aşağıdakıları əks etdirir: 
297.3.1. məcburi satışın vaxtı və yeri haqqında məlumatları, habelə məcburi satışa 
və ya məcburi satışa aparan prosedurlara aid olan və öz maraqlarını qorumaq 
məqsədi ilə bildiriş almağa hüququ olan şəxslərin bilməli olduqları məlumatları; 
297.3.2. məcburi satışın vaxtını və yerini dəqiq müəyyənləşdirmək mümkün 
olmadıqda, məcburi satışın təxmini vaxtı və yeri haqqında məlumatları, habelə 
məcburi satışa aid və bildiriş almağa hüququ olan şəxslərin maraqlarının 
qorunması üçün kifayət olan digər məlumatları. 
297.4. Bildiriş bu Məcəllənin 297.3-cü maddəsinə müvafiq olaraq göndərildikdə, məcburi 
satışın faktik vaxtı və yeri haqqında əlavə bildiriş onlar məlum olduqdan sonra, lakin 
məcburi satışa yeddi gündən az qalmamış göndərilir. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə