Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   2   3   4   5   6   7   8   9   10   ...   35

Maddə 50. Gəmi kapitanının dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım 
göstərmək vəzifəsi  
50.1. Gəmi kapitanı öz gəmisinə və onda olan şəxslər üçün ciddi təhlükə yaratmamaq 
şərti ilə dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım göstərməyə borcludur. 
50.2. Bu Məcəllənin 50.1-ci maddəsində göstərilən vəzifəsinin pozulmasına görə gəmi 
kapitanı Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə müvafiq olaraq 
məsuliyyət daşıyır. 
Maddə 51. Gəmilərin toqquşmasından sonra gəmi kapitanının yardım göstərmək 
vəzifəsi  
51.1. Gəmilər toqquşduqda, toqquşan gəmilərin kapitanlarının hər biri, əgər bu onun 
sərnişinlərinə, gəmi heyəti üzvlərinə və gəmisinə ciddi təhlükə yaratmırsa, toqquşmadan 
dərhal sonra digər gəmiyə, onun sərnişinlərinə və gəmi heyəti üzvlərinə yardım 
göstərməyə borcludur. 
51.2. Gəmi kapitanları, əgər bu mümkündürsə, öz gəmilərinin adlarını, qeydiyyata 
alındıqları limanların, habelə səfərə çıxdıqları və təyinat limanlarının və ya daxil 
olacaqları yaxın limanların adını bir birlərinə xəbər verməyə borcludurlar. 
51.3. Gəmi kapitanı tərəfindən bu Məcəllənin 51.1. və 51.2-ci maddələrində göstərilən 
vəzifələrin pozulmasına görə gəmi sahibi məsuliyyət daşımır. 
Maddə 52. Gəmi kapitanının təcili tibbi yardım göstərmək vəzifəsi  
52.1. Gəminin dənizdə olma müddətində gəmidə olan şəxsin göstərilməsi mümkün 
olmayan təcili tibbi yardıma ehtiyacı varsa, gəmi kapitanı gəmi sahibinə xəbər verməklə 
yaxındakı limana daxil olmağa və ya həmin şəxsi yaxındakı limana çatdırmaq üçün 
tədbirlər görməyə borcludur. 
52.2. Gəmi xarici limana daxil olduqda və ya həmin şəxs xarici limana çatdırıldıqda gəmi 
kapitanı Azərbaycan Respublikasının səfirliyini və ya konsulluq idarəsini bu barədə 
məlumatlandırmalıdır. 
Maddə 53. Hərbi əməliyyat halında və hərbi təhlükə olan digər hallarda gəmi 
kapitanının vəzifəsi  
Gəminin səfərə çıxma və ya təyinat limanlarının yerləşdikləri rayonda, gəminin keçəcəyi 
rayonda hərbi əməliyyatlar aparıldıqda, habelə hərbi təhlükə olan digər hallarda gəmi 
kapitanı gəminin, gəmidə olan insanların, sənədlərin, yüklərin və digər əmlakın məhv 
olunmasının, zədələnməsinin və zəbt olunmasının qarşısını almaq üçün bütün tədbirləri 
görməyə borcludur. 
Maddə 54. Gəmi heyətinin gəmini tərk etməsi  
54.1. Gəmi kapitanının fikrincə gəmi məhv olmaq qarşısındadırsa, gəmi kapitanı 
sərnişinlərin xilas edilməsi üçün bütün tədbirləri gördükdən sonra gəmi heyətinin 
üzvlərinə gəmini tərk etməyə icazə verir. 


54.2. Gəmi kapitanı gəmi, radio və maşın jurnallarının, habelə səfərə aid olan xəritələrin
naviqasiya cihazları lentlərinin, sənədlərin və qiymətli əşyaların xilası üçün bütün 
mümkün tədbirləri gördükdən sonra, gəmini sonuncu olaraq tərk edir. 
54.3. Gəmi məhv olduqda, gəmi heyətinin hansı dövlətin ərazisinə çatdırılmasından asılı 
olmayaraq, gəmi kapitanı gəmi heyətinə münasibətdə hüquqlarını saxlayır və öz 
vəzifələrini icra edir. 
Maddə 55. Gəmidə nizam-intizamın saxlanılması  
Gəmidə nizam-intizamın təmin olunması Azərbaycan Respublikasının nəqliyyat 
donanması gəmilərində xidmət Nizamnaməsi və Azərbaycan Respublikasının nəqliyyat 
donanması işçilərinin intizam Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. 
Maddə 56. Gəmi kapitanı təhqiqat orqanı kimi  
Səfərə çıxmış gəmidə 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
 nəzərdə 
tutulmuş cinayətin əlamətləri aşkar edildikdə, gəmi kapitanı Azərbaycan Respublikasının 
cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, təhqiqat orqanının funksiyalarını 
yerinə yetirir. 
Maddə 57. Vəsiyyətnamə tərtib edildikdə, gəmidə uşaq doğulduqda və gəmidə ölüm 
baş verdikdə gəmi kapitanının vəzifələri  
57.1. Gəmi kapitanı səfər zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq edə bilər. 
Gəmi kapitanının təsdiq etdiyi vəsiyyatnamə notariat qaydasında təsdiq edilən sənədlərə 
bərabər tutulur. 
57.2. Gəmi kapitanı gəmidə hər bir doğum və ya ölüm halı barəsində gəmi jurnalında 
müvafiq qeyd aparmalıdır. 
57.3. Gəmi kapitanı vəfat etmiş şəxsin ölümü barəsində onun yaxın qohumlarından birini 
və ya həyat yoldaşını məlumatlandırmağa və onun cənazəsini vətəninə göndərmək üçün 
tədbirlər görməyə borcludur. Müstəsna hallarda, əgər gəminin uzun müddət açıq dənizdə 
olması zəruridirsə və vəfat etmiş şəxsin cənazəsini saxlamaq mümkün deyilsə, gəmi 
kapitanının, gəmi jurnalında müvafiq qeyd apararaq, cənazəni dəniz adətlərinə uyğun 
olaraq dənizə tapşırmaq hüququ vardır. 
57.4. Gəmi kapitanı vəfat etmiş şəxsin gəmidə olan əmlakının siyahısının tərtib 
edilməsini və saxlanmasını təmin edir. 
Maddə 58. Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin nümayəndəsi kimi  
Gəmi kapitanı gəmi sahibinin və ya yük sahibinin digər nümayəndələri olmadığı halda 
gəminin, yükün və ya icra edilən səfərin ehtiyacları üçün zəruri olan əqdlərə, habelə ona 
tapşırılmış əmlaka dair iddialara münasibətdə gəmi sahibinin və ya yük sahibinin 
nümayəndəsi hesab edilir. 
Maddə 59. Səfəri davam etdirmək üçün təcili maddi tələbat  


59.1. Səfəri davam etdirmək, xüsusilə gəminin təmiri və ya gəmi heyətinin saxlanılması, 
səfər zamanı təcili maddi tələbat yarandıqda və gəmi sahibindən sərəncam almaq üçün 
imkan və ya vaxt olmadıqda, gəmi kapitanının səfəri davam etdirmək üçün ona 
tapşırılmış zəruri olmayan əmlakın bir hissəsini satmaq hüququ vardır. 
59.2. Səfəri davam etdirmək üçün vəsaitin əldə edilməsinin gəmi sahibi və yük sahibi 
üçün ən az zərər verən üsulu seçmək gəmi kapitanının borcudur. 
59.3. Yükün satılması ilə əlaqədar zərərə ümumi qəza əlamətlərinin şamil edildiyi və ya 
yükün satılması yalnız yükün mənafeyi naminə həyata keçirildiyi hallar istisna olmaqla
gəmi sahibi satılmış yükün dəyərini onun sahibinə ödəyir. 
Maddə 60. Gəmi kapitanının vəzifələrinin gəmi kapitanının böyük köməkçisinə 
həvalə edilməsi  
Gəmi kapitanının ölümü, xəstəliyi halında və ya xidməti vəzifələrini yerinə yetirməyə 
mane olan digər səbəb olduqda, gəmi sahibinin sərəncamı alınana qədər gəmi kapitanının 
vəzifələri gəmi kapitanının böyük köməkçisinə həvalə edilir. 
V fəsil. Dövlət bayraq və liman nəzarəti 
(
7
) 
Maddə 61. Müvafiq icra hakimiyyəti orqanı və dəniz limanı kapitanı 
 
61.1. Dəniz limanında dəniz üzgüçülüyü təhlükəsizliyini və nizam-intizamı təmin etmək 
funksiyalarını müvafiq icra hakimiyyəti orqanı vədəniz limanı kapitanı həyata keçirir. 
61.2. Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir və 
bilavasitə ona tabedir. Dəniz limanı kapitanının fəaliyyəti müvafiq icra hakimiyyəti 
orqanının təsdiq etdiyi «Dəniz limanı kapitanı haqqında Əsasnamə» ilə tənzimlənir. 
61.3. Dəniz limanı kapitanı bilavasitə 
müvafiq icra hakimiyyəti orqanına
 tabedir. 
61.4. Azərbaycan Respublikasının ərazisində dövlət bayraq və liman nəzarətinin və dəniz 
üzgüçülüyü qaydalarına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. (
1

7

Maddə 62. Müvafiq icra hakimiyyəti orqanı və dəniz limanı kapitanının 
funksiyaları 
 
62.1. Dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin 
edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının funksiyaları: 
62.1.1. ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə 
və Azərbaycan Respublikasının ticarət gəmiçiliyinə aid olan beynəlxalq 
müqavilələrinə əməl edilməsinə nəzarət; 
62.1.2. gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və müvafiq gəmi 
sənədlərini vermək; 
62.1.3. gəmilərə və inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəminin və 
ya inşa edilməkdə olan gəminin və onlara olan hüquqların ipotekasını qeydiyyata 
almaq və müvafiq sənədlər vermək; 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə