Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

hafizələrdə yaşayır. Bunların  toplanması,  nəşr  olunması folklorşünaslığın
qarşısında  duran  ən  mühüm  problemlərdən  biridir.  Bu  gün  bu  əvəzsiz
örnəklər  toplanmazsa,  səssiz-səmirsiz  itib  gedə  bilər...onu  ye nidən  yaşat-
maq, yenidən xalqın özünə qaytarmaq ən müqəddəs bir işdir” (3. 46).
Bu məqsədlə bağlı apardığımız toplama, tərtib işi, qruplaşdırmalar, sis-
temləşdirmə  və  s.  işlərimizdə  əlbəttə  filoloji  araşdırmaların  əsaslandığı
ən`ənəvi üsullardan istifadə edilmişdir.
Ədəbiyyatımızda xalq əfsanələri və rəvayətlər əsasında yazılmış ədəbi
əsər örnəkləri yetərincə olmaqla çoxdur: Bu baxımdan Azərbaycan ədə -
biy yatı  tarixində  buna  misal  olaraq  Cəfər  Cabbarlının  “Qız  qalası”,
Mikayıl Müşfiqin “Quzğun”, “Çoban”, Səməd Vurğunun “Ayın əfsanəsi”,
Rəsul  Rzanın  “Sum  və  Ceyran”,  İlyas  Əfəndiyevin  “Apardı  sellər  Sa -
ranı”, “Qarı dağı”, “İsa-Musa”, Ayaz Vəfalının “Turacın nəğməsi”, Aslan
Qəhrəmanlının ”Ceyran əfsanəsi”, “Daşa dönmüşlər şəhəri”,  “Tutuquşu”
və s. kimi onlarla örnək göstərmək mümkündür. Bundan başqa bədii söz
sənətində  daha  geniş  şəkildə  yayqın  olan  ədəbi  bədii  parçaları  –  xalq
yaradıcılığı elementləri əsasında meydana çıxan və artıq yazılı ədəbiyyat
nümunəsi sayılmaqda olan pritçaları da göstərmək olar.
Ədəbiyyatımızdakı bu təqdirəlayiq təşəbbüslər əfsanə və rəvayətlərin
yazıya  alınması  ilə  onların  mühafizə  olunması  kimi  ciddi  niyyətlərdən
sayılmalıdır. Bununla mədəni-tarixi irsimizin hər bir örnəyi kimi əfsa nə -
lə rin də sistemli öyrənilməsinə, nəticədə xalqın yaddaşında möh kəm sax -
la nılmasına şərait yaradılması kimi dəyərləndirmək lazım gəlir.
Tarixən böyük ərazilərdə yaşamış, ekvator boyunca Şərqə, Şərqdən də
Qərbə  doğru  hərəkət  edən,  nəhayətində  düzlənib  sıralanan  türk  boyları
belə bir həyat tərzi üzündən ən çoxu da sözə tapınmış, nağıllar, əfsanələr,
uzun-uzadı söylənən dastanlara sahib olmuşlar.
Epik növün ən qədim  janrı olmaqla bu qəbil folklor örnəkləri içə ri -
sində əfsanə və rəvayətlər əsas yeri tutur. Əfsanə və rəvayətlər uzun əsr-
lər boyu ağızdan ağıza keçmiş, lakin xalqın yaratdığı və yaşatdığı bu bədii
nümunələr ayrı-ayrı dövrlərdə məzmununu dəyişdirsə belə, janrın özü nə -
məxsusluğuna o qədər də tə`sir etməmiş; nəticədə inkişaf etmiş, təkmil-
ləşmiş, bütövləşmişdir. Bu mə`nada Türk folklorunun ortaq mövzularının
və  türk  həyati  problemlərin  öz  bədii-mifoloji  əksini  tapdığı  əfsanə  və
rəvayətlərin bir  və ya iki qrup, insan dəstəsi deyil, bu örnəklərin bütöv
toplumun, xalqın dünyagörüşünü əks etməsi faktı nəzərə alınmalıdır.
Əfsanə və rəvayətlər aid olduğu coğrafiyanı əks edirlər.
2011/
IV
65
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Hər bir etnosun, xalqın düşüncə məhsulu olan hissi obrazlar onun tari -
xini,  habelə  mə`nəvi  dünyasını  əks  etməklə  təbii  ki,  onun  yaşadığı
mə`lum  coğrafiya  ilə  bağlı  olmuşdur.  ”Xalq  yaşadığı  ərazilərin  onlara
məxsusluğunu şərtləndirən əhvalatlar uydurur, ...onları ünvanlaşdırır” (5,
290).  Bəli,  daha  çox  hallarda  bu  örnəklər  ayrı-ayrı  məkanla,  zamanla,
konkret  mühitlə  uyğunlaşdırılır.  Bu  faydalı  cəhəti  ilə  əfsanə  nağıldan
fərqlənir. Çünki ”adətən nağıl zaman və məkandan uzaq olduğu üçün onu
hər  bir  millət  özünə  qəbul  edib  mənimsəyə  bilir”  (2,  51).  Məhz  sözü
gedən janrın bu xüsusiyyəti əfsanələrdə əks olunan coğrafiyanın əski türk
ulu yurdu olduğu həqiqətini ortaya qoyur.  (Mənim toplayıb hazırladığım
materiallar  içərisində  bu  baxımdan  uzaq  Sibirə  və  Kırıma  aid  olan
əfsanələrin də bu torpaqlara aid və onun əsil yerli xalqının xeyrinə obyek-
tiv  fikir  formalaşdırmağa  xidmət  edəcəyini  düşünməkdəyəm).  Bunun
kimi bir sıra faydalı cəhəti ilə də əfsanə nağıldan fərqlənir. Çünki adətən
nağıl zaman və məkandan uzaq olduğu üçün onu hər bir millətin mənim-
səyib  özününküləşdirməsi  mümkündür.  Lakin  yuxarıda  qeyd  etdiyimiz
kimi,  əfsanələr  və  rəvayətlər  isə  özlərində  əks  olunan  coğrafi  faktların
köməyi ilə müəyyən mə`nada bir e`tibarlı qaynaq və sənədə çevrilə bilir.
Bu  əfsanələr  xalqların  bədii-mifik  dünyagörüşünü  özündə  cəmləyib
sax lamaqdadır.
Əfsanələr, rəvayətlər xalqın əski, mifik dünyagörüşü, mifoloji düşüncə
tərzi; xalq ruhu hopan fövqəltəbii əhvalat və hadisələri əks edir; burada
mi foloji düşüncə aparıcı motiv kimi çıxış edir. Təsadüfi deyil ki, bütün
xalqların həm yazılı, həm şifahi ədəbiyyatının ana xətti olan yüksək bə -
şəri ideyalar, mütərəqqi fikirlər ilk olaraq əfsanə və rəvayətlərdə təzahür
etmişdi. “Xalq ruhunun, e`tiqadının güzgüsü olan bu kiçik formalı janr-
larda bəşəri təmayüllər güclüdür” (2, 59). Xalq təfəkküründə xeyirlə şərin
ziddiyyəti bu örnəklərdə xeyirlə şərin barışmazlığı deyə silinməz, davam-
lı xətt kimi keçir. Odur ki, əfsanə və rəvayətlərdə gözəlliyə (yə`ni Xeyrə)
hüsn-rəğbət, məhəbbət, eybəcərliyə (Şərə) nifrət hakimdir. Bir rəvayətin
və ya əfsanənin, eləcə də başqa bir xalq ədəbiyyatı nümunəsinin harada,
ilk dəfə hansı xalq tərəfindən yaradıldığını dürüst göstərmək, mənbəyini,
tarixini müəyyən edib tədqiq etmək çətin görünmür.
Beləliklə, mövzu ilə bağlı bir məqsədimiz də qədim türklərin mifoloji
təxəyyülü bünövrəsində yüksəlmiş inanc-kult sistemini, əski dün ya gö rü -
şü, adət-ən`ənələri bərpa edib bitkin rə`y əldə etməkdən ibarətdir.
Belə  ki,  toplanılan  əfsanə  və  rəvayətlərdə  təzahür  edən  mifoloji  dü -
2011/
IV
66
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə