Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   2   3   4   5   6   7   8   9   ...   35

29.2. Gəminin qeydiyyata alınması berbout-çarter üzrə fraxtedənin ərizəsi əsasında və 
müvafiq icra hakimiyyəti
 tərəfindən müəyyənləşdirilən və qeydiyyata alınmaq üçün 
zəruri olan sənədlər əlavə olunmaqla həyata keçirilir. 
Maddə 30. Dövlət gəmi reyestrinə və gəmi kitabına daxil olan məlumatlar  
30.1. Gəmilər Dövlət gəmi reyestrində və gəmi kitabında gəminin mülkiyyətçisinin 
(mülkiyyətçilərinin) adına qeydiyyata alınır. 
30.2. Dövlət gəmi reyestrinə və gəmi kitabına aşağıdakı əsas məlumatlar daxil edilir: 
30.2.1. gəminin qeydiyyat sıra nömrəsi və qeydiyyata alınma tarixi; 
30.2.2. gəminin adı (əvvəlki və hazırkı), əgər varsa əvvəlki qeydiyyata alınma 
limanı (yeri) və qeydiyyatın ləğv edilmə tarixi; 
30.2.3. gəminin qeydiyyata alındığı limanın (yerin) adı və gəmiyə beynəlxalq 
dəniz təşkilatı tərəfindən verilmiş identifikasiya nömrəsi; 
30.2.4. gəminin çağırış siqnalı; 
30.2.5. gəmiqayırma tərsanəsinin adı, yeri və gəminin inşa edildiyi il
30.2.6. gəminin tipi və təyinatı, onun üzmə rayonu; 
30.2.7. gəminin əsas texniki xarakteristikaları, o cümlədən tutumu (ümumi və 
xalis), tam yükgötürmə qabiliyyəti və əsas ölçüləri; 
30.2.8. gəminin mülkiyyətçisinin (mülkiyyətçilərin) adı, vətəndaşlığı və ünvanı; 
30.2.9. gəminin bir neçə mülkiyyətçisi olduqda hər mülkiyyətçinin ümumi paylı 
mülkiyyətdə payı; 
30.2.10. gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları 
(alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.); 
30.2.11. gəmi sahibi gəminin mülkiyyətçisi olmadıqda, onun adı və ünvanı; 
30.2.12. gəminin qeydə alınmış ipotekası haqqında məlumatlar; 
30.2.13. gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılmasının 
əsası və tarixi. 
30.3. Gəmi müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirildikdə, Dövlət gəmi 
reyestrinə və ya gəmi kitabına əlavə aşağıdakı əsas məlumatlar daxil edilir: 
30.3.1. gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında 
qərarı qəbul etmiş 
müvafiq icra hakimiyyəti orqanının
 adı və qərarın qəbul 
edildiyi tarix; 
30.3.2. gəminin xarici dövlətin bayrağı altında müvəqqəti üzmək müddəti; 


30.3.3. gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı; 
30.3.4. berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı; 
30.3.5. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun 
dayandırılması tarixi. 
Maddə 31. Berbout-çarter reyestrinə daxil olmalı məlumatlar  
31.1. Gəmilər berbout-çarter reyestrində gəmini berbout-çarter üzrə fraxtedənin adına 
qeydiyyata alınır. 
31.2. Berbout-çarter reyestrinə aşağıdakı əsas məlumatlar daxil edilir: 
31.2.1. gəminin adı; 
31.2.2. gəmi mülkiyyətçisinin adı və ünvanı; 
31.2.3. gəmini berbout-çarter üzrə fraxtedənin adı və ünvanı; 
32.2.4. berbout-çarterin bağlanma tarixi və onun qüvvədəolma müddəti; 
31.2.5. gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək 
hüququnun başa çatmasının tarixi; 
31.2.6. bilavasitə bayrağın dəyişdirilməsinə qədər gəminin qeydiyyata alındığı 
xarici dövlətin gəmi reyestri barəsində, belə reyestrdə qeydiyyata alınmış gəmiyə 
mülkiyyət hüququ, habelə gəminin ipotekası və ya gəminin həmin xarakterli 
yüklü edilməsinə münasibətdə reyestrin aparıldığı dövlətin qanunvericiliyinin 
tətbiq edilməsi göstərilməklə, məlumatlar. 
31.3. Gəminin ipotekasının və ya gəminin həmin xarakterli yüklü edilməsinin girov 
saxlayanının xahişi ilə berbout-çarter reyestrinə girov saxlayanın adı və bayrağın 
dəyişdirilməsinə qədər xarici dövlətin gəmi reyestrlərində qeydiyyata alınmış gəminin 
ipotekası və ya həmin xarakterli yüklü edilməsinə aid olan digər məlumatlar da daxil 
edilə bilər. 
Maddə 32. Gəmi reyestrlərinə daxil edilən məlumatların dəyişdirilməsi barədə xəbər 
vermək vəzifəsi  
Dövlət gəmi reyestrinə, gəmi kitabına və ya berbout-çarter reyestrinə daxil edilən 
məlumatlarda hər hansı bir dəyişiklik barəsində gəmi mülkiyyətçisi və ya berbout-çarter 
üzrə fraxtedən onlara belə dəyişikliyin məlum olduğu gündən iki həftə ərzində gəminin 
qeydiyyata alındığı orqana məlumat verməyə borcludur. 
Maddə 33. Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata 
alınması  
Gəminin Dövlət gəmi reyestrində və ya gəmi kitabında ilkin qeydiyyata alınması gəminin 
suya salındığı gündən bir ay ərzində, Azərbaycan Respublikasının hüdudlarından kənarda 


əldə edilən gəminin isə Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 
bir ay ərzində həyata keçirilməlidir. 
Maddə 34. Gəminin qeydiyyata alındığı limanın (yerin) dəyişdirilməsi  
34.1. Gəminin qeydiyyata alındığı liman (yer) gəmi mülkiyyətçisinin xahişi əsasında 
dəyişdirilə bilər. Gəminin qeydiyyata alındığı liman dəyişdirildikdə, gəmini qeydiyyata 
alan orqan tərəfindən gəmi reyestrlərinə və ya gəmi kitabına müvafiq məlumatlar daxil 
edilir.
34.2. Gəminin qeydiyyata alındığı limanın dəyişdirilməsi Dövlət bayrağı altında üzmək 
hüququ haqqında yenidən verilən Şəhadətnamə ilə təsdiqlənir. (
7

Maddə 35. Gəminin təkrar qeydiyyata alınması  
Hadisə və ya hər hansı digər səbəb nəticəsində gəmi Dövlət gəmi reyestrinə və ya gəmi 
kitabına əvvəllər daxil edilmiş məlumatlara uyğun gəlmədikdə, gəmi yenidən 
yoxlandıqdan və üzgüçülüyə yararlı olması haqqında şəhadətnamə aldıqdan sonra təkrar 
qeydiyyata alına bilər. 
Maddə 36. Gəminin qeydiyyata alınmasını təsdiq edən gəmi şəhadətnaməsinin 
itirilməsi  
36.1. Gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ 
haqqında şəhadətnaməsi itdikdə, bu sənədin dublikatını gəmini qeydiyyata alan orqan 
verir. 
36.2. Gəmi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman bu 
Məcəllənin 36.1-ci maddəsində göstərilən sənəd itdikdə, Azərbaycan Respublikasının 
konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
gəmi kapitanının ərizəsi əsasında gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı 
altında üzmək hüququ haqqında müvəqqəti şəhadətnamə verə bilər. Həmin sənəd 
verildiyi gündən bir ay ərzində gəmini qeydiyyata alan orqan tərəfindən dublikat ilə əvəz 
edilir. (
1

Maddə 37. Gəmini və ona olan hüquqları qeydiyyata almaqdan imtina  
Gəmilərin qeydiyyata alınması haqqında bu Məcəllədə müəyyənləşdirilmiş qaydalar 
pozulduqda və ya gəminin qeydiyyata alınması üçün təqdim edilmiş sənədlər Azərbaycan 
Respublikasının mülki qanunvericiliyinin tələblərinə cavab vermədikdə, gəmini və ona 
olan hüquqları qeydiyyata almaqdan imtina edilə bilər. 
Maddə 38. Gəminin Dövlət gəmi reyestrindən və ya gəmi kitabından çıxarılması  
38.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən və ya gəmi kitabından mütləq 
çıxarılmalıdır: 
38.1.1. məhv olduqda və ya xəbərsiz itkin düşdükdə; 
38.1.2. konstruksiya cəhətdən məhv olduqda; 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə