10
bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər
şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda
qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə
haqqında“ Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı
olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
14.2. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya
qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi
hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini
öyrənməlidir.
Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması
15.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların
toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə
səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi
maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o,
qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul
olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların
xarakteri barədə məlumat verməyə borcludur.
15.3. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar
təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda,
bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir.
Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu
qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər
fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya
onların bölmələrinə işə qəbul edilə bilməz.
15.4. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının
alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər
görməlidir.
15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan
sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı
mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə
normativ hüquqi və normativ xarakterli aktlarla tanış
olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar
11
yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət
etməlidir.
Maddə 16. Əmlakdan istifadə
16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından,
maliyyə
vəsaitlərindən,
rabitə,
kompyüter
və
digər
kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və
digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və
səmərəli istifadə etməlidir.
16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə
vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya
sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki
təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə
həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası
ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi
qadağandır.
Maddə 17. Məlumatlardan istifadə
17.1. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının
sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən
olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü
təmin etməlidir.
17.2. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş
xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl
etməlidir.
17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi
məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
Maddə 18. İctimai və ya siyasi fəaliyyət
18.1. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa,
dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq
hüququna malikdir.
12
18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud
ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti
vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə
doğurmamalıdır.
18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək
digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini
təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
18.4. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi
birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini
təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin
orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına
yardım etmək qadağandır.
18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə
mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər
namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının
xeyrinə istifadə etmək qadağandır.
Fəsil 3. ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA
KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI
Maddə 19. Təminatlar sistemi
19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına
əməl olunması üçün:
19.0.1. dövlət qulluqçusunun davranışının etik davranış
qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri
tərəfindən müntəzəm təhlil edilir;
19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri
tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.
Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına
nəzarət
20.0. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti:
13
20.0.1 Dövlət orqanının rəhbəri - xidməti qaydada, yuxarı orqan -
tabeçilik əsasında;
20.0.2. Müvafiq dövlət orqanı (bundan sonra “Nəzarət orqanı”) -
bu Qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.
Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət
21.1. Dövlət orqanlarında etik davranış qaydalarına əməl
olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata
keçirir.
21.2. Dövlət orqanının rəhbəri:
21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti
davranışlarının bu Qanunla müəyyən olunan etik davranış
qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini
aparmalıdır;
21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması
nümunəsi göstərməlidir;
21.2.3. tabeliyində olan dövlət qulluqçuları arasında onların
tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;
21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul
edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar
qəbul etməyə sövq etməməlidir;
21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur
bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı
qanunvericiliyin tələblərinə əməl etməlidir;
21.2.6. etik davranış qaydalarının pozulmasının qarşısının
alınması və profilaktikası üzrə tədbirlər görməlidir;
21.2.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış
qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik
davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr
verməlidir;
21.2.8. öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən
olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə
bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya
Dostları ilə paylaş: |