Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   2   3   4   5   6   7   8   9   ...   35

11.0.1. bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun 
olmadıqda; 
11.0.2. bu Məcəllənin 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq Azərbaycan 
Respublikasının Dövlət bayrağı altında gəmiyə üzmək hüququnun verildiyi 
müddət bitdikdə və ya həmin hüququn verilməsinə dair qərar ləğv edildikdə. 
Maddə 12. Gəminin müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirilməsi  
12.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmi berbout-
çarter üzrə xarici fraxtedənin istifadəsinə və sahibliyinə Azərbaycan Respublikasının 
Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması şərti ilə 
müvafiq icra 
hakimiyyəti orqanının
 qərarı əsasında verildikdə, belə gəmi aşağıdakı hallarda xarici 
dövlətin bayrağı altına müvəqqəti keçirilə bilər: 
12.1.1. gəmi mülkiyyətçisi gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə 
yazılı razılıq verdikdə; 
12.1.2. müvafiq qaydada müəyyənləşdirilmiş və qeydə alınmış gəmi ipotekası 
vaxtında ödənilmədikdə, ipoteka saxlayan gəmini xarici dövlətin bayrağı altına 
keçirilməsi barədə yazılı razılıq verdikdə; 
12.1.3. fraxtedənin dövlətinin qanunvericiliyində Dövlət gəmi reyestrində və ya 
gəmi kitabında qeydiyyata alınmış gəmiyə həmin dövlətin bayrağı altına 
keçirilməyə və belə dövlətin bayrağı altında üzməyə verilmiş hüququn müddəti 
bitdikdə Azərbaycan Respublikasının Dövlət bayrağı altına qaytarılmasına dair 
qadağan qoyan müddəalar olmadıqda. 
12.2. Gəmi xarici dövlətin bayrağı altında berbout-çarterin qüvvədəolma hüdudunda iki 
ildən artıq olmayan müddətə, sonradan onun hər iki ildən bir uzadılması hüququ ilə 
keçirilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün berbout-çarterin qüvvədəolma 
müddəti bir ildən az olmamalıdır. 
12.3. Gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə dair qərarın qüvvədən 
düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə qaydasında həyata keçirilir. 
Maddə 13. Gəminin adı  
13.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınacaq gəminin öz adı 
olmalıdır. 
13.2. Gəminin adı Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 
müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən verilir. 
13.3. Gəmi üzərində mülkiyyət hüququ başqasına keçdikdə və ya kifayət qədər olan digər 
əsaslarla gəminin adı dəyişdirilə bilər. Gəminin qeydə alınmış ipotekasını saxlayanlar 
gəminin adının dəyişdirilməsi barədə dərhal məlumatlandırılır. 
Maddə 14. Çağırış siqnalı  


14.1. Gəmiyə çağırış siqnalı verilir. Texniki təchizatından asılı olaraq gəmiyə həmçinin 
gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsi və gəmi radiostansiyasının fərdi 
çağırış nömrəsi verilir. 
14.2. Gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin 
və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin verilmə qaydasını 
müvafiq icra 
hakimiyyəti orqanı
 müəyyən edir. 
Maddə 15. Gəmilərin texniki nəzarəti və təsnifatı orqanları  
15.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə texniki nəzarət və onların 
təsnifatı gəmi sahibinin və (və ya) gəmi mülkiyyətçisinin seçdiyi təsnifat cəmiyyətləri 
tərəfindən həyata keçirilir. 
15.2. Azərbaycan Respublikasının ərazisində gəmilərin inşasına və ya təmirinə, eləcə də 
Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının 
hüdudlarından kənarda gəmilərin inşasına texniki nəzarət təsnifat cəmiyyətləri tərəfindən 
həyata keçirilir. 
15.3. Təsnifat cəmiyyətlərinin fəaliyyətinə razılıq müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən verilir. (
7

8

Maddə 16. Gəmilərə texniki nəzarət  
16.1. Gəmi yalnız dənizdə üzmək təhlükəsizliyinin və ticarət gəmiçiliyi sahəsində 
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə cavab verdikdə 
səfərə buraxıla bilər. 
16.2. Təsnifat cəmiyyətləri öz səlahiyyətləri çərçivəsində sərnişin, yük-sərnişin, maye 
yük daşıyan, yedəkçi gəmilərinə, habelə baş mühərriklərinin gücü 55 kVt-dan az olmayan 
digər özühərəkətedən gəmilərə və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən 
idman və gəzinti gəmiləri istisna olmaqla, tutumu 80 tondan az olmayan 
özühərəkətetməyən gəmilərə texniki nəzarəti həyata keçirirlər. 
16.3. Tutumuna və baş mühərrikinin gücünə görə bu Məcəllənin 16.2-ci maddəsində 
müəyyənləşdirilmiş qaydaların tətbiq edilmədiyi gəmilərə texniki nəzarət 
müvafiq icra 
hakimiyyəti orqanının
 müəyyən etdiyi qaydada həyata keçirilir. 
Maddə 17. Gəmilərin təsnifatı  
Təsnifat cəmiyyətləri öz səlahiyyətlərinə uyğun olaraq bu Məcəllənin 16.2-ci maddəsində 
göstərilən gəmilərə quruluş tipindən və təchizatından asılı olaraq müvafiq dərəcə verirlər. 
Gəmilərə dərəcənin verilməsi təsnifat şəhadətnamələri ilə təsdiqlənir. 
Maddə 18. Əsas gəmi sənədləri  
18.1. Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır: 
18.1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ 
haqqında şəhadətnamə
18.1.2. gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə; 


18.1.3. gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnamə; 
18.1.4. sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün); 
18.1.5. ölçü şəhadətnaməsi; 
18.1.6. yük çeşidi haqqında şəhadətnamə; 
18.1.7. gəmi heyətinin tərkibi haqqında şəhadətnamə; 
18.1.8. neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə; 
18.1.9. çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə; 
18.1.10. zibillə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə; 
18.1.11. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal 
(gəminin radiostansiyası olduqda); 
18.1.12. gəmi heyəti üzvlərinin siyahısı; 
18.1.13. gəmi jurnalı; 
18.1.14. maşın jurnalı (mexaniki mühərrikli gəmilər üçün); 
18.1.15. çirkab sularla əməliyyatlar jurnalı; 
18.1.16. zibillə əməliyyatlar jurnalı; 
18.1.17. neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı; 
18.1.18. neft tankerləri üçün neft əməliyyatları jurnalı; 
18.1.19. sanitar jurnalı; 
18.1.20. səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi; 
18.1.21. sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün); 
18.1.21-1. gəminin «Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq 
Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə; 
18.1.21-2. gəminin «Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə»nin 
tələblərinə uyğun olması haqqında Şəhadətnamə; 
18.1.21-3. gəmi tarixinin fasiləsiz qeydlər sənədi
18.1.21-4. bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki 
məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat; 
18.1.22. beynəlxalq dəniz təşkilatının tələblərinə uyğun digər sənədlər. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə