281.1.3. xilasetmə xidmətləri göstərilən gəmidən hərəkət etməyən və ya müstəsna
olaraq gəmidə hərəkət edən xilas edənə, habelə hərəkətinə və ya hərəkətsizliyinə
görə xilas edənin məsuliyyət daşıdığı istənilən şəxsə;
281.1.4. bu Məcəllənin 280.3-cü maddəsinə əsasən müəyyən edilən məsuliyyət
həddi bir hadisədən irəli gələn bütün tələblərin cəmi üçün gəmi sahibinə, habelə
hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi sahibinin məsuliyyət daşıdığı
istənilən şəxsə.
Maddə 282. Məsuliyyətin məhdudlaşdırılması fondunu yaratmadan məsuliyyətin
məhdudlaşdırılması
282.1. Gəmi sahibinin və xilas edənin bu Məcəllənin 283-cü maddəsində nəzərdə tutulan
məsuliyyətin məhdudlaşdırılması fondunu yaratmadan bu fəsildə müəyyən edilmiş
qaydalara uyğun olaraq öz məsuliyyətini məhdudlaşdırmaq hüququ vardır.
282.2. Əgər məsuliyyətin məhdudlaşdırılması məsuliyyətin məhdudlaşdırılması fondu
yaradılmadan həyata keçirilirsə, müvafiq olaraq bu Məcəllənin 284-cü maddəsinin
qaydaları tətbiq edilir.
Maddə 283. Məsuliyyətin məhdudlaşdırılması fondu
283.1. üzərinə məsuliyyət qoyula biləcək şəxs məsuliyyətinin məhdudlaşdırıla biləcəyi
tələb üzrə ona qarşı iddianın verildiyi məhkəmədə məsuliyyətinin məhdudlaşdırılması
fondunu yarada bilər.
283.2. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 280-cı maddəsinə uyğun
hesablanan məbləğ miqdarında və bu məbləğə hadisənin baş verdiyi gündən fondun
yaradılma gününədək faizlər əlavə edilməklə yaradılır. Bu qaydada yaradılan hər hansı
bir fond yalnız məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblərin ödənilməsi üçün
nəzərdə tutulur.
283.3. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 283.2-ci maddəsində
göstərilən məbləğin məhkəmənin depozitinə ödənilməsi vasitəsi və ya Azərbaycan
Respublikasının qanunvericiliyinə görə bank zəmanətinin və ya digər maliyyə
təminatının təqdim edilməsi yolu ilə yaradıla bilər.
283.4. Bir hadisədən irəli gələn tələblər üzrə bir neçə gəmi sahibinin və ya xilas edənlərin
məsuliyyətin məhdudlaşdırılmasına hüquqları olduqda, belə şəxslərin hər hansı birinin
yaratdığı məsuliyyətin məhdudlaşdırılması fondu bütün gəmi sahiblərinin və ya xilas
edənlərin yaratdığı fond hesab edilir.
Maddə 284. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi
284.1. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə dair bütün
məsələləri yalnız belə fondun yaradıldığı məhkəmə həll etməyə səlahiyyətlidir.
284.2. Məsuliyyətin məhdudlaşdırılması fondu həmin fonda tələbləri olan şəxslər
arasında onların tələblərinin müəyyənləşdirilmiş miqdarına mütənasib surətdə
bölüşdürülür.
284.3. Əgər məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə kimi tələb
üzrə cavabdeh olan şəxs və ya onun sığortaçısı bu fonda olan tələb üzrə kompensasiyanı
ödəyibsə, belə şəxs ödədiyi məbləğ həddində kompensasiyanı almış şəxsin hüquqlarını
subroqasiya qaydasında əldə edir.
Maddə 285. Digər iddialar üçün maneələr
Məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqda, heç bir şəxsin, kimin ki tələblərinin
təmin edilməsi üçün fond nəzərdə tutulub, belə fondu yaratmış şəxsin və ya şəxslərin
digər əmlakına həmin tələblər üzrə hər hansı bir hərəkət etmək hüququ yoxdur. Məhkəmə
məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqdan sonra göstərilən şəxsə və ya
şəxslərə məxsus olan və fonda verilə bilən tələblər üzrə həbs qoyulmuş gəminin və ya
digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının
qarşısını almaq üçün verilən hər hansı bir təminatı azad edir.
Maddə 286. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi
286.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara da şamil edilir:
286.1.1. hərbi, yardımçı hərbi və sərhəd gəmiləri istisna olmaqla, Azərbaycan
Respublikasının mülkiyyətində olan və ya tələb yaranan anda yalnız qeyri-
kommersiya hökumət xidməti üçün istismar və ya istifadə edilən gəmilərə;
286.1.2. qazma işləri üçün inşa edilmiş və ya uyğunlaşdırılmış və belə işləri görən
gəmilərə.
286.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar dəniz dibinin və ya təkinin mineral və
digər ehtiyatlarının kəşfiyyatı üçün nəzərdə tutulmuş üzən platformalara şamil edilmir.
XXII fəsil. Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə
olan gəminin ipotekası
Maddə 287. Gəmiyə dəniz girovu ilə təmin edilən tələblər
287.1. Gəmi sahibinə dair tələblər gəmiyə dəniz girovu ilə təmin edilir:
287.1.1. gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə gəmidə işlərinə görə
çatacaq əmək haqqına və digər məbləğlərə, o cümlədən repatriasiya xərclərinə və
gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta
ödənişlərinə;
287.1.2. bilavasitə gəminin istismarı nəticəsində vətəndaşın həyatına və ya
sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə;
287.1.3. gəminin xilas edilməsi üçün mükafata;
287.1.4. liman, kanal və dəniz bələdçi yığımlarına;
287.1.5. gəminin istismarı zamanı gəmidə daşınan yük, konteyner və sərnişinlərin
əşyalarından fərqli olan digər əmlakın itirilməsi və ya zədələnməsi nəticəsində
vurulmuş real zərərin əvəzinin ödənilməsinə.
287.2. Bu Məcəllənin 287.1.2 və 287.1.5-ci maddələrində nəzərdə tutulmuş tələblər
aşağıdakı hallar nəticəsində yarandıqda, belə tələblər dəniz girovu ilə təmin edilmir:
287.2.1. bu Məcəllənin 18 və 19-cu fəsillərində müəyyən edildiyi kimi, gəmidən
neftlə çirkləndirmədən və ya dənizlə təhlükəli və ya zərərli maddələrin daşınması
ilə bağlı vurulan zərərdən;
287.2.2. nüvə yanacağının radioaktiv xassələrinin və ya digər radioaktiv
maddələrin təsirindən.
Maddə 288. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin ödənilməsində
üstünlük
288.1. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş
tələblər, gəminin qeydə alınmış ipotekası ilə təmin edilmiş öhdəliklərdən yaranan
tələblərə qarşı ödənilməkdə üstünlüyə malikdir. Bu Məcəllənin 298.3-cü maddəsində
nəzərdə tutulmuş tələb istisna olmaqla, heç bir tələb göstərilmiş tələblərə qarşı
ödənilməkdə üstünlüyə malik deyil.
288.2. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəminin dəniz girovu ilə təmin
edilmiş tələblər həmin maddədə göstərilən qaydada növbə ilə təmin edilir.
Maddə 289. Gəmiyə dəniz girovunun xüsusiyyəti
Gəminin məcburi satılması halı istisna olmaqla, gəmiyə mülkiyyət hüququnun
keçməsindən, onun qeydiyyatının və ya bayrağının dəyişdirilməsindən asılı olmayaraq,
dəniz girovu gəmini yüklü etməkdə davam edir.
Maddə 290. Gəmiyə dəniz girovuna xitam verilməsi
290.1. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş gəmiyə dəniz girovu ilə
təmin edilmiş tələblər yarandıqdan bir il sonra gəmiyə dəniz girovuna, gəmi göstərilən
müddət bitənədək gəminin məcburi satılmasına səbəb olan həbsin predmeti olduqda
xitam verilir.
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində müəyyən edilmiş müddət aşağıdakı qaydada
hesablanır:
290.2.1. bu Məcəllənin 287.1.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə
təmin edilmiş tələblər üzrə — belə tələbi olan gəmi heyəti üzvünün gəmidən azad
edilməsi anından;
290.2.2. bu Məcəllənin 287.1.2-287.1.5-ci maddələrinə müvafiq gəmiyə dəniz
girovu ilə təmin edilmiş tələblər üzrə — belə tələbin yaranma anından.
Maddə 291. Tələblərin güzəşt edilməsi və ya keçməsi
291.1. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin güzəşt edilməsi və ya keçməsi
eyni zamanda dəniz girovu hüququnun güzəşt edilməsinə və ya keçməsinə səbəb olur.
Dostları ilə paylaş: |