Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

173.1. Gəminin fraxtedənin mülkiyyətinə keçməsi şərti ilə bağlanmış berbout-çarterin 
qüvvədəolma müddəti bitdikdə, əgər fraxtedən berbout-çarterdə nəzərdə tutulmuş 
vəzifələrini yerinə yetiribsə, gəmi fraxtedənin mülkiyyətinə keçir. 
173.2. Bu Məcəllənin 173.1-ci maddəsinə müvafiq olaraq gəminin fraxtedənin 
mülkiyyətinə keçməsi şərti ilə bağlanmış berbout-çarter üzrə fraxtın ödənilməsi on dörd 
təqvim günündən artıq gecikdirildikdə, əgər gecikdirilmə fraxtedəndən asılı olmayan 
hallardan irəli gəlirsə, gəmi sahibi gəmini geri ala bilməz, lakin onun fraxtedəndən 
gecikdirilmə nəticəsində vurulan zərərin əvəzini almaq hüququ vardır. 
XII fəsil. Yedəkləmə müqaviləsi 
Maddə 174. Yedəkləmə müqaviləsinin anlayışı  
Yedəkləmə müqaviləsinə görə bir gəminin sahibi haqq müqabilində digər gəmini və ya 
üzən obyekti yedəkləyib müəyyən məsafəyə aparmağı (dəniz yedəkləməsi), yaxud liman 
akvatoriyasında manevrlər etmək üçün, o cümlədən gəminin və ya üzən digər obyektin 
limana daxil olması və ya çıxması üçün (liman yedəkləməsi) yedəkləməsini öhdəsinə 
götürür. 
Maddə 175. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq 
edilir. 
Maddə 176. Yedəkləmə müqaviləsinin forması  
176.1. Dəniz yedəkləmə müqaviləsi yazılı formada bağlanılır. 
176.2. Liman yedəkləmə müqaviləsi şifahi formada da bağlanıla bilər. Yedəkləmənin 
idarəetməsi vəzifəsinin yedəkçi gəminin kapitanı üzərinə qoyulması haqqında razılaşma 
yazılı formada olmalıdır. 
Maddə 177. Yedəkləmə müqaviləsi tərəflərinin vəzifələri  
177.1. Yedəkləmə müqaviləsinin hər bir tərəfi öz gəmisini və ya digər üzən obyektini 
qabaqcadan yedəkləmə üçün yararlı vəziyyətə gətirməlidir. 
177.2. Yedəkləmə şəraitin tələb etdiyi kimi ustalıqla, yalnız zəruri hallar istisna olmaqla, 
fasiləsiz və gecikdirilmədən, dəniz təcrübəsinə müvafiq olaraq həyata keçirilməlidir. 
177.3. Başqa gəminin və ya digər üzən obyektin kapitanının idarəetməsində olan gəmi və 
ya digər üzən obyekt də yedək karvanının təhlükəsizliyinin qayğısına qalmaladır. 
Maddə 178. Dəniz yedəkləməsində məsuliyyət  
178.1. Dəniz yedəkləməsi yedəkçi gəmi kapitanının idarəetməsi ilə həyata keçirilir. 
178.2. Əgər yedəkçi gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını sübuta 
yetirə bilməsə, o, dəniz yedəkləməsi zamanı yedəyə alınmış gəmiyə və ya digər üzən 


obyektə, yaxud həmin gəmi və ya obyektdəki insanlara və ya əmlaka vurulan zərərə görə 
məsuliyyət daşıyır. 
178.3. Dəniz yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən dəniz 
yedəkləməsinə idarəetməni yedəyə alınan gəminin və ya digər üzən obyektin kapitanının 
üzərinə qoya bilərlər. Belə halda dəniz yedəkləməsi zamanı yedəkçi gəmiyə və ya həmin 
gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin 
vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəyə alınmış gəminin və ya 
digər üzən obyektin sahibi daşıyır. 
Maddə 179. Liman yedəkləməsində məsuliyyət  
179.1. Liman yedəkləməsi yedəyə alınan gəminin və ya digər üzən obyektin kapitanının 
idarəetməsi ilə həyata keçirilir. 
179.2. Əgər yedəyə alınan gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını 
sübuta yetirə bilməsə, o, liman yedəkləməsi zamanı yedəkçi gəmiyə və ya həmin gəmidə 
olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyət daşıyır. 
179.3. Liman yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən liman 
yedəkləməsinə idarəetməni yedəkçi gəminin və ya digər üzən obyektin kapitanının 
üzərinə qoya bilərlər. Belə halda liman yedəkləməsi zamanı yedəyə alınmış gəmiyə və ya 
həmin gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin 
vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəkçi gəminin sahibi daşıyır. 
Maddə 180. Buzlu şəraitdə həyata keçirilən yedəkləmədə məsuliyyət  
Buzlu şəraitdə həyata keçirilən yedəkləmədə yedəyə alınan gəmiyə və ya digər üzən 
obyektə, yaxud onlarda olan insanlara və ya əmlaka vurulan zərərə görə, əgər zərərin 
vurulmasında onun təqsirinin olduğu sübuta yetirilməyibsə, yedəkçi gəminin sahibi 
məsuliyyət daşımır. 
XIII fəsil. Dəniz agentliyi müqaviləsi 
Maddə 181. Dəniz agentliyi haqqında müqavilənin anlayışı  
Dəniz agentliyi haqqında müqaviləyə görə dəniz agenti haqq müqabilində gəmi sahibinin 
tapşırığı əsasında və onun hesabına öz adından və ya gəmi sahibinin adından müəyyən 
limanda və ya müəyyən ərazidə hüquqi və digər hərəkətləri etməyi öhdəsinə götürür. 
Maddə 182. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq 
edilir. 
Maddə 183. Dəniz agentinin ümumi səlahiyyətlərinin məhdudlaşdırılması  
Gəmi sahibi gəmi sahibinin adından əqdlər bağlamağa dair dəniz agentinin ümumi 
səlahiyyətlərini məhdudlaşdırdıqda və belə məhdudlaşdırma barəsində üçüncü şəxsin 
məlumatı olmadıqda, vicdanla hərəkət edən üçüncü şəxs ilə dəniz agentinin bağladığı əqd 
etibarlıdır və gəmi sahibi üçün hüquq və vəzifələr yaradır. 


Maddə 184. Dəniz agentinin müxtəlif tərəflərin maraqlarına dair hərəkətləri  
Dəniz agenti gəmi sahibinin razılığı ilə hüquqi və digər hərəkətləri ona səlahiyyət vermiş 
digər tərəfin xeyrinə də edə bilər. 
Maddə 185. Dəniz agentinin hüquq və vəzifələri  
185.1. Dəniz agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə 
bağlı müxtəlif rəsmiyyətləri yerinə yetirir, gəmi kapitanına yerli və liman hakimiyyəti 
orqanları ilə əlaqələrin yaradılmasında, gəminin limanda təchiz olunmasında və ona 
xidmətlərin göstərilməsinin təşkilində köməklik göstərir, yükə dair sənədləri 
rəsmiləşdirir, fraxt məbləğlərini və dənizlə yük daşınması müqaviləsindən irəli gələn 
tələblərə görə gəmi sahibinə çatacaq digər məbləğləri inkasso edir, gəmi sahibinin və 
gəmi kapitanının sərəncamı ilə gəminin limanda olmasına görə ödənilməli olan 
məbləğləri ödəyir, fraxtın yığılmasını və yükün göndərilməsini həyata keçirir, daşınma 
üçün yük cəlb edir və dəniz agentliyi sahəsində digər hərəkətləri həyata keçirir. 
185.2 Dəniz agenti: 
185.2.1. fəaliyyətini gəmi sahibinin maraqlarına uyğun vicdanla və dəniz 
agentliyinin təcrübəsinə müvafiq olaraq həyata keçirməyə
185.2.2. səlahiyyətləri hüdudlarında fəaliyyət göstərməyə; 
185.2.3. vəsaitlərin xərclənməsinin uçotunu aparmağa və dəniz agentliyi 
müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə gəmi sahibinə hesabatlar 
verməyə borcludur. 
Maddə 186. Gəmi sahibinin vəzifələri  
186.1. Gəmi sahibi dəniz agentinə dəniz agentliyi müqaviləsinə müvafiq hərəkətlərin 
həyata keçirilməsi üçün kifayət edən vəsaiti verməyə, ona çəkdiyi xərclərin əvəzini və 
müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda haqq ödəməyə borcludur. 
186.2. Dəniz agentinin səlahiyyətləri hüdudlarında və gəmi sahibinin adından etdiyi 
hərəkətlərin nəticələrinə görə gəmi sahibi məsuliyyət daşıyır. 
Maddə 187. Dəniz agentliyi müqaviləsinə xitam verilməsi  
187.1. Dəniz agentliyi müqaviləsi müəyyən müddətə bağlandıqda, müqavilənin 
müddətinin bitməsi ona xitam verilməsinə səbəb olur. 
187.2. Dəniz agentliyi haqqında müqavilə qeyri-müəyyən müddətə bağlandıqda, hər bir 
tərəfin müqavilənin ləğv edilmə tarixinədək üç ay əvvəlcədən digər tərəfi xəbərdar 
etməklə belə müqaviləyə xitam vermək hüququ var. 
XIV fəsil. Dəniz vasitəçiliyi müqaviləsi 
Maddə 188. Dəniz vasitəçiliyi müqaviləsinin anlayışı  


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə