Tofiq (41): tofiq (31). qxd qxd



Yüklə 43,52 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix25.06.2018
ölçüsü43,52 Kb.
#51016
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

də bununla bağlıdır-müəll.) Mə`lumdur ki, Qərb türkləri arasında islamın
qəbulundan  çox-çox  ön cə lərdə həmin mə`nada şunkar boldı  (şahin  oldu)
ifadəsindən istifadə olunurdu (1, 13).
İstər epik, istərsə də lirik janra aid xalq ədəbiyyatı örnəklərində uzaq
keçmişdən bəri su və dağ, daş ünsürü ilə bərabər ağacın bir kult sitayiş
nəsnəsi  olaraq  götürülməsi,  bunun  da  nəticəsində  insan-ağac  bağlantısı
düşündürücü  olmaqla  çoxdan  mə`lumdur.  Bu  gün  hətta  müəyyən  ağac -
ların mübarək sayılaraq sitayiş edilməsi və ya onların qırılıb kəsilməsinin,
natəmiz saxlanmasının xoş qarşılanmadığı heç şübhəsiz qədim inancların
nəticəsidir.  “Qədim  oğuz  türkləri  düşüncəsində  ağacın  ilkin  başlanğıcı
simvollaşdıran obraz kimi öz yeri olmuşdur (7, 138). Təbii ki, ağac qədim
insanın  özünü  əhatə  edən  təbiətdə  ilk  qarşılaşdığı  təbii  varlıqlardan
biridir; o insana həm ilk əlverişli əmək alətlərindən olmaqla onun tez-tez
istifadə etdiyi zəruri vasitələtdən olmuşdur. İnsanın ağacla bağlılığı müx-
təlif və çoxcəhətlidir. Deməli “epik ən`ənədə əvvəlcə subyekt haqqında
təsəvvür formalaşmış, proses başa çatdıqdan sonra isə ona ad qoyulmuş-
dur. Bundan sonra isə subyektin necə yaranması ilə bağlı mifik düzgülər
qoşulur (6, 192).
Bu yöndə “Üç bacı, üç ağac” hekayəmiz nar, sərv və söyüd ağaclarına
həsr edilməklə insanla təbiət arasında möhkəm bağları göstərir. Təbii ki,
onlar insanla müqayisədə “lal-dinməz” ağaclara çevrildikdən sonra da bu
xüsusiyyətləri həmin ağaclar daşımalı olurlar. Bunlar onu göstərir ki, bu
gün artıq bədii parçalar, şirin hekayətlər kimi tanıdığımız əfsanələr dərin
mifoloji görüşlərin məhsuludur.
“Dədə  Qorqud”  dastanlarında  da  ağac  mübarək  üzü  ilə  vəsf  olunur.
Fikrimizcə, ağacın inanc yeri, pir hesab edilməsi də onun nəhayət, türk
mədəniyyətinin möhkəm, sabit mifoloji mövqeyə malik olmasının dəlil-
lərindən biri sayıla bilməsinə şərait yaradır.   
Epik növün janrı olan əfsanələr xalqın tarixini, dünyagörüşü və zöv -
qünü,  amallarını  özündə  əks  etdirir.  Bilindiyi  üzrə  əfsanələr,  rəvayətlər
xalqın əski, mifik dünyagörüşü, mifoloji düşüncə tərzi; xalq ruhu hopan
fövqəltəbii əhvalat və hadisələri əks edir; burada mifoloji düşüncə aparıcı
motiv kimi çıxış edir. Təsadüfi deyil ki, bütün xalqların həm yazılı, həm
şifahi ədəbiyyatının ana xətti olan yüksək bəşəri ideyalar, mütərəqqi fikir-
lər ilk olaraq əfsanə və rəvayətlərdə təzahür etmişdi. Çünki xalq ruhunun,
e`tiqadının güzgüsü olan bu janrlar nümunələridə bəşəri təmayüllər güclü
ifadə olunmuşdur.
2011/
IV
70
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Kırımın  dağıntıları  qalmaqda  olan  Kırk  Or  qalası  (indi  bə`zən  Cufut
Kale də adlanır)ərazisində bu günlərədək hələ bircə daşı da yerindən düş -
məyən  türbə  (1437-ci  ildə  tikilmişdir)  də  gəlib  çatmışdır.  ”Yaralı  ürəyin
nağılı” adı verdiyimiz hekayətimizin əsasında duran əfsanə  tarixi bir şəx -
siyyətə Kırımın hökmdarı Toxtamış xanın qızı gənc Can Bikəyə, onun Kırk
Or qalasının mühasirəsi zamanı göstərdiyi fədakarlığına həsr edil mişdir.
Əski Kırımla bağlı qələmə aldığım “Əski Kırım ibrəti” adlı əfsanədə
(əslində rəvayətdə) xəsislik, rəhmsizlik və biganəlik qınanılır, əliaçıqlıq,
mərhəmət təlqin edilir. Səyahəti boyunca dəfələrlə Kirimda olmuş “səy -
yahi-aləm” Övliya Çələbi adəti üzrə ağızlarda dolaşan bu hekayətə də bi -
ganə qalmamış, onun qələmə aldığı “Dərviş xərabəsi” adlı rəvayəti əsas  -
lan dığımız mənbə olmuşdur.
İşlədiyimiz “Dayə Xatun” əfsanəsi isə ondan yadigar qalan əski Xivə
xanlığı torpaqlarında, hazırda isə müasir Türkmənistan  ərazisində, Amu
Dərya  (Ceyhun)  çayının sol  sahillərində Ata Murad  şəhəri yaxınlığında
X-XI  əsrə  aid  ticarət  mərkəzi,  karvansaray,  qonaq  tikililərinin  qalıqları
əsas  götürülməklə  Dayə  (dayə  “nüfuzlu,  hami,  böyük,  ağa”  deməkdir,
dayı “hakim, hami” sözü də eyni kökdəndir) xatunun öz taleyi, fədakar-
lığı, yüksək insani keyfiyyətləri, vəfadarlığı vəsf olunmuşdur. Abidə, ha -
belə onun sahibi Dayə xatun haqqında ilk mə`lumat Türküstan ölkə lərinin
Rus çarizmi idarəsinə keçdiyi vaxtlara – XIX əsrin ikinci yarısına aiddir.
Əfsanə  bu  ehtişamlı  Səlcuqi  abidəsinin  sahibi  Dayə  xatunun  həyatı,
güzəranı, küliyyənin inşası tarixinə həsr olunmaqla macəra səpgili bir sü -
jetdən  doğmuşdur. Yenə  Kırımda Göz yaşı  çeşməsi  adı  ilə tanınan abi -
dənin (Baxçasaray çeşməsi) tarixinə həsr etdiyim “Sel-Sebil əfsanəsinin
həqiqətləri”  adlı  yazıda  Kərim  Gəray  xanın  sevgili  gənc  xanımı  Dilarə
Bekeçin  nakam  həyatından  və  bədii  ədəbiyyatlarda  belə,  kök  salan
müəmmalar, əsassız rəvayətlərdən bəhs olunur.
Odur ki, bir qayda olaraq  rəvayətlər çox da geniş olmayan, yığcam
çərçivəli məzmunu ilə çevrələnən folklor janrı sayılır. Onlar obrazlarının
–  iştirakçılarının  az  sayda  olmasına  görə  seçilir.  Demək  ki,  rəvayətlər
müxtəlif  tarixi  kəsimlərdə  meydana  çıxmış,  həmin  tarixi  çağın  hadis-
ələrindən  də  soraq  verirlər. Ayrıca  kimsənələrlə  bağlı  poetik  macəralar
rəvayətlərin  formalaşmasında  mühüm  rol  oynayır.  Fərdlərin,  ayrı-ayrı
şəxsiyyətlər  arasındakı  münasibətlərin  təsviri  axarında  yaranmış  bu  ör -
nəklər əsasən həmin insanların fəaliyyətlərini, qəhrəmanların şəcə rələrini
bədii boyalarla nümayiş etdirmişlər (4, 9-10).
2011/
IV
71
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Ümid etmək olar ki,  uzun illər boyu topladığımız və araşdırdığımız,
habelə  ədəbi  əsər  keyfiyyətində  hazırladığımız  əfsanə  və  rəvayətlər
vasitəsilə əldə olunan səmərəli nəticələr ümumtürk əfsanələri əks olunan
ortaq, ümumi mifoloji sistemin bərpa olunmasına yardım edəcəkdir. Çün -
ki  topladığımız  materiallar  vasitəsilə  türk  xalqlarının  folklor  nümunə -
lərinin  müqayisəli  öyrənilməsi  və  bununla  da  etnoslar  arasında  etnik
bağların aşkarlanması buna şərait yaradır.
Məqsədimiz – ulu əcdadlarımızdan yadigar qalan, əsrlərin sınağından
çıxmış mədəni-ədəbi sərvətimizi yoxa çıxmaqdan qorumaq, onun gələcək
nəsillərə  bütöv,  dolğun  şəkildə  çatdırılmasına  çalışmaqdır.  Bununla  ya -
naşı, ümid etmək olar ki, bu işin nəticələri başdan başa türk yurdu olan bu
torpaqların  əsil  tarixi  keçmişinin  aşkarlanmasına  yardım  edəcəkdir.
Çünki, daşı-torpağı, gülü-çiçəyi, abad şəhərlərin bu günümüzə çatan xəra -
bəlikləri... dil olub türkcə danışır.
ƏDƏBİYYAT
1.  Бартольд  В.В.  Tюрки.  Двенадцать  лекций  по  истории  турецких
народов Средней Азии, Алматы, Жалын,1998
2. Çəmənzəminli Yusif Vəzir. Əsərləri (üç cilddə), 3 c., Bakı, Elm nəşriyyati,
1977
3. Hüseyn İsmayılov, Oruc Əliyev. Qaynar söz çeşməsi,- Azərbaycan folk-
loru külliyyatı, I c., Bakı, Səda, 2006, s.46-69
4.  İsrafil  Abbaslı.  Əfsanə  və  rəvayətlərin  janr  özünəməxsusluğu  –
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XI cild, Bakı, 2002, (s.3-18)
5.  Ramazan  Qafarlı.  Mif  və  nağıl.  Epik  ənənədə  janrlararası  əlaqə,  Bakı,
1999
6. Ramil Əliyev. Əfsanə mətnlərində  mifoloji görüşlər, Elmi axtarışlar, Səda,
2005 s. 189-203 
7. Rövşən Əlizadə. Dastanlarda ağaca pərəstişlə bağlı inamlar - Azərbaycan
şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XVIII cild, Bakı, 2005, s.135-138
8.  Ruhi  Kara.  Erzincan  efsaneleri  üzerine  bir  araştırma,  2.  baskı,  Ankara,
1994
9. Şükrü Elçin. Halk Edebiyyatına Giriş, Ankara, 1993
10.  Yaşar  Kalafat.  Balkanlardan  Uluğ  Türküstana  Türk  Halk  İnançları,
Ankara, Akçağ yay., 2006
2011/
IV
72
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 43,52 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə